131
Xarici mühitin temperaturu aşağı düşdükdə maddələr müba-
diləsi sürətlənir. Xarici mühitin temperaturu yüksəldikdə maddələr
mübadiləsi zəifləyir. Bu da orqanizmin normadan çox isinməsinin
qarşısını alır.
Orqanizmin temperaturunu tənzim edən əsas mərkəz hipota-
lamusda yerləşir. Onun arxa hissəsində istiliyın yaranması, ön
hissəsində isə istiliyin xaricə verilməsi mərkəzi yerləşir.
Dəri reseptorları istinin və ya soyuğun təsirindən qıcıqlanır.
Oyanma əmələ gəlir. Əmələ gəlmiş oyanma temperatur tənzimi
mərkəzinə verilir. Nəticədə vegetativ sinır sisteminin və daxili
sekresiya vəzilərinın vasitəsi ilə oksidləşmə prosesı, əzələlərin
vəziyyəti, tər vəzilərinin sekretor fəaliyyəti dəyişir və bu da
temperaturun dəyişməsinə səbəb olur.
Orqanizmin temperaturu 2 yolla tənzim olunur:
1. Dövran edən qanın temperaturu (hipotalamusu yuyan qan).
Qanın temperaturundan asılı olaraq müvafıq mərkəz oyanır. Bu da
istilik yaranmasına və yaxud istiliyin xarıc olunmasına təsir edır.
2. Reflektor və şərti reflektor yol.
Temperaturun şərti reflektor tənzimində beyin qabığının rolu
böyükdür. Məməlilərdə beyin qabığının kəsilib çıxarılması zamanı
temperaturun sabitliyi pozulur.
Ümumiyyətlə, orqanizmin temperaturu sinir-humoral sistem-
lər ilə nizamlanır.
Məşğələyə hazırlaşmaq üçün suallar:
1. Maddələr və enerji mübadiləsinin
bioloji əhəmiyyəti
2. Vasitəsiz və vasitəli kalorimetriya üsullarının mahiyyəti
3. Ümumi, əsas, aralıq
və məhsuldar mübadilə
4. İzotermiya, hipotermiya və hipertermiya
5. Qida maddələrinin enerji dəyəri.
6.Tənəffüs əmsalı (TƏ) və onun dəyişməsi.
7. Enerji mübadiləsinin tənzimi.