Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə115/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   256
 
 
Enerji mübadiləsinin öyrənilməsi üsulları 
Orqanizmin enerji balansını müəyyən etmək üçün ondan xaric 
olan  istilik  enerjisinin  və  qəbul  edilən  qidаdа  olan  istilik 
enerjisinin miqdarını bilmək lazımdır. 
Orqanizmdə  qida  maddələri  yandıqda  (oksidləşdikdə) 
orqanizmdən kənаrda yandıqda verdiyi qədər enerji verir. 
Orqanizmdə  əmələ  gələn  və  ayrılan  enerjinin  miqdarını 
vasitəsiz və vasitəli kalorimetriya ilə təyin etmək olar. 
Vasitəsiz kalorimetriya ilə müəyyən vaxt ərzində orqanizmin 
bədən  səthi  ilə  xarici  mühitə  verdiyi  istilik  müəyyən  edilir.  Bu 
məqsədlə  istilik  keçirməyən  kalorımetrik  kameralardan  istifadə 
edilir. 
İnsan  və  ya  heyvan  kameraya  salınır.  Boru  vasitəsilə  həmin 
kameradan  su  keçir.  Boruya  daxil  olan  və  çıxan  suyun  tempe-
raturunu, miqdarını ölçməklə istilik kalori ilə hesablanır. Deməli, 


126 
bu  vaxt  suyun  isinməsinə  səbəb  olan  istilik  orqanizmdən  ayrılan 
istilikdir. Vasitəsız kalorimetrıya üsulu dəqiq üsuldur. İcrası çətin 
olmaqla çox vaxt sərf olunur. 
Təcrübədə  ən  çox  vasitəli  kalorimetriya  üsulundan  istifadə 
edilir.  Orqanizmdə  enerjinin  mənbəyi  oksidləşmə  prosesidir.  Bu 
proses zamanı O
2
 istifadə olunur və CО
2
 əmələ gəlir. 
 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin