Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə118/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   256
Aralıq mübadilə- Maddələr mübadiləsinin 2-ci mərhələsidir: 
qida  maddələrinin  qana  və  limfaya  sorulması,  üzvi  maddələrin 
sintezi  və  parçalanması  prosesi,  nəticədə  maddələr mübadiləsinin 
çoxlu miqdarda aralıq və sоn məhsullarının əmələ gəlməsi, aralıq 
mübadilə adlanır. 
Hеyvаn  оrqаnizmində  müxtləif  məhsullаrın  əmələ  gəlməsinə 
sərf  оlunаn  еnеrji  məhsuldаr  mübаdilə  аdlаnır.  Bir  litr  südün 
əmələ  gəlməsi  üçün  inəyin  süd  vəzilərindən  500-550  litr  qаn 
kеçməlidir. 


128 
Aclıq  dövründə  də  maddələr  mübadiləsi  gedir.  Bu  dövrdə 
həyati  proseslər  orqanizmdə  toplanmış  ehtiyat  qida  maddələrinin 
hesabına ödənilir.  
Aclıq  zamanı  qida  maddələrinə  olan  tələbat  əzələdə  və  qara 
ciyərdə toplanmış qlükogenin hesabına ödənılir. Qlikоgеn ehtıyatı 
sərf edildikdən sonra orqanizm yağ deposu hesabına yaşayır.  
Ehtiyat  yağ  sərf  edildikdən  sonra  enerji  tələbatı  toxuma 
zülalının  hesabına  ödənilir.  Toxuma  zülalının  parçalanmasının 
sürətlənməsi orqanizmin aclıqdan öləcəyini göstərir. 
Orqanizmdə  enerji  mübadiləsi  maddələr  mübadiləsi  ilə  sıx 
əlaqədardır. 
Enerji  mübadiləsinin  tənzimində  beyin  yarımkürələrinin 
qabığının  rolu  böyükdür.  Bundan  başqa,  maddələr  və  enerji 
mübadiləsinin  tənzimində  aralıq  beyində  yerləşən  vegetativ  sinir 
sisteminın mərkəzi də iştirak edir. 
Aralıq  beyində  yerləşən  mərkəzdən  impulslar,  mərkəzdən 
qacan  sinirlərlə  orqanlara,  toxumalara,  yaxud  daxili  sekresiya 
vəzilərinə  verilir.  Nəticədə  qana  daxil  olan  hormonlar  maddələr 
mübadiləsinə təsir edir. 
Müxtəlif  intero-  və  ekstеroreseptorların  qıcıqlanması  zamanı 
əmələ  gələn  reflekslər  enerji  mübadiləsinin  səviyyəsinin  tənzim 
оlunmasında əhəmiyvətə malikdir. 
Enerji mübadiləsinin intensivliyinə hipotalamus təsir göstərir. 
Enerji  mübadiləsinə  hipofiz,  qalxanabənzər,  mədəaltı  və 
böyrəküstü vəzilər də təsir göstərir. 
Şərti  qıcığın  təsirındən  maddələr  və  enerji  mübadiləsinin 
intensivliyi dəyişə bilər. 
Orqanizmin temperatunun sabitliyi maddələr mübadiləsı üçün 
əsas  şərtdir.  Sabit  temperatura  toxumalarda  və  bütövlükdə  orqa-
nizmdə  gedən  proseslərin  normal  səviyyəsini  təmin  edən  faktor-
dur. Orqanizmin temperaturunun sabitliyı öz növbəsində maddələr 
və enerji mübadiləsinin səviyyəsindən asılıdır. İstilik balansı orqa-
nizmdə  əmələ  gələn  və  xarıci  mühitə  verilən  enerjidən  asılıdır 
(şəkil 37).  


129 
 
 
Şəkil 37. Müxtəlif hеyvаnlаrdа bədən tеmpеrаturunun xаrici mühitin 
tеmpеrаturundаn аsılılığı. а-istiqаnlı hеyvаn; b-istiqаnlı və sоyuqqаnlı 
hеyvаnlаr аrаsındа аrаlıq vəziyyəti tutаn hеyvаnlаr – milçəkquşu (isti ölkələrdə 
yаşаyаn əlvаn tüklü kiçik quş); B- sоyuqqаnlı hеyvаn. 
 
 
İstiliyin  əmələ  gəlməsi  kimyəvi,  xaricə  verilməsi  isə  fiziki 
prosesdir.  Insanlar  üçün  temperaturun  35
0
C-dən  aşağı  olması  – 
hipotermiya,  temperaturun  37
0
C-dən  yuxarı  olması  –  hipеrtеr-
miyа, 36,5-36,9
0
C аrаsındа оlmаsı - izotermiya аdlаnır (şəkil 38). 
Bədən  temperaturuna  bir  sıra  faktorlar  təsir  edir:  temperatur 
gecə  az,  gündüz  çox  olur  (şəkil  39).  Aclıq  zamanı  temperatıır 
aşağı  düşür. Temperaturun +24
0
  C-dən aşağı  düşməsi  və  ya +44
0
 
C-dən  yuxarı  qalxması  hüceyrələrdə  zülalların  normal  halının 
(kolloidal) pozulmasına səbəb olur və ölümlə nəticələnə bilir.  
 


130 
 
Şəkil 38. Insаnın bədən səthində tеmpеrаturun tоpоqrаfiyаsı. 
 
 
Şəkil 39. Insаnın bədən tеmpеrаturunun sutkаnın vаxtındаn аsılılığı 
 
Temperaturun  sabitliyi  -  temperaturun  əmələ  gəlməsi  və 
xaricə verilməsi yolu ilə nizamlanır. Deməli, maddələr mübadiləsi 
prosesində  daim  temperatura  əmələ  gəlir  və  xaricə  verilir. 
Müxtəlif hеyvаnlаrdа bədən tеmpеrаturu müxtəlif оlur. Nоrmаdа 
inəkdə – 37,5-39,5
0
C, dоnuzlаrdа – 38-40
0
C оlur.
 
İstilik  oksidləşmə  prosesi  zamanı  hücevrənin  mitoxondi-
rilərində əmələ  gəlir. Canlı toxumaların  çox hissəsini əzələlər və 
vəzilər təşkil etməklə, istilik ən çox onlarda əmələ gəlir. 
İstiliyin əmələ gəlməsinə görə 2-ci  yeri qara ciyər tutur. Rus 
dilində  qara  ciyər  «peçen»  deməkdir.  Peçen  «peç»  sözündən 
götürülmüşdür.  Qara  ciyər  canlı  orqanizmin  ən  isti  orqanıdır. 
Maddələr və  enerji  mübadiləsinə  xarici  mühitin temperaturu təsir 
göstərir. 


131 
Xarici  mühitin  temperaturu  aşağı  düşdükdə  maddələr  müba-
diləsi sürətlənir. Xarici mühitin temperaturu yüksəldikdə maddələr 
mübadiləsi zəifləyir. Bu da orqanizmin normadan çox isinməsinin 
qarşısını alır. 
Orqanizmin  temperaturunu  tənzim  edən  əsas  mərkəz  hipota-
lamusda  yerləşir.  Onun  arxa  hissəsində  istiliyın  yaranması,  ön 
hissəsində isə istiliyin xaricə verilməsi mərkəzi yerləşir. 
Dəri  reseptorları  istinin  və  ya  soyuğun  təsirindən  qıcıqlanır. 
Oyanma  əmələ  gəlir.  Əmələ  gəlmiş  oyanma  temperatur  tənzimi 
mərkəzinə  verilir.  Nəticədə  vegetativ  sinır  sisteminin  və  daxili 
sekresiya  vəzilərinın  vasitəsi  ilə  oksidləşmə  prosesı,  əzələlərin 
vəziyyəti,  tər  vəzilərinin  sekretor  fəaliyyəti  dəyişir  və  bu  da 
temperaturun dəyişməsinə səbəb olur. 
Orqanizmin temperaturu 2 yolla tənzim olunur: 
1. Dövran edən qanın temperaturu (hipotalamusu yuyan qan). 
Qanın temperaturundan asılı olaraq müvafıq mərkəz oyanır. Bu da 
istilik yaranmasına və yaxud istiliyin xarıc olunmasına təsir edır. 
2. Reflektor və şərti reflektor yol.  
Temperaturun  şərti  reflektor tənzimində  beyin  qabığının rolu 
böyükdür. Məməlilərdə beyin qabığının kəsilib çıxarılması zamanı 
temperaturun sabitliyi pozulur. 
Ümumiyyətlə, orqanizmin temperaturu sinir-humoral  sistem-
lər ilə nizamlanır. 
Məşğələyə hazırlaşmaq üçün suallar: 
1. Maddələr və enerji mübadiləsinin bioloji əhəmiyyəti 
2. Vasitəsiz və vasitəli kalorimetriya üsullarının mahiyyəti 
3. Ümumi, əsas, aralıq və məhsuldar mübadilə 
4. İzotermiya, hipotermiya və hipertermiya 
5. Qida maddələrinin enerji dəyəri. 
6.Tənəffüs əmsalı (TƏ) və onun dəyişməsi. 
7. Enerji mübadiləsinin tənzimi. 
 
 


132 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin