138
Sidik orqanizmdə fasiləsiz əmələ gəlir, orqanizmdən isə fasilə
ilə ixrac olunur. Sidik kisəsi çox dolduqda, sidik böyrək ləyənində
və sidik axarlarında toplanır. Nəticədə böyrək ləyənində təzyiq
artır. Bu da ilk sidiyin filtirasiyasına mane olur və sidiyin əmələ
gəlməsi tam dayanır. Sidiyin qana keçməsi
uremiya adlanır.
İnsan və heyvanlarda bir böyrəyin çıxarılması zamanı qalan
böyrəkdə hipertrofiya (böyrəyin çəkisinin və həcminin artması)
əmələ gəlir. Nəticədə bir böyrək bütün funksiyaları yerinə yetirir.
Hər iki böyrəyin çıxarılması zamanı uremiya baş verir. Bu vaxt
azot mübadiləsinin məhsulları qanda artır (sidik cövhərinin
miqdarı 20-30 dəfə arta bilir), qanın ion tərkibi və s. pozulur,
zəiflik əmələ gəlir, tənəffüs prosesi dəyişir və ölüm baş verir.
Böyrəklərin bəzi funksiyalarını müvəqqəti əvəz etmək etmək
üçün (məsələn, iti və xroniki böyrək çatışmazlığı zamanı və yaxud
daimi böyrəklər çıxarıldıqda) süni böyrək adını almış aparatlardan
(hemodializ) istifadə edilir. Hazırda çoxlu miqdar müxtəlif tip
aparatlar “süni böyrək” düzəldilmişdir və onlardan geniş istifadə
olunur. Sidik üzvləri sisteminin ən çox təsadüf edilən xəstəlikləri
– nefrit, piеlit, sistit, nefroz (böyrəklərin distrofiyası) və böyrək
daşı xəstəlikləridir.
Dostları ilə paylaş: