Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə119/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   256
Lаbоrаtоriyа iĢi 53. 
 Atda qazlar mübadiləsinə görə vasitəli kalorimetriya 
üsulu ilə enerji mübadiləsinin təyini. 
 
ĠĢ  üçün  lazımdır:  at  və  ya  keçi,  tənəffüs  maskası,  hava 
keçirməyən kisə, qaz analizator, qaz saatı, dəyişdirici açar. 
ĠĢin  gediĢi.  Tənəffüs  maskası  heyvanın  üzünə  geydirilir. 
Maskada  nəfəsalma  və  nəfəsvermə  klapanları  vardır.  Hava 
keçirməyən  kisənin  açarının  köməyi  ilə  nəfəsalma  klapanı  geniş 
büzməli rezin boru ilə birləşdirilir. Açar elə vəziyyətdə qoyulur ki, 
nəfəsvermə  havası  rezin  kisəyə  daxil  olsun.  Beləliklə,  atın 
nəfəsvermə  havası  5  dəqiqə  müddətində  kisəyə  toplanır.  Sоnrа 
kisə sıxıcı ilə möhkəm bаğlаnır və mаskа çıxаrılır. Hаvа ilə dоlu 
kisə lаbоrаtоriyаyа gətirilir və аşаğıdаkı işlər icrа оlunur: 
 1.  Analiz  üçün  kisədən  hava  nümunəsi  götürülür  və  qaz 
analizatorda  nəfəsvermə  havasında  oksigenin  eləcə  də  karbon 
qazının  miqdarı  təyin  edilir.  (Qaz  analizatorun  qurulması  üçün 
tənəffüs bölməsinə baxın). 
2. Havanın temperaturu və barometrik təzyiqi qeyd olunur. 
3. Kisədə qaz saatının köməyi ilə havanın həcmi ölçülür. 
4. Atda enerji sərfi hesabalanır.  
 
Nəfəsalma havasının tərkibi: 
Karbon qazı - 0,03% 
Oksigen - 20,94% 
Azot - 79,03% 
 
Nəfəsvermə havasının tərkibi: 
Karbon qazı – 3,31% 
Oksigen – 17,41% 
Azot - 79,28% 
 
Atda  1  dəqiqədə  nəfəsvermə  havasının  həcmi  70,5  litrdir. 
Havanın temperaturu 15,4
0
C, barometrik təzyiq 765 mm. 


133 
15,4
0
C
 
temperatur  üçün  3  nömrəli  cədvəldə  «B»  işarəsi 
tapılır. B 13-ə bərabərdir, onda P- B = 765 -13 = 752 mm. 
5  №-li  cədvəldə  hesablama  faktoru  tapılır  və  bu  0,9380-ə 
bərabərdir.  Beləliklə,  1  dəqiqədə  nəfəsalma  havasının  normal 
həcmi  –  0,9380x70,5=66,13  litrə  bərabərdir.  Nəfəsvermə  hava-
sında qazların faizlə tərkibini bildikdən sonra, həmin qazların litr 
ilə miqdarını təyn etmək olar. 
 

2
 = 
           
   
 = 2,19 l 
 
О
2
 = 
            
   
 
= 11,51 l 
 
N
2
 = 
            
   
 = 52,43 l 
 
Azot  tənəffüs  prosesində  iştirak  etmir.  Buna  görə  də  nəfəs-
alma  və  nəfəsvermə  havasında  onun  miqdarı  dəyişmir  və  5243 
litrə  bərabər  olur  ki,  bu  da  nəfəsalma  havasının  79,04%-ni  təşkil 
edir. 
 
Y = 
          
     
 = 66,33 l 
66,3  litr  nəfəsalma  havasında  0,02  l  CO
2
  (CО
2
  = 
           
   
 = 0,02 l) və 13,88 l О
2
 (О
2
 = 
            
   
 = 13,88 
l) vаrdır. 
Bu göstəricilər əsasında 1 dəqiqədə xaric olan karbon qazının 
və qəbul edilən oksigenin miqdarının təyin etmək olar. 
 
CO
2
 = 2,19 - 0,02 = 2,17 l 
O
2
 = 13,88 -11,51 = 2,37 l 


134 
 
Burada tənəffüs əmsalı 0,91-ə (TƏ
 
  
 
 
 
   
    
    
   
    
) bərabər olacaqdır. 
 
6  №-li  cədvəldə  0,91  tənəffüs  əmsalı  üçün  1  l  oksigenin 
kalori  ekvivalenti  tapılır.  Bu  ekvivalent  4,936  böyük  kaloriyə 
bərabərdir. Bu rəqəm qəbul edilmiş oksigenin miqdarına vurmaqla 
heyvanın 1 dəqiqədə göstərilən təcrübə şəraitində sərf etdiyi enerji 
tapılır. 
4,936 x 2,37 = 11,8 böyük kalori 
Alınmış rəqəmi 1440 (bir sutkada olan dəqiqələrin miqdarına) 
vurmaqla bir sutka ərzində sərf olunan enerji təyin edilir. 
 
11,8 x 1440 = 16992 böyük kalori 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin