Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə3/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   256
GIRIġ 
 
Fiziologiya-  insan  və  heyvan  orqanizminin  hüceyrə,  toxuma, 
orqan  və  sistemlərinin  funksiyasını,  onların  bir-biri  ilə,  eləcə  də 
orqanizmin xarici mühitlə qarşılıqlı əlaqəsini, fizioloji proseslərin 
səbəbini və tənzimi mexanizmini öyrənir.  
Fiziologiya  yunan  sözü  olub,  Phusis  –  təbiət,  loqos  –  еlm, 
təlim  deməkdir.  Hər  bir  elm  metodlarının  nailiyyətindən  asılı 
olaraq  inkişaf  edir.  Müasir  dövrdə  fiziologiyanın  inkişafı  onun 
qarşısında  orqanizmin  quruluş  və  funksiyalarının  əsas  qanuna-
uyğunluqlarının  mexanizmini,  vəziyyətini  molekula,  subhüceyrə, 
toxuma,  üzv,  üzvlər  sistemi  və  tam  orqanizm  səviyyəsində 
analitik-sintetik üsullarla öyrənilməsini qoyur. 
Həkim xəstəni müayinə edir, pozulmuş fizioloji funksiyaların 
dərəcəsini  təyin  edir,  həmin  funksiyaları  normaya  qaytarmağı 
qarşısına məqsəd qoyur. 
Hazırda  suni  böyrək  (hemodializ  üçün),  süni  ürək,  süni  qan 
dövranı, süni tənəffüs (ən çox cərrahi əməliyyatlar zamanı istifadə 
olunur) aparatları hazırlanıb və onlardan geniş istifadə olunur.  
Bioloji  membranın  funksiyası  haqqında  elm  –  membrano-
logiya  adlanır  və  həmin  elm  fiziologiyanın  əsas  sahələrindən 
birinə  çevrilib.  Fiziologiya  və  texnika  elmlərinin  nailiyyətləri 
sayəsində yeni elm - bionika elmi yaradılıb. 
Fiziologiya  tibbin  və  baytarlığın  nəzəri  əsasını  təşkil  edir, 
sağlam  orqanizmin  və  onun  hissələrinin  həyat  prosesslərini 
öyrənir.  Insan  və  heyvan  fiziologiyası  bioloji  elmdir.  Onun  əsas 
metodu eksprementdir. Deməli, fiziologiya - ekspremental elmdir. 
Fizioloji  tədqiqatlar  klinik  diaqnostikanın,  müalicə  meto-
dunun effektliyinin qiymətləndirilməsinin və proqnozunun əsasını 
təşkil edir.  
Müasir  dövrdə  fiziologiyanın  əsas  sahələrindən  olan  idman 
fiziologiyası,  aviasiya fiziologiyası, kosmik  fiziologiya,  kosmetik 
fiziologiya, hərbi əmək fiziologiyası, ekoloji fiziologiya, qidalan-
manın fiziologiyası, əmək fiziologiyası, təkamül fiziologiyası, yaş 



fiziologiyası  sahəsində  dəyərli  elmi-tədqiqat  işləri  aparılır  və 
alınmış müsbət nəticələr geniş istifadə olunur. 
Оrqanizm  –xarici  mühitin  təsirlərinə  cavab  verən,  müstəqil 
mövcud  olan,  vahid  mürəkkəb  sistemdir.  Orqanizim  daim  xarici 
mühit  ilə  qarşılıqlı  əlaqədə  olur.  Bu  baxımdan  xarici  mühit 
orqanizmin varlığını təmin edir.  
I.M.Seçenov  və  U.P.Pavlov  orqanizmin  xarici  mühit  ilə 
qarşılıqlı əlaqəsinə böyük əhəmiyyət vermişlər. 
 I.M.Seçenov  qeyd  etmişdir  ki,  «orqanizm  onun  varlığını 
təmin edən xarici mühitsiz yaşaya bilməz, ona görə də orqanizmin 
elmi tərifinə ona təsir edən xarici mühit də əlavə edilməlidir».  
Fiziologiya  orqanizmin  funksiyalarına  yaşın,  cinsin,  məhsul-
darlığın, eləcə də saxlama texnologiyasının və istismarının təsirini 
öyrənir. Fiziologiya biologiya elminin əsas sahələrindən biridir və 
onun  son  naliyyətlərindən  biologiyada,  tibbdə,  baytarlıqda, 
əczaçılıqda geniş istifadə olunur.  
Göstərilənlərə əsasən, gələcəkdə baytar həkimi, bioloq, ixtio-
loq,  zootexnik  və  əczaçı  olan  tələbələr  kənd  təsərrüfatı  heyvan-
larının fiziologiyasını dərindən öyrənməlidirlər. 
 Heyvanların fiziologiyasını  öyrənərkən  tələbələr fiziologiya-
nın  əsasını  təşkil  edən  anatomiyanı,  histologiyanı,  zoologiyanı, 
bioloji  kimyanı,  fizikanı,  kimyanı  yaxşı  bilməlidirlər.  Belə  ki, 
orqanizmin  quruluşunu  və  onda  gedən  fiziki,  kimyəvi  prosesləri 
bilmədən  həmin  orqanizmin  funksiyalarını  öyrənmək  və  dərk 
etmək qeyri-mümkündür. 
Ümumiyyətlə,  fiziologiya  baytarlıq  və  zootexniklik  ixtisası-
nın  əsasını  təşkil  edir.  Оna  görə  fiziologiya  ərzaq  proqramının 
həyata  keçirilməsində,  heyvandarlığın  inkişafına  dair  dövlət  tərə-
findən qarşıya qoyulan mürəkkəb qərarları həll etməyə layiq olan 
baytar həkimlərinin, zootexniklərin və əczaçıların, ixtioloqların və 
bioloqların ümumi bioloji hazırlığında əsas yer tutur. 
Hər bir baytar həkimi, zootexnik və əczaçı orqanizmdə gedən 
fizioloji prosesləri dərindən bilməlidir. 



Dahi  fizioloq  I.P.Pavlov  demişdir:  «Аlimlər  üçün  geniş  im-
kanlar açılmışdır. Həm gənclər, həm də bizim üçün şərəf məsələsi 
vətənin elmdən gözlədiyi böyük ümidləri doğrultmaqdır». 
Fiziologiyanı  öyrənərkən  eyni  zamanda  tələbələrin  dialektik-
materialist  dünya  görüşləri  də  formalaşır.  Onlar  heyvan  orqaniz-
minin  orqan  və  sistemlərinin  funksiyalarını,  fizioloji  proseslərin 
sinir-humoral tənzimi mexanizmini öyrənirlər. Heyvan orqanizmi-
nin  dəyişkən  saxlanma,  yemləmə  şəraitinə,  mikroiqlimə  uyğun-
laşması (adaptasiyası), heyvanların davranışı (etologiya), haqqın-
da nəzəri biliklər alırlar. 
Canlı orqanizm özü-özünü qurma və özü-özünü qoruma xas-
səsinə malik olan bir sistemdir. Bu sistem özü-özünə nizamlanma 
prinsipi  üzrə  orqanizmdə  homeostaz  və  adapatasiya  adlanan  ən 
optimal və ən davamlı hal yaradır. 
Homeostaz - orqanizmin daxili mühitinin, kimyəvi tərkibinin 
və fiziki-kimyəvi xassələrinin sabitliyidir. 
Beləliklə,  orqanizmin  fizioloji  göstəriciləri  (bədən  tempera-
turu, qan təzyiqi, qanın osmotik təzyiqi, pH-ı və s.) yaşayış şərai-
tinin dəyişməsinə baxmayaraq fizioloji sərhəddə sabit saxlanır. 
Özü-özünə  nizamlanma  prosesləri-  toxuma  və  orqanların 
qarşılıqlı birgə fəaliyyətləri, orqanizmin xarici mühitə adaptasiyası 
sinir-humoral sistemlərlə tənzimlənir. Humoral nizamlanmanı əsa-
sən hormanlar və maddələr mübadiləsinin məhsulları təmin edir. 
Sinir  sisteminin  fəaliyyəti  şərtsiz  və  şərti  reflekslərlə  icra 
olunur.  Оna  görə  də  heyvan  orqanizmində  baş  verən  reflektor 
reaksiyalar, mürəkkəb reflektor reaksiyalardır. 
Оrqanizmdə  həzm,  ürək-damar,  tənəffüs,  endokrin  və  s. 
sistemlərin fəaliyyətləri əks əlaqə prinsipləri üzrə nizamlanır. 
Tələbələr  hər-hansı  bir  sistemin  fəaliyyətini  öyrənərkən 
həmin  sistemin  fəaliyyətinin  orqanizmin  tələbatına  uyğun  olaraq 
necə  nizamlanmasını,  istiqamət  almalarını,  dəyişməsini  və  necə 
normaya  qayıtmasını  aydınlaşdırmalıdırlar.  Məsələn,  ürək-damar 
və tənəffüs sisteminə xarici mühitin müxtəlif temperaturu, nəmliyi 
və orqanizmin stress halı necə təsir göstərir. 



Fiziologiya - fundamental elmi fənn olmaqla ali zoobaytarlıq 
təhsilinin nəzəri və ekspremental bazasını təşkil edir.  Burada qan 
dövranın,  tənəffüs  prosesinin  nizamlanmasına,  bədən  temperatu-
runa, daxili sekresiya vəzilərinə, çoxalmaya, südün əmələ gəlmə-
sinə  və  xaric  olunmasına,  orqanizmin  qidalanmasına  əsas  yer 
verilir.  
Heyvanların  fizilogiyasını  öyrənərkən  aşağıda  qeyd  olunmuş 
ədəbiyyatlardan dа istifadə etməyinizi məsləhət bilirik:  
1.Əliyev  A.I.-  Kənd  təsərrüfatı  heyvanlarının  fiziologiyası. 
Bakı, 2008. 
2. Cəfərov F.I. - Insan fizilogiyası. Bakı, 2001 
3.Rəhimzadə  X.I.,  Əliyev  A.I.,  Rzayev  R.I.  -  Heyvanların 
fiziologiyasından  laborator  təcrübə  məşğələlərinə  aid  metodik 
göstəriş. Bakı, 1990. 
4.Eyvazova  X.S.,  Tahirova  A.C.-Kənd  təsərrüfatı  heyvanla-
rının anatomiyası və fiziologiyası. Bakı, 1986 
5.Əliyev  Ə.H.  –  Azərbaycanda  fiziologiya  elminin  inkişaf 
tarixi. Bakı, 1999 
6. Quliyev Z.M. - Azərbaycanda əmtəə balıqçılığı. Bakı, 2006 
7.Голиков  А.Н.-Физиология  сельскохозяйственных  жи-
вотных. Москва, 1990. 
8.Георгиевский В.И. - Физиология сельскохозяйственных 
животных. Москва, 1990. 
9.Битюков  И.Р.,  Лысов  В.Ф.,  Сафаров  Н.А.-  Практикум 
по  физиологии    сельскохозяйственных  животных.  Москва, 
1990.  
10. Иванов А.А. – Физиология рыб. Москва, 2003.  
11.Современный 
курс 
классической 
физиологии. 
Избранные  лекции  под.ред.  Ю.В.Наточина  и  В.А.Ткачука, 
Москва, 2007.  
 




Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin