11
ĠĢ üçün lazımdır: qurbağa, elektrostimulyator və ya induk-
sion cihaz, natrium-xlor kristalı, soyuqqanlılаr üçün Ringer
məhlulu, petri fincanı, toxumaları aralamaq üçün alətlər.
ĠĢin gediĢi: Qurbağanın arxa pəncəsindən və oturaq sini-
rindən ibarət iki sinir pəncəsi (fizioloji reoskop) hazırlanır.
1.
Sinir induksion cihazın elektrodu üzərinə qoyulur və tək-
tək induksion cərayan impulsları ilə qıcıqlanır;
2.
Sinir anatomik pinsetlə sıxılır;
3.
Sinirin üzərinə natrium-xlor kristalı qoyulur. Hər bir
qıcıqlanmadan sonra pəncənin reaksiyası müşahidə edilir.
Sonra digər reoskop pəncə üzərində yuxarıda izah edilən
ardıcıllıqla təcrübə aparılır, lakin bu dəfə sinir deyil, əzələ
qıcıqlanmalıdır. Təcrübədən alınan reaksiyalar təhlil edilib
onlardan nəticə çıxarılır. Canlı toxumaların quruluşu müxtəlif
olduğu üçün, onların qıcığa cavab reaksiyaları da müxtəlifdir.
Müasir fiziologiya belə hesab edir ki, sinir və əzələ toxuması
əsas üç vəziyyətdə ola bilər: 1) Fizioloji sakit hal; 2) Oyanma;
3)Tormozlanma (ləngimə). Bir vəziyyət digərinə çox tez keçir.
Fizioloji sakit halda toxuma və orqanda onun fəaliyyətinə aid heç
bir əlamət görünmür. Oyanma canlı toxumanın fəaliyyətdə
olmasıdır.
Dostları ilə paylaş: