73
Adrenalin - böyrəküstü vəzilərin beyin maddəsinin hormonu
olmaqla, qan damarlarının mənfəzini daraldır. Az dozada ürəyin,
beyinin və skelet əzələlərinin damarlarını genişləndirir.
Noradrenalin – böyrəküstü vəzin beyin maddəsinin hormonu
və simpatik sinir sisiteminin mediatorudur. Təsirinə görə adrena-
linə yaxındır. Ancaq qüvvətli və uzun müddətli damar sıxıcı təsi-
rinə malikdir.
Renin- böyrəklərdə əmələ gəlir, qana daxil olur və plazma
qlobulinini aktivləşdirir və onu damar sıxıcı maddəyə (hiperten-
zinə) çevirir.
Aldosteron- böyrəküstü vəzilərin qabıq maddəsinin hormo-
nudur. Mineralokortikoidlər qrupuna aiddir. Bu hormonun təsi-
rindən natrium ionlarının reabsorbsiyası qüvvətlənir. Na-ionları
orqanizmdə toplanır, damarların divarına təsir göstərərək, adre-
nalinin və noradrenalinin təsirinə qan damarlarının həssaslığını
artırır. Nəticədə damarların mənfəzi sıxılır.
Ikinci qrupa aid olan yerli hormonlar (mеdiаtоrlаr) -orqan-
larda əmələ gəlir və ən əvvəl həmin orqanın damarlarına təsir
göstərir.
Histаmin- tosqun hüceyrələrdə əmələ gəlir. Ağciyərlərdə, də-
ridə, mədə-bağırsaq sistemində, aortanın divarında çox miqdardа
olur. Histamini damar daxilinə yeritdikdə ürəyin, qaraciyərin,
bağırsaqların damarları genişlənir və qan təzyiqi aşağı düşür.
Serotonin-beyinin müxtəlif şöbələrində, tosqun hüceyrələrdə,
bağırsaqların selikli qişasında və trombositlərdə olur. Az dozada
damar genəldici, çox dozada damardaraldıcı təsirə malikdir.
Asetilxolin- mediatordur. Parasimpatik sinir liflərinin sonun-
da və simpatik sinir sisteminin bəzi postqanqlionar liflərində ifraz
olunur. Damar genişlədirici təsirə malikdir.
Bradkinin – qanın plazmasında əmələ gəlir. Bəzi orqanların
ekstraktından (şirəsindən) ən çox mədəaltı vəzdən və həmçinin
sidikdən alınıb. Damar genişləndirən təsirə malikdir. Dərinin, ske-
let əzələlərinin, onurğa beyinin, baş beyinin, ağız suyu
vəzilərinin,
tər vəzilərinin, süd vəzilərinin və tac damarlarını genişləndirir.
74
Üçüncü qrupa maddələr mübadiləsinin son məhsulları
daxildir.
Dostları ilə paylaş: