konstriktorlar adlanır.
Damarların mənfəzini genişləndirən sinir lifləri parasimpatik
sinir sisteminə aiddir və vazodilatatorlar adlanır.
Simpatik sinir qan damarlarının mənfəzini daraldır. Ancaq
skelet əzələsinin, ürəyin və beyinin damarlarını isə genişləndirir.
Qan damarları simpatik sinirin daim daraldıcı təsir altında olur.
Parasimpatik sinir isə damarlara daim təsir göstərmir.
Simpatik sinir kəsilsə, onun qan damarlarına daradıcı təsiri
aradan qalxır və nəticədə qan qadamarları genişlənir (Klod-Bernar
təcürbəsi).
Qan damarlarının mənfəzinin tənzimi mərkəzi uzunsov be-
yində yerləşir və vazomotor mərkəz adlanır (vazo- damar,motor –hərəkət etdirən).
Vazomotor mərkəz iki şöbədən ibarətdir:
1. Damar daraldan şöbə (pressor şöbə), daim oyanma halında
olur.
2. Damar genişləndirən şöbə (depressor şöbə),
Qan damarlarının fəaliyyətinə humoral sistem ilə təsir
göstərən maddələr üç qrupa ayrılır:
1. Əsl (həqiqi) hormonlar - daxili sekresiya vəzilərində əmələ
gəlir. Tənzimedici hormonlardır. Müəyyən məsafədən təsir edirlər
və təsir yerinə qanla gətirilirlər.
2. Yerli hormonlar (mеdiаtоrlаr) - müəyyən hüceyrələrdə və
sinir uclarında əmələ gəlir. Ən az dozalarda fəal olurlar.
3. Maddələr mübadiləsinin son məhsulları.
Birinci qrupa aid olan hormonlar bunlаrdır: