Süd və piroüzüm turĢusu- yerli damar genişləndirici təsirə
malikdir.
Adenozin - ürəyin damarlarını genişləndirir.
Kalium ionları - skelet əzələlərinin dəri və bağırsaqlarin
damarlarının reaksiyasının həssaslığını artırır. Nəticədə qan
damarlarının mənfəzi sıxılır.
Prostaqlandinlər, adenozintrifosfor turĢusu (ATF) və baş-
qa maddələr də qan damarlarının mənfəzini genişləndirir. Prosta-
qlandinlər bioloji aktiv maddələr olmaqla ilk dəfə insanın və
heyvanların spermasından alınıb. Sonrakı tədqiqatlar nəticəsində
müəyyən olunub ki, prostaqlandinlər heyvanların bütün toxuma-
larında əmələ gəlir və hüceyrələrə yerli təsir göstərir.
Ümumiyyətlə, qan dövranı sisteminin sinir və humoral
tənzimi bir-biri ilə sıx əlaqədardır.