1. Şimal zonası (tundra, meşə-tundra). Burada torpaqlar, adətən bataqlıqdır az inkişaf etmişdir və turşdur. Bu
torpaqlardan kənd təsərrufatında istifadə etmək ucun onların aerasiyası tələb olunur.
2. Meşə zonası (cimli, podzol, nisbətən kasıb torpaqlar). Belə torpaqlar yaxşı şumlanıb, lazımi kubrələrlə təmin
edildikdə məhsuldar olur. Bu zona əkinciliyin aparılmasına gorə minerallaşdırma zonası adlandırılmışdır. Bu
torpaqlardan səmərəli istifadə etmək ucun onu əhəng, fosfor, kalium, azot və s. ilə kubrələmək, mineral tərkibini
zənginləşdirmək lazımdır.
3. Qaratorpaq zona. Olkənin əsas əkincilik zonasıdır. Bu zonanın torpaqlarının cox zaman dənəvər strukturu
olmur. Bu torpaqlardan istifadə etmək ucun onların dənəvər strukturunu bərpa etmək lazımdır. Belə torpaqlar olan
zonaya fiziasiya zonası deyilir.
4. Suni suvarmaya ehtiyacı olan səhra və yarımsəhra torpaqlar. Dokucayev bu zonanı «hidrasiya» zonası
adlandırır.
5. Qırmızı və ya laterit torpaqlı səhra və yarımsəhra zonası – gunəşin mədəni bitkilərə intensiv təsir
gostərdiyi zona («heliasiya»).
Dokucayev elmi fəaliyyətə təbiətci kimi başlamışdır. O, təbiət vasitəsilə insan dunyasını dərk etmiş və insan
elementi onun yaradıcılığında getdikcə daha cox yer tutmuşdur. Sonralar o oyrəndiyi təbii aləmlə insan aləmini
birləşdirməyə calışmışdır. Dokucayev coğrafiyanın tədqiqat obyektini muəyyənləşdirmək məqsədilə landşaft
terminini «geomorfasiya» termini ilə əvəz etmişdir ki, bu da muasir «geosistem» termininə muvafiqdir.
Alim, coğrafiya elminin obyektini təyin edərək təbii zonalar haqqındakı təlimi irəli surmuşdur. Təbii zonallıq
istər ufuqi, istərsə də hundurluk istiqamətində olub təbiətin butun elementlərini əhatə edir. Quruda olduğu kimi
okean və dənizlərdə də təbii zonallıq qanunu qabarıq surətdə ozunu buruzə verir. Zonaların daha dəqiq oyrənilməsi
və burada bəzi dəqiqləşdirmələr edilməsi tələb olunur. Zonallıq qanunu təbiət elementlərinin qarşılıqlı əlaqələrinin
qanunudur, o, eyni zamanda muəyyən ərazidə insanın həyatı və fəaliyyəti qanunudur. O, sahə və zaman qanunudur.
Qərbi Avropanın mutərəqqi fikirli alimlərindən biri alman Oskar Peşel (1826-1875) Ritterin idealist fikirlərinə
qarşı cıxmış, Humboltun «muqayisə coğrafiya» metodunu yer səthinin nisbətən kicik olan konkret tiplərinə tətbiq
etmiş və fiordların, adaların, cay vadilərinin, dokların təsvirini vermiş, insan və təbiət munasibətləri məsələsində
insanın rolunu yuksək qiymətləndirmişdir.
Peşelin davamcısı Bonn, Leypsiq, Berlin universitetində professor işləmiş və Cinə səyahətlər edərək Lyoş
vilayətləri və relyef formalarını tədqiq etmiş Rixthofen (1833-1905) coğrafiyaya Yerin mənzərəsi ilə qarşılıqlı
əlaqədə olan muxtəlif hadisələri oyrənən elm kimi baxmış, xususilə Yer səthini formalaşdıran proseslərə, xususən
geoloji proseslərə daha cox əhəmiyyət vermiş, relyefin başqa təbiət unsurləri ilə əlaqəsini tədqiq etmişdi. İnsanın
uzvu və qeyri-uzvu aləmlə qarşılıqlı əlaqələrini muəyyənləşdirməyi coğrafiyanın ali məqsədi saymışdı. O, coğrafiya
elmləri sisteminə insan coğrafiyasını da daxil etmiş, antropologiya, etnoqrafiya, statistika kimi sosial elmlərlə təbiət
elmləri arasında birlik yaratmışdır. Coğrafi tədqiqatın miqyasını təyin edərək gostərmişdi ki, coğrafi tədqiqat
aparmaq ucun konkret və geniş ərazi, boyuk rayon, boyuk landşaft və s. kimi miqyaslar goturmək daha yaxşıdır.
Rixthofenin xidmətlərindən biri onun regional coğrafiyanı umumi coğrafiyaya qarşı qoymayıb, onların qarşılıqlı
əməkdaşlıq şəraitində fəaliyyət gostərib birgə tədqiqat aparmaları ideyasını irəli surməsindədir.
Almaniyada Rixthofen ilə bir zamanda yaşamış və işləmiş Fridrix Ratsel (1844-1904) antropocoğrafiyanın
əsasını qoymuşdur. İxtisasına gorə o, təbiətşunas, zooloq, muqayisəli anatomiya və paleontologiya alimi idi.
O, mutərəqqi fransız antropocoğraflarından (insan coğrafiyası numayəndələrindən) fərqli olaraq
antropocoğrafiyanı Darvin nəzəriyyəsi ilə bağlamışdır. Ratselə gorə, insanların məskunlaşması və fəaliyyətini
oyrənmək ucun Darvin nəzəriyyəsindən istifadə etmək lazımdır. Bununla da o, sosial darvinizmin əsasını
qoymuşdur. Ratsel omrunun ikinci yarısında «Antropocoğrafiya» adlı 2 cildli əsər nəşr etdirdi. Bu əsərin əsas
ideyası bundan ibarətdir ki, insan və heyvanların həyatında, onların məskunlaşmasında, ətraf təbiətlə qarşılıqlı
əlaqələrində bir cox umumiliklər var, həm insanlar, həm də heyvanlar, hər ikisi daim həyat uğrunda, yaşamaq
uğrunda mubarizə aparmalıdır. 1897-ci ildə Ratselin «Siyasi coğrafiya» əsəri capdan cıxdı. Bu əsərdə o, dovləti
Yerlə bağlı olan bir orqanizmə oxşadırdı. Dovlət bir orqanizm kimi ya yaşayıb boyuməli, yaxud da məhv olmalıdır.
Salamat qalması ucun isə dovlət oz həyat sahəsini genişləndirməlidir. Beləliklə, Ratsel murtəce «həyat ucun məkan»
ideyasına gəlib cıxdı ki, bundan da 30 il sonra alman faşizmi geniş istifadə etdi. Onun fikirləri hələ oz vaxtında
Preston Ceyms və s. kimi boyuk coğrafiyaşunaslar tərəfindən tənqid olunmuşdu. Lakin vaxtilə onun tələbəsi olmuş
Ellen Corcill Simpl (1863-1932) ABŞ-da onun fikirlərini təbliğ edirdi.
Məşhur fransız coğrafiyaşunası, Sarbon Universitetinin kafedra mudiri Vidal-de-la Blaş (1845-1919)
coğrafiyanın vəzifəsini insanın onu əhatə edən muhitlə munasibətini oyrənməkdə gorurdu. O, bu məqsədlə bir-birinə
oxşar kicik sahələri dəqiq oyrənməyi lazım bilirdi. Hər iki sahədə insan ozunə xeyir verən, ona lazım olan imkanları
oyrənməlidir. Coğrafiyada bu istiqaməti possibilizm adlandırırlar.
Coğrafiyacının mutərəqqi cəhətlərindən biri insan ilə təbiət arasında hərtərəfli əlaqələrin movcud olduğunu
təsdiq etməsi idi. Lakin bu əlaqələrdə həlledici rolu təbiətin təsirində gorduyunə gorə o, coğrafi determinizmə
qapılırdı.
Alim Fransada «İnsan coğrafiyası» məktəbini yaradanlardan biri idi. Bununla belə o, Ratselin siyasi coğrafi
ideyalarını qəbul etməmişdir. Digər tərəfdən, onun coğrafiyası Elize Reklunun insan coğrafiyasından
konservatizminə, təsvirciliyinə və siyasi cəhətdən bir sıra noqsanlarına gorə secilirdi.
Rusiyada antropocoğrafiya məktəbinin numayəndələri sayılan A.A.Kruber, İ.P.Silinic və b. insanların təbiətdən
asılı olmasını iddia edir, təbii quvvələrə onun dəyişdirici təsirini nəzərə almırdı, muti surətdə təbiətə
uyğunlaşdıqlarını qəbul edirdilər. Onlar da təbiət qanunlarının insan coğrafiyasına aidliyi fikrini irəli sururdulər,
insanların məskunlaşmasını və bir sıra həyati məsələlərini yaşamaq uğrunda mubarizə qanunu ilə izah edirdilər.
Bəzən bu cəmiyyətdə baş verən dəyişiklikləri əhalinin sıxlığının artması ilə bağlayırdılar. Onlar təbiət və cəmiyyət
arasında umumi ahəngin olmasını qəbul edirdilər.
Fransız akademiki Emmanyuel Marton (1873-1955) fiziki coğrafiyanın tanınmış tədqiqatcılarından biri
olmuşdur. O, bir sıra qiymətli əsərləri ilə cox tanınmış, umumi coğrafiya ilə yanaşı geomorfologiya və
iqlimşunaslıqla da məşğul olmuşdu. Əqidəsinə gorə o da «insan coğrafiyası» məktəbinə mənsub idi. Onun «Mərkəzi
Avropanın coğrafiyası» əsəri qiymətli tədqiqat numunəsi kimi cox maraqlıdır.
Coğrafi determinizm (coğrafi fatalizm) XIX əsrin axırlarında ABŞ-da geniş vusət almışdı. Onun ilk
numayəndəsi E.Hantinqtonun (1876-1948) fikrincə, təbii şərait cəmiyyətin inkişaf səviyyəsini, iqtisadiyyatı,
mədəniyyəti və məişəti muəyyənləşdirir. O, elmi-texniki tərəqqinin əleyhinə cıxıb iddia edir ki, elmi-texniki tərəqqi
şəraitində kutləvi əmtəə istehsalı ucuz başa gəlir, həddindən artıq cox mal istehsal olunur, satış qiymətləri aşağı
duşur. Bu da kapitalizm ucun yuksək qazanc əldə etməyə mane olur. Elmi-texniki tərəqqi iqtisadi bohranlara səbəb
olan bəladır. O, zəif inkişaf etmiş olkələrin sənayeləşdirilməsinin əleyhinə cıxaraq, onları qabaqcıl olkələrin aqrar
xammal bazasına cevirməyi lazım bilir. Hantinqton da bazar iqtisadiyyatı yolu ilə inkişaf edən olkələrin gəlirinin
artmasına komək etməyə calışırdı. O, sənaye sahələrini inkişaf səviyyəsinə gorə təsnifləşdirərək, aşağıdakı qruplara
bolur: 1) yalnız əl əməyindən istifadə edən ibtidai tipli sənaye; 2) mexaniki dəyirman, taxta zavodu, filiz əridən,
konserv istehsal edən sadə tipli sənaye; 3) qaz zavodu, su kəməri, poliqrafiya sənayesi, dəmir yolu, cuqun əridən
zavodu olan ictimai tipli sənaye; 4) butun başqa sahələri olan kompleksli inkişaf etmiş sənaye. Bu təsnifata gorə
təbii şəraiti və təbii ehtiyatları zəngin olan sahədə qurulan sənaye ən əlverişli tip hesab edilir. Hər hansı rayonda
iqlim şəraitinin murəkkəbliyini onun inkişafına mane olan əsas amil sayırdı. Beləliklə, o, sosial-iqtisadi mərhələlərin
inkişafına tarixi baxımdan yanaşmır, onu iqlim şəraiti ilə bağlayır, sənayenin yerləşdirilməsini coğrafi fatalizm
noqteyi-nəzərdən izah edir, iqlimin insan fəaliyyətinə optimal təsirini axtarırdı. Bununla əlaqədar o,
invayronmetalizm (bizi əhatə edən təbii muhit) məktəbinin əsasını qoyur. Bu məktəbə gorə insanlar ətraf muhitlə sıx
munasibətdədirlər, təbii muhit təsərrufat fəaliyyətinə guclu təsir edir. Bu məktəbin ABŞ-da banisi E.C.Simpl idi.
Bəzi muəlliflər insan davranışının butun tərəflərini ekoloji səbəblərlə izah etməyə calışırdılar.
Coğrafi determinizmə cavab olaraq possibilizm (mumkun olan) tezisi irəli suruldu. Bu tezisə gorə, insan
təbiətin passiv yox, fəal agentidir.
Muasir geosiyasət nəzəriyyəsinin davamcısı və təşkilatcısı Simpl və kontr-admiral Alfred Mexen oz
nəzəriyyələrini xeyli murəkkəbləşdirirlər. Məsələn, Mexen dəniz quvvələri nəzəriyyəsini irəli surmuşdur. Bu
nəzəriyyəyə gorə, sahil zonaları xalqlarının tarixinə, xarakterinə təbii şərait guclu təsir gostərir. İngilis X.Makkinder
«Tarixi coğrafiyanın əsasları» adlı kitabında coğrafi movqeyin hər hansı bir dovlətin taleyində həlledici rolunu
şişirtmişdir. Onun coğrafiyasındakı ətalət ideyası movcud dovlətlərin ağalığını saxlamaq siyasətini gudurdu.
Geosiyasət (geopolitika) nəzəriyyəsi ilə isvecli sosialist Yohan Kyellen (1864-1922) də məşğul olmuşdur. O,
«Boyuk məmləkətlər» kitabında coğrafi movqeyin dovlətlərin həyatında həlledici rolunu isbat etməyə calışmışdır. O
gostərmişdir ki, imperialist dovlətlərinin vəzifəsi coğrafi bloklar, ozu də hərtərəfli inkişaf etmiş bloklar yaratmaqdır.
Alman imperializmi geosiyasət nəzəriyyəsindən əməli işdə geniş istifadə edib, ona əsaslanaraq faşist dovlətini
yaratmış və imperialist muharibələri torətmişdir. Faşist Almaniyası akademiyasının prezidenti Karl Haushoferin
(1869-1946) «Hərbi geopolitika» əsərində əsas məqsəd faşizmin planlarının həyata kecirilməsinə ideoloji baza
yaratmaq idi. Bu məsələdə Haushofer vulqar coğrafiyadan istifadə etmiş, coğrafi movqeyin guya həlledici rol
oynaması ideyasını əsaslandırmışdır.
* * *
Coğrafiya tarixi,
Tapdıq Həsənov,
Əbdurrəhim Hacızadə
V fəsil
MUASİR DOVRUN COĞRAFİYASI
5.1 Xarici olkələrin muasir dovrunun coğrafiyası
Qərb olkələrində iqtisadiyyatı yuksəltmək və onu bohranlardan qurtarmaq ucun ştandort nəzəriyyəsi kimi bir sıra yeni
ideyalar meydana gəlmişdi. Almaniyada sənaye ucun ştandort nəzəriyyəsi muvafiq olaraq Launqard tərəfindən 1882-
1885-ci, Lori tərəfindən isə 1885-1888-ci illərdə yaradılmış, sonra (1909) A.Veber tərəfindən sadələşdirilərək təbliğ
olunmuşdur. Kapitalist istehsalının səmərəli yerləşdirilməsinə həsr edilmiş bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki,
istehsalı ərazidə ən az xərc sərf etməklə yerləşdirmək olar. Burada antaqonist ziddiyyətlər, inhisarların yuksək qazanc əldə
etmək məqsədilə apardıqları mubarizə və məhsuldar quvvələrin muxtəlif inkişaf səviyyələri, kapitalist təsərrufatının
qanunauyğunluqları nəzərə alınmırdı. Bu nəzəriyyə xəyalən duşunulmuş, kapitalist təsərrufat sistemindən təcrid olunmuş,
xəyali ərazi ucun nəzərdə tutulmuşdur.
A.Veber xammal və yanacaq mənbələri, hazır məhsulları istehlak edən rayonlar arasında muəssisənin
yerləşdirilməsində istehsal xərclərinin minimuma endirilməsini nəzərdə tuturdu. Muəssisənin yerləşdirilməsində: 1)
nəqliyyat amili, 2) fəhlə amili, 3) aqlomerasiya amili əsas olmalıdır. O bu amillərin təsirini muəyyənləşdirmək ucun
riyazi hesablamalardan geniş istifadə etmişdir. Əlbəttə, onun hesablamalarından hər hansı bir olkədə istehsalın
yerləşdirilməsi işində istifadə edilə bilərdi. 1933-cu ildə alman alimləri: iqtisadi coğrafiyacı V.Kristaller yaşayış
məntəqələrinin qarşılıqlı əlaqədə yerləşdirilməsi və mərkəzi yer nəzəriyyəsini (şəkil 12.), 1943-cu ildə isə A.Lyoş
bazarların məkan nəzəriyyəsini yaratmışlar. Gorunduyu kimi, ştandort nəzəriyyəsinin inkişafında alman alimlərinin
boyuk xidmətləri olmuşdur.
Mərkəzi yer nəzəriyyəsinin banisi V.Kristaller belə hesab edirdi ki, məskunlaşmanın ən kicik hissələri bərabər
səpələnmələrdir və duz ucbucaq şəbəkəsi yaratmalıdır. Bərabər satış zonası isə duz altıkunclu fiqur icərisində
paylanmalıdır. Alimin fikrincə, mərkəzə getmə məsafəsi ən qısa yolla secilməlidir. Cunki hər hansı bir mərkəzin ondan
asılı olan bərabər miqdarda yaşayış məntəqəsi var. V.Kristaller xidmət və satış mallarından səmərəli istifadə radiusunu da
hesablamışdır. Bu radiusun mərkəzə munasibətilə qazancın əlverişliliyi təyin olunur. Həmin altıkunclu fiqurlar arasında
mərkəz şəhərdir. Bu şəhərə şəhər tipli məntəqələr tabedir. Hər bir məntəqə mərkəzinə isə kəndlər tabedir. Əmtəənin və
xidmətin xarakterindən asılı olaraq optimal mərkəz secilir. Məsələn, corək almaq ucun mərkəz kənddir, qənd almaq ucun
mərkəz şəhər tipli məntəqədir. Kostyum tikdirmək ucun mərkəz şəhərdir.
Yaşayış məntəqələrinin həcmi satışa, nəqliyyata, inzibatı idarəetməyə gorə muəyyən edilir. Əlbəttə, bu bolgu şərtdir.
Həyatda isə bu cur mərkəz və ona tabe olan məntəqələrdə satış və xidmət hec də həmişə belə qanunauyğunluqla
paylanmır. Ona gorə ki, yaşayış məntəqələrinin boyukluyu və kicikliyi var. Onlar cox pərakəndə paylanmışdır. Altıkunclu
fiquru hər yerə tətbiq etmək olmur V.Kristallerin sxemi cəmiyyətin ictimai quruluşunu nəzərə almır, istehsal usulunun
yerləşmədəki həlledici rolunu gorurdu.
Deyilənlərdən aydın olur ki, bu dovrdə coğrafiya məktəbləri sayca artsa da, onların numayəndələri əksərən yanlış
movqe tutmuşlar. Butovlukdə isə coğrafiya elmində muxtəliflik, hərc-mərcilk, nəzəri bohran hiss edilmişdir. Coğrafiya
sanki oz yolunu itirmişdi. Onun problemlərini kənar elmlərin numayəndələri həll etməyə calışırdılar. Onlar da
coğrafiyanın elmi-nəzəri əsaslarını bilmədiklərindən, boyuk səhvlərə yol verirdilər. Gostərilən dovrdə dunyanın bir cox
yerlərində coğrafi axtarış və kəşflər davam etdirilmişdir.
Belə ki, bu dovrdə dunyanın bir sıra Yer kurəsində hələ də insan ayağı dəyməmiş yerlər qalmaqda idi. Elə təkcə
onu demək kifayətdir ki, Venesuela təyyarəcisi dunyanın ən hundur Anhel (1054m) şəlaləsini yalnız 1935-ci ildə
kəşf etmişdir.
Hec indinin ozundə də bilinmir ki, Yerin «ucuncu qutbu» sayılan Comolunqmanın (Everest) kəşf olunma şərəfi
kimə məxsusdur. Belə ki, Yer kurəsinin ən hundur zirvəsi (8848 m) olan Comolunqma (yerli tibet dilində «dağlar
olkəsinin anası» deməkdir) hələ 1825-ci ildə şimali Hindistanda aparılan topoqrafik cəkiliş zamanı məlum olmuşdur. Ona
gorə də bu zirvəni Hindistan topoqrafiya xidməti rəisinin şərəfinə 1856-cı ildə Everest adlandırırlar, halbuki, onun bu
kəşfə hec bir aidiyyatı yox idi.
Yalnız 1053-cu ildə Yeni Zelandiyalı alpinist Edmund Helari ozunun Nepaldan olan bələdcisi Tinq Sinqlə ilk
dəfə Everest zirvəsinə qalxmışdır. Bu kəşfdən sonra Everest dunya alpinistlərinin əsl Məkkəsinə cevrilir və 30 il
muddətində burada 18 olkədən 133 nəfər olmuşdur.
İsvecli Jak Pikar və amerikalı Don Uolsi 1961-ci ildə ilk dəfə olaraq dunyanın ən dərin Marian cokəkliyinə
enmişlər.
Boyuk alman coğrafiyacısı Haydelberq Universitetinin professoru Alfred Hetner (1859-1941) «Coğrafiya,
onun tarixi, mahiyyəti və metodları» əsərini yazmışdır. Bu kitabda coğrafiya elminin mustəqil metodları və
coğrafiyanın bir sıra başqa nəzəri məsələləri haqqında cox maraqlı məlumatlar toplanmışdır.
Hetner Humboltun bir sıra materialist ideyalarını, xususilə landşaftın obyektiv varlığı ideyasını qəbul etmişdir. Onun umumi
coğrafiyanın butovluyu, vahid elmiliyi ideyası, Kantın və Ritterin ideyalarına cox yaxın idi. Alimin vahid coğrafiyasında əsas
yeri diyarşunaslıq və landşaftşunaslıq tuturdu. O, həm də insana təbii landşaftın bir komponenti kimi baxırdı. Coğrafiyada
butovluyun itməsindən narahat olan Hetner coğrafi tədqiqatların digər elmlər, yəni geologiya, fizika, zoologiya, botanika və
ictimai elmlər tərəfindən aparılmasına razı deyildi. O, muxtəlif tərəflərə parcalanmayan, ozunəməxsus mahiyyəti və məzmunu
olan coğrafiya yaratmağa calışırdı. Bunun ucun o, Ritterin «yer cisimləri ilə doldurulmuş məkan» konsepsiyasını əsas goturərək
qeyd edirdi ki, coğrafiya muxtəlif boyuklukdə olan əraziləri, məkanı doldurmuş obyektlərin, əşyaların ərazi munasibətlərini
oyrənir. Coğrafiyanın mahiyyətini sahə-ərazi munasibətlərində gorən Hetner iddia edirdi ki, təbiətdə rayon, landşaft xususiyyəti
yoxdur, onlar tədqiqatcının təfəkkurunun məhsuludur. Buna baxmayaraq, ozu landşaft və rayon haqqında xeyli zəngin
məlumatlar vermişdir. Beləliklə, Hetner də coğrafiya elmi ucun duzgun konsepsiya tapa bilməmişdir. Onun xronoloji
konsepsiyasının ən boyuk noqsanı aşağıdakılar idi.
1. O, amillərin mənşəyi, inkişaf tarixini nəzərə carpan, məkanı dolduran obyektlərin qarşılıqlı əlaqələrini
oyrənməyi soyləməklə coğrafiyada xronoloji konsepsiyanı əsas goturmuşdur.
2. Həqiqi varlıq saydığı tədqiqat obyektinin rayona və landşafta subyektiv munasibətini gostərərək, onu
təfəkkurun inikası hesab etmişdir.
Onun ideyasının quvvətli tərəfi hadisələrin və obyektlərin qarşılıqlı əlaqələrinə boyuk diqqət verməsində idi.
Ərazi aspekti coğrafiya elmlərinin ana xəttini təşkil edir və bu elmin butun sahələrini bir-birilə əlaqələndirir. Hetnerin
fikrincə, bu aspekt coğrafiyanı vahid elmə cevirir. Lakin o, səhvə də yol verirdi, belə ki, ərazi aspekti coğrafiyanın vahid
elmə cevrilməsinə deyil, onların birliyinə səbəb olur. Bir sozlə, Hetnerin vahid coğrafiyası geosiyasətin təsirini daha da
gucləndirir və onu daha cox sosial elmə cevirir, beləliklə də cəmiyyət təbiətdən təcrid edilmiş şəkildə oyrənilirdi.
Bunu biz ABŞ coğrafiyaşunası İsay Baumanın (1878-1955) fəaliyyətində daha aydın goruruk. O, coğrafiyaya
gorkəmli fiziki coğrafiyacı, geomorfoloq, biocoğrafiyacı kimi gəlmiş, And dağlarının Atakama səhrasının, Şimali Amerika
meşələrinin fiziki coğrafiyasını dərindən oyrənmişdir. Lakin Birinci Dunya muharibəsindən sonra siyasi və sosial
coğrafiya ilə məşğul olmuş, «Pioner sərhədləri», «Coğrafiyanın sosial munasibəti» və s. əsərlərini yazmışdır. İ.Baumana
gorə, insan mutərəqqi yaradıcı və təcrubəcidir. Ən muhum təcrubə insanın ozudur. O, dunyanı dəyişdirdikcə ozu də
dəyişir.
İ.Bauman coğrafiyada təsvirciliyin əleyhinə idi. O, hesab edirdi ki, coğrafiyanın vəzifəsi inkişaf prosesini
oyrənməkdir. Onun belə mutərəqqi fikirləri ilə yanaşı, ziddiyyətli fikirləri də var. O, ABŞ prezidenti Vilsonun yaxın
məsləhətcisi olmuş, 20 ildən artıq ABŞ-ın coğrafiya cəmiyyətinə rəhbərlik etmişdir.
İ. Baumanın muasirləri Harlan Barrouz (1877-1960) və Karl Zauer (1889-1975) kimi ABŞ-ın gorkəmli fiziki
coğrafiyacıları ilk dəfə insan ekologiyası məsələləri ilə məşğul olmuşlar. Bu məsələnin qoyuluşu ilə onlar
coğrafiyanın vəhdəti fikrinə əsaslanmış və İ.Bauman kimi coğrafiyanın vəzifəsini insan və təbiət arasındakı
qarşılıqlı əlaqələrin oyrənilməsində gormuşlər.
K. Zauer coğrafiyanın inkişafında cox boyuk rol oynamışdır. O, «Landşaftın morfologiyası», «Mədəni coğrafiya», «Mədəni
bitkilərin mənşəyi», və s. kimi qiymətli əsərlər yazmışdır. O, elə hesab edirdi ki, coğrafiyanın əsas vəzifələrindən biri də təbii
landşaftların mədəni landşaftlara cevrilməsini oyrənməkdir. Alim coğrafiyada tarixiliyə cox fikir verərək gostərir ki, yalnız
kecmişi yaxşı oyrənməklə insanın landşaftlara təsiri prosesini başa duşmək olar. K.Zauerin fikrincə, coğrafiyanın ən muhum
vəzifələrindən biri də insanın canlı və cansız aləmdən, butovlukdə muhitdən istifadə etmək vərdişlərini oyrənməkdir. Coğrafiya
movcud həyat tipləri, onların bir-birilə əlaqəsi və bu əlaqələrdən yaranan mədəni areallarla maraqlanmalıdır. Əhalinin
vərdişlərini oyrənməklə insanların mədəni və təbii muhitlə munasibətlərini təyin etmək olar. O, coğrafiyada təbii muhitə ictimai
həyat baxımından yanaşmaqla ilk dəfə olaraq fiziki coğrafiyanı sosial istiqamətə yonəltmişdir.
Edvard Teyfomun rəhbərliyi ilə yazılan «Coğrafiya» kitabında coğrafiya sosial elm hesab edilir və gostərilir
ki, bu elm ərazilərin təşkili, həmin ərazilərdə olan şəhərlər, ətraf muhit və regional inkişaf, bizi əhatə edən muhitə
nəzarət və s. problemlərlə məşğul olmalıdır.
ABŞ-da nəşr edilən «Sahə təşkili coğrafiyasından dunyaya baxış» əsəri bir qrup alimlər tərəfindən yazılmışdır.
Bu əsərin ana xəttini sosial-coğrafiya təşkil edir.
Ricard Morilla (1934-cu ildə anadan olub) «Cəmiyyətin ərazi təşkili» kitabında coğrafiya aşağıdakı uc
baxımdan yanaşmışdır:
1. Ənənəvi regional baxım, yaxud məhəlli baxım;
2. Ekoloji, yəni ərazi ilə insanın qarşılıqlı munasibətinə baxım;
3. Bixevioristik, yəni insanın ərazidə davranışına baxım.
Bu baxımlar da coğrafiyanın əsas obyekti olmalıdır. O, coğrafiyanın vəzifəsinə sahə-məkan, ərazi
munasibətləri, sahədə-məkanda, ərazidə baş verən dəyişikliklər, fiziki sahənin tərkibi, insanların sahə vasitəsi ilə
əlaqələri, cəmiyyətin sahələr uzrə təşkili, sahə dəyişikliklərindən istifadə zamanı biliklərimiz və s. kimi məsələləri
daxil edir.
Bixeviorizm: insanın gundəlik həyat kutləvi rəftarından, yaxud kutləvi davranışından danışan ən yeni metoddur.
Muasir amerikan, ingilis və isvecli bixeviorist coğrafiya ədəbiyyatında insanların məkanda kutləvi hərəkəti, gundəlik
miqrasiyası, piyada marşrutları, insanlar arasında informasiya mubadilələri, poct gondərişlərinin məkan analizləri,
beynəlxalq telefon danışıqları və s. kimi problemlərdən bəhs olunur. Bixeviorizm bu və ya digər obyektin sahədə
yerləşməsi haqqında verilən qərarları təhlil edir. Bixeviorizmin meydana gəlməsində alman alimləri V.Kristaller və
A.Lyoşin da təsiri olmuşdur.
Son zamanlar bixeviorist coğrafiya və ekologiya ABŞ coğrafiyasında muhum yer tutur. Bu cəhətdən əsrimizin
ən qiymətli kitablarından biri Piter Haqqetin (1933-cu ildə anadan olub) «Coğrafiya: muasir biliklərin sintezi»
əsəridir. Coğrafiyanın nəzəri əsasının daha dolğun verildiyi bu əsər insan ekologiyasına və bixeviorizmə istinad edir.
Muəllif muasir biliklərin coğrafi sintezinə, hazırda surətlə yayılmaqda olan «sosial fizika» və «regional analiz»
məsələlərinə də geniş yer vermişdir. XX əsrin birinci yarısında amerikan və ingilis coğrafiyaşunasları və
iqtisadcıları arasında regional ideya yayılmağa başlayır. Bu ideya hələ 1905-ci ildə İngiltərədə yaranmışdır. O
zamankı alimlər arasında Helbertson ilk dəfə iqlimi əsas goturərək Yerin butun səthini təbii regionlara ayırmışdır.
Sonralar təbiətin digər elementlərinin oxşarlığına gorə də belə regionlar ayrılmışdır.
Amerikan alimi R.Hartşorn on illərlə coğrafiyanın, xususilə onun muhum sahəsi olan xorologiyanın (yun.
sahə-ərazi haqqında təlim) nəzəri problemləri uzərində calışmışdır. Ozunun ingilis dilində nəşr etdirdiyi iki
kitabında: «Coğrafiyanın predmeti: muasir nəzəriyyələrin tənqidi təhlili» (1939), və «Coğrafiyanın predmetinin
perspektivləri» (1959), xronologiya istiqamətini daha da dərinləşdirmişdir.
Birinci kitabda R.Hartşorn Qərbi Avropa coğrafiyaşunaslarının nəzəri fikirlərinin inkişaf tarixini təhlil edir və
ikincisində isə kəskin şəkildə qoyulmuş bir sıra suallara cavab verir:
1. Coğrafiya nə deməkdir? Coğrafiya sahə (ərazi) təzadları (fərqləri) haqqında elmdir. Onun fokus noqtəsində
coxsaylı yer fərdləri (landşaftlar, ərazi, məhəlli və s.) durur. Coğrafiyanın başlıca məqsədi dunyanın ərazi
diferensiasiyası haqqında biliklər toplamaq, belə diferensiasiyaya əsaslanan unikal xususiyyətlərə malik olan ərazilər-
regionlar ayırmaq və onların elementlərinin qarşılıqlı sintezinə nail olmaqdır. R.Hartşorn yazırdı ki, biz Yer kurəsinin
hər bir ərazisinin unikal olmasını qəbul etməliyik, belə ki, onun Yerdəki coğrafi movqeyi digər ərazilərə nisbətən
təkrarolunmazdır. Region (rayon) oxşar əlamətlərinə gorə digər ərazi hissələrindən fərqlənir.
İki tip region ayrılır: formal (yekcins) və qovşaq və yaxud funksional. Formal regionda oyrənilən hadisələr
hər yerdə bir-birinə oxşardır. Qovşaq regionlarında isə bu oxşarlıq hadisələrin qovşaq ətrafında birləşməsi
əsasında təmin olunur. Qovşaq regionları olkənin mərkəzində yerləşərək ətraf əraziləri ozunə meyl etdirir.
2. «Yer səthi» nə deməkdir? Yer səthi litosfer, hidrosfer, atmosfer, biosfer və antroposfer bir-birilə
əlaqələndirən Yerin xarici təbəqəsidir. Məhz coğrafiya dunyası budur.
3. Muxtəlif mənşəli (geterogen – yun. tərkibi yekcins olmayan) hadisələrin inteqrasiyası coğrafiyanın
xususiyyətləridirmi? Coğrafiyanın məqsədi digər elmlərlə muqayisədə bəlkə də daha cox yer səthini butovlukdə
(Y.Q.Sauşkin, Tarix və metodologiya, 1976. səh. 273-275): əhatə etməkdir, qarşılıqlı əlaqədə olan muxtəlif
xarakterli hadisələrin analiz və sintezini verməkdir.
4. Biz təbii və insan amillərini mutləqmi fərqləndirməliyik? Fərdi xususiyyətlərin və elementlərin təsvirini və
təhlilini verərkən biz ictimai və yaxud təbii mənşəli olmasına baxmayaraq sərbəst surətdə təsnifləşdirmənin istənilən
anlayışlarından istifadə edə bilərik.
5. Coğrafiyanın fiziki və iqtisadi coğrafiya sahələrinə bolunməsi məqsədəuyğundurmu? Coğrafiyanın ənənəvi
olaraq iki hissəyə – «fiziki» və «insan» coğrafiyasına, onların isə daxili hissələrə ayrılması bu elmlərin obyektlərinin
oxşar əlamətlərinə gorə aparılır.
6. Zaman və genezisin (yaranma mənşəyin) coğrafiyada nə kimi əhəmiyyəti vardır? Dəyişməkdə olan coğrafi
kombinasiyaların tarixini oyrənməyin tarixə nisbətən coğrafiyaya daha cox aidiyyatı vardır.
7. Coğrafiya «sahə» və «regional» coğrafiyaya bolunurmu? Coğrafi tədqiqatlar gostərilən bu iki qruplara
bolunmurlər. Lakin ən elementar kombinasiyaları oyrənərkən tədricən elmin sahə tədqiqatlarından tam coğrafi
kombinasiyaları oyrənən regional tədqiqatlarına kecilir.
Beləliklə, yuxarıda cavablanan suallardan aydın olur ki, bizim qarşımızda sadə təsvirdən tədricən
murəkkəbləşən, tədqiqatların yuxarı pillələrinə qalxan coğrafi konsepsiyanı gorə bilərik.
«Sosial fizika» coğrafiyaya Amerika alimləri – astronom Con Styuart və coğrafiyacı Vilyam Vornttes tərəfindən
gətirilmişdir. Onlar bir sıra demoqrafik gostəricilərdən demoqrafik potensialın xəritələşməsində fizikanın metodlarından
istifadə edərək tədqiqatlar aparmışlar və «Əhalinin yerləşməsinin fizikası» kitabında coğrafiyaya demoqrafik potensial
məfhumunu gətirmişlər. Əlbəttə, demoqrafik potensial, yaxud sahə potensialı əhalinin sıxlığı məfhumuna nisbətən daha
geniş mənada olub, elmi cəhətdən daha durust sayıla bilər. Şəhərlərin əhalisinin sayından asılı olaraq ətraf əraziləri maqnit
potensial quvvəsi kimi ozunə cəlb edirlər.
Sosial fizika anlayışını nəzəri cəhətdən şərh edərkən nəzərə almalıyıq ki, bu, bixeviorizmin ozunəməxsus
təzahurudur. Bu sahədə işləyən alimlər calışırlar ki, əhalinin sosial intensivliyini və sosial hərarətini təyin etsinlər.
Onlar beynəlxalq telefon şəbəkəsi yaratmaq və onu işləmək ucun qrafometrik modellər tərtib edir və buna bənzər
əməli əhəmiyyətli tədqiqatlar aparılır.
Regional elm anlayışı əsasən Amerika iqtisadcılarına mənsubdur. İlk dəfə Uolter Ayzard (1966) geniş
məzmunlu regional tədqiqat işlərinə başlamışdır. O, mərkəzində fəlsəfə duran regional elm assosiasiyası yaratmış və
bununla da mustəqil regional elmini yaratmışdır. Bu elm sosial-iqtisadi tədbirləri ərazi baxımından oyrənir. Adətən
belə tədqiqatlar riyazi metodlarla aparılır. Regional elmin məzmunu rayon planlaşdırılması, şəhərlərin inkişafı,
rayonlararası əlaqələr, əhalinin yerləşdirilməsi, istehsal və qeyri-istehsal sahələrinin ərazi təşkili və s. kimi məsələlərdən
ibarətdir. Lakin burada rayonların təşkili və inkişafı kimi real varlıqdan danışılmır. Bu regional elmin əsaslı
metodologiyası olmadığına gorə, riyaziyyata istinad edir. Bununla belə U.Ayzardın elmi işləri coğrafiyanın praktiki
tədqiqatlar da istifadə edilmək baxımından maraqlıdır. Xususilə, bir sıra sahə ərazi məsələlərinin həllində coğrafi
obyektlərin və proseslərin modelləşdirilməsində regional elmin nəticələrindən istifadə olunur. Onun «Regional təhlil
metodları» (1966) kitabı rus dilində də cap edilmişdir.
Qeyd etmək lazımdır ki, gostərilən irəliləmələrə və yuksəlişlərə baxmayaraq nə determinizm, nə ekoloji
coğrafiya, nə bixeviorizm, nə sosial fizika, nə də regional analiz coğrafiyanın butovluyunu və birliyini təmin edə
bilmişdir. Qərbin gənc mutərəqqi coğrafiyacılarından V.Bunqe, D.Harvey və b. coğrafiya elmindəki muəyyən
gərginliyi aradan qaldırmaq ucun yeni nəzəriyyələr axtarmağa başladılar.
Muasir coğrafiyanın vəziyyəti bir qrup radikal və «solcu» coğrafiyacılar tərəfindən kəskin tənqid edilir. Bu tənqid
zamanı kecmiş Sovet İttifaqında yaranmış sovet coğrafiyasına da toxunulur. Radikal coğrafların əksər əsərləri mutərəqqi
və konstruktiv xarakterlidir. Məsələn, fəlsəfi aspektdə yazdığı «Coğrafiyada elmi anlayış» əsərində Harvey aydın gostərir
ki, burjua coğrafiyasında məntiqə əsaslanan mustəqil nəzəriyyə yoxdur. O, fəlsəfəyə, məntiqə, riyazi məntiqə,
tipologiyaya, ehtimal nəzəriyyəsinə və s. elmlərə istinad edərək calışmışdır ki, coğrafiyanı cətin vəziyyətdən qurtarsın.
Bunun ucun nəzəri movqeyə əsaslanaraq dərin elmi təhlillər aparmış və tamamilə yeni metodlardan istifadə etmişdir ki,
onların da coğrafiyada boyuk əhəmiyyəti vardır. Harveyin əsaslandığı fəlsəfi baxışlar onu bəzi idealizmə yuvarlatsa da,
butovlukdə materialist konsepsiyaya istinad etmişdir.
Qərb olkələrində realist istiqamətli və qiymətli əsərlərin bəziləri rus dilinə tərcumə olunmuşdur. Bunlardan
Dostları ilə paylaş: |