A.Bolinininin «Şimali Amerika», O.Sneytonun «Hindistan və Pakistan», P.Cemenin «Latın Amerikası»,
R.Karroi Cercinin «Afrika» əsərləri gostərilə bilər.
XX əsrin 80-ci illərində Qərbi Avropada coğrafiya elminin inkişafının ətraflı təhlilini verən iki fundamental
əsər rus dilində cap olunmuşdu. Bunlardan biri R.C.Constonun sosial coğrafiyanın inkişafına həsr etdiyi
«Coğrafiya və coğrafiyaşunaslar» (M.1987) və ikinci K.Qriqorinin fiziki coğrafiyanın təhlilini verdiyi «Coğrafiya
və coğrafiyaşunaslar» (M.1988) əsərləri idi.
R.C.Conston oz əsərində ingilis-amerikan sosial coğrafiyasının inkişafının geniş və əhəmiyyətli bir dovrunun –
1945-1980-ci illərin aydın mənzərəsini gostərmişdir. İkinci Dunya muharibəsindən sonra dunyanın siyasi xəritəsində
və ayrı-ayrı olkələrin iqtisadi və intellektual həyatında əsaslı donuş yaranır. Bu donuş tədricən coğrafiya elmində
yeni istiqamətlərin təşəkkul tapmasına təkan verir.
Təqdirəlayiq istiqamətlərdən biri Qərbi Avropa universitetlərində coğrafiya elminin mustəqil tədrisinə
başlanması və onun mutəxəssislər tərəfindən oyrənilməsi olmuşdur. 1874-cu ildə Almaniyada coğrafiya fakultələri
təşkil olunur, az sonra isə Boyuk Britaniya və ABŞ bu numunəyə əməl edirlər. Beləliklə, universitet strukturlarında
ozunə yer tutan coğrafiya «klassik dovrundən» cıxaraq tamamilə yeni muasir bir dovrə qədəm qoyur.
Coğrafiya tarixcisi T.Firmen ozunun ingilis dilində yazdığı «Coğrafiyanın yuz ili» kitabında Qərbdə coğrafi
ideyaların inkişafını altı əsas istiqamətə ayırmışdır.
1. Dunya, o cumlədən Qərbi Avropa və Şimali Amerika əhalisinə az tanış olan yerlər haqqında məlumatlar əldə
edilməsilə bağlı olan ensiklopediya istiqaməti.
2. Universitetlərdə, gimnaziyalarda və məktəblərdə coğrafi biliklərin əhəmiyyətini qeyd edən və onun
yayılmasını təmin edən pedaqoji istiqamət.
3. «Mustəmləkə istiqaməti». Coğrafi əmək bolgusunun və dunya bazarının genişləndirilməsi məsələləri
mustəmləkələr haqqında geniş informasiya toplanmasını və bununla bağlı coğrafi tədqiqatların genişləndirilməsini
tələb edirdi.
4. «Ensiklopediya və mustəmləkə» istiqamətlərindən daxil olan informasiyaları təhlil edən generalizə
(umumiləşdirilmə) istiqaməti.
5. Siyasi istiqamət coğrafi ekspertizalardan siyasi rəhbərlik və idarəetmə səviyyəsində istifadə etməyin muasir
usullarını əhatə edir.
6. İxtisaslaşma istiqaməti həddən artıq geniş biliklərin toplanmasına və onların bir elm daxilində oyrənilməsinə
mumkun olub olmamasına cavab olaraq yaranmışdır. Əvvəllər alimlər ozlərinin hərtərəfli ensiklopedik bilikləri ilə
secilirdilər. Lakin yeni dovrdə nəşr olunan əsərlərin sayının həddindən cox artması, tədqiqat usullarının
murəkkəbləşməsi və kadrların hazırlanması coğrafiya elmi daxilində ixtisaslaşma aparılmasını tələb edirdi. Belə
ixtisaslaşma birinci coğrafiyanın ozundə və onun daxili bolgulərində həyata kecirildi. İxtisaslaşmanın ozu isə
muəyyən problemin həllinə və yaxud Yer səthinin ayrı-ayrı regionlarına daha cox diqqət yetirilməsinə gorə
aparılırdı. İngiltərənin coğrafiyaşunaslarının boyuk əksəriyyəti fiziki və sosial coğrafiyanın umumi və yaxud
regional problemləri uzrə ixtisaslaşırdılar.
Dovrun tələbindən asılı olaraq gah umumi və gah da regional coğrafi tədqiqatlara
ustunluk verilirdi. R.Constonun kitabının leytmotivlərindən biri də bizim elmdə nəzəri bazanın axtarışlarının gətirib «kəmiyyət
inqilabına» – riyazi coğrafiyaya, modelləşdirməyə cıxarması olmuşdur. Coğrafiyada metodologiya əvəzinə riyazi metodların
tətbiq olunması isə getdikcə sosial coğrafiyanı rəqəmlər və metodlarla verilmiş «quru» elmlər sırasına endirirdi və muasir riyazi
bilikləri olmayanlar artıq coğrafiya jurnallarını və əsərlərini oxuya bilmirdilər. Ona gorə də 70-ci illərdə sahə (ərazi) elmlərində
geniş tətbiq olunan «kəmiyyət inqilabi» usulu kəskin tənqid olunmağa başlandı. Sosial coğrafiya topladığı informasiya
materiallarını yeni texnologiyanı – komputer və displeyləri geniş tətbiq etməklə oz movqeyini qoruyub saxlaya bildi. Bu
istiqamətdə Coğrafi İnformasiya Sistemlərinin (CİS) yaradılması mustəsna rol oynadı.
Sosial coğrafiya elminin ictimai movqeyi, ona verilən muxtəlif istiqamətli sifarişlərin artması ilə bağlı olaraq
xeyli mohkəmlənmişdir.
Bu elmin regional planlaşdırma və tarazlı (dayanaqlı) inkişafın səmərəli təşkil olunmasında, siyasi coğrafiyanın
əhatəli problemlərinin həllində iştirakı cox əhəmiyyətlidir.
C.Constonun sosial coğrafiya sahəsində apardığı geniş tədqiqatları tamamlamaq məqsədilə ingilis-amerikan fiziki-
coğrafiya elmində baş verən axtarışları umumiləşdirmək məqsədilə K.Qreqorinin yuxarıda adı cəkilən monoqrafiyası
(«Coğrafiya və coğrafiyaşunaslar»), nəşr olunmuşdur. Burada gostərilirdi ki, fiziki coğrafiyada hokm surən sadə təsviri
yanaşma XX əsrin ortalarına yaxın artıq oz imkanlarını tukətmişdir və onu əvəz edən struktur və proseslərin qarşılıqlı
əlaqə şəklində oyrənilməsi dovru gəlmişdir. Yalnız bu yolla fiziki coğrafiyada baş verənləri duzgun səhmana salmaq
mumkundur.
Muəllif fiziki coğrafiyanın və onun əsas sahələrinin – geomorfologiya, iqlimşunaslıq, hidrologiya, torpaq və bitki
coğrafiyasının nəzəri platformalarının birləşdirilməsi tezisinin vacibliyini irəli surur. Muasir fiziki coğrafiyada
geomorfologiyanın xususilə, tətbiqi geomorfologiyanın Qərbdə aparıcı istiqamət olduğu və daha cox alimin bu sahədə
calışdığı gostərilir. Elə Qreqorinin ozu də kitabında geomorfologiya elminin problemlərinə onəmli yer ayırır. Fiziki
coğrafiyanın uc istiqamətinin: kəmiyyət təhlili, xronologiya və muxtəlif proseslərin oyrənilməsinə ustunluk verilir.
Xronoloji istiqamət təbiət hadisələrinin yaşını və təbii proseslərin dinamikasının tədqiqini əhatə edir. Muəllif bu istiqamət
uzrə Qərbdə cıxan ədəbiyyatın geniş təhlilini verir.
Ətraf muhitə antropogen təsirin mustəqil quvvə kimi oyrənilməsi coğrafiya elminin hər iki qolunun – fiziki və
iqtisadi coğrafiyanın maraqlarını yaxınlaşdırır. Lakin bununla belə həmin məsələlərin murəkkəbliyi nəzərə alınaraq
elmlərarası tədqiqatların aparılması inkar edilmir. Gələcəkdə bu elmlərin ixtisaslaşdırılmasını dərinləşdirmədən tərəqqiyə
nail olmaq qeyri-mumkundur. Ona gorə də praktiki həyat qabağa baxmağı, təbii proseslərin proqnozlaşdırılmasına və idarə
olunmasına doğru irəliləməyi tələb edir.
Kitabda daha sonra geosistem anlayışından landşafta kecidlə bağlı cətinliklərdən, təkamul nəzəriyyəsinin fiziki
coğrafiyanın inkişaf yolunu muəyyənləşdirməsindəki rolundan, V.M.Devisin geomorfologiyasının dovruluk
konsepsiyasından danışılır.
Relyefin dovrululuyunu oyrənmək ucun secilmiş ərazilərin unikal xususiyyətlərinin fiziki-coğrafi tədqiqatlara guclu
təsir gostərməsi haqqında kitabda maraqlı faktlar gətirilir. Gostərilir ki, Boyuk Britaniya və ABŞ ərazilərinin geniş sahədə
meşələr və umumiyyətlə təbii bitkilərlə kasıb olması bu olkələrin fiziki coğraflarının muxtəlif xarakterli hadisələrin birgə
yayılması faktına az diqqət yetirmələrinə səbəb olmuşdur. Bunun əksinə olaraq həmin olkələrdə antropogen landşaftın
cılpaqlığı birinci novbədə geomorfoloji tədqiqatların aparılmasına əlverişli şərait yaratmışdır.
Yerin təbiətinin oyrənilməsində, universal qanunauyğunluqların aşkar edilməsində, fiziki coğrafiya elmində
toplanmış informasiyadan birgə istifadə olunmasında beynəlxalq əmək bolgusunun səmərəliliyinin
yuksəldilməsində K.Qreqorinin əsərinin boyuk əhəmiyyəti olacağına inanırıq.
Son illər Turkiyə Respublikası ilə əlaqələrin genişlənməsi coğrafi ədəbiyyatların mubadiləsinə musbət təsir
gostərmişdir. Əldə olan belə kitablardan Erol Tumerekin «İqtisadi coğrafiya» (İstanbul 1994) və Həyat Doğanın
«Turkiyənin iqtisadi coğrafiyası»dır (İstanbul 1995).
Ozunun fundamental monoqrafiyasında Erol Tumerek coğrafiya elminə aid Qərbi Avropa və Turkiyə alimlərinin
fikirlərini umumiləşdirir və onun muasir həyatın iqtisadi, siyasi və sosial problemlərin həllində fəal iştirakını gostərir.
Onun fikrincə, iqtisadi coğrafiya «Yer uzərində muxtəlif iqtisadi malların harada istehsal edilməsi imkanlarının olub-
olmamasını, təcili lazım olduqda haradan tapa biləcəyini həll edən elmdir. Qısa desək, iqtisadi coğrafiya insanın həyat
fəaliyyəti ilə məşğul olan elmdir».
Həyat Doğanayın iri həcmli dərsliyində (650 səh.) Turkiyə təsərrufatının butun sahələrinin coğrafiyası geniş
şəkildə əks olunmuşdur. Olkənin kənd və meşə təsərrufatı, dağ – mədən və sənaye sahələri, nəqliyyat və s.
Coğrafiyası cox boyuk dəqiqliklə verilmişdir. Butun coğrafi təsvirlər məzmunlu xəritələr, diaqramlar və cədvəllərlə
muşayiət olunur. Son zamanlar dunya coğrafiyasında ekoloji problemlərin həlli diqqət mərkəzinə cəkilmişdir. Bu
problemin həllində insanın başqa canlılarla qarşılıqlı munasibəti muhum yer tutur. İnsanların bir-birilə qarşılıqlı
munasibətləri də ekologiyanın tədqiqat obyektinə aiddir. İnsanların muxtəlif xəstəlikləri bir-birilərinə yoluxdurması
məsələləri tibbi və bioloji cəhətdən oyrənilir. Bir sıra alimlər insanlar arasındakı xarakterik ekoloji munasibətlərə movcud
olan istehsal, etnik və milli xususiyyətləri, də daxil edirlər. Hətta onlar insan ekologiyası məsələlərini şəhərlərin milli
xususiyyətləri və həyat tərzi əlaqələndirirlər. Onlar ucun ekoloji proseslərin hansı cəmiyyətdə baş verməsinin fərqi yoxdur.
Elə bixeviorizm də insanın rəftarının bioloji koklərini axtarır, lakin insan rəftarının sosial şəraitdən və sinfi munasibətdən
asılılığını qəbul etmir.
Bununla belə bixeviorizm sahəsində insan ekologiyasına dair yazılmış bir sıra qiymətli əsərlərdən istifadə etməklə
coğrafiyacılarımız oz tədqiqatlarını xeyli zənginləşdirə bilərlər. Məsələn, yuxarıda yaradıcılığı ilə tanış olduğumuz
U.Ayzardın rəhbərliyi altında bir qrup coğrafiyacıların hazırladıqları «Regionların inkişafı ucun ekoloji və iqtisadi analiz»
adlı kitab 1972-ci ildə nəşr olunmuşdur. Bu əsərdə Kinqston korfəzinin ekoloji və iqtisadi əlaqələrini kompleks oyrənmək
ucun xeyli hesablamalar aparılmışdır. Bu məlumatlar yeni texniki hesablama vasitələri tətbiq edilməklə
umumiləşdirilmişdir. Kitabda profilli xəritələrdən də geniş istifadə edilmişdir. Burada verilən bir sıra qiymətli və musbət
nəticələr konstruktiv coğrafiyanın inkişafı ucun də xeyli əhəmiyyətli olmuşdur. Burada hazırlanıb tətbiq edilmiş yeni
metodlar, hesablamalar bizim ucun qiymətli numunə ola bilər.
Bu və ya digər musbət coğrafi mulahizələri hazırlamaq və nəzərə almaq ucun dunya coğrafiyacılarının birgə
elmi əməkdaşlığından geniş istifadə etmək lazımdır. Dunya coğrafiyaşunaslarının əməkdaşlığı ilə bu və ya digər
musbət coğrafi mulahizələri toplayıb konstruktiv coğrafiya haqqında konkret, vahid bir fikrə gəlmək olar.
XX əsrin 80-ci illərindən sonra insan həyatı ucun boyuk əhəmiyyət kəsb edən təbii sistemlərin kəskin şəkildə tənəzzulə
uğraması, ekoloji cəhətdən fəlakətli rayonların sayının coxalması bəşəriyyəti guclu narahat etməyə başladı. Bunları aradan
qaldırmaq məqsədilə qlobal xarakterli yeni layihələr, proqramlar hazırlamağa başladılar. Belə proqramlardan biri Norvecin Baş
Naziri xanım Brundtlandın rəhbərliyi altında hazırlanan ətraf muhit və inkişafı əhatə edən «Bizim umumi gələcəyimiz» adlı
proqram idi. Bu proqram bəşəriyyətin təhlukəsizliyinin təmin olunmasının muxtəlif aspektlərini əhatə edirdi. Orada gostərilirdi
ki, iqtisadiyyat insanların tələbatını, arzu və istəklərini təmin etməlidir. Lakin onun inkişafı planetimizin ekoloji imkanlarına
uyğun gəlməlidir. Bu uyğunluğu elmi cəhətdən duzgun əks etdirən «dayanaqlı inkişaf» termini ilk dəfə olaraq həmin proqramda
işlədilmişdir. Umumi halda bu termin adı altında bəşəriyyətin elə inkişafı nəzərdə tutulur ki, o həm indiki insan nəsillərinin
ehtiyaclarını odəyə bilsin və həm də gələcək nəsillərin tələbatının odənilməsini təhlukə qarşısında qoymasın.
Tarazlı inkişaf ideyası BMT-nin 1992-ci ildə Rio-de-Janeyroda kecirilmiş ətraf muhit və inkişaf konfransında
daha da inkişaf etdirilmişdir. Həmin ideya iqtisadi, sosial və siyasi coğrafiyanın muxtəlif sahələrində geniş istifadə
olunur. Məsələn, regionların tarazlı inkişafı, tarazlı inkişaf və kənd təsərrufatı, tarazlı inkişaf və olkənin
təhlukəsizliyinin təmin olunması və s.
Rio-de-Janeyroda kecirilmiş konfransda planetimizin qlobal inkişaf problemlərini əhatə edən geniş kompleks
proqramlar qəbul olunmuşdur. Onlar beş əsas sənəddə əks olunmuşdur:
1) ətraf muhit və inkişaf;
2) dunya biliklərinin yaxın və uzaq perspektivlərini əhatə edən proqram;
3) meşələrin qorunması və bərpası;
4) bioloji muxtəliflik haqqında Konvensiya;
5) Yerin iqliminin dəyişməsi haqqında Konvensiya.
Yuxarıda gostərilən proqramların hazırlanması və həyata kecirilməsi bizim coğrafiya elminin XX əsrdə
qarşısında duran ən onəmli vəzifələrdəndir.
Qlobal əhəmiyyətli həmin proqramların həyata kecirilməsi məqsədi ilə Qərbi Avropa olkələrində 90-cı illərdən
başlayaraq regional inkişaf və tənzimləmə istiqamətində aparılan tədqiqat işləri xeyli gucləndirilmişdir. Xususilə, Qərbi və
Şərqi Avropa olkələrində regional inkişaf təcrubələrinin umumiləşdirilməsi və mubadiləsinə, təsərrufatların regional və
qlobal miqyaslarda baş verən transformasiyasının təhlilinə və s. aid elmi işlərin sayı artmışdır. Bu işlərdə Avropa
Planlaşdırma Məktəbi Assosiasiyanın (AESOR) xidmətləri boyuk olmuşdur. Adıcəkilən məktəb 1991-ci ildən Brussel
şəhərində fəaliyyətə başlamışdır. Burada Avropa, Amerika və Asiya olkələrinin 130-dan cox elmi və tədris ocaqları, o
cumlədən Bakı Dovlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrası təmsil olunmuşdur.
Avropa planlaşdırma məktəbinin başlıca vəzifəsi aşağıdakı problemlərin həllindən ibarətdir:
- Urbanizasiyalaşmış ərazilərin planlaşdırılması;
- Regional planlaşdırma; - Nəqliyyatın planlaşdırılması;
- Komunikasiya sistemlərinin planlaşdırılması;
- Sahil zonalarının inkişafının idarə edilməsi;
- Kənd təsərrufatının planlaşdırılması və s.
Ozu də bu planlaşdırma ilə sovet mərkəzləşdirilmiş inzibati-amirlik planlaşdırılması arasında boyuk
fərqlər vardır. Muasir planlaşdırma elmi-problem mahiyyəti daşıyır konkret və dərin təhlildən kecirilmiş təklif
və məsləhətlər hazırlanıb dovlət orqanlarına, şəhər bələdiyyələrinə, şirkətlərə və s. verilir.
Coğrafiya elmi tarixində beynəlxalq konqres, simpozium, qurultaylar və s. rolu həmişə boyuk olmuşdur. Belə
ali elmi məclislərdə coğrafiyanın kecmiş inkişaf tarixi umumiləşdirilir və gələcəyin yeni istiqamətləri
muəyyənləşdirilir.
Olkəmizin butun coğrafiya aləmi ucun əhəmiyyəti nəzərə alınaraq 2000-ci il avqustun 14-18-də Koreya
Respublikasının paytaxtı Seul şəhərində kecirilmiş XXIX Beynəlxalq Coğrafiya Konqresi haqqında məlumat
veririk. Konqresin əsas movzusu «Həyatın rəngarəngliyi»nə həsr olunmuşdur. Gostərilən bu movzu Konqresin 28
bolməsi uzrə geniş muzakirəsi kecirilmişdir. Bunların qlobal istiqamətləri aşağıdakılardır:
I. Qloballaşma, iqtisadi inteqrasiya və regional inkişaf;
II. Muasir modern cəmiyyətlər; mədəniyyət, yer və məkan;
III. İnsan cəmiyyəti ekosistemdə və təbii muhit insan sistemində;
IV. İnformasiya axını və coğrafi muhit;
V. Texnoloji inkişaf və coğrafiya;
VI. Ətraf muhitin dəyişməsi və gələcək dunya;
VII. XXI əsrdə coğrafiya təhsilinin inkişafı;
VIII. Geologiya və geomorfologiya xarakterli təbii fəlakət hadisələrinin tədqiqi və modelləşdirilməsi;
IX. Sahillərinin və dəniz sahillərinin rəngarəngliyinin dəyişməsi;
X. Yeni regional coğrafiyaya yanaşma;
XI. Qlobal iqtisadi landşaftın mozaikası;
XII. Dunya iqtisadiyyatının qloballaşdırılması və lokallaşdırılması;
XIII. Qlobal şəhərlər XXI əsrdə;
XIV. Yeni qlobal siyasi qaydalar;
XV. Elm və texnika informasiya sistemində;
XVI. Dunyanın xəritələşdirilməsi;
XVII. Həyat və okean rəngarəngliyi;
XVIII. Turizm, inkişaf və ətraf muhit;
XIX. Qidalanma və ətraf muhit;
XX. Şəhərlərin inkişafının idarə olunması və b.;
Konqresdə muzakirə olunan movzulardan gorunur ki, bizim elmin əvvəlki ənənəvi fiziki coğrafi və iqtisadi
coğrafi bolguləri arasında boyuk fərq qoyulmur. Əsas diqqət təbiət və onun komponentləri sistemləri ilə əhali və
təsərrufat sahələri sistemlərinin qarşılıqlı təmasına, inteqrasiyasına və bunların regional və qlobal miqyasda təzahur
forma və xususiyyətlərinin tədqiq edilməsinə yonəldilir.
Yuxarıda gostərilən movzu və istiqamətlərin belə motəbər məclisdə Beynəlxalq Coğrafiya Konqresində
muzakirəsi və elmi-praktiki əhəmiyyətli qərarlar qəbul edilməsi coğrafiya elminin boyuk nailiyyətlərindən,
dunyəviliyindən və zəngin tarixindən xəbər verir.
Muasir dovrdə qlobal əhəmiyyətli elmi tədqiqatlar daha cox vusət almaqdadır. Bu cəhətdən qarşıda ən vacib
ekoloji problem, olkələrin qlobal iqtisadi inteqrasiyası, beynəlxalq əmək bolgusu, dunya təbii ehtiyatların kadastrın
tərtibi, dunya ərzaq probleminin həlli, yanacaq və enerji problemləri və s. durur ki, bunların da həll edilməsi dunya
coğrafiyacılarının birgə səyi və əməkdaşlığı ilə mumkun
5.2 MDB məkanında muasir coğrafiyanın inkişafının birinci mərhələsi (1918-1945-ci illər)
Məlumdur ki, sovet coğrafiyasında təbii və sosial-iqtisadi proseslərin oyrənilməsi həmişə ictimai-iqtisadi formasiya
ilə əlaqələndirilirdi. Hər olkənin tarixi xususiyyətləri bu formasiya baxımından nəzərə alınırdı. Bunun əksinə olaraq burjua
coğrafiyacıları təbii sosial prosesləri tədqiq edərkən muxtəlif ictimai-iqtisadi formasiyaları nəzərə almırdılar. Onlar
istehsal usulunun və istehsal munasibətlərinin rolunu qəbul etmirdilər. Postsovet coğrafiyasının metodologiyası
gostərilən muhitdə formalaşdığına gorə xeyli siyasiləşdirilmişdir.
Birinci Dunya muharibəsinin fəlakətlərindən cıxmış Rusiya xeyli zəifləmişdir. İnqilabdan sonra başlayan vətəndaş
muharibələri, xarici mudaxilələr tez-tez baş verən quraqlıq, aclıq və s. isə cətinliklərlə qarşılanan Rusiyanın xalq
təsərrufatının həddən artıq bərbad hala duşməsinə səbəb olmuşdur. Rusiyanın iqtisadiyyatını bərpa etmək ucun hərtərəfli
inkişaf etmiş qabaqcıl maddi-texniki bazanın yaradılması tələb olunurdu. Belə bazaya elmi cəhətdən qabaqcıl və inkişaf
etmiş olkə malik ola bilərdi. Buna gorə də coğrafiya elminin qarşısında yeni vəzifələr qoyuldu.
Dovlətin tapşırığı ilə ilk dəfə 1918-ci ildə Rusiyada EA-nın nəzdində təbii məhsuldar quvvələrin oyrənilməsi (KEPS)
komissiyası tədqiqat işlərinə başladı. Bu komissiyanın nəzdində sənaye coğrafiyası şobəsi yaradıldı. Bu, Elmlər
Akademiyasının ilk coğrafiya muəssisəsi idi. Şobəyə gorkəmli rus coğrafiya alimi A.Hetnerin tələbəsi A.A.Qriqoryev
rəhbərlik edirdi. Hələ inqilabdan əvvəl acılmış ali coğrafiya kursu yenidən fəaliyyətə başladı. Bu, Sovet İttifaqında
yaranmış ilk ali coğrafiya məktəbi oldu. Kursun yenidən fəaliyyətinin təşəbbusculəri və onun ilk rəhbərləri A.S.Berq,
V.N.Sukacov, Y.S.Edelşteyn idi.
1920-ci ildə Rusiyanın ilk elektirkləşdirmə planı (QOELRO) hazırlandı. Bu planın həyata kecirilməsi
coxsahəli boyuk elmi-tədqiqat işlərinin aparılmasını tələb edirdi. Bunları həyata kecirmək ucun SSRİ EA butun
quvvələri, o cumlədən movcud coğrafi quvvələr də səfərbərliyə alındı.
Sovet Rusiyasının məhsuldar quvvələrinin bərpası və inkişafı, olkənin elektrikləşdirilməsi ilə əlaqədar olaraq iqtisadi
rayonlar şəbəkəsinə yenidən baxmaq lazım gəldi. Belə ki, kohnə rayonların sərhədləri xeyli dəyişmiş və yeni rayon
əmələgəlmə prosesləri baş vermişdir. Olkədə planlaşma işini duzgun təşkil etmək ucun elmi prinsiplər əsasında yeni
iqtisadi rayonlaşma aparmaq tələb olunurdu. Buna gorə də olkənin iqtisadi-coğrafi quvvələri Dovlət Plan Komissiyasının
(DPK) ətrafında cəmləşərək yeni rayonlaşdırma işinə başladı (1918-1921). Butun olkənin və onun hər rayonunun iqlimi,
suları, torpağı, bitkisi, faydalı qazıntıları və digər təbii-iqtisadi imkanları oyrənilir və məhsuldar quvvələrin ərazidə
səmərəli yerləşməsi məsələləri dərindən təhlil edilirdi.
DPK-da planlaşdırmanın ilk muhum işi təsərrufatın sahə və ərazi uzrə planlaşdırılmasını birləşdirmək oldu.
Komissiyanın xususi qrupu 1921-ci ildə sahələr uzrə planlaşdırma ucun olkə ərazisində 21 iqtisadi rayon muəyyənləşirdi.
Bu rayonlaşmanı başda K.M.Krjijanovski olmaqla bir qrup tanınmış alim aparırdı. İ.Q.Aleksandrov, L.L.Nikitin,
E.Y.Şulqin, N.N.Kolosovski və b. tərtib etdikləri həmin rayonlaşdırma sxemi ilk dəfə olaraq olkə miqyasında yaradılmağı
layihələşdirilən ixtisaslaşmış ərazi-istehsal komplekslərini əhatə edirdi. Rayonlaşdırma apararkən ərazinin təbiəti,
təsərrufat xususiyyətləri coğrafi əmək bolgusunun vəziyyəti və s. nəzərə alınmışdır. Təsadufu deyildir ki, belə
rayonlaşdırma coğrafiya elminin surətlə inkişafına, xususilə iqtisadi coğrafiyanın rolunun xeyli yuksəldilməsinə səbəb
olmuşdur.
Beləliklə, Sovet hakimiyyətinin ilk illərindən etibarən, olkədə məhsuldar quvvələrin inkişafı və səmərəli
yerləşdirilməsi ilə yanaşı, iqtisadi-təbii rayonlaşdırma işlərinə də başlanmışdır. Bu işlərin aparılmasında coğrafiya
elminin boyuk rolu olmuşdur.
Moskvada D.N.Anucinin məktəbi fiziki coğrafiyanın yenidən qurulmasında, muxtəlif sahələrin inkişafında
boyuk muvəffəqiyyətlər qazandı. Bu məktəbin fəaliyyətinə A.A.Borzov rəhbərlik edirdi. Moskva coğrafiyacılarının
elmi tədqiqatları əsasən təbii ehtiyatların planlı surətdə mənimsənilməsinə və məhsuldar quvvələrin inkişafının
təmin edilməsinə yonəldilmişdir.
20-ci illərin ortalarında A.A.Borzovun rəhbərliyi ilə Moskva Dovlət Universitetinin nəzdində Xususi Coğrafiya
Tədqiqat İnstitut yarandı. İnstitutun əsas məqsədi olkədə fiziki coğrafiyanı inkişaf etdirmək, təbii coğrafi
elementlərin və hadisələrin inkişaf prosesinin qarşılıqlı əlaqələrini oyrənmək idi. Bu institut və dəqiq kəmiyyət
hesablamalarını nəzərə almaq məsələlərini irəli sururdu.
1926-cı ildə N.N.Baranskinin «SSRİ-nin coğrafiyası» əsəri nəşr edildi. İlk dəfə yazılan bu kitab QOELRO
planı və Dovlət Plan Komissiyasının iqtisadi rayonlaşdırmaya dair materiallarına əsaslanırdı. Ozu də bu tədris kitabı
olmaqla yanaşı, həm də olkənin planlaşdırma işlərində də geniş istifadə olunan elmi əsər idi. Ona gorə də DPK-nin
əməkdaşları həmin kitab haqqında musbət rəylər soyləmişdilər. Az muddət icərisində adıcəkilən kitab iqtisadi
coğrafiya elminin nufuzunu xeyli yuksəltmiş və Rusiyada bu elmin hərtərəfli inkişaf etməsi ucun şərait yaratmışdır.
İqtisadi coğrafiya uzrə tədqiqat işləri aparmaq ucun istehsalatda və DPK tərkibində calışan təcrubəli mutəxəssislər
cəlb edilirdi (A.L.Nikitin, N.N.Kolosovski, V.M.Cetirkin, V.İ.Lavrov və b.). Onlar sonralar olkə coğrafiyasının
qurucuları və nəzəriyyəciləri oldular.
1923-cu ildən başlayaraq N.N.Baranski Moskva Universitetinə gəlir. Onun A.A.Borzovla əməkdaşlığı
nəticəsində coğrafiya qrupu yaradılır.
Sankt-Peterbuqda L.S.Berqin, S.S.Neustriyovun, V.N.Sukacovun və b. rəhbərliyi ilə fiziki coğrafiya inkişaf
etməyə başladı. Lakin iqtisadi coğrafiyanın yeni qaydada inkişafı burada xeyli ləng gedirdi. Denin və statistik
coğrafiya məktəbinin digər numayəndələrinin ona təsiri xeyli guclu idi. Fiziki coğrafiyacıların digər təbiət elmləri
numayəndələri ilə əməkdaşlığı onların elminin inkişafında xususi rol oynamışdır.
Hələ 30-cu illərdə fiziki coğrafiyacılar, geoloqlar, bioloqlar torpaqşunaslarla birlikdə umumi yerşunaslığa, təbii
proseslərə, zonalara, iqlimə aid qiymətli kitablar nəşr etdirmişdilər. «SSRİ-nin coğrafi zonaları» (L.S.Berq) «Mədəni
bitkilərin və bitki ehtiyatlarının coğrafiyası» (N.İ.Vavilov) və s. kimi kitablar dunya fiziki coğrafiyasının qiymətli əsərləri
hesab olunur. Bununla belə, fiziki və iqtisadi coğrafiyada kompleks tədqiqatlara munasibətdə movcud olan fərqlər umumi
işə xeyli ziyan vururdu. Vahid coğrafiya ideyası uzun illər mubahisələr doğurmuşdur.
Dovlətin 1934-cu il 16 may tarixli qərarında coğrafiyanın tədrisinin butun sahələrinə, o cumlədən bu elmin inkişafı
məsələlərinə də toxunulmuşdur. Qərarda şərh olunurdu ki, coğrafi təhsil fiziki coğrafiya ilə iqtisadi coğrafiyanın
kombinasiyası ilə getməlidir. Coğrafiya dərsləri mucərrəd, təsviri sadalama deyil, duşunulmuş sistemlərin təhlili,
materialın canlı izahı və xəritələrdən geniş istifadə əsasında aparılmalıdır. Coğrafiyanın tədrisinə komək ucun «Qeoqrafiya
v şkole» məcmuəsinin nəşri haqqında gostəriş verilmişdir. Universitetlər və pedaqoji institutlarda coğrafiya fakultələrinin
acılması məsləhət gorulmuşdu. Ali məktəblərdə də coğrafiyanın tədrisini yaxşılaşdırmaq və coğrafi elmi-tədqiqat işlərini
mohkəmləndirmək məqsədi ilə dovlət xususi qərar qəbul etdi.
1934-cu ildə SSRİ EA nəzdində fiziki coğrafiya bolməsi, 1936-cı ildə isə Moskva Coğrafiya İnstitutu yarandı.
Bəzi ali məktəblərin nəzdində elmi-tədqiqat mərkəzləri və yeni coğrafiya kafedraları acıldı. SSRİ EA-nın tərkibində
bir sıra coğrafiya mərkəzləri yarandı. Burada aparılan fiziki və iqtisadi coğrafi tədqiqatlar nəticəsində qiymətli
coğrafi əsərlər meydana gəldi. SSRİ-nin boyuk dunya atlası nəşr edildi.
Akademiyanın coğrafiya institutları SSRİ-nin təbiətini və təbii sərvətlərini oyrənmək ucun iri ekspedisiyalar
təşkil etdilər.
Moskva Coğrafiya Mərkəzində ayrı-ayrı regionların, iqtisadi rayonların və muttəfiq respublikaların oyrənilməsində
boyuk işlər gorulmuşdu. Olkənin muxtəlif rayonlarında tədqiqat bazaları və filiallar yaradıldı. Sonralar bir sıra rayonlarda
bu bazalar iri tədqiqat institutlarına cevrildi. Uzaq Şərqə, Şərqi Sibirə, Azərbaycana, Gurcustana, Yakutiyaya, Kola
yarımadasına, Qazaxıstana, Orta Asiyaya xususi ekspedisiyalar gondərildi. Bu ekspedisiyaların elmi axtarışları nəticəsində
toplanan məlumatlar sənaye, kənd təsərrufatı, nəqliyyat sahələrində quruculuq işlərinin aparılmasına xeyli komək etmişdir.
Moskva və Sankt-Peterburq coğrafi mərkəzləri butun olkə ucun coğrafiya mutəxəssisləri hazırlayırdılar.
İkinci Dunya muharibəsi ərəfəsində olkədə artıq guclu coğrafiya elmi yaranmışdı. Gurcustan, Azərbaycan,
Turkmənistan kimi respublikalarda, Sibir və Uzaq Şərq rayonlarında coğrafiya institutları acıldı. Moskva, Sankt-
Peterburq, Kiyev, Lvov, Kazan, Bakı, Xarkov, Yerevan, Tbilisi, Riqa və s. universitetlərin nəzdindəki coğrafi tədris
və tədqiqat mərkəzlərində yuzlərlə gorkəmli alim calışmağa başladı.
Boyuk Vətən muharibəsi dovrundə B.B.Polınov, K.K.Markov hərbi coğrafiyanın yeni elmi əsaslarını
yaratdılar. N.N.Zubov, İ.D.Papanin, L.Y.Zimin və b. hərbi dəniz coğrafiyası problemlərini işlədilər.
Sovet coğrafiyacıları muxtəlif muharibə meydanlarının coğrafi xususiyyətlərini oyrənmək işində bir sıra əsərlər
yaratdılar. Muharibə dovrundə qərb rayonlarından şərq rayonlarına sənaye muəssisələrinin və əhalinin kocurulməsi
və arxa cəbhədə mohkəm iqtisadi bazanın yaradılması ucun coğrafiyacıların irəli surdukləri qiymətli təkliflər
olkənin mudafiə işinə xeyli komək etdi.
Atlantik okeanından Sakit okeana gedən Şimal dəniz yolunun axtarışına Avropa və həm də Rusiya tədqiqatcıları və
səyyahları boyuk diqqət yetirdilər. Murmanskdan başlayaraq Şimal Buzlu okeanı və Berinq boğazından kecərək
Vladivostokadək uzanan bu yol Avropadan Asiyaya, Hind okeanından gedən yolu iki dəfə qısaldıldı. Tarixin muxtəlif
dovrlərində bu yolun oyrənilməsi və kəşfində rus alim və səyyahları – M.V.Lomonosov, Vitus Berinq, Sibiryakov,
O.Şmidt və b. boyuk səy gostərmişlər. Lakin Şimal yolu cox cətin yol idi, qalın buzlarla ortulmuşdur və yalnız guclu
buzqıran gəmilər icad olunduqdan sonra onun intensiv mənimsənilməsinə başlamaq mumkun olmuşdur.
1913-1914-cu illərdə B.A.Vilinskinin rəhbərliyi altında buzqıran gəmilərin koməyi ilə təşkil olunan rus
ekspedisiyası Celyuskin burnundan şimalda yerləşən Şimal Torpağı arxipelaqını kəşf etdi.
Sərt təbiətli Şimal yolunun intensiv mənimsənilməsinə guclu atom buzqıran gəmilərin koməyi ilə 1960-cı
illərdən sonra başlanmışdır. Lakin gəmilərin bu yolla hərəkəti cox vaxt və vəsait tələb etdiyinə gorə Avropa-Asiya
yuk daşınmasında onun istifadəsi genişlənə bilmədi.
Sovetlərin dovrundə Arktikada buz ustundə uzən coxlu stansiyalar
təşkil olunurdu. Hərbi məlumatlar əldə etmək, yeni şimal texnikasını sınaqdan kecirməklə yanaşı, belə stansiyalarda Arktikanın
havası, buzların qalınlığı və hərəkət istiqamətləri, okeanın dibi, axınlar və s. haqqında elmi muşahidələr aparılırdı. İlk belə
stansiyalardan (Şimal Qutbu № I) biri 1937-ci ildə İ.D.Papanin (1894-1986) rəhbərliyi altında təşkil olunmuşdur. Bu
ekspedisiyaya umumi rəhbərliyi akad. O.Y.Şmidt (1891-1956) həyata kecirirdi. Bu ekspedisiya tarixdə ilk dəfə olaraq təyyarələr
vasitəsi ilə bilavasitə şimal qutbunun ustunə endirildi və hərəkət edən buzlar uzərində stansiya quraraq muxtəlif xarakterli
muşahidələr aparmağa başladı. Papanincilər adı ilə tarixə duşən bu stansiyanın iştirakcıları uzun muddət buzlar uzərində qalıb
muşahidələr aparmış, cətinliklərlə qarşılaşmışlar və nəhayət buzqıran gəmilərin koməyi ilə materikə cıxarılmışlar. Bundan sonra
Arktikada bir cox uzən stansiyalar yaradılıb. Bu stansiyalar Boyuk Şimal yolunun (Arxangelsk – Berinq boğazı) acılmasında və
fəaliyyətində yardımcı olmuşlar.
Yalnız 1977-ci ildə «Arktika» adlı sovet atom buzqıran gəmisi tarixdə ilk dəfə buzların ustu ilə uzərək duz
Şimal qutbunə gəlib cıxmışdı.
Artıq bizim əsrin 20-30-cu illərindən başlayaraq dunyanın aparıcı olkələrinin – ABŞ, Boyuk Britaniya, Fransa,
SSRİ və b. Antarktida materikində elmi – tədqiqat ekspedisiyaları fəaliyyətə başlayırlar. Sonralar Beynəlxalq
Geofizika (1957-1958) ilinin başlanğıcı ilə əlaqədar olaraq aparılan tədqiqat işləri daha da genişləndirildi. Burada
kecmiş Sovet İttifaqının Mirnıy, Pionersk və b. stansiyaları fəaliyyətə başladılar. Gostərilən sovet və xarici olkə
stansiyaları dunya iqlimi və şirin su ehtiyatının «anbarı» hesab olunan Antarktidanın elmi cəhətdən oyrənilməsini
xeyli dərinləşdirdi. Burada tədqiqat aparan 12 olkə arasında əldə olunan razılığa əsasən Antarktida hərbi xarakterli
hər hansı bir tədbirin həyata kecirilməsi qadağan olunur, butun olkələr materik haqqında topladıqları məlumatları
bir-birilə mubadilə edirlər.
Dostları ilə paylaş: |