Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə14/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   89
DƏRSLİK

Külək  enerjisi.  Təcrübə  göstərir  ki,  Azərbay-
canın bir çox rayonlarında külək enerjisi qurğularının 
tətbiqinin  böyük  perspektivi  vardır.  Hesablamalara 
görə Azərbaycan Respublikası özünün coğrafi vəziy-
yətinə,  təbii  şəraitinə  və  iqtisadi  infrastrukturuna 
görə  800  mvt-a  yaxın  illik  külək  enerji  ehtiyatına 
malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 
2,4  milyard  kvt/saat  elektrik  enerjisi  deməkdir.  Bu 
isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti ya-
nacağa  qənaət,  ən  əsası  isə  ildə  küllü  miqdarda  tul-
lantıların,  o  cümlədən  azondağıdıcı  olan  karbon 
dioksidin  atmosferə  atılmasının  qarşısının  alınması 
deməkdir. 
Çoxillik  müşahidələr  nəticəsində  müəyyən 
edilmişdir  ki,  ən  əlverişli  külək  şəraiti  Abşeron 
yarımadasında,  Xəzər  dənizi  sahili  zolağında  və 
akvatoriyanın şimal-qərb hissəsində olan adalarda-
dır. Azərbaycanın qərbində Gəncə-Daşkəsən zona-
sında və Naxçıvan Muxtar Respublikasının Şərur-
Culfa  ərazisində  küləyin  orta  illik  sürəti    3-5 
m/san. olduğu üçün bu regionlarda orta güclü kü-
lək elektrik qurğularından istifadə etmək olar. 
1999-cu  ildə  Yaponiyanın  ―Tomen‖  şirkəti 
Azərbaycan  Elmi-Tədqiqat  Energetika  və  Enerji-
layihə  İnstitutu  ilə  birlikdə  Abşeronda  hündürlüyü 
30  və  40  metr  olan  iki  qüllə  quraşdırmış,  küləyin 
sürətinin orta illik qiyməti v = 7,9 - 8,1 m/san olma-


57 
 
sı müəyyən edilmiş və Qobustan rayonu ərazisində 
ümumi gücü 30 mvt olan külək elektrik stansiyası-
nın quraşdırılmasına dair texniki iqtisadi əsaslandır-
ma hazırlanmışdır. 
2002-ci  ildə  Azərbaycanın  bərpa  olunan 
enerji  resurslarının  qiymətləndirilməsi  həyata  keçi-
rilmiş və aşkar olunmuşdur ki, Abşeron yarımadası 
iri  həcmdə  külək  enerjisi  potensialına  malikdir. 
Uzunmüddətli küləyin orta sürəti 6 m/san-dan artıq-
dır  ki,  bu  da  külək  enerjisi  üçün  əlverişli  texniki-
iqtisadi potensialın olmasını göstərir. Şimal DRES-
in  yerləşdiyi  ərazidən  toplanılmış  külək  enerjisi 
üzrə  statistik  məlumatlar  bir  daha  təqdim  olunan 
göstəriciləri  təsdiq  etmişdir.  Aparılmış  bu  tədqi-
qatlar zamanı Qobustan rayonu ərazisi üçün təqdim 
olunmuş göstəricilər külək enerjisi potensialının 4-
cü  sinfinə  aid  edilir  ki,  bu  da  yüksək  potensial 
hesab olunur. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin