Torpağın çirklənməsi.Torpaq səthinin müxtəlif
təbii, sənaye, kənd təsərrüfatı və məişət tullantıları
ilə örtülməsi maddələrin texnoloji miqrasiyası nəticə-
sində torpağa elementlərin və onların birləşmələrinin
daxil olunması onun çirklənməsinə səbəb olur. Torpağın mexaniki, təbii, kimyəvi, bioloji və
sanitariya cəhətdən çirklənməsi növləri vardır.
Mexaniki çirklənmə – torpaq səthinin müxtəlif
tullantılarla (inşaat materialları, dəmir – beton hissə-
ləri məişət tullantıları və s.) çirklənməsidir. Kimyəvi
çirklənmə zamanı tərkibində sink, civə, qurğuşun,
flüor, manqan, dəmir olan tullantılar torpağa düşür.
Bunlar əsasən elektirik stansiyaları və sənaye müəs-
sisələri tərəfindən torpağa atılır.
Hazırda bu tullantıların ümumi miqdarı 5 mln
m
3
-dir onlar aşağıdakı tərkibdə olur.