Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


Azərbaycan  meşələrinin  ekoloji  problemləri



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə44/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   89
DƏRSLİK

Azərbaycan  meşələrinin  ekoloji  problemləri. 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  yarandığı 
vaxtdan,  2001-ci  ilin  mayından  başlayaraq  ardıcıl, 
düzgün ekoloji siyasət apararaq Respublikada meşə-
lərin bərpa edilməsi və yeni meşə massivlərinin yara-
dılması,  şəhərətrafı  qəsəbələrin,  şosse  və  magistral 
yollarının  ətrafının  yaşıllaşdırılması  və  digər 
zonalarda  qoruyucu  meşə  massivlərinin  yaradılması 


139 
 
sahəsində  irimiqyaslı  işlərə  başlamışdır.  Bununla 
əlaqədar  Respublikanın    zonalarında  meşə  və 
yaşıllıqların  salınması  ən  çətin  olduğu  şəraitlərdə  3 
meşəsalma  və  4  regional  meşə  tingliyi  müəssisələri 
varadılmışdır. (Naxçıvan, Abşeron, Quba və Kür). 
Ekoloji  vəziyyətin  sağlamlaşdırılması  və  ətraf 
mühitin qorunması prioritet vəzifələrdəndir.  
               
Ulu  Öndər  Heydər  Əliyevin  layiqli  davamçısı 
ölkə  Prezidenti  cənab  İlham  Əliyevin  bilavasitə 
sədrliyi  ilə  ekoloji  problemlərin  müzakirəsinə  həsr 
olunmuş  müşavirələrin  keçirilməsi,  ətraf  mühitlə 
bağlı  qəbul  olunmuş  dövlət  proqramlarının  icrasına 
göstərilən diqqət, mövcud ekoloji problemlərin daha 
səmərəli  həlli  məqsədilə  müvafiq  sərəncamların 
imzalanması,  eləcə  də  2010-cu  ilin  ölkə  rəhbəri 
tərəfindən  "Ekologiya  ili"  elan  edilməsi  bu  sahənin 
ölkəmizdə prioritet məsələlər sırasına  qaldırılmasına 
parlaq  nümunədir.  Yanvarın  14-də  Nazirlər  Kabine-
tinin  2010-cu  ilin  sosial-iqtisadi  inkişafının  yekun-
larına  və  2011-ci  ildə  qarşıda  duran  vəzifələrə  həsr 
olunmuş  iclasında  Azərbaycan  Respublikasının 
Prezidenti  İlham  Əliyev  2010-cu  il  «Ekologiya  ili» 
çərçivəsində dövlətin, eləcə də özəl sektorun ekoloji 
vəziyyətin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi 
tədbirləri  yüksək  qiymətləndirmişdir:  «Mən  çox 
şadam  ki,  «Ekologiya  ili»  çərçivəsində  həm  dövlət 
tərəfindən böyük işlər görüldü, həm də özəl sektor bu 
işlərə qoşuldu. Ən sevindirici hal isə ondan ibarətdir 
ki,  ölkə  əhalisi  də  bu  təşəbbüsə  qoşularaq  ekoloji 


140 
 
vəziyyətin  yaxşılaşdırılmasına  öz  dəyərli  töhfələrini 
vermişdir. 6 milyondan artıq ağac əkilmişdir. Bu pro-
ses bu il də davam etdiriləcəkdir. Mən hesab edirəm 
ki,  biz  bu  tempi  azaltmamalıyıq.  Ekoloji  vəziyyətin 
yaxşılaşdırılması  ölkəmizin  uğurlu  inkişafı  üçün, 
əhalinin  sağlamlığı  üçün  çox  böyük  əhəmiyyət 
daşıyır». "Ekologiya ili" çərçivəsində ötən ilin 16-18 
sentyabr  tarixlərində  Heydər  Əliyev  adına  İdman  və 
Konsert  Kompleksində  "Azərbaycan  Yaşıl  Dünya 
naminə"  Beynəlxalq  ekoloji  sərgisi  təşkil  olunmuş-
dur.  Sərginin  açılışında  ölkə  rəhbəri  İlham  Əliyev 
iştirak  etmiş,  nümayiş  olunan  eksponatlarla  tanış 
olmuşdur.  Sərgidə  10-dan  artıq  beynəlxalq  şirkətlə 
yanaşı,  müvafiq  dövlət  qurumları  eksponatlarını 
nümayiş etdirmişlər. 
2010-cu    ildə  xüsusi    mühafizə  olunan    təbiət 
ərazilərinin  inkişaf  etdirilməsi,  ekoloji  şəbəkənin 
yaradılması  istiqamətində  həyata  keçirilən  məqsəd-
yönlü  tədbirlər  davam  etdirilmişdir.  Bunun  nəticə-
sində,  hazırda  ölkəmizdə  ümumi  sahəsi  890026,2 
hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o 
cümlədən, 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 
dövlət  təbiət  yasaqlığı  fəaliyyət  göstərir  və  ümumi-
likdə,  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  ölkə 
ərazisinin 10,3 faizini təşkil edir. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin