2.7. Qoruqlar, milli parklar və yasaqlıqla- rın iqtisadi əhəmiyyəti və onların təbiətin mühafizəsində rolu. Bioloji müxtəliflik və onun əhəmiyyəti.Bu
gün dünyada bioloji müxtəlifliyin qorunub saxlan-
ması probleminə böyük diqqət yetirirlər. Biorənga-
rənglik (canlı orqanizmlərin rəngarəngliyi) mikroor-
qanizmlərin, bitkilərin, heyvanların müxtəlif növ-
lərindən və onların yaşadığı ekoloji sistemlərdən
ibarətdir. Bura həmçinin genetik müxtəliflik, növlər-
arasi müxtəliflik və ekosistemlərin də müxtəlifliyi
daxildir.
Bioloji rəngarəngliyin qorunub saxlanması
qlobal ekoloji problemlərdən biridir və ildən-ilə daha
da kəskinləşir. Biorəngarəngliyin katastrofik azalma-
sı əsas etibarı ilə antropogen fəaliyyət, kənd və me-
şə təsərrüfatlarının təbiəttutumlu inkişafı, ətraf
mühitin çirklənməsi nəticəsində yaşayış mühitinin
korlanmasından irəli gəlir.
Biorəngarəngliyin qorunması və istifadəsi
insanların kənd təsərrüfatı məhsullarına, dərman
preparatlarına, estetik xidmətlərə və s. olan tələbat-
larını ödəmək üçün əhəmiyyət kəsb edir.
Biomüxtəlifliyin qorunub saxlanmasında xüsu-
si qorunan ərazilərin yaradılması və fəaliyyət göstər-
məsi mühüm əhəmiyyət kəsb edir. Xüsusi qorunan
145
ərazilərə: dövlət qoruqlarını, milli parkları, təbiət
parkları, botanika bağları, təbiət abidələrini, müalicə-
istirahət ərazilərini və kurortları aid etmək olar.