Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə9/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   89
DƏRSLİK

 
 
1.6.  Təbii  ehtiyatların  istifadasində  iqtisa-
diyyatın rolu. 
 
Təbii  mühüt  tarixi-coğrafı  şəraitdə  formalaşan 
və cəmiyyətin yaranmasından çox-çox əvvəl mövcud 
olan geoloji eraların məhsulu olub, ictimai istehsalın 
əsas  mənbəyi  olmaqla  əvəzedilməz  şəraitdən  ibarət-


32 
 
dir. Təbii sərvətlərin əmələ gəlməsi müəyyən ―məkan 
və  zaman‖  daxilində  olmaqla  xarakterinə  görə  bir-
birindən  fərqlənir.  Təbii  sərvətlərin  (faydalı  qazıntı-
ların) əmələ gəlməsində beş geoloji eralar və 
onların
 
dövrləri  əsas  rol  oynayırsa,  cəmiyyətin  inkişafında 
isə  tarixin  müəyyən  mərhələlərində  fəaliyyət  göstər-
miş  cəmiyyətlər  və  onun  məhsuldar  qüvvələri  mü-
hüm  əhəmiyyət  kəsb  etmişdir.  Müasir  dövrdə  təbii 
mühitin  formalaşması  və  resursların  əmələ  gəlməsi 
qanunauyğunluqlarının  müəyyən  olunmasında  yerin 
geoloji  inkişaf  tarixini  bilmək  vacibdir.  Çünki,  yer 
kürəsində  təbii  resursların  qeyri  bərabər  paylanma-
sında  səbəb  hər  bir  geoloji  eranın  və  dövrün  özünə 
məxsus  şəraitlərin  olmasıdır.  Bu  səbəbdən  də  yer 
kürəsində  və  onun  ayrı-ayrı  regionlarında  təbii 
resursların  yayılması  qanunauyğunluqlarından  asılı 
olaraq  istehsal 
sahələri  qeyri-bərabər 
şəkildə 
formalaşmışdır. 
Cəmiyyətin  inkişafında  təbii  mühit  müsbət  və 
mənfı  rola  malikdir. Təbii  şərait  əlverişli  olan  ərazi-
lərdə cəmiyyətin məskunlaşması üçün əlverişli şərait 
yaratmaqla yanaşı, təbii resursların istehsal dövriyyə-
sinə  cəlb  olunması  daha  da  intensivləşir.  Əksinə 
təbiəti sərt iqlim şəraitinə malik olan ərazilərdə daimi 
buzlaqların olması yeraltı və yerüstü təbii sərvətlərin 
istehsala  cəlb  olunmasını  gecikdirir  və  istehsal 
sahələrinin  səviyyəsinin  yüksəldilməsinə  mənfi  təsir 
göstərir. 


33 
 
Təbiətlə cəmiyyətin qarşılıqlı münasibətlərinin 
təhlil və tədqiq olunması müasir elmin qarşısında du-
ran vacib problemlərdəndir. 
Təbiətlə cəmiyyət arasındakı qarşılıqlı münasi-
bəti-məhsuldar qüvvələrin  inkişaf səviyyəsini  nəzərə 
almadan, bu qüvvələrin kimə aid olmasını bilmədən, 
insanların bir-birilə maddi nemətlər istehsalında han-
sı  ictimai  münasibətlərə  daxil  olduğunu  dərk  etmə-
dən başa düşmək olmaz. İstehsal prosesində insanlar 
yalnız təbiətə təsir göstərmirlər, eyni zamanda onlar 
bir-birinə təsir göstərirlər. Yalnız istehsal prosesində 
insanlar  müəyyən  əlaqə  və  münasibətlər  şəraitində 
təbiətə  təsir  etməklə  özləri  üçün  lazım  olan  maddi 
nemətlər  istehsalına  şərait  yaratmaq  imkanlarına 
malik olurlar. 
Təbii  mühitin  cəmiyyətə  və  onun  məhsuldar 
qüvvələrinə  təsir  göstərdiyi  kimi,  təsərrüfat  sahələ-
rinin  müxtəlifliyinə  də  səbəb  olur.  Lakin  bu  müxtə-
liflik  bütün  dövrlər  üçün  sabit  olmayıb,  məhsuldar 
qüvvələr inkişaf etdikcə və ictimai quruluş dəyişdik-
cə o da təkmilləşir və formalaşır. 
Cəmiyyətlə  təbiətin  qarşılıqlı  əlaqəsi  cəmiy-
yətin  dinamik  inkişafında  mühüm  rol  oynamışdır. 
Cəmiyyətlə  təbiətin  inkişafının  ilkin  mərhələsində 
(ən  qədim  insanlar)  yalnız  təbiətin  hazır  məhsul-
larından istifadə etmək imkanlarına (balıq və meşədə 
olan  heyvanları  ovlamaq,  yabanı  meyvələrdən  və  s. 
istifadə  edirdilərsə)  malik  idilərsə,  sonrakı  inkişaf 


34 
 
dövründə  həmin  əlaqələr  yeni  forma  və  məzmun  
alır. 
İnsanın  istifadə  etdiyi  təbii  resurslar  (torpaq, 
su, hava, faydalı qazıntılar, enerji ehtiyatları, bitki və 
heyvan  növləri  və  s.)  təbii  sərvətlər  adlanır.  Təbii 
sərvətlərdən insan cəmiyyəti yaranan gündən bu vax-
ta qədər istifadə etməklə öz maddi tələbatını ödəmək 
imkanlarına malik olmuşdur. Təbii ehtiyatların istifa-
dəsindən  asılı  olaraq  onlar  tükənmə  ehtimalına  ma-
likdirlər.  İnsan  cəmiyyətinin  keçdiyi  formasiyalarda 
istehsal  vasitələrinin  inkişaf  səviyyəsindən  asılı  ola-
raq  təbii  sərvətlərə  təsir  göstərilmiş,  istehsal  sahə-
lərinin  inkişafı  üçün  zəmin  yaradılmışdır.  İbtidai  və 
quldarlıq  cəmiyyətlərində  istehsal  vasitələrinin  zəif 
inkişafı  yeraltı  təbii  sərvətlərin  istifadəsinə  bir  o 
qədər  təsir  göstərmədiyindən  filiz  mənbələrinə  əsas-
lanan istehsal sahələri zəif inkişafı ilə səciyyələnirdi. 
Bu cəmiyyətlərdə, ümumiyyətlə iqtisadi sahələrdə bir 
o qədər intensiv inkişaf müşahidə edilmirdi. Bir növ 
insanlar  təbiətdən  hər  şeyi  hazır  alırdılar.  İqtisadi 
sahələrin inkişafı bir o qədər nəzərə çarpmırdı.  
Təbii  resursların  istifadəsindən  asılı  olaraq 
iqtisadi  sahələrin  inkişafı  və  mövqeyi  müəyyənləş-
dirilir.  
 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin