2.Mexaniki dislaliya
Mexaniki və ya üzvü dislaliya dislaliyanın elə bir növüdür ki,
burada düzgün olmayan səs tələffüzü periferik nitq aparatının üzvü
qüsurları, onun sümük və əzələ quruluĢundakı çatıĢmamazlıqları
nəticəsində meydana gəlir.
Mexaniki dislaliyanın yaranmasının baĢlıca səbəbi kimi dilaltı
pərdənin qısalığını göstərmək olar. Belə ki, dilaltı pərdənin qısa olması
dilin hərəkətini məhdudlaĢdırır və səs tələffüzünü çətinləĢdirir. Bundan
əlavə, dilin həddindən artıq böyük, enli və ya qısa, ensiz olması da
dislaliyanın yaranmasını Ģərtləndirir.
Göstərmək lazımdır ki, çənənin quruluĢundakı qüsurlar düzgün
səs tələffüzü vərdiĢlərinin yaranmasına mənfi təsir göstərir. Çənə
qüsurları diĢləmiĢ anomaliyalarını əmələ gətirir.
Qeyd etmək lazımdır ki, normal diĢləm (prikus) zamanı üst çənə
alt çənənin yüngülcə qapamalıdır. Anormal diĢləmdə isə bu belə
olmayıb, bir neçə variantda özünü göstərə bilər.
Dostları ilə paylaş: |