Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil


Artikulyasiya aparatının müayinəsi



Yüklə 1,65 Mb.
səhifə19/114
tarix28.12.2021
ölçüsü1,65 Mb.
#10633
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   114
1.Artikulyasiya aparatının müayinəsi. 

Bu  mərhələdə  loqoped  artikulyasiya  aparatının  bütün  üzvlərini: 

dil, dodaq, diĢ, çənələri, damaq və dilçəyi yoxlayıb, onların quruluĢunda 

ola biləcək qüsurları üzə çıxarıb qeyd aparır.  

Müayinə  zamanı  artikulyasiya  aparatının  mütəhərrik  və  qeyri-

mütəhərrik hissələrin quruluĢunda aĢağıdakı qüsurlar aĢkara çıxa bilər: 

DiĢlər  –əyri,  xırda,  seyrək,  çənə  qövsündən  kənarda,  çox  iri, 

aralarında boĢluğun olmaması və ya çox boĢluqların olması, alt və ya üst 

kəsici diĢlərin yoxluğu. 

dodaqlar – ətli qalın, qısa və az hərəkətli;  

diĢləm- açıq ön, açıq yan, dərin, dayaz; 

çənələr-üst çənənin irəli çıxması, alt çənənin irəli çıxması; 

damaq-dar, hündür (qotik tipli) və ya əksinə, aĢağı, yastı; 

diĢ-iri, balaca, çox böyük, qısa pərdəli; 

Sonra artikulyasiya aparatının mütəhərrikliyi yoxlanılır. Bu zaman 

uĢağa  nitq  təlimatına  uyğun  və  ya  loqopedin  ardınca  təqlid  etməklə, 

müxtəlif  tapĢırıqlar  verilir.  Məsələn:  dodaqlarını  dili  ilə  yalamaq,  dili 

burnuna  tərəf  aparmaq,  sağ  və  sol  qulağa  tərəf  aparmaq,  dili 

enliləĢdirmək,  yastılatmaq,  sonra  dili  çıxarıb  ucunu  yuxarı  qaldırmaq, 

dili  növbə  ilə  sol  və  sağ  ovurda  qoymaq,  dili  bacardığı  qədər  çölə 




 

41 


çıxartmaq, içəri çox dərinə aparmaq, dodaqları irəli uzatmaq, onu boru 

Ģəklinə salmaq, yanlara dartıb «gülmək» vəziyyəti almaq, alt çənəni irəli 

və geri aparmaq və s. 

Loqoped  bu  zaman  görülən  iĢlərin  rəvanlığına,  səlis  və 

dəqiqliyinə,  bir  hərəkətdən  digərinə  keçmənin  asan  və  ya  çətinliyinə 

xüsusi diqqət yetirir.  




Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin