Proqnatiya – üst çənə qabağa çox çıxır, nəticədə aĢağı qabaq
diĢlər üst diĢlərə toxunmurlar.
Proqeneya – aĢağı çənə qabağa çıxmıĢ vəziyyətdə, üst çənənin
diĢləri isə aĢağı çənə diĢlərini qapamayır.
Açıq dişləm – aĢağı və üst çənənin qapanması zamanı arasında
boĢluq qalır. Bəzən bu boĢluq yalnız ön diĢlərin arasında olur (ön açıq
diĢləm).
37
Yan açıq dişləm – sol tərəfli, sağ tərəfli və ikitərəfli olur. DiĢlərin
quruluĢu qüsurları da mexaniki dislaliyaya səbəb ola bilər. Məsələn:
diĢlər arasında boĢluqların olması nəticəsində nitq zamanı dil bu
boĢluqlara girir və səs səhv tələffüz olunur.
DiĢ və çənənin quruluĢları stamotoloji həkimlər tərəfindən aradan
qaldırılır, çənənin irəli çıxmasının qarĢısını almaq üçün xüsusi Ģinalar
tətbiq olunur. Daha yaxĢı nəticələr almaq üçün Ģinalar 5 yaĢında, 6 yaĢa
qədər uĢaqlara qoyulur. Bu yaĢda sümüklər ön plastikliyini saxladığı
üçün onları düzəltmək mümkündür.
Səs tələffüzünə mənfi təsir göstərən amillərdən biri də damaq
qüsurlarıdır. Belə ki, dar, həddindən artıq hündür (qotik tipli) damaq və
ya yastı, çox aĢağıda olan damaq bir çox səslərin düzgün tələffüzünü
çətinləĢdirir.
Çox qalın, bəzən sallaq aĢağı dodaq və ya qısa, az mütəhərrik üst
dodaq dil-dodaq səslərinin tələffüzünü təkmilləĢdirib təhrif edir.
Qeyd etmək lazımdır ki, düzgün olmayan səs tələffüzü hər hansı
bir samit səsə münasibətdə özünü göstərir. (Artikulyasiyasına görə sadə
dilin əlavə hərəkətləri tələb olunmayan m, n, t, q səslərinin səs
tələffüzündə qüsurlar çox az təsadüf edilir). Adətən düzgün olmayan
təhrif edilmiĢ səs tələffüzü dil (r, l), fitli (s, z) və fısıltılı (s, j, ç, c)
səslərində özünü göstərir.
UĢaqlar bəzən bərk və yumĢaq samit cütlərinin tələffüzündə də
qüsura yol verirlər.
Səs tələffüzü qüsurları özünü bu və digər səslərin olmaması, ya
onların təhrifi, ya da əvəzedilməsi ilə göstərir.
Bunları ayrı-ayrı nəzərdən keçirək.
Nitqdə bu və ya digər səsin olmaması özünü sözün əvvəlində,
ortasında və sonunda həmin səsin düĢməsi ilə göstərir. Məsələn:
«reyhan»-«eyhan», «armud»-«amud», «sar»-«sa». Səsin təhrif olunması
dedikdə bu və ya digər səsin düzgün tələffüzü əvəzinə Azərbaycan
dilinin hərfləri sistemində olmayan səs tələffüz edilir. Məsələn:
uvulyar, bu zaman yumĢaq damağın nazik kənarı vibrasiya edir və ya
uvulyar r, bu zaman kiçik dilçək, vibrasiya edir.
Səslərin digər səslərlə əvəzlənməsi (ana dilinin fonetik
sistemindən) aĢağıdakı kimi baĢ verir.
Artikulyasiya yerinə görə eyni və əmələgəlmə yerinə görə eyni
səslərlə əvəz edilmə, məsələn: partlayan dilarxası k və q ilə partlayan dil
önü t və d səsləri əvəz edilməsi (salam-talam, soruĢmaq-toruĢmaq).
38
Əmələgəlmə yerinə görə eyni, artikulyasiya orqanlarının iĢtirakına
görə fərqli səslərin əvəzlənməsi. Məsələn: frikativ v dil-diĢ j səsi ilə
əvəz edilir (sumka-fumka).
Əmələgəlmə yerinə görə və ya vasitəsinə görə eyni səsli iĢtirakına
görə fərqli səslərin əvəzlənməsi. Məsələn cingiltili səslərin karlarla
əvəzlənməsi (bıçaq-pıçaq, don-ton, daĢ-taĢ). Kəmiyyətə görə dislaliya
sadə və mürəkkəb olur. Əgər tələffüz zamanı 4 səs qüsurla olarsa, bu
sadə, beĢ və ya daha artıq səs qüsurla tələffüz edilərsə, bu mürəkkəb
dislaliya adlanır. Əgər səs tələffüzü qüsurlu bir artikulyasiya qrupunu
əhatə edirsə, monomorf dislaliya adlanır. Əgər qüsur iki və daha artıq
artikulyasiya qrupunu əhatə edirsə, (rotasizm, siqmatizm və
lambdasizm), bu polimet dislaliya adlanır.
Tələffüz qüsurunun xarakterinə uyğun olaraq, dislaliyanın
aĢağıdakı növləri var:
1.Siqmatizm (yunan sözü olub siqma s səsini bildirir) fitli səslərin
(s, Ģ, z, ) və fısıltılı (ç, j, c)samitlərin tələffüz qüsurlarını bildirir.
Siqmatizm tələffüz qüsurlarının ən geniĢ yayılmıĢ növüdür.
2.Rotasizm (ro hərfi yunanca adı s səsini bildirir) r və r”
səslərinin qüsurlu tələffüzüdür.
3.Lambdasizm (lambda hərfinin yunanca adı olub, l səsini bildirir)
v və l səslərinin qüsurlu tələffüzüdür.
4.Damaq samitlərinin tələffüz qüsurları.
Kappatsizm – k və k” səsləri;
Qammatizm – q və q” səsləri;
Xittizm – x və x” səsləri
Yotatizm – y səsli
5.CingiltiləĢmə qüsuru- cingiltili səslərin tələffüz qüsurlarıdır. Bu
qüsur cingiltili samitlərin kar səslərlə əvəz olunmasında özünü göstərir:
v-p, d-t, v-f, z-s, j-Ģ, q-k və s.
Qeyd etmək lazımdır ki, bu qüsur ağır eĢidən uĢaqlarda daha çox
təsadüf edilir.
6.YumĢalma qüsurları – yumĢaq tələffüz edilən samitlərin bərk
səslərlə əvəz edilməsidir. d”-d, p”-p, k”-k, r”-r və s.
Ġstisna kimi Ģ, j, ç, c, y səslərin tələffüzündə bu qüsurlar müĢahidə
edilmir, çünki həmin səslərin bərk cüt səsləri yoxdur.
Göstərmək lazımdır ki, uĢağın hərtərəfli inkiĢafına nail olmaq
üçün onun nitqinin düzgün formalaĢması və inkiĢaf etməsinin də böyük
rolu vardır. Buna görə də göstərdiyimiz tələffüz qüsurları vaxtında, elə
məktəbəqədər yaĢ dövründə aradan qaldırılmalıdır. Əks təqdirdə bu
39
qüsurlar daha mürəkkəb və davamlı xarakter alacaqlar. Bundan əlavə,
yaddan çıxarmaq olmaz ki, məktəbəqədər yaĢ dövrü uĢağın nitqinin
daha sürətli inkiĢaf mərhələsi olub, tez təsirə məruz qalandır. Buna görə
də bu mərhələdə aparılan korreksiya nəticəsində qüsurları tez və asan
aradan qaldırmaq mümkündür.
Bunu da nəzərə almaq lazımdır ki, mürəkkəb tələffüz qüsurları
digər ağırlaĢmalara səbəb olub, uĢağın həm Ģifahi, həm də yazılı
nitqində müxtəlif qüsurların əmələ gəlməsini Ģərtləndirə bilər.
Məlumdur ki, ekspressiv nitq prosesində, xüsusilə səslərin ifadə
edilməsində artikulyasiya aparatı üzvlərinin hərəkətlərinin kinestetik
hissləri yaranır. Bu hərəkətlərin kinestetik qıcıqlarından yaranan
impulslar baĢ beyin qabığına gedir. MəĢhur rus fizioloqu Ġ.P.Pavlov
kinestetik qıcıqlara çox böyük əhəmiyyət verir, onların ikinci siqnal
sisteminin formalaĢmasındakı rolunu yüksək qiymətləndirirdi. O,
qıcıqları II siqnal sisteminin (əsas) komponentlərin adlandırırdı. Məhz
kinestetik qıcıqlar fonematik qavramanın formalaĢmasında həlledici rol
oynayırlar. Öz-özlüyündə ola bilər ki, səs tələffüzünün qüsurlarında
«baza komponenti» tam iĢtirak etmədiyindən fonematik qavrama da
dolğun inkiĢaf etmir.
Fonematik qavramanın çatıĢmamazlığı isə ona gətirib çıxarır ki,
uĢaq eĢitmə ilə səslənməsinə görə və ya artikulyasiyasına görə oxĢar
səsləri qavramır (konferensiallaĢdıra bilmir). UĢağın lüğət ehtiyatı
tərkibində çətin fərqləndirilən səslərdən ibarət səslərlə zənginləĢmir.
Sonralar bu uĢaq tədricən öz həmkarlarından nitqin inkiĢafına görə geri
qalmağa baĢlayacaqdır.
Məlumdur ki, fonematik qavramanın çatıĢmamazlığı qrammatik
quruluĢa yiyələnməni də çətinləĢdirir. Belə ki, fonematik qavramanın
qüsuru bir çox sonların, köməkçi sözlərin baĢa düĢülməsinin qeyri-
mümkün etdiyindən uĢaq cümlənin qurulmasında əziyyət çəkir.
Beləliklə də, yuxarıda göstərilən səbəb nəticəsində burada bütöv bir
qüsurlar «zənciri» meydana gəlir. Onun dilində fonetiko-fonematik və
leksiko-qrammatik qüsurları özünü göstərir. BaĢqa sözlə desək,
mürəkkəb dislaliya nəticəsində fonematik qavrama pozğunluğu yaranır
ki, bu da nitqin ümumi inkiĢafsızlığına gətirib çıxarır.
Nitqin ümumi inkiĢafsızlığı isə əgər vaxtında – məktəbəqədər yaĢ
dövründə aradan qaldırılmırsa, mütləq oxu və yazı qüsurlarını
törədəcəkdir. Beləliklə, əgər dislaliya vaxtında üzə çıxarılıb, aradan
qaldırılmazsa, qeyd etdiyimiz ağır nəticələrə gətirib çıxara bilər.
40
Müəyyən olmuĢdur ki, beĢ yaĢından gec olmayaraq uĢaqlarda səs
tələffüzü çatıĢmamazlıqları müəyyənləĢdirilməlidir. Buradan sual doğur,
niyə? Hamıya aydındır ki, kiçik uĢaq bütün səsləri düzgün tələffüz
etməyə qabil deyildir. Çünki onun artikulyasiya aparatı tam inkihaf
etməmiĢ və möhkəmlənməmiĢdir. Məktəbəqədər yaĢlı (4-5) uĢaqlarda
bir sıra səslərin səhv tələffüzü normal hesab edilir və fizioloji pəltəklik
adlanır. Yalnız 5 yaĢından sonra (göstərilən yaĢ həddi uĢağın inkiĢaf
Ģəraitindən asılı olaraq dəyiĢə bilər) tələffüz qüsurları patoloji sayıla
bilər. Buna görə də həmin yaĢdan baĢlayaraq dislaliyanın aradan
qaldırılması istiqamətində müəyyən iĢ görmək lazımdır.
Ən əvvəl vaxtında uĢaqların nitqini tədqiq edib, qüsurları üzə
çıxartmaq lazımdır. Bu məqsədlə 4 yaĢından gec olmayaraq, uĢaqlar
loqopedik müayindən keçməlidir.
Loqopedik müayinə zamanı dislaliyalı uĢaqların ən əvvəl
artikulyasiya aparatının quruluĢu və mütəhərrikliyi bütün incəlikləri ilə
yoxlanılmalıdır. Sonra onun səs tələffüzünün vəziyyəti çox diqqətlə
müayinə edilməlidir. Bundan əlavə fonematik qavramanın vəziyyəti də
yoxlanmalıdır. BaĢqa sözlə desək, loqopedik müayinə aĢağıdakı
mərhələlərlə aparılmalıdır.
Dostları ilə paylaş: |