5.Yan siqmatizm.
Bu tələffüz qüsurunda fitli və fısıltılı səslər (bəzən isə digər səslər)
iki cür ifadə edilir:
a) dilin ucu alveollara söykənir. Dilin qalan hissəsi isə böyrü üstə,
kənarları isə azı diĢlərin daxili hissəsinə doğru qalxıb hava axının dilin
kənarlarından buraxır və nəticədə xırıltılı səs tələffüz edilir.
b) dilin ucu yuxarı alveollara dirənib, hava axınını yanlardan l
səsinin tələffüzündə olduğu kimi buraxır.
Qeyd etmək lazımdır ki, yan siqmatizm həm birtərəfli, həm də
ikitərəfli olur.
46
6.Burun siqmatizm:
Burun siqmatizmi zamanı fitli və fısıltılı səslər dilin aĢağıdakı
vəziyyətində tələffüz olunurlar.
-dilin kökü qalxaraq yumĢaq damağa dirənir;
-yumĢaq damaq bir qədər aĢağı düĢüb ağız boĢluğuna gedən yolu
tutur;
Hava axını burundan çıxıb tələffüz edilən səsə tıntınlıq çalarlığı
verir;
s, z, Ģ səsləri «x» kimi tələffüz edilir.
Bu səslərin düzgün tələffüzü üzərində korreksiya iĢi apararkən
onların normada olan artikulyasiya vəziyyətini dəqiq bilmək lazımdır,
əks təqdirdə bu iĢin yüksək səmərəsi olmayacaqdır.
Məlumdur ki, s-s" və z-z" səsləri diĢ samitlər qrupuna aiddir.
S səsinin düzgün tələffüzü zamanı artikulyasiya aparatı aĢağıdakı
kimi olur:
-dodaqlar gələcək sait səslər vəziyyətini alır;
-diĢlər 1 mm məsafədə yaxınlaĢmıĢ olur;
-dilin ucu aĢağı kəsici diĢlərə dirənir;
-dilin arxası əyilib ortasında nov əmələ gətirir, hava axını bu
novdan keçib kəsici diĢlərə doğru gedir;
-dilin kənarları üst kəsici diĢlərin içəri tərəfinə söykənir;
-damaq pərdəsi qalxıb udlağın arxa divarına çaxılır və hava
axınını burundan çıxmağa qoymur;
-səs telləri açılmıĢ olur.
YumĢaq s səsinin tələffüzü zamanı dilin arxası daha çox əyilmiĢ,
dil gərgin və ucu isə kəsici diĢlərə güclü sıxılmıĢ olur.
z və z" səslərinin artukulyasiyası s və s" kimidir. Lakin bu zaman
dilin arxası bir qədər yuxarı qalxmıĢ, səs telləri yumulmuĢ və vibrasiya
etmə vəziyyətində olur.
S və j səslərinin artikulyasiyası isə aĢağıdakı kimi olur;
-dilin ucu damağa tərəf qalxıb ona toxunmadan keçid əmələ
gətirir;
-dilin yan kənarları içəridən üst azı diĢlərə sıxılır, hava axınını
yanlardan çıxmağa qoymur;
-damaq pərdəsi qalxmıĢ;
-səs telləri açılmıĢ olur;
Z səsinin tələffüzündə artukulyasiya üzvlərinin vəziyyəti s səsində
olduğu kimidir, yalnız səs telləri yumulmuĢ, vibrasiyada, dil bir qədər
sərt damağa doğru qalxmıĢ, keçən hava axını isə zəif olur.
47
Səs tellərinin vibrasiyasını uĢaq loqopedin xirtdəyinə əlini
qoymaqla hiss edə bilər.
C və ç səslərinin düzgün artikulyasiya vəziyyəti aĢağıdakı kimidir.
–həm c və həmçinin ç afferikat samitlərdir. Bu səslər partlayan t, d
səslərinin yuvaq Ģ və j səsləri ilə sürətli birləĢməsindən əmələ gəlir.
C səsinin əmələ gəlməsində ikili xüsusiyyət özünü göstərir: həm
kipləĢən samitlərə, həm də novlu samitlərin əlamətləri vardır. Yəni c
səsinin tələffüzü zamanı dilin ön hissəsi diĢlərin arxasına və yuvaqlara
kipləĢir. Lakin əsl kipləĢmə diĢlərin arxasında olur. Dilin ucu alt ön
diĢlərin iç tərəfdən arxasına qədər sallanmıĢ olur. Dodaqlar təxminən
«s» samitinin tələffüzündəki vəziyyəti alır. Ağız üzvlərini və dodaqların
bu vəziyyətində sədasız hava axınını ağız doĢluğuna daxil olaraq
maneəni aradan qaldırır. Əvvəlcə diĢarxasında əmələ gəlmiĢ kipləĢmə
aradan qaldırılır, həmin kipləĢmə yox olarkən, yuvaqlarda əmələ gəlmiĢ
novdan hava axını keçməkdə davam edir. Beləliklə də, c samiti
yaranmıĢ olur.
Ç samitinin tələffüzü də demək olar ki, c samitində olduğu
kimidir, lakin onun fərqi cingiltili olmasıdır.
Qeyd etmək lazımdır ki, siqmatizmin aradan qaldırılması üçün
loqopedlər bir çox üsullardan istifadə edirlər. Bu üsullar qüsurların
xarakter və xüsusiyyətinə görə seçilib tətbiq edilir;
1.DiĢarası siqmatizm zamanı loqoped diĢlərin (alt və üst) bir-
birinə yaxınlaĢıb uzun s səsini tələffüz etməyi tapĢırır.
1.Əgər s səsi lazımi qədər aydın tələffüz edilməzsə loqoped
mexaniki üsula əl atır, yəni xüsusi zond və Ģpatelin ucu ilə loqoped
dilinin ucu basılıb alt kəsici diĢlərin arxasına salınır. Dili bu vəziyyətdə
saxlamaqla, uĢağa v səsinin ayrıca tələffüzü, sonra isə a, o, u, i saiti ilə
birgə düz və əks hecalarda (sa-so-su-si; as-os-us-is) tələffüz etmək
tapĢırılır. Əgər loqoped s səsini düzgün tələffüz edirsə, onda z səsinin
tələffüzü onun üçün çətinlik törətməyəcəkdir.
Z səsinin tələffüzü üçün loqoped s samitinin tələffüzündə səsindən
istifadə etməyi tələb edir.
2.Dodaq–diĢ siqmatizmini aradan qaldırmaq üçün loqoped
loqopata s səsini dodaqları aralayıb kəsici diĢlərin kənarlarını
göstərməklə (güzgüdə göstərməklə) tələffüz etməyi tapĢırır. Əgər uĢaq
bunu elə bilməzsə, loqoped onun alt dodağını saxlayıb və bununla da
kəsici diĢləri açaraq s səsini tələffüz etməyi tələb edə bilər. Sonra isə
ayrılıqda tələffüz edilirsə, loqoped mexaniki köməkdən istifadə etməklə,
(alt dodağı barmağı ilə saxlamaqla) saitlərlə birgə tələffüz etməyi
48
öyrədir. Tədricən mexaniki vasitədən istifadədən əl çəkib onsuz tələffüz
etmək öyrədilir.
3.DiĢ siqmatizmi zamanı loqoped iki üsuldan istifadə edə bilər:
a) ġpatel və ya zondun ucu ilə dilin ön kənarını yüngülcə sıxıb
onu alt kəsici diĢlərin arxasına salır və bununla heca axını diĢ
yarıqlarındın keçməsinə Ģərait yaradır.
b) Loqopata dilin ön kənarını alt və üst kəsici diĢlərin arasında
geniĢ yastılanmıĢ vəziyyətdə saxlamaqla s səsini tələffüz etmək
tapĢırılır. Bu zaman tələffüz edilən s səsi diĢarası s tələffüzünə
bənzəyir. Sonra loqoped spatellə enlilənmiĢ dilin ön kənarını yüngülcə
sıxıb yavaĢ-yavaĢ onu alt kəsici diĢlərin arxasına salır və bundan sonra s
səsinin düzgün tələffüzü alınır.
4 fısıltılı siqmatizmin aradan qaldırılması üçün uĢağa düz (dil
ucundan aĢağı kəsici diĢlərin arxasında) və səhv (dil ucunun ağız
boĢluğunun içəri-dərinə çəkilməsi) artikulyasiyası göstərilməli və dilin
ağızın içərisinə dartmaq adəti tərgidilməlidir. UĢağa s səsini diĢlər
arasında yayılmıĢ, enli dillə tələffüz edilməsi təklif edilir.
5.Yan siqmatizmini təshih etmək üçün loqoped çalıĢmalıdır ki,
uĢağın ağız boĢluğu yanlardan örtülsün və dilin ortasında nov əmələ
gətirsin. Bunun üçün uĢaq diĢlər arasında geniĢ yastılanmıĢ dilin ön
kənarlarına üfürmək çalıĢmalırını yerinə yetirməli, sonra isə dilin ön
vəziyyətində kənarı alt kəsici diĢlərin arxasını söykənmiĢ vəziyyətində s
səsi tələffüz edilməlidir.
Bundan baĢqa, uĢağın uzun f səsini dilin daha çox irəli uzadıb,
onun ucunu aĢağı diĢlərə söykənməklə, tələffüz etməyi təklif etmək olar.
Bu zaman fitli kül alınacaqdır (dodaq-diĢ siqmatizmi). Sonra bu
tələffüzü təshih etmək lazımdır.
6.Bunun
siqmatizminin
aradan
qaldırılması üçün yan
siqmatizminin
təshih üsulundan istifadə etmək olar. Bunun
siqmatizminin korreksiyası üçün dodaq qarmonundan, tütək, Ģeypurdan
istifadə etməklə, hava axınını burundan buraxmağı tərgidib, ağızdan
keçirməyi öyrətmək lazımdır. Bundan əlavə, yanan Ģamı söndürmək,
kağız qırıqlarını, pambıq parçalarını üfürmək çalıĢmaları da xeyirlidir.
Ġlk mərhələdə s səsini diĢarası siqmatizmdə olduğu kimi, tələffüz
etdirmək, sonra isə dili alt kəsici diĢlərin arxasına aparmaqla, düzgün
olmayan tələffüzü təshih etmək olar.
Qeyd etmək olar ki, fıĢıltılı və fitli səslərin qüsurlarını aradan
qaldırmaq üçün görmə və eĢitmə nəzarətindən fəal istifadə etmək
lazımdır. Ġlkin olaraq loqoped uĢağın eĢitmə ilə bu səsləri necə
49
fərqləndirdiyini yoxlamalıdır. Bunun üçün o, Ģəkil, oyuncaq və digər
əĢyalardan istifadə edə bilər.
Nəzərə almaq lazımdır ki, siqmatizmin diĢarası, dodaq –diĢ, diĢ,
yan və burun növləri (fıĢıltıdan baĢqa) Ģ, j, ç və c səslərin tələffüzündə
də özünü göstərir.
Bundan əlavə, çox vaxt bu səslər fitli səslərlə əvəz də edilir.
Məsələn: Ģ səsi s ilə, j səsi z ilə, c və ç isə c səsi ilə əvəz olunur.
ġ və j səslərinin tələffüz qüsurları belə təshih olunur: loqoped s
səsini tələffüz etməyi tapĢırır və bu zaman Ģpatel və ya zondla dilin ucu
yuxarı alveolların arxasına keçirilir. Bu vəziyyətdə s əvəzinə Ģ; z
əvəzinə j səsi alınır. Loqoped tədricən uĢağın müstəqil olaraq dilini
göstərilən vəziyyətdə saxlamaqla səsi tələffüz etməyi öyrədir. Loqoped
dodaqların irəli çıxmasının qarĢısını almaq üçün uĢağın dodaqlarının
küncünü yüngülcə sıxır və Ģ, j səslərinin ayrıca, sonra və sözlərdə
tələffüzünü möhkəmlədir.
C və ç səslərinin düzgün tələffüzü üçün loqoped uĢağa «at»
hecasını tələffüz etməyi tapĢırır və bu zaman Ģpatel və ya zondla dilin
ön kənarını yuxarı kəsici diĢləri alveollara doğru qaldırır, eyni zamanda
dodaqların küncü sıxılır, dodaqlar qabağa çıxarılır. Belə vəziyyətdə «at»
hecası əvəzinə aç «af» əvəzinə «aç» hecası alınır. Sonra loqoped həmin
hecalardan ç və c səslərini təcrid olunmuĢ Ģəkildə almaq üzərində iĢ
aparır.
Mexaniki dislaliyanın bir növü də rotatizmdir. R və «r» foneminin
tələffüz qüsuru rotatizm adlanır.
R səsinin düzgün artikulyasiyası aĢağıdakı Ģəkildə olur.
Səsin tələffüzü zamanı dilin ucu yuvaqlara doğru istiqamətlənərək
yüngülcə onlara toxunur. Sədalı hava axını dilin ucu ilə yuvaqların
arasından keçərək, dilin ucu titrəyir və beləliklə, musiqili tona malik r
səsi yaranır. R səsinin tələffüzü zamanı dodaqlar neytral vəziyyətdə
olur. Səs telləri sıxılmıĢ və vibrasiya edir. YumĢaq (r") səsi dil arxasının
müəyyən qədər irəli çıxması və damağa doğru qalxması ilə fərqlənir. R
səsinin qüsurlu tələffüzü özünü aĢağıdakı kimi göstərir.
1.Bəzən r fonetik boğazda titrəyən səs kimi – ovulyar r tələffüz
edilir. Bu zaman dilin kökü yumĢaq damağın alt kənarlarına yaxınlaĢır
və onunla keçid yaradır. Bu keçiddən çıxan hava axını yumĢaq damağın
zəif titrəyiĢini yaradır və nəticədə səsin tonuna küy əlavə edilir, ona
spesifik qüsurlu səslənmə çaları verir.
II Ovulyar r- qüsurunda yalnız dilçək titrəyir və bu zaman aydın
uğultu eĢidilir.
50
Bəzən r səsinin bir vurğulu adlanan qüsuruna da rast gəlmək olur.
Bu qüsurda dilin ön kənarı yalnız bir dəfə yuvaqlara toxunur və titrəyiĢ
olmur. Bəzən isə uğultulu j tələffüzü cəhdləri heç bir nəticə vermir.
Bəzən də az da olsa, r səsinin yan tələffüzünə təsadüf edilir. Bu
zaman dilin ön kənarları titrəmək əvəzinə onun yan kənarları azı
diĢlərinə toxunub partlayıĢ əmələ gətirir. Ən nəhayət, rotatizmin çox
nadir növü-yanaq r səsi tələffüzü də vardır. Bu qüsurda hava axını dilin
yan kənarları ilə üst azı diĢlərin arasındakı keçiddən keçib yanağın
titrəməsinə səbəb olur, nəticədə tələffüz edilən r yanaq səsi kimi
xarakterizə olunur.
Bundan əlavə r səsi r", L, L", Q, d səsləri ilə əvəz edilir.
Məlumat üçün qeyd etmək lazımdır ki, r səsinin qüsurlu
tələffüzünə anatomik anomaliyalar səbəb ola bilər, dilaltı pərdənin
qısalığı, dar və hündür damaq həddindən artıq ensiz və ya böyük, yaxud
da lazımı qədər elastik olmayan dil. Rotatizmin aradan qaldırılması üçün
loqoped əvvəlcə hazırlıq çalıĢmaları aparmalı, sonra korreksiya iĢinə
baĢlamalıdır.
Birinci növ çalıĢmaların yerinə yetirilməsi dilin düzgün
vəziyyətini almağa istiqamətləndirilməsinə frikativ r səsinin tələffüzünə
xidmət edir.
O biri növ çalıĢmalar isə dilin titrəyiĢini yaratmağa
istiqamətləndirilir. Belə ki, uĢaq Ģ və j samitlərini düzgün tələffüz
edirsə, frikativ r səsini almaq çətin olmayacaqdır. Ona bir qədər açıq
ağızda dodaqları dairəvi etmədən və dilin öz kənarını bir qədər qabağa
üst kəsici diĢlərin arxasına salıb uzun j səsini tələffüz etməyi tapĢırmaq
kifayət edər. Bunu yerinə yetirdikdən sonra titrəyiĢə nail olmadan
frikativ r samitini heca, söz və ifadələrdə möhkəmlətmələri lazımdır.
Nəzərə almaq lazımdır ki, alınan səs kifayət qədər hava axını və diĢ əti
ilə dilin ön kənarı arasında minimal keçid vəziyyətində tələffüz
edilməlidir. Bu zaman elə etmək lazımdır ki, keçiddən keçən hava
axınının həm küyü, həm də tələffüz edilən səsi aydın eĢidilsin.
R səsinin düzgün tələffüzü üçün titrəyiĢin alınması bir nəfəsə d
səsinin xüsusi Ģəkildə –bir qədər açıq ağızla, dilin ön kənarlarının kəsici
diĢlərlə deyil, bir qədər dərin-üst kəsici diĢlərin yuvaqlarına toxunmaqla
tez-tez təkrar etmək vəziyyətində tələffüz etməklə aparılır. (d, dd, dd,
ddd, ddd…)
BaĢqa bir üsul vasitəsi ilə də düzgün r səsini almaq olar.
Frinaliv r səsinin tələffüzü zamanı dilin altında diyircəkli zond
qoyulur. Diyircək sağa və sola hərəkət etdikcə dilin mexaniki titrəməsini
51
yaradır və eyni zamanda dilin kənarları yuvaqlara toxunub uzaqlaĢdıqca
onun mütəhərrikliyi də artır. Qeyd etmək lazımdır ki, əgər zond yoxsa,
uĢağın öz barmağından da istifadə etmək olar. Bu zaman uĢağın əlləri
təmiz yuyulur və ya spirtlə silinir. Sonra loqopedin köməyi ilə (loqoped
uĢağın barmağını dilin altına salıb sağa, sola hərəkət etdirir) göstərilən
üsullardan istifadə edilir və tədricən uĢaq bunu müstəqil yerinə yetirir.
Bütün bunlardan sonra alınan r səsi heca, söz və ifadələrdə
möhkəmlənir.
L və l" səsinin tələffüz qüsurları lambdasizm adlanır.
L səsinin düzgün artikulyasiya vəziyyəti belədir: dilin ucu diĢlərin
arxasında kipləĢir. Lakin diĢarxası, kipləĢmə samitlərdən fərqli olaraq,
maneə dilin ön hissəsi ilə deyil, bilavasitə dilin ucu ilə əmələ gətirir.
Musiqili tona malik hava axını əvvəlcə ağız boĢluğunda uzanmıĢ dilin
yanlarından, xüsusilə sağ tərəfindən süzülür, sonra isə mane də ləğv
edilir. Beləliklə l samiti yaranmıĢ olur.
YumĢaq l" səsinin tələffüzündə dilin kökü deyil, onun arxasında
ön-orta hissəsi və dilin ucu alveollara və diĢ ətinə toxunur.
L səsinin tələffüz qüsurları müxtəlifdir: bura qovuĢuq saitlərin l
səsi əvəzinə iĢlənməsi («lampa» «lampa»; «stoo»-«stol»; «qözəə»-
«gözəl») l səsinin y kimi iĢlənməsi (yampa), (istoy) gözəy, l səsi
dilarxası burun nq səsi Ģəkilində iĢlənmiĢ, nqampa, stonq).
Bu qüsurun aradan qaldırılması üçün aĢağıdakı üsullardan istifadə
edirlər. Əvvəlcə uĢağa güzgün baxmaqla nümunəyə əsasən, dilini çölə
çıxartmaq və onu diĢləri arasında sıxmaq tapĢırılır. Sonra o dilin
vəziyyətini dəyiĢmədən uzun a və l səsini tələffüz etmək təklif edilir. Bu
zaman loqoped onun dodaqlarını bir qədər aralayır və nəticədə l səsi
alınır.
Və ya uĢaq uzun və ucadan a-a-a-a deyir, bu zaman dilin ucu
yüngülcə diĢlərin arasına girməlidir. Sonra bu səsin tələffüzünə ara
vermədən dilin ucunu yavaĢca diĢləməlidir. (diĢlərin dodaqlara
toxunması üçün) və nəticədə diĢarası l alınır. Loqoped dilin normal
vəziyyətə gətirilməklə düzgün səsi alır.
Tın-tın tələffüzündə uĢağa ağızla tələffüz etmək öyrədilir. Bu
zaman dodaqları irəli uzadıb, kağız parçalarını və ya pambığı üfürmək
əhəmiyyətlidir.
L səsinin düzgün tələffüzü əldə ediləndən sonra onu heca, söz və
ifadələrdə möhkəmlətmək lazımdır.
L səsinin möhkəmləndirilməsi üçün ilkin artikulyasiya məĢqləsini
a samiti olan hecalarla baĢlamaq lazımdır. Əvvəlcə qapalı heca (al),
52
sonra isə samitlər arasında (ala) və ən nəhayət açıq hecada (la) iĢlətmək
lazımdır. Bunlardan sonra I, o, u sözləri ilə olan hecalardan (ala, alı, alo,
alu), (la, lı, lu və s) istifadə etmək lazımdır.
Mexaniki dislaliyanın müxtəlif formalarından biri də damaq
samitlərin tələffüz qüsurudur. Bu qüsur əsasən nitq aparatının
quruluĢundakı çatıĢmamazlığın, sərt damağın düzgün olmayan forması
əmələ gəlir. Damaq samitlərin qüsurları özünü bir neçə formada
göstərir.
Dostları ilə paylaş: |