S səsinin tələffüzü üçün ortasında nov olan enli dilin olması l
samitində ensiz «biz formalı» novsuz dil lazımdır.
Əgər uĢaqda cüt samit səslərin tələffüz qüsuru olarsa, loqoped ən
əvvəl kar samitin (Ģ), sonra isə cingiltili samitin (j) üzərində korreksiya
iĢi aparılmalıdır. Bundan əlavə, eyni vaxtda çətin səslərin üzərində
iĢləmək olmaz. Bu səslər, əsasən, uĢaqda tələffüz zamanı daha çox səy
və enerji tələb edən fonemlərdir. Məsələn: r və Ģ səsləri üzərində eyni
vaxtda korreksiya iĢi aparmaq olmaz. Çünki hər iki fonem nəfəs
üzvlərinin böyük gərginliyini tələb etdiyindən uĢaqda baĢ gicəllənməsi
və ya tez yorulma hallarına səbəb ola bilər.
Əgər uĢaqda qoĢa samitlərin tələffüzü qüsurludursa onda I
növbədə kar samitlərin korreksiyası üzərində iĢləyib (məsələn: Ģ səsi
sonra onu artikulyasiyasını bir qədər mürəkkəbləĢdirib ona sədalı hava
əlavə edib, cingiltili (j fonem səsi almaq olar).
Loqoped korreksiya iĢinin təĢkili və tərkibi üzərində iĢləyərkən,
mütləq hər bir uĢağın fərdi xüsusiyyətlərini də nəzərə almalıdır. Düzgün
tələffüzün formalaĢması üzrə məĢğələlərdə dəqiq sistemliyi ilə
fərqlənirlər. Bu məĢğələlər həftədə 3 dəfədən az olmayaraq
keçirilməlidir. Səsin qoyulmasını fərdi məĢğələlərdə sonra isə qruplarda
aparmaq olar. Bunun üçün eyni səs qüsuru olan uĢaqlar I qrupda
birləĢdirilirlər. Belə qruplar adətən, 3-4 nəfərdən təĢkil edilir. Qrupun
tərkibi dəyiĢkən olub hər yeni səsin təshihində təzələnir.
Fərdi və qrup məĢğələlərinin 15 dəqiqədən artıq olmayıb, məktəbə
qədər yaĢlı uĢaqları yormamalıdır.
|