Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil


KƏKƏLƏMƏNİN TƏSNİFATI VƏ KƏKƏLƏYƏN



Yüklə 1,65 Mb.
səhifə37/114
tarix28.12.2021
ölçüsü1,65 Mb.
#10633
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   114
KƏKƏLƏMƏNİN TƏSNİFATI VƏ KƏKƏLƏYƏN 

UŞAQLARIN MÜAYİNƏSİ 

 

Demək  lazımdır  ki,  kəkələmənin  təsnifatında  daha  çox  uĢaqların 



məktəbə qədər və məktəb yaĢı dövrləri hesaba alınır.  

Kəkələmənin  təsnif  edilməsi  cəhdi  ilk  dəfə  1937-ci  ildə 

edilmiĢdir.  Bu  təsnifat  etimoloji  əlamətlərlə  pozulmanın  kliniki 

mənzərəsinin  nəzərə  alınması  ilə  aparılaraq  4  qrup  kəkələmə 

fərqləndirilmiĢdir.  

1.Nitqdə  iĢtirak  edən  orqanların  struktur  və  funksiyasında 

anomaliyalarla müĢayiətedici kəkələmə; 

2.Solaxaylıqla bağlı kəkələmə; 

3.Təqlidlə əlaqədar kəkəlmə; 

4.Emosional  pozulma  və  emosional  dəyiĢikgənliklə  müĢayiət 

edilən kəkələmə; 

5.Loqofobiya, naqislik hissi. 

Anatomik-fizioloji  əlamətlərə  görə  kəkələmə  E.S.Nikitina  və 

M.F.Brune (1939) tərəfindən iki qrupa ayrılır.  

1.Pallidar  sindromlu  uĢaqlar  –  uĢaqda  bu  zaman  psixoloji-fiziki 

lənglik,  Ģəxsiyyət  pozulmaları,  ətraf  aləmlə  əlaqə  yarada  bilməmək, 

qaĢqabaqlıq, oyunlarda iĢtirak etməmək üçün hallar müĢahidə olunur: 

2.Striar  sindromlu  uĢaqlar.  Belə  uĢaqlara  psixo-fiziki  lənglik, 

əsəb-psixi pozulmalar xasdır. UĢaqlar çox mütəhərrik, çox asan əlaqəyə 

girən, kəkələməkdən utanmayan olurlar.  

Kəkələmənin  kliniki  cəhətdən  təsnifatı  V.S.Koçergina  (1959), 

N.A.Vlasova (1958) və baĢqalarının elmi əsərlərində əks olunmuĢdur.  

Məsələn,  V.S.Koçergina  kəkələmə  nəticəsində  davranıĢlarında 

pozulmalar olan uĢaqları bir qrupda, erkən yaĢ dövründə davranıĢlarında 

pozulmaların onların Ģəxsi fərdi keyfiyyətləri olan uĢaqları, ikinci qrupa 

yüksək  oyanması  olan,  ana  bətnində  mənfi  təsirə  məruz  qalan,  döğüĢ 

travmaları  alan,  somatik  və  yoluxucu  xəstəliklərə  yoluxan  uĢaqları  isə 

üçüncü  qrupa,  ən  nəhayət,  ağır  nevroz  əlamətləri  və  isterik  reaksiyaya 

meyilli olan uĢaqları isə dördüncü qrupa aid etmiĢdir. 

N.A.Vlasova  və  E.N.GertsenĢteynin  təsnifatı  isə  ilk  növbədə 

kəkələmənin formaları (tonik, klonik və bəzi etiloji faktorların, ikincili 

psixi  simptomların  loqopedik  təsirin  səviyyəsinin  hesaba  alınması  ilə 

aparılmıĢdır.  

A.F.ġeltinq kiçik məktəblilərin kəkələməsinin tədqiq edilməsində 

özünün  tərtib  etdiyi  təsnifata  əsaslanır.  Bu,  təsnifata  görə  kəkələmə 



 

71 


motorikanın  inkiĢafının  ləngiməsi  fonunda,  nitqin  ləngiməsi  fonunda, 

alaliya ilə bağlı, ümumi zəifliyin olması, əzələ zəifliyi, yüksək əsəbilik, 

çox vaxt isə, dislaliya ilə nevrotik tipdə fərqləndirilir.  

1928-ci  ildə  M.E.ġubert  epilentoid  psixopatlarda,  (astenik  bədən 

quruluĢlu  xəstəliklərdə  (astenik-atletik  tipdə)  Sizoid  Ģəxslərdə,  isterik 

xəstələrdə və sikloid komponentli Ģəxslərdə kəkələməni tədqiq etmiĢdi.  

M.S.Lebedinskaya,  F.R.Yanoviç  və  Q.P.Platonova  1960-cı  ildə 

nevrozun  müxtəlif  formalarında:  psixopat  və  Ģəxsiyyətin  pataloji 

inkiĢafı  olan  Ģəxslərdə;  mərkəzi  sinir  sisteminin  müxtəlif  üzvü 

zədələnmələrində;  kəkələməni  araĢdırmıĢlar.  Kəkələyən  uĢaqların 

müayinəsi  kompleks  (loqoped,  okulist,  nevropatoloq  və  psixoloqla) 

digər  mütəxəssisləri  də  bura  cəlb  etməklə  (pediatr,  terapevt,  psixiatr, 

otolorinqoloq, okulist və baĢqaları) aparılır. Kəkələmənin müayinəsinin 

əsas  məzmununa  analinestik  məlumatlar,  pedaqoji,  psixoloji  və  tibbi 

sənəldər, kəkələyən uĢağın özünün tədqiqi aiddir.  

Valideynlərin  söhbətindən  loqoped  daha  vacib  olanları--ailə 

mühiti, ailədə münasibətlər, uĢağın ümumi nitq və motorika inkiĢafının 

gediĢi barədə məlumatları toplayır.  

UĢağın  prediatal  (doğuĢdan  əvvəl)  mərhələdə  inkiĢafı,  ananın 

uĢağı  doğarkən  yaĢı  (35  yaĢa  qədər  və  ya  yuxarı),  onun  əsəb-psixi 

sağlamlığı, atanın və ananın hamiləlik dövründə keçirdikləri xəstəliklər 

daha  qiymətli  məlumatlar  hesab  edilir.  Ata  və  ananın  uĢağın 

doğulmasına  qədər  ki,  sağlamlığı  haqqında  məlumatlar  uĢağın  somatik 

və  əsəb-psixi  səviyyəsinin  pozulma  hallarını  aĢkarlamağa  kömək  edir. 

Bətndaxili  inkiĢaf  zamanı  mənfi  amillərin  təsirinin  öyrənilməsi  uĢağın 

nitq inkiĢafında dolayısı təsirini müəyyən etməyə Ģərait yaradır.  

UĢağın  natal  və  postnatal  inkiĢaf  mərhələlərində  müxtəlif  mənfi 

amillərin  olması,  pozulmaların  aĢkarlanması  kəkələmənin  etilogiya  və 

patogenezinin tam açıqlanması kömək edir.  

Valideynlərlə  söhbətlərdə  uĢağın  nitq  inkiĢafı  haqqında 

məlumatlar  da  dəqiqləĢdirilir.  Bu  zaman  loqoped  uĢaqda  ilk  səslərin 

tələffüzü, qığıldama, ilk sözlərin, ifadələrin nə vaxt yaranması haqqında, 

onun  nitq  sürəti  ətrafdakılarla  ünsiyyətə  girməsi  barədə  dəyərli 

məlumatlar  alır.  kəkələməni  patoloji  müxtəlif  cinsli  qruplar  kimi 

araĢdıran tədqiqatlar. (N.M.Asatiani, V.Q.Kazakov və baĢqaları) 4 qrup 

kəkələyənin olmasını qeyd edirlər.  

1.Müxtəlif  gənəzisli  mərkəzi  sinir  sisteminin  üzvü  pozulmasının 

resedual halı:  

2.Nevrotik pozulmalar: 



 

72 


3.Psixopatiya: 

4.Süst proqrediyent Ģizofreniya. 

Beləliklə də, kəkələmənin təsnifatı müxtəlif mövqelərdən aparılsa 

da,  hər  birinin  özünəməxsus  elmi  əsasları  olduğu  üçün,  doğru,  düzgün 

hesab  edilməlidir.  Kəkələmənin  yayılması  yaĢ,  cins,  fəaliyyət  növü, 

yaĢayıĢ yeri və digər faktorlarla Ģərtlənir.  Kəkələmə daha çox 2 yaĢla 4 

yaĢ  arasında,  nitqin  funksional  sistemlərnin  intensiv  inkiĢaf  etdiyi  və 

uĢaq  Ģəxsiyyətinin  formalaĢma  mərhələsində  baĢ  verir.  Sonra 

kəkələməyə  meyl  tədricən  aĢağı  düĢür  və  on  ildən  sonra  (4  yaĢdan  14 

yaĢa qədər) yenidən baĢ qaldıra bilər. 

Pubertat  yaĢa  qədər  olan  mərhələdə  kəkələyən  uĢaqların  sayı 

resedivlər  nəticəsində,  məktəbə  getmək  ərəfəsində  arta  bilər. 

Kəkələmənin  belə  artması  fəaliyyətin  dəyiĢməsi  (onun  əvəzinə  təlim), 

uĢağa  verilən  tələblərin  yüksəkliyi  ilə  bağlı  olur.  Kəkələmənin 

Ģiddətlənməsi cinsi yetiĢkənlik dövründə də mümkündür.  

Qeyd  etmək  lazımdır  ki,  kənd  yerlərində  yaĢayan  uĢaqlarda, 

Ģəhərdə  yaĢayan  həmyaĢıdlarından  fərqli  olaraq  kəkələmə  çox  az  rast 

gəlinir.  Belə  ki,  Ģəhər  yerinin  daha  çox  gərgin,  emosional  cəhətdən 

zəngin olması kəkələməni artıran səbəblərdən biridir. Bu fikirlərə yaxın 

olan  iqlim  Ģəraitinin  də  kəkələməni  Ģərtləndirməsi  haqqında  (xüsusilə 

yaz və payız fəsillərində) maraqlı mübahisələr də vardır.  

UĢağın  nitq  mühiti  haqqında  (valideynlərin,  ya  da  yaxın 

qohumların  kəkələməsi,  sürətlə  danıĢması  və  s.  məlumatların  alınması 

çox vacib iĢlərdən biridir. Bundan əlavə loqoped uĢağın ailədə tutduğu 

mövqe,  ona  münasibət  və  nəzarətin  olması  barədə  (uĢağın  ərköyün 

saxlanması  və  ya  mehribanlığı,  uĢağın  nitqinə  diqqətin  yetirilməsi, 

düzgün nitq tərbiyə etmək üçün valideynlərin köməyi və s.) məlumatlar 

toplayır.  Kəkələmənin  nə  vaxt,  necə,  hansı  Ģəraitdə  baĢ  verdiyini, 

kəkələmənin  səbəblərinin  araĢdırılması,  kəkələmə  zamanı  yaranan 

hərəkətlərin olub-olmaması, kəkələmənin nə vaxt daha da Ģiddətlənməsi 

və  buna  səbəb  olan  amillərin  və  sairədə  loqoped  tərəfindən 

öyrənilməlidir.  

Bütün 

yuxarıda 



göstərilən 

məlumatların 

toplanılması, 

araĢdırılması  hər  bir  konkret  kəkələyən  Ģəxs  üçün  müalicə-pedaqoji 

təsirin  əsas  formasını  müəyyən  etməyə  imkan  verir.  UĢaqda 

müĢayətedici  hərəkətlərin  olması  hərəkət  çalıĢmalarının,  hətta  xüsusi 

müalicəvi bədən tərbiyəsi məĢğələlərinin keçirilməsini vacib edir.  

Kəkələyən  uĢaqda  psixoloji  xüsusiyyətlərində  özünü  göstərməsi 

loqopeddən aĢağıdakı təsir vasitələrini planlaĢdırmağı tələb edir: 



 

73 


--öz qüsuruna diqqətin cəmlənməsinə imkan verməmək; 

--onun özünə olan münasibəti köklü dəyiĢdirmək; 

--özünün düzgün nitqini eĢidə bilmək bacarığını inkiĢaf etdirmək. 

UĢaq  haqqında  bütün  məlumatların  dəqiqləĢdiril-məsindən  sonra 

kəkələyənlərin nitq və nitq proseslərinin birbaĢa öyrənilməsilə baĢlanır. 

Onun motorika, təqlidetmə, impressiv və ekspressiv nitqi, oyun və təlim 

fəaliyyəti, Ģəxsiyyət xüsusiyyətləri diqqətlə araĢdırılır.  

Qeyd  etmək  lazımdır  ki,  kəkələyən  uĢaqların  korreksiya  tərbiyə 

təsiri  proseslərinin  ilkin  (uĢağın  nitqi  məktəbdə  olduğu  birinci  ayı 

ərzində  və  ya  kəkələyən  uĢaqlar  üçün  sanatoriya,  ya  da  məktəbin 

loqopedik  məntəqəsində  ilk  iki  həftəsində)  və  ya  tədqiqi  fərqləndirilir. 

UĢaqların  öyrənilməsi  üçün  Ģəkillərdən,  Ģer,  nağıl  kitabçalarından, 

oyuncaqlardan  istifadə  edirlər.  Nitq  müayinəsinin  konkret  vəzifələri 

aĢağıdakılardan ibarətdir:  

Nitq qıcolmalarının yerini və formasını müəyyən etmək; 

--kəkələmənin tezliyinin  və  kəkələyənlərin  mühafizə edilmiĢ  nitq 

imkanlarının müəyyənləĢdirilməsi; 

--nitq pozulmalarının müĢayiəti, hərəkət pozulmaları; 

--kəkələyənlərin  öz  nitqlərinə  münasibəti,  onlarda  psixoloji 

xüsusiyyətlərin olması; 

Qıcolmaların  yeri  (tənəffüs,  səs,  artikulyasiya  və  qarıĢıq)  və 

onların  forması  (klonik,  tonik  və  qarıĢıq)  görmə  və  eĢitməyi  ilə  

müəyyənləĢdirilir. Kəkələyən Ģəxslərdə onun tezliyi loqoped üçün daha 

maraqlıdır.  Bunun  müəyyənləĢdirilməsi  ldoqopedə  nitqin  mühafizə 

edilmiĢ  sahələri  haqqında  fikr  söyləməyə  imkan  verir.  məhz,  bunun 

aydınlaĢdırılması  uĢaqda  aparılan  nitq  məĢğələlərinin  uğurlu  olmasını 

müəyyənləĢdirə  bilər.  Sərbəst  nitqin  səviyyəsinin  araĢdırılması,  onun 

nitq 


müstəqilliyinin 

müxtəlif 

dərəcələrində 

kəkələmənin 

paroksizmlərinin özünü göstərməsindən asılı olaraq baĢlanır. Kəkələyən 

uĢaqla dostları, valideynləri və maraqları olanlarlr söhbətlərdə onun nitq 

halları  və  nitq  qıcolmalarının  xüsusiyyətləri  aĢkara  çıxarılır.  Bunu 

müəyyən etmək üçün uĢağa Ģəkil üzrə danıĢıq, hər hansı bir hadisə və ya 

oxunmuĢ  mətn  haqqında  danıĢmaq  tapĢırılır.  Sonra  sadə  və  mürəkkəb 

ibarələri  təkrar  etmək  və  birgə  tələffüz  etmək  yolu  onda  əksedilmə  və 

birgə nitqin vəziyyəti öyrənilir.  

Kəkələyən  uĢaqların  sərbəst  nitq  səviyyəsi  yalnız  onun 

müstəqilliyinin  müxtəlif  səviyyəsindən  asılı  olmayıb,  həm  də  nitqə 

hazırlanmasından çox asılıdır. Loqoped nitq qıcolmalarının baĢ verməsi 

hallarını  izləmək  üçün  mütləq  uĢağın  ayrı-ayrı  səsləri  –sözləri, 



 

74 


mürəkkəb  və  ya  ibarələri  necə  tələffüz  etməsini  tələb  etməlidir.  Nəql 

edilmiĢ  material  əsasında  nitq  qıcolmalarının  nə  vaxt  yalnız  nəql 

etməsinin əvvəlində, ibarənin baĢlanğıcında, ayrı-ayrı söz və ya səslərdə 

özünü  göstərməsini  müĢahidə  etmək  olar.  Eyni  zamanda  nitq 

qıcolmalarının  nitqin  ucalıq  səviyyəsindən  asılılığı  da  aydınlaĢdırılır. 

Bunu  aydınlaĢdırmaq  üçün  müayinə  edilən  uĢağa  asta,  hündürdən  və 

pıçıltı ilə danıĢmaq təklif edilir.  

Kəkələyən  uĢağın  ilkin  müayinəsi  zamanı  loqoped  onda 

müĢyiətedici  nitq  və  hərəkət  pozulmalarının  olub-olmamasına  diqqət 

yetirməlidir.  MüĢayiətedici  nitq  və  hərəkət  pozulmaları  dedikdə 

kəkələyən uĢaqların öz nitqlərində lazımsız səs və ya səslərin iĢlədilməsi 

və  müxtəlif  yardımçı,  iradi  və  qeyri-iradi  hərəkətlərin  (danıĢarkən 

ayağını  yerə  bərk  vurmaq,  əl-qol  atmaq,  göz  qırpmaq  və  s.)  olması 

nəzərdə  tutulur.  Belə  uĢaqların  oyun  fəaliyyətini  tədqiq  edərkən 

kəkələyən  Ģagirdldərin  oyun  fəallığı,  emosional  vəziyyəti,  oyundaĢları 

ilə qarĢılıqlı əlaqəsi, oyunun xarakteri nəzərə alınmalıdır.  

Təlim  fəaliyyətinin  öyrənilməsində  xüsusi  diqqət  onların  dərsdə 

nitqin hansı formalarından istifadə məsələlərinə yönəldilməlidir.  

Müayinə  zamanı  uĢağın  psixoloji  xüsusiyyətləri,  xüsusilə  öz 

qüsuruna  xəstənin  diqqət  və  nəzərindən  qaçmamalıdır.  UĢaqların 

psixoloji  xüsusiyyətləri  barədə  əsas  məlumatı  valideynlərlə  söhbət 

zamanı  almaq  olar.  Loqoped  uĢağın  onu  əhatə  edənlərlə  münasibəti 

haqqında  məlumatları  dəqiqləĢdirir  və  öz  qüsuruna  verdiyi  qiymət 

(özünün  nitq  qüsuru  haqqında  məlumatı  varmı,  buna  münasibəti 

necədir),  müdafiə  reaksiyasının  (incimə,  utancaqlıq,  maskalanma,  nitq 

ünsiyyətindən  imtina  və  s.)  olması,  müayinə  zamanı  nitq  davranıĢı 

(köməyə  ehtiyac  duyulması,  öz  qüsurunun  aradan  qaldırılmasına  fəal 

səyin  olması  nitq  məĢğələlərinə  laqeydlik,  məĢğələlərin  mənasızlığı  və 

s.) məsələlərini aydınlaĢdırır. Kəkələyən uĢaqların müayinəsi korreksiya 

kursu  boyunca  davam  edir.  Psixoloqo-pedaqoji  və  tibbi  sənədlərin 

öyrənilməsi  və  kəkələyən  uĢaqların  oyun,  təlim  situasiyalarının 

eksperiment  yolu  ilə  modelləĢdirilməsi,  psixodiaqnostk  metodlardan 

istifadə  etməklə  (Pasax  metodu,  «Test-konflikt»  metodu,  psixi  və 

motorika  funksiyalarının  test,  FAT  və  s.)  psixoloji  xüsusiyyətlərin 

aĢkarlanması  loqopedə  düzgün  korreksiya  iĢini  təĢkil  etməyə  kömək 

edir.  


Beləliklə  də,  aparılan  müayinə  zamanı  aĢağıdakı  məsələlər 

aydınlaĢdırılır:  Kəkələmənin  formaları  (tonik,  klonik  və  qarıĢıq), 

qıcolmaların  növü  (tələffüs,  səs,  artikulyar  və  qarıĢıq),  kəkələmənin 



 

75 


dərəcəsi  (yüngül,  orta,  ağır),  nitqin  sürəti  (ləng,  tez,  taxilaliyanın 

olması), kəkələmə ilə yanaĢı dislaliya, dizartriya, ümumi inkiĢaf geriliyi 

qüsurlarının  olması,  nitqin  hərəkətliyi,  kəkələmənin  psixi  simptomları, 

loqopediya (danıĢıq qorxysy, nitq və hərəkət hiylələri, embdofratiya və 

s.  kəkələmə  prosesində  həyəcanlanma,  həyəcana  reaksiysı  və  s.)  nitq 

prosesinə  diqqətin  cəmlənməsi  və  onun  kəkələməyə  təsiri,  mürəkkəb 

nitq  situasiyalarının  kəkələməyə  təsiri,  kəkələyənlərin  fərdi  psixoloji 

xüsusiyyətləri,  oyun  fəaliyyətinin  xarakteri,  kəkələmənin  özünü 

göstərmə dairəsi (bütün nitq situasiyalarında, bəzilərində).  

Loqopedik rəy kəkələmənin differensial diaqnos-tikasını aparmaq 

və  kəkələməni  digər  nitq  qüsurlarından  (taxilaliya,  dizartriya,  dili 

dolaĢma)  fərqləndirmək,  həm  də  kəkələmənin  müxtəlif  formalarının 

birinn  digərindən  ayırmaq  imkanı  verir.  Kəkələyənlərin  kompleks 

müayinəsindən  alınan  məlumatlar  bu  qüsurun  təbiətini  açmağa  kömək 

edir.  Kəkələmədə  müxtəlif  halların  özünü  göstərməsi,  hər  bir 

kəkələyənin psixoloji xüsusiyyətləri və davranıĢı loqoped iĢinin fərdi və 

qruplarla  təĢkil  etməyin  metod,  vasitə  və  istiqamətlərini  müəyyən 

etməyə imkan verir.  

Kəkələmənin aradan qaldırılmasının proqnozu bir sıra Ģərtlərdən, 

ilkin  olaraq  onun  mexanizmindən,  kompleks  təsirin  müddətindən,  yaĢ 

xüsusiyyətlərindən  və  sairədən  asılıdır.  Hesab  etmək  olar  ki,  Ģəxs  nə 

qədər  gəncdirsə  onun  ümumi  davranıĢı  fəal  və  gümrah  olacaq,  nitq 

aparatının  qıcolması,  az  qıcolmalar  zəif  psixi  dəyiĢmələr  məhdud, 

proqnoz isə əlveriĢli olacaqdır. Anadangəlmə və ya nevrotik qazanılmıĢ 

kəkələmə  və  eləcə  də  xarici  təsirlərin  nəticəsində  meydana  çıxmıĢ 

kəkələmə üçün gələcəyi söyləmək az əlveriĢlidir. Bu zaman residivlərin 

çoxluğundan  danıĢmaq  lazımdır.  Qeyd  etmək  lazımdır  ki,  tənəffüs 

qıcolmaları  səs  qıcolmalarından,  klonik  formalar  tonikə  nisbətən  daha 

tez və asan aradan qaldırılır. Buna görə də onlara təsir edən ikinci siqnal 

sistemi  vasitəsi  ilə  həyata  keçirilir.  Kəkələmənin  proqnozu  hər  Ģeydən 

çox uĢağın Ģəxsiyyətindən, loqopedik ustalığından asılıdır.  

Kəkələməni  aradan  qaldırmaq  üçün  müasir  kompleks  yanaĢma 

metodunun iĢlənib hazırlanması müxtəlif üsul və sistemlərin axtarılması 

nəticəsində mümkün olmuĢdur. Çoxlu və kifayət qədər effektli olmayan 

metodların  mövcudluğu  həmin  qüsurun  cürbəcür  və  mürəkkəb 

təbiətindən, onun quruluĢ və təbiətini bölməməkdən irəli gəlir.  

Kəkələməni  aradan  qaldırmaq  üçün  əvvəllər  istifadə  edilmiĢ 

metod,  vasitə  və  yolları  tədqiq  edərkən  onları  kəkələyənlərə  tövsiyə 

edilən təsir vasitələrinin xarakterindən asılı olaraq tibbi və ya pedaqoji 



 

76 


cəhətdən  fərqlən-dirməməliyik.  Birinci  halda  bu  müalicəvi  tədbirlər 

(terapevtik,  cərrrahi,  ortopedik,  psixoterapevtik),  ikinci-pedaqoji 

tədbirlər  (didaktik)  və  üçüncü  halda  isə  kəkələyənlərə,  həm  müxtəlif 

müalicəvi, həm də pedaqoji tədbirlərin birgə tətbiqidir.    

Terapevtik  vasitələr  hələ  qədim  zamanlardan  kəkələməni  aradan 

qılmarmaq  üçün  (Hippokrat,  Aristotel,  Qalen,  Ġbn  Sina  və  baĢqaları) 

istifalə  edilmiĢdir.  Cərrahi  metodla  kəkələmənin  müalicəsi  hələ  bizim 

eradan əvvəl I əsrdən ta XIX əsrin ortalarına qədər bu metodun qorxulu 

və  xeyirsiz  olması  fikri  meydana  çıxanadək  istifadə  edilmiĢdir  (Antl, 

Bonne, Diffenbax, Peti və baĢqaları).  

Bu  metodun  yaranması  kəkələmənin  artikulyasiya  aparatının 

patoloji  quruluĢu  və  ya  dil  əzələlərinin  kifayət  qədər  innervasiya 

olunması nəticəsində baĢ verməsi haqqında fikirlərin meydana çıxması 

ilə əlaqədardır. Kəkələmənin aradan qaldırılmasında mexaniki alət və ya 

vasitədən  istifadə  ortopedik  məqsəd  daĢıyaraq  ilk  dəfə  (Demosfen 

qədim  yunan  natiqi)  tərəfindən  iĢlənmiĢdir.  Deyilənlərə  görə  o, 

kəkələməni  aradan  qaldırmaq  üçün  xırda  daĢları  ağzına  yığıb, 

danıĢarkən  dilinin  altında,  saxlanmaqla  bu  qüsurdan  xilas  olmuĢdur. 

Sonralar  isə  kəkələmədə  bir  sıra  mexaniki  vasitələr  (Star-dil  cəngəli, 

Kolomba-dili  basmak  və  dodağı  kəsmək  üçün  alət.  Klenke-taxta  qövs 

forma  dilin  altına  qoymaq  üçün  lövhə  və  s)  iĢlənməyə  baĢlanmıĢdı. 

Ortopedik  vasitələr  yardımçı  xarakter  daĢıyıb  kəkələməni  aradan 

qaldırmaq üçün əsas üsulla yanaĢı iĢlədilmiĢdir.  

Psixoterapevtik  vasitələr  kəkələməyə  nevrotik  pozulma  kimi 

baxılması  nəticəsində  meydana  çıxmıĢdır.  Kəkələməni  tədqiq  edən 

alimlərin əksəriyyəti onun psixi xüsusiyyətlərini nəzərə almaq psixikaya 

təsir etmək üçün psixoterapevtik təsir mexanizmini iĢləyib hazırlamıĢlar 

(Laquzev, Merkel, Nekrasov, ġultess və baĢqaları). 

Didaktik  priyomlar.  Kəkələyən  uĢaqlarda  düzgün  nitqin  tərbiyə 

edilməsi tərəfdarları müxtəlif nitq çalıĢmaları sistemi hazırlamıĢlar. Bu 

çalıĢmalar nitqin həm ayrı-ayrı elementlərini, həm də bütövlükdə nitqin 

inkiĢafını əhatə edir. (Andres, Kussmaul, Li və baĢqaları).  

Müalicə-pedaqoji təsir sisteminin hazırlanması cəhdi Ġ.A.Kikorska 

(1889) məxsusdur. O, kəkələməni müalicə etmək üçün nitq gimnastikası 

(tənəffüs,  səs,  artikulyasiya,    a)  nitqin  müxtəlif  formaları  üçün 

çalıĢmalar  sistemi;  b)  psixoterapevtik  müalicə  (uyğun  nitq  Ģəraiti,  nitq 

məĢğələlərinin ardıcıl çətinləĢdirilməsi, xəstənin əhval-ruhiyyəsinə təsir 

və  s.);    formaseptik  və  dinamik  müalicə  (dərmanlar,  fizioterapiya  və 

hərəkət  çalıĢmaları);  iĢləyib  hazırlamıĢdır.  Rus  alimlərinin  materialın 



 

77 


baxıĢlarına (Ġ.M.Seçenov, Ġ.P.Pavlov) istinad edən bir çox tədqiqatçılar 

kəkələməni  aradan  qaldırmaq  üçün  müasir  kompleks  yanaĢma 

metodunu iĢləyib hazırlamıĢlar.  

V.A.Qilyarovskiy, 

F.A.Rau, 

N.P.Tyapkin, 

M.Xvastev, 

N.A.Vlasova,  S.S.Lyapidevskiy  və  baĢqaları  özlərinin  tədqiqatları  və 

əməli  fəaliyyətləri  ilə  kəkələməni  aradan  qaldırmaq  üçün  kompleks 

tibbi-pedaqoji  yanaĢma  metodunun  inkiĢafına  kömək  etmiĢlər.  Müasir 

kompleks  yanaĢma  dedikdə  müxtəlif  mütəxəssislərin  səyi  və 

kəkələyənlərin  psixofiziki  vəziyyətlərinin  müxtəlif  tərəflərinə  ayrı-ayrı 

vasitələrlə müalicə pedaqoji təsir tədbirləri baĢa düĢülür.                                                              

Kompleks  müalicə-pedaqoji  tədbirlər  sisteminə  tibbi  preparatlar, 

proseduralar,  psixoterapiya,  müalicəvi  idman,  loqopedik  məĢğələlər, 

loqopedik ritmika və tərbiyə tədbirləri daxil edilir. Bu sistemin məqsədi 

nitq qıcolmalarını zəiflətmək və ya aradan qaldırmaq, tənəffüs, səs, nitq 

və  motorika  pozulmalarını  aradan  qaldırmaq,  sinir  sistemini  və 

bütövlükdə  bütün  orqanizmi  sağlamlaĢdırmaq,  öz  qüsuruna  düzgün 

olmayan  münasibəti  dəyiĢdirmək,  psixoloji  qatlardan  onu  azad  etmək, 

kəkələyənin  sosial  reabilitasiyası  və  adaptasiyasını  təĢkil  etmək, 

Ģəxsiyyət və davranıĢını tərbiyə etməkdir.       

Təsir,  xarakterinə  görə  bütün  müalicə-pedaqoji  tədbirləri  Ģərti 

olaraq  iki  tərkib  hissəsinə  ayırmaq  olar:  müalicə-sağlamlıq  və 

korreksiya-pedaqoji.  

Həkim tərəfindən aparılan müalicə sağlamlıq iĢinin əsas vəzifələri 

aĢağıdakılardan ibarətdir:  

--kəkələyənlərin  sinir  sisteminin  və  fiziki  sağlamlığının 

sağlamlaĢdırılması və möhkəmləndirilməsi; 

--psixofiziki  vəziyyətdə  özünü  göstərən  patoloji  halları  müalicə 

etmək; 

--kəkələyənlərdə  özünü  göstərən  bütün  çatıĢ-mamazlıqların 

müalicəsi  və  aradan  qaldırılması  ()motorika  pozulmaları,  nitq 

qıcolmalarının  zəiflədilməsi  və  aradan  qaldırılması,  vegetativ  sinir 

sisteminin  pozulmaları  və  s.);  Loqoped  tərəfindən  aparılan  korreksiya-

pedaqoji tədbirlərin əsas vəzifəsi aĢağıdakılardır; 

Nitq  qüsurlarının  aradan  qaldırılması  (düzgün  olmayan  nitqin 

tərbiyəsi) və kəkələyənlərin psixoloji xüsusiyyətlərinin islahı. 

Loqoped  tibbi-pedaqoji  iĢ  birliyi  təĢkil  etməklə  lazımi 

mütəxəssisləri (həkim, tərbiyəçi, musiqi iĢçisi və baĢqaları) kəkələməni 

aradan qaldırmağa cəlb edir.  



 

78 


Müalicə  –sağlamldıq  tədbirlərilə  müalicə  üçün  düzgün  Ģəraitin 

təĢkili,  gün rejimi  və  rasional qidalanma,  tibbi-dərman  müalicəsi,  fizio 

və  psixoterapiya,  müalicəvi  idman,  möhkəmləndirici  proseduralar 

aiddir.  Kompleks  yanaĢmanın  pedaqoji  hissəsinə  korreksiya  pedaqoji- 

loqopedik iĢ aiddir. Bu özündə loqopedik məĢğələlər sisteminin, tərbiyə 

tədbirlərini, loqopedik ritmikanı və valideynlərlə iĢi birləĢdirir. 

Loqopedik  təsir  uĢaq  Ģəxsiyyətinin  və  nitqinin  onun  qüsurunu 

kompensasiya  və  ya  aradan  qaldırılmasını  nəzərə  almaqla  harmonik 

formalaĢdırılmasına 

yönəldilmiĢ 

korreksiya-pedaqoji 

tədbirlər 

sistemidir.  

Loqopedik  iĢ  müasir  dövrdə  iki  istiqamətdə  təĢkil  edilir:  BirbaĢa 

loqopedik  təsir  kəkələyənlərlə  fərdi  və  qrup  məĢğələlər  zamanı  həyata 

keçirilib.  Bu  məĢğələlər  ümumi  və  nitq  motorikasının,  nitq  və 

tənəffüsün  ritm  və  sürətinin  normallaĢmasının,  sözlü  ünsiyyətinin 

fəallaĢdırılmasının,  vacib  hallarda  isə  eĢitmə  diqqəti  və  fonematik 

qavramanın,  səs  tələffüzü  pozğunluqlarının  islahatının,  passiv  və  aktiv 

lüğətin 


geniĢləndirilməsinin, 

cümlənin 

qrammatik 

cəhətdən 

formalaĢmasının  inkiĢafına  yönəldilir.  MəĢğələlərdə  kəkələyənlərdə 

psixoloji  sarsıntılar,  davranıĢ  pozulmaları  aradan  qaldırılır.  Onlarda 

(Ģagird və yeniyetmələrdə) qüsurlarına düzgün münasibət tərbiyə edilir, 

intellektual  bacarıqların,  etik  və  əxlaqi təsəvvürlərin inkiĢafı  və  inkiĢaf 

etmiĢ  harmonik  Ģəxsiyyət  formalaĢması  istiqamətində  məqsədyönlü  iĢ 

aparılır.  Fərdi  məĢğələlərə  əsasən  düzgün  nitq  məxsusdur.  O, 

kəkələməni  müalicə  etmək  üçün  a)  nitq  gimnastikası  (tənəffüs,  səs, 

artikulyasiya,  nitqin  müxtəlif  formaları  üçün  çalıĢmalar  sistemi);  b) 

psixoterapevtik  müalicə  (uyğun  nitq  Ģəraiti,  nitq  məĢğələlərinin  ardıcıl 

çətinləĢdirilməsi, xəstənin əhval-ruhiyyəsinə təsir və s.); farmoseptik və 

dinamik  müalicə  (dərmanlar,  fizioterapiya  və  hərəkət  çalıĢmaları); 

iĢləyib  hazırlanmıĢdır.  Rus  alimlərinin  metarialın  baxıĢlarına 

(Ġ.M.Seçenov, Ġ.P.Pavlov) istinad edən bir çox təhqiqatçılar kəkələməni 

aradan  qaldırmaq  üçün  müasir  kompleks  yanaĢma  metodunu  iĢləyib 

hazırlamıĢlar.  

V.A.Qilyarovskiy, 

F.A.Rau 

N.P.Tyapkin, 

M.Xvastev, 

N.A.Vlasov,  S.S.Lyapidevskiy  və  baĢqaları  özlərinin  tədqiqatları  və 

əməli  fəaliyyətləri  ilə  kəkələməni  aradan  qaldırmaq  üçün  kompleks 

tibbi-pedaqoji  yanaĢma  metodunun  inkiĢafına  kömək  etmiĢlər.  Müasir 

kompleks  yanaĢma  dedikdə  müxtədif  mütəxəssislərin  səyi  və 

kəkələyənlərin  psixofiziki  vəziyyətlərinin  müxtəlif  tərəflərinə  ayrı-ayrı 

vasitələrlə müalicə və pedaqoji təsir tədbirləri baĢa düĢülür.  



 

79 


Loqopedik  təsir  uĢaq  Ģəxsiyyətinin  və  nitqinin  onun  qüsurunu 

kompensasiya  və  ya  aradan  qaldırılmasını  nəzərə  almaqla  harmonik 

formalaĢdırılmasına 

yönəldilmiĢ 

korreksiya-pedaqoji 

tədbirlər 

sistemidir.  

Loqopedik  iĢ  müasir  dövrdə  iki  istiqamətdə  təĢkil  edilir:  birbaĢa 

və  dolayısı.  BirbaĢa  loqopedik  təsir  kəkələyənlərlə  fərdi  və  qrup 

məĢğələlər  zamanı  həyata  keçirilir.  Bu  məĢğələlər  ümumi  və  nitq 

motorikasının,  nitq  və  tənəffüsün  ritm  və  sürətini  normalaĢmasının, 

sözlü ünsiyyətinin fəallaĢdırılmasının, vacib hallarda isə  eĢitmə diqqəti 

və  fonematik  qavramanın,  səs  tələffüzü  pozğunluqlarının  islahatının, 

passiv  və  aktiv  lüğətin  geniĢləndirilməsinin,  cümlənin  qrammatik 

cəhətdən 

formalaĢmasının 

inkiĢafına 

yönəldilir. 

MəĢğələlərdə 

kəkələyənlərdə  psixoloji  sarsıntılar,  davranıĢ  pozulmaları  aradan 

qaldırılır.  Onlarda  (Ģagird  və  yeniyetmələrdə)  qüsurlarına  düzgün 

münasibət  tərbiyə  edilir,  intellektual  bacarıqların,  etik  və  əxlaqi 

təsəvvürlərin inkiĢafı və inkiĢaf etmiĢ harmonik Ģəxsiyyət formalaĢması 

istiqamətində  məqsədyönlü  iĢ  aparılır.  Fərdi  məĢğələlər  əsasən düzgün 

nitq  və  davranıĢ  vərdiĢlərinin  tərbiyəsi  sahəsində  əlavə  çalıĢmaların 

təĢkili  üçün  keçirilir  (düzgün  olmayan  səs  tələffüzünün  korreksiyası, 

psixoloji xarakterli söhbətlər və s.). Dolayısı ilə loqopedik təsir dedikdə 

uĢağın  bütün  rejim  saatlarının  loqopedləĢməsi  və  ətrafdakıların  ona 

münasibətinin  loqopedik  tələblərə  cavab  verməsi  baĢa  düĢülür.  Bu 

zaman nitq rejimi xüsusi məna kəsb edir. Məktəbəqədər yaĢlı uĢaqların 

nitq  rejimi  böyüklərin  birbaĢa  köməyi  ilə  həyata  keçirilir  və  bir  nitq 

mərhələsindən  digər  mərhələyə  keçmə  ardıcıllığı  onlar  tərəfindən 

nəzarətə  götürülür.    Məktəblilərin,  yeniyetmələrin  və  böyüklərin  nitq 

rejimi  isə  onların  özləri  tərəfindən  seçilmiĢ  nitq  çalıĢmalarının  yerinə 

yetirilməsi  və  bu  gün  nitq  tələbini  baĢa  düĢmə,  müxtəlif  Ģəraitlərdə 

məĢqləri  etmə  bacarığını  nəzərdə  tutur.  Loqopedik  məĢğələlərin  nitq 

aspekti  tənəffüs,  səs  və  artikulyasiya  funksiyalarının  tənzimlənməsini, 

koordinasiyasını  və  düzgün  nitq  tərbiyəsini  nəzərdə  tutur.  Demək 

lazımdır  ki,  elmi  ədəbiyyatda  düzgün  tələffüzün tərbiyəsi  haqqında  bir 

neçə  fikirlər  mövcuddur.  Bu  tədqiqatçıların  bəziləri  belə  hesab  edirlər 

ki, tənəffüs və didaktik çalıĢmalardan istifadə etməklə tənəffüs üzərində 

xüsusi iĢləmək lazımdır. Digərləri isə tənəffüsün ritmi sakit, rəvan nitqin 

təsiri  ilə  bərpa  edilir,  yəni  ağız,  tələsməyən  nitq  sürətinin  tərbiyəsi 

nəticəsində  nitqin  bütün  komponentlərinin,  o  cümlədən  tənəffüsün 

normallaĢması  baĢ  verir.  Psixoloji  məktəbin  nümayəndələri  belə  hesab 

edirlər  ki,  nitqin  tərbiyəsi,  o  cümlədən  tənəffüsün  normal  olması 




 

80 


iradədən  asılıdır.  Buna  nail  olmaq  üçün  iradənin  məĢq  edilməsi 

lazımdır.  

Tənəffüs üzərində nitq prosesində bir nəfəsvermədə əvvəlcə qısa 

cümlələrin  tələffüzü,  sonra  tədricən  sözlərin  sayını  artırmaqla 

geniĢləndirilmiĢ  cümlələrin  tələffüzü  zamanı  aparılır.  Uzun  ibarənin 

məntiqi  ibarələrlə  vurğu  iĢarələri  ilə  iĢarələnmiĢ  və  ya  iĢarələnməmiĢ 

hissələrinin  tələffüz  bacarığı  tərbiyə  edildikdən  sonra,  Ģer  və  ya  kiçik 

mətnlərin  oxusuna  keçirilir.  Səs  pozulmaları  çox  vaxt  tənəffüs 

çatıĢmazlıqları  ilə  əlaqədar  baĢ  verir.  Məsələn,  kəkələyən  uĢaqlarda 

nəfəsalma  zamanı  boğultulu  səs,  güclü  nəfəsvermədə  kəskin, 

qulaqbatırıcı  səs,  səs  aparatı  əzələlərinin  gərginliyi  nəticəsində  səsin 

qalınlığı müĢahidə olunur.  

Kəkələyənlərlə  loqopedik  iĢ  ilk  öncə  artikulyasiya  aparatı 

əzələlərinin  sakitləĢdirilməsi,  alt  çənə  və  dil  kökü  əzələlərinin 

gərginliyinin aradan qaldırılması (n səsinin vəziyyətində dili saxlamaq, 

səssiz nu-no-na hecalarını artikulyasiya etmək, alt çənəni asta-asta aĢağı 

salıb,  sonra  yuxarı  qaldırmaq  ne-ni-nı,  nı-no-na-hecalarını  tələffüz 

etmək) ilə aparılır. Bu hərəkətlər avtomatlaĢma qədər təkrar edilir, sonra 

isə  yumĢaq  ilkin  səs,  sait  səslərlə  birgə  onun  fasiləsiz  səslənməsi 

üzərində  iĢ  aparılır.  Bundan  sonra  sonor  sözlərin  saitlərlə  bir  hecada, 

cümlədə iĢlənməsi baĢlanır.  

Kəkələyənlərdə  müstəqil  nitqin  tərbiyəsində  müxtəlif  nitq 

formalarının ardıcıllığı mütləq gözlənilməlidir. Əvvəlcə Ģer mətnlərinin 

əks və birgə oxunması prosesində rəvan ritmik nitq tərbiyə edilir. Sonra 

çətin anlarda loqopedik köməyi ilə müstəqil oxu təklif edilir. Müstəqil 

nitqin tərbiyəsinə digər nitq formalarından fərqli olaraq daha çox diqqət 

ayrılır.  Müstəqil  nitq  hazırlanmıĢ  (gördüklərinin  təsviri,  oxunmuĢ 

materialın nəqli, Ģer söyləmək, dərs haqqında ifadə və s.) və hazırlanmıĢ 

(gözlənilməz  suallara  cavab,  verlmiĢ  mövzuya  dair  hekayə  söyləmək, 

xahiĢlər  və  s.)  olur.  Birinci  forma  kəkələyənlər  üçün  daha  asan 

olduğundan ikincidən əvvəl iĢlədilir.  

Kəkələyən  uĢaqlarla  aparılan  loqopedik  iĢə  aĢağıdakı  tələblər 

verilir.  

1.Loqopedik  məĢğələlər  kəkələyən  uĢaqların  nitq  və  Ģəxsiyyətinə 

korreksiya-pedaqoji təsiri əsas vəzifələrini özündə əks etdirməlidir.  

2.Loqopedik  məĢğələlər  müəyyən  ardıcıllıq,  sistemliliklə  uĢağın 

fərdi  xüsusiyyətlərindən  asılı,  uĢaqların  Ģüurluluq  və  fəallığına  istinad 

edilməklə,  əyani,  texniki  vasitələrdən  istifadə  və  düzgün  nitq  və 

davranıĢ vərdiĢləri tərbiyə etmə mərhələləri ilə aparılmalıdır.  



 

81 


3.Loqopedik məĢğələlərə uĢaqların məktəbəqədər və məktəb yaĢı 

dövründə  təlim  və  tərbiyə  proqramlarının  tələblərinə  cavab  verməsinə 

uyğunlaĢdırılmalıdır.  

4.Müxtəlif  Ģəraitlərdə  kəkələyən  uĢaqların  nitq  və  davranıĢ 

vərdiĢlərinin  tərbiyəsi  üçün  vacib  məĢqlərin  aparılması  nəzərdə 

tutulmalıdır.  Bu  məqsədlə  müxtəlif  loqopedik  məĢğələlər  nitq  inkiĢafı 

üzrə müxtəlif iĢ formaları, didaktik, mütəhərrik, süjetli-rollu və yaradıcı 

oyunlar,  ekskursiyalar,  konsertlər,  səhərciklərdə  iĢtirak  etmə  və  s. 

aparılmalıdır.  

5.MəĢğələlər  elə  təĢkil  edilməlidir  ki,  kəkələyən  uĢaqlar  orada 

uĢaqlar kəkələməsin və müĢayiətedici hərəkətlərə yol verməsinlər.  

6.MəĢğələlər uĢaqda yaxĢı əhval-ruhiyyə, özünə inam, gümrahlıq 

yaratmalıdır.  

7.MəĢğələlərdə  həmiĢə  düzgün  nitq  nümunələri-loqopedin 

özünün,  aktyorların,  nitqi  uğurla  məĢğul  olan  uĢaqların  danıĢığının 

maqnitafon yazıları və plastinkaları olmalıdır.  

8.MəĢğələlər  kəkələyən  uĢaqların  tərbiyəsi  və  ona  düzgün 

münasibət fonunda tərtib olunmalıdır.  

Kəkələyən  uĢağın  müstəqil  iĢinin  təĢkili  loqopedin  verdiyi  ailə-

məiĢət  və  təlim-tərbiyə  Ģəraitində  həmyaĢıdları  ilə  kollektivdə 

tapĢırıqların 

yerinə 


yetirilməsinə 

yönəldilir. 

Qrupların 

komplekləĢdirilməsi kəkələyənlərin yaĢından asılı olaraq aparılır. YaĢın 

müxtəlifliyi  özünəməxsus  loqopedik  iĢ  metodlarının,  onun  ayrı-ayrı 

komponentlərinin  intensivliyinin  dəyiĢməsinin  istifadə  edilməsini  tələb 

edir.  

Məktəbəqədər  uĢaqlarda  nitq  məĢğələlərində  əsas  yeri  oyunlar 

təĢkil edir, az hissəni isə tibbi tədbirlər tutur. Yeniyetmə və böyüklərdə 

isə əksinə olaraq, əsas yeri tibbi tədbirlər, psixoterapiya, çox az hissəni 

isə pedaqoji təsir tutur.  

Loqopedik məĢğələlər didaktik əsasları ilə o qədər də fərqlənmir. 

Belə  ki,  loqopediya  pedaqoji  elmlər  sisteminə,  xüsusi  didaktikaya  aid 

olduğundan  nitq  qüsurlarınn  korreksiyaedici  təlim  və  tərbiyəsi  ümumi 

təlim  nəzəriyyəsinə  uyğun  təĢkil  edir.  Müasir  pedaqogikada  adətən 

aĢağıdakı əsas ddaktik prinsipləri nəzərə alınır:  

Fərdilik  və  kollektivçilik,  sistemçilik  və  ardıcıllıq,  Ģüurluluq  və 

müstəqillik, fəallıq və əyanilik prinsipləri.  

Hal-hazırda  müxtəlif  loqopedik  metodların  olması  (nitq 

normalarının  pozulmasından  asılı  olan,  uĢağın  yaĢ  müxtəlifliyi, 

loqopedik  iĢi  təĢkil  etmə  Ģəraiti  və  s.)  kəkələyən  uĢaqların  təlim 



 

82 


korreksiyasının əsas nəzəriyyəsinin iĢlənib hazırlanmasını tələb edir. Bu 

mənada  təlimin  ümumi  nəzəriyyəsi  ilə  xüsusi  loqopedik  metodların 

qarĢılıqlı əlaqəsi Ģərtsizdir. Onlar didaktikanın ümumi əsaslarına istinad 

edilərək  istifadə  olunur.  Ümumi  təlim  nəzəriyyəsi  ilə  xüsusi 

metodikaların  nəticələrindən  ümumiləĢdirmə  materialı  kimi  istifadə 

edir.  


Beləliklə  də,  əsas  didaktik  qanunauyğunluqlar  və  prinsipləri 

hansını  ki,  nitq  fəaliyyəti  pozulmuĢ  uĢaqlara  Ģamil  olunur  -əsas  hesab 

olar. Bu əsasların dərindən öyrənilməsi kəkələyən uĢaqlarla korreksiya-

pedaqoji  iĢin  bütövlükdə  və  ya  xüsusi  formalarda  uğurlu  olmasına 

gətirib çıxarır.  

 



 

83 



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin