Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 1,65 Mb.
səhifə39/114
tarix28.12.2021
ölçüsü1,65 Mb.
#10633
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   114
EŞİTMƏ QÜSURLU UŞAQLARDA 

NİTQ QÜSURLARI 

 

Müasir  dövrdə  ümumtəhsil  məktəblərinin  Ģagird  kontingenti 

arasında eĢitmə qüsuru olan uĢaqlar da az deyildir.  

Belə  uĢaqlar  öz  həmyaĢıdlarından  nitqlərində  olan  müəyyən 

qüsurların  olması  ilə  fərqlənirlər.  EĢitmə  qüsurlu  uĢaqlarda  lüğət 

ehtiyatının az olması, qrammatik formaların dərk edilməsi, cümlə qura 

bilməməsi  kimi  pozğunluqların  olması  onları  əhatə  edənlərlə  ünsiyyət 

qura bilməməsinə gətirib çıxarır.  

Məlumdur  ki,  uĢağın  inkiĢafında  eĢitmənin  rolu    çox  böyükdür. 

UĢaq  böyüklərin  nitqini  eĢidir,  onu  təqlid  edərək  müstəqil  danıĢmağı 

öyrənir. EĢitmə həmçinin uĢağın intellektual inkiĢafına çox böyük təsir 

göstərir: yaĢlıların verdiyi izaha qulaq asaraq o, ətraf aləmlə tanıĢ olur 

və gerçəkliyi qavramağı, dərk etməyi öyrənir.  

EĢitmə  ilə  uĢaq  öz  nitqinə  nəzarət  edir  və  onu  baĢqalarının  nitqi 

ilə  müqayisə  edir.  Beləliklə  də,  o,  düzgün  səs  tələffüzünü  qavramaqla 

yanaĢı,  dilin  leksik  –qrammatik  quruluĢuna  da  yiyələnir.  Sonralar  isə 

fiziki  eĢitmə  uĢaqların  savad  təlimində,  oxu  və  yazı  vərdiĢlərinə 

yiyələnmə  üçün  əsas  Ģərtlərdən  birinə  çevrilir.  UĢağın  eĢitmə 

funksiyasının normal inkiĢaf prosesini bir neçə mərhələyə ayırmaq olar:  

a)  doğulduqdan  sonra  ilk  saatlarda  uĢaq  hər  hansı  bir  sadə  səsə 

reaksiya  verir.  Belə  ki,  bu  zaman  onun  nəbzi  tez-tez  vurur,  nəfəs  alıb 

vermə aktı sürətlənir, əmmə hərəkətlərdə dəyiĢmələr baĢ verir.  

b)  3  ayında  uĢaqlarda  səsi  ucalığına  və  tembrinə  görə 

fərqləndirmə bacarığı formalaĢır. 

v)  10-11  ayında  ritminə  və  intonasiyasına  görə  söz  və  ifadələri 

fərqləndirmək bacarığı formalaĢır.  

q)  UĢaqda  nitqin  yaranması  ilə  eĢitmə  funksiyasının  daha  da 

inkiĢaf  etməsi,  nitqin  səs  tərkibinin  qavranılması,  doğma  dilin  bütün 

səslərinin eĢitmə ilə fərqləndirməsi mərhələsi baĢlanır.  

Qeyd etmək lazımdır ki, eĢitmə qüsurlarının təsnifi əsasən eĢitmə 

funksiyasının  pozulması  və  nitqin  vəziyyəti  ilə  müəyyənləĢir.  Bu 

baxımdan eĢitmə qüsuru 2 cür olur:  

1)Karlıq-eĢitmənin  ən  ağır  pozulmasıdır.  Tam  karlıq  çox  az 

hallarda  müĢahidə  edilir.  Bu  zaman  nitqin  aydın  qavranılması  qeyri-

mümkün olur. Karlıq anadangəlmə və qazanılma olur.       

anadangəlmə  karlıq  çox  az  təsadüf  edilir.  Anadangəlmə  karlığın 

səbəbləri bunlardır.  



 

95 


1.Bətndaxili mərhələdə eĢitmə orqanının düzgün inkiĢaf etməməsi 

(irsliyin təsiri) nəticəsində karlığın baĢ verməsi. 

2.Ananın  hamiləlik  vaxtında  zərərli  faktorların  dölün  inkiĢafına 

mənfi  təsir  göstərməsi  nəticəsində  karlıq  yaranır.  Zərərli  faktorlarla 

yoluxucu  xəstəlikləri,  fiziki  və  mənəvi  travmaları,  streptomesinlə 

müalicəni,  alkoqol  və  s.  misal  göstərmək  olar.  Qazanılan  karlıq  daha 

çox  daxili  qulağın  və  eĢitmə  sinirlərinin  zədələnməsi,  müxtəlif 

xəstəliklər:  meningit,  qızılca,  skarlatina,  qrip  və  digər  xəstəliklər 

nəticəsində  iltibah  proseslərindən  sonra  baĢ  verir.  Karlığın  baĢ  vermə 

zamanından asılı olaraq 2 yerə ayrılır: nitqin inkiĢafdan əvvəlki mərhələ 

və sonradan yaranmıĢ karlıq (nitqin formalaĢmasından sonra baĢ vermiĢ 

karlıq). 

 2.Ağır  eĢitmə  nitqi  eĢitmə  ilə  qavranmaqda  çətinliyin  olması: 

Əgər  karlıq  zamanı  nitqin  qavranılması  qeyri-mümkündürsə,  ağır 

eĢitmədə  xüsusi  Ģərait  yaradılırsa  səsin  hündürlüyü  xüsusi  səs 

gücləndiricilər vasitəsi ilə nitqin qavranılması artır.  

1)Orta qulağın kəskin və xroniki iltihabı nəticəsində orta qulaqda 

patoloji  dəyiĢmələr:  təbil  pərdəsinin  çapıqları,  bitiĢmələri,  təbil 

pərdəsinin və eĢitmə sümükləri zəncirinin mütəhhərrikliyinin pozulması; 

2)Burun  və  burun-boğaz  yollarının  xroniki  xəstəlikləri  məsələn: 

adenoid bitiĢmələri. 

3)Yoluxucu  xəstəliklər:  skarlatina,  qrip,  qızılca,  məxmərək, 

meningit və s.  

4)RüĢeym  mərhələsində  eĢitmə  orqanının  anadan  gəlmə 

anomaliyaları. 

5)AğıreĢitmə 

müxtəlif 

dərəcələrdə-nəzərəçarpmayan 

zəif 

pıçıltının eĢitmə ilə qavranılmamasından ta uca danıĢığı eĢitməyənədək 



özünü  göstərir.  UĢaqda  eĢitməmənin  pozulmasını  sadə  metodlarla 

müəyyən  etmək  olar.  Məsələn,  pıçıltı  və  adı  hündürlüklə  danıĢıqdan 

istifadə  etməklə  yoxlamaq  olar.  Adi  Ģəraitdə  eĢitmə  nisbi  sakitlikdə 

pıçıltının qavranılması 6-7 metr məsafədə norma hesab edilir.  

Əgər  uĢaq  deyilmiĢ  sözü  inamsızlıqla  təkrar  edərsə  onda  1  m 

məsafəyə  yaxınlaĢmaq  lazımdır.  Sonra  isə  uĢağın eĢitdiyi  məsafə  qeyd 

edilir. Əgər uĢaq sözlərin hər birini eĢitmirsə, onda sait və samitləri: m, 

n,  r,  q,  g,  y,  o  (uĢağı  tezliklə);  Ģ,  f,  v,  i,  e  yüksək  tezliklə  qavrama 

bacarığı  müəyyənləĢdirilməlidir.  Müayinə  zamanı  uĢağın  ümumi 

vəziyyəti; yorğunluğu, diqqəti, tapĢırığı yerinə yetirmə hazırlığı hökmən 

nəzərə  alınmalıdır.  Əgər  uĢaq  Ģifahi  nitqə  malik  deyilsə  və  sözlü 



 

96 


tapĢırıqları baĢa düĢürsə, onda təbil, Ģeypur və səslənən  oyuncaqlardan 

istifadə etmək məsləhət görülür.  

Loqoped  uĢağın  eĢitməsinin  müayinəsi  zamanı  elə  etməlidir  ki, 

uĢaq müəyyən bir iĢlə məĢğul olsun (Ģəkilli kitaba baxsın, oyuncaqları 

ilə oynasın), yalnız bu vəziyyətdə uĢaqların səs siqnallarını dodaqdan və 

ya müəyyən hərəkətlərdən baĢa düĢməsini öyrənmək olar. VerilmiĢ hər 

bir  səs  siqnalına  uĢağın  reaksiyası  mütləq  diqqətlə  qeyd  edilməlidir: 

uĢaq qulaq asır, baĢını səs gələn istiqamətə çevirir, səsə  heç bir diqqət 

vermir  və  s.  Ağır  eĢidən  uĢaqların  nitqinin  vəziyyəti  müxtəlif 

səbəblərdən asılıdır. Bunlar aĢağıdakılardır: 

1.EĢitmənin zəifləmə dərəcəsi – UĢaq nə qədər pis eĢidərsə, bir elə 

də pis danıĢar.  

2.EĢitmə qüsurunun əmələ gəlmə zamanı –əgər eĢitmə 3 yaĢından 

pozulubsa,  uĢaqda  lüğət,  tələffüz  və  qrammatik  quruluĢ  çatıĢmamazlığı 

olan ibarəli nitq ola bilər. Əgər eĢitmə məktəb yaĢı dövründə pozulubsa, 

onda  belə  uĢaqda  düzgün  qurulmuĢ  cümləli  nitqə  cingiltili  səslərin 

karlaĢması,  vurğusu  aydın  olmayan  hecaların  tələffüzü,  səlis  olmayan 

artikulyasiya  və  s.  müĢahidə  edilir.  Erkən  yaĢ  dövründə  eĢitmənin 

pozulması nitqin çox ağır qüsurlarının yaranmasına səbəb olur.  

3.EĢitmə  qüsurunun  törənməsindən  sonra  uĢağın  inkiĢaf  etdiyi 

Ģərait: vaxtında baĢlanmıĢ korreksiya iĢi yaxĢı nəticələr verir.  

4.Zəif  eĢidən  uĢağın  psixi  və  fiziki  vəziyyəti  somatik  cəhətdən 

zəif  və  psixi  inkiĢafdan  müvəqqəti  geri  qalan  uĢaqlarda  nitqin 

formalaĢması nəticəsində ümumi nitq inkiĢafsızlığı baĢ verir. Göstərmək 

lazımdır  ki,  kiçik  yaĢlardan  eĢitməsi  pozulmuĢ  uĢaqların  çox  böyük 

hissəsində  nitq  sisteminin  bütün  komponentlərinin  inkiĢafdan  qalması 

müĢahidə  olunur.  Belə  ki,  eĢitmə  ilə  sözləri  fərqləndirə  bilməyən 

uĢaqlarda  lüğətin  kasadlığı,  sözlərin  mənasının  baĢa  düĢülməməsi, 

sözlərin  təhrif  edilmiĢ  tələffüzü,  cümlə  qurmaq  çətinliyi  və  digər 

çətinliklərin olması, onların nitqini anlaĢılmaz edir. Bundan əlavə qeyd 

etmək  lazımdır  ki,  çoxmənalı  sözlərin  yalnız  bir  mənada  iĢlənilməsi, 

tam və ya əĢyanın hissələrinin adlarının bir adla adlandırılması, əĢyanın 

adı ilə hərəkət arasında fərqin dərk edilməməsi, qarıĢdırılması, köməkçi 

sözlərin, demək olar ki, heç iĢlənməməsi və sözlərin konkret mənası ilə 

məcazi mənasının qavranılmaması belə uĢaqların nitqi üçün xarakteridir. 

Məhz, 


göstərdiyimiz 

qüsurlara, 

nitqin 

qrammatik 

cəhətdən 

formalaĢmasına görə eĢitmə pozğunluqlu uĢaqların nitqi normal inkiĢaf 

edən həmyaĢıdlarının nitqindən əsaslı surətdə fərqlənir. Belə ki, sözlərin 

eĢitmə  ilə  qavranılmaması,  söz  sonluqlarının  (Ģəkilçilərin)  aydın 




 

97 


eĢidilməməsi,  sözlər  arasında  qrammatik  əlaqələrin  dərk  edilməməsi: 

Leksik qrammatik cəhətdən düzgün qurulmuĢ nitqin olmamasına gətirib 

çıxarır.  Bu  isə  öz  növbəsində  istər  sadə,  istərsə  də  geniĢ,  mürəkkəb 

cümllərin  və  digər  sintaktik  konstruksiyaların  qurulmasında  kobud 

səhvlərin  olmasına,  belə  nitqin  ətrafdakılar  tərəfindən  baĢa 

düĢülməməsinə səbəb olur.  

Zəif  eĢidən  uĢağın  nitqinin  fonetik  tərəfi  də  çox  saylı  qüsurlarla 

müĢayiətedici olur. Onlar oxĢar və yaxın səslərin tələffüzündə səhvlərə 

yol  verirlər.  EĢitmə  ilə  səslərin  differensiallaĢmasının  çətinliyi  bir  çox 

söz  tələffüzü  qüsurlarının  yaranmasına  səbəb  olur.  Bu  qüsurlar 

aĢağıdakı kimi xarakterizə olunur: 

1.Kar samitlərin cingiltili samitlərdə araĢdırılmaması; 

2.Bir səsin digəri ilə əvəz olunması:  

Göstərmək lazımdır ki, eĢitmə qüsurlu uĢaqlarda yazılı nitqdə bəzi 

qüsurlar  müĢahidə  edilir.  Belə  ki,  onlar  eĢitmə  qüsuru  nəticəsində  çox 

sözü qavramadıqlarından həmin sözlərin mənasını da bilmirlər, nəticədə 

oxuduqları  mətndə  tanıĢ  sözlərin  mənasını  bilmədiklərindən  onları 

düzgün yazıya ala bilmirlər.  

Söz  və  qrammatik  formaların  oxu  prosesində  qavranılması 

həmçinin  oxunan  mətnlərin  məzmununun  da  dərk  edilməsinə  gətirib 

çıxarır.  Buna  görə  də  zəif  eĢidən  uĢaqların  həm  oxusunda,  həm  də 

yazısında  leksik,  qrammatik  və  fonetik  sözlər  özünü  göstərir. 

Tədqiqatlar göstərir ki, eĢitmə qüsurlu uĢaqların nitq qüsurları bilavasitə 

eĢitmənin  pozulma  vaxtı,  onun  xarakterik  və  uĢağın  psixo-fiziki 

vəziyyətindən çox açılıdır.  Buna  görə  də  zəif  eĢidən uĢaqların nitqi  və 

nitqindəki  qüsurları  çox  müxtəlifdir.  Qeyd  etmək  lazımdır  ki, 

ümummtəhsil  məktəblərində  təhsil  alan  zəif  eĢidən  uĢaqlarla  aparılan 

loqopedik  iĢ  bir  neçə  mərhələdə  həyata  keçirilir.  Zəif  eĢidən  uĢaqların 

səs  tələffüzü  (diĢarası  siqmatizm  kimi  bir  sıra  nöqsanlara  malik  olur. 

Bunlar aĢağıdakılardır:  

1.S,Z səslərinin diĢarası tələffüzü (diĢarası siqmatizm). Bu zaman 

S səsi Z səsi kimi tələffüz edilir. Z səsi isə D kimi, F isə D kimi tələffüz 

edilir.  

DiĢarası siqmatizm zamanı dilin ucu aĢağı kəsici diĢlər arasındakı 

hava  axınının  sərbəst  çıxıĢına  mane  olur  və  yaxud  ön  hissənin  arxası 

alveollara  birləĢir,  nəticədə  S  səsinin  təhrif  Ģəkildə  tələffüzü  meydana 

gəlir.  Qeyd  etməkk  lazımdır  ki,  siqmatizmin  digər  növləri  qüsurlu 

uĢaqların  nitqində  çox  az  təsadüf  edilir.  K-X  səslərinin  yerdəyiĢməsi. 

Dilarxası  novlu  X  kipləĢən,  x  kar  k  samiti  ilə  əvəz  olunur.  X  səsini 



 

98 


düzgün tələffüz edə bilir. Məsələn: koruz (xoruz), kəritə (xəritə), körək 

(xörək) və s. Bəzən K səsi X ilə əvəz olunur.  

3.Mürəkkəb  ç,  c  səslərinin  aydın  olmayan,  yayğın  tələffüzü.  Bu 

ona  görə  baĢ  verir  ki,  zəifeĢidən  uĢaq  dilini  alveollara  kip  söykəyir  və 

hava axını sıx bağlanmamıĢ yarıqdan keçir. UĢaqlar çay əvəzinə say, üç 

əvəzinə üs, saç əvəzinə suĢ iĢlədir.                             

                                                    

    


 

 

                     



 


 

99 



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin