Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 1,65 Mb.
səhifə28/114
tarix28.12.2021
ölçüsü1,65 Mb.
#10633
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   114
3.Xittizm  və  paraxitizm-  x  səsinin  səs  tələffüzüdür.  X  samiti 

dilin  ön  arxası  ilə  dilçəklə  birlikdə  yumĢaq  damağın  əmələ  gətirdiyi 

novdan keçən hava xanının təsiri ilə yaranır. 

Bu  səsin  korreksiyası  zamanı  k  səsinin  artikulyasiyasından 

istifadə  etmək  lazımdır.  Bu  zaman  özünəməxsus  dil-arxa  damaq 

affrikatı  kx  alınacaqdır.  Sonra  friktiv  hissəni  ayırmaq,  alınmıĢ  təmiz  x 

səsini çalıĢmalarla möhkəmlətmək lazımdır.  

Əgər  bu  istənilən  nəticəni  verməzsə,  onda  uĢağa  sa  hecasını 

demək  tapĢırılır.  Bu  zaman  Ģpatellə  dilin  arxa  hissəsini  önə  basıb  alt 

kəsici  diĢlərin  arxasında  saxlanılır,  nəticədə,  sa  əvəzinə  Ģa  hecası 

tələffüz  edilir.  Loqoped  Ģpatellə  dili  ağıza  daha  dərinə  salıb  sa-xya-xa 

hecasını  alır.  Sonra  xa  hecası  üzərində  iĢləyib  onu  təcrid  olunmuĢ 

Ģəkildə tələffüzetmə vərdiĢi öyrədilir.  

4.Yotatizm  –  y  səsinin  qüsurlu  tələffüzü  daha  çox  məktəbəqədər 

yaĢlı uĢaqlarda təsadüf edilir və l" səsi ilə əvəz edilir. Məsələn: larpaq-

yarpaq, lumĢaq-yumĢaq, luxu-yuxu və s.  

Bu  qüsurun  aradan  qaldırılması  üçün  ən  sadə  üsul  müvəqqəti 

olaraq y səsinin i saiti ilə əvəz edilməsidir. Yəni bu zaman uĢağa ia, aia, 

io, an, oi hecalarını (i səsini bir qədər uzatmaqla) demək tapĢırılır.  

  Mexaniki  dislaliya  zamanı  qüsurun  səbəb  və  xarakterindən  asılı 

olmayaraq, uĢaqlarda düzgün tələffüz vərdiĢlərinin formalaĢması ümumi 

tələblərə  uyğun  olmalıdır.  Belə  ki,  bu  və  ya  digər  tələffüz  qüsurunun 

aradan  qaldırılması  zamanı  mütləq  ciddi  olaraq  loqopedik  iĢin 

mərhələlərinin  ardıcıllığı  gözlənilməlidir.  Bu  ardıcıllıq  aĢağıdakı  kimi 

olmalıdır.  

1.FormalaĢdırılacaq 

səsin  korreksiyasından  əvvəl  eĢitmə 

diqqətinin və fonematik qavramanın inkiĢaf etdirilməsi; 

2.Artikulyasiya gimnastikası; 



 

54 


3.Səsin qoyulması; 

4.Səsin avtomatlaĢdırılması; 

5.Tələffüz zamanı səsin differensiasiyası və birləĢməsi.  

Əgər uĢaq bu və ya digər səsin eĢitmə ilə fərqləndirə bilirsə, onda  

I  mərhələ  buraxılıb,  korreksiya  iĢi  II  mərhələdən  baĢlanmalıdır.  Qeyd 

etmək  lazımdır  ki,  səs  üzərində  iĢ  apararkən  mütləq  uĢaqda  özünə 

eĢitmə  ilə  nəzarət  vərdiĢi  inkiĢaf  etdirilməlidir.  Bunun  üçün  loqoped 

uĢağın diqqətini səhv tələffüzü ilə müqayisə etməyi tapĢırır. YaxĢı olar 

ki,  loqoped  özü  səsin  səhv  tələffüzünü  göstərsin,  sonra  isə  düzgün 

normal  olan  səslə  növbələĢdirsin,  uĢaq  isə  onları  müqayisə  edib  lazımi 

nəticə çıxarsın. Bu zaman uĢağa hər iki tələffüzə diqqətlə qulaq asmaq 

tapĢırılmalıdır.  Səsin  avtomatlaĢdırılmasına  ancaq  uĢaq  səsi  ayrıca 

düzgün  tələffüz  edə  bildikdə,  dəfələrlə  təkrar  etdikdən  sonra  keçmək 

olar. 


Təshih  edilmiĢ  səsin  avtomatlaĢdırılması  aĢağıdakı  ardıcıllıqla 

həyata keçirilməlidir. 

1.Səsin hecalarda avtomatlaĢdırılması (açıq və qapalı hecalar)        

2.Səsin  sözlərdə  avtomatlaĢdırılması  (söz  əvvəlində  ortasında, 

sonunda). 

3.Cümlələrdə səsin avtomatlaĢdırılması. 

4.Səsin yanıtlmaclarda və Ģer parçalarında avtomatlaĢdırılması. 

5.Səsin qısa və üzün hekayələrdə avtomatlaĢdırılması. 

6.DanıĢıq nitqində səsin avtomatlaĢdırılması. 

Səsin avtomatlaĢdırılması üçün loqoped tərəfindən seçilmiĢ leksik 

material  xüsusi  fonetik  tələblərə  cavab  verməlidir.  Ġlkin  olaraq, 

materialda möhkəmləndiriləcək səslərin sayı maksimal olmalıdır. Sonra 

leksik material uĢaq üçün məna cəhətdən anlaĢıqlı olmalıdır.  

Səsin  tez  avtomatlaĢdırılması  üçün  əsas  Ģərt  tədricən  və  səsli 

Ģəkildə  nitq  çalıĢmalarında  tempin  (surətin)  artırılmasıdır.  Səsin 

avtomatlaĢdırılması zamanı sadə leksik materialdan çətin materiala, sadə 

nitq  fəaliyyətindən  daha  mürəkkəbə  (loqopedin  ardınca  əĢya,  hərəkət, 

hadisəni adlandırmaq, adi situasiyalar təsvir etmək, yadında qalmıĢ Ģeri 

əzbər  demək,  sonra  isə  qısa  həcmli  hekayətləri  nəql  etmək,  Ģəkillər 

serialları üzrə hekayələr qurmaq və ən nəhayət, müstəqil və azad danıĢıq 

nitqinə keçmək) baĢlamaq lazımdır.  

Xüsusi olaraq düzgün olmayan səsin tələffüzünün təshihi qaydası 

məsələsinə diqqət vermək gərəkdir. Aydındır ki, uĢaq bir-üç səsi düzgün 

tələffüz etməzsə, buna xüsusi sistem tətbiq etmək lazım deyildir. Lakin 

məlumdur  ki,  daha  çox  fonem  əhatə  edən  mürəkkəb  dislaliya  ən  çox 



 

55 


təsadüf  edilən  nitq  qüsurudur  və  o  xüsusi  korreksiya  sisteminin  tətbiq 

edilməsinə  ehtiyac  hiss  edir.  Bu  sistem  ən  əvvəl  didaktik  prinsiplərə 

cavab verməli, ən yüngüldən daha çətin keçən ardıcıllıq gözlənilməlidir. 

Müəyyən  edilməlidir  ki,  uĢaqlarda  fitli  səslərin  təshihi  fıĢıltılı  səslərə 

nisbətən daha asandır. Buna görə də əgər uĢaqda həm bu, həm də digər 

samitlərin  tələffüz  qüsuru  vardırsa,  onda  korreksiya  iĢini  s,  s",  z,  z" 

səslərindən  baĢlamalı  həmin  prinsipdən  çıxıĢ  edərək  əvvəlcə  l  səsinin 

düzgün  təshihinə  sonra  isə  r  samitinin  düzgün  tələffüzünə  keçməsi 

lazımdır.   

Göstərmək  lazımdır  ki,  loqoped  birdən-birə  iki  səsin  üzərində  iĢ 

apara  bilər,  lakin  o  yadda saxlamalıdır  ki,  həmin  səslər  artikulyasiyaya 

görə  yaxın  səslər  olmalıdır.  Əks  təqdirdə  müxtəlif  artikulyasiyalı 

səslərin  üzərində  iĢlərkən  bu  səslərin  artiklyasiyası  üçün  gərəkli 

hərəkətlərin  ləngiməsinə  səbəb  olub,  lazımi  nəticə  verməz.  Məsələn:  s 

səsi ilə l səsi üzərində paralel iĢin aparılmasını göstərmək olar.  


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin