44
Tələffüz qüsurlarının aradan qaldırılması məĢğələləri müəyyən
ardıcıllıqla aparılır. Bütün artikulyasiya çalıĢmaları aĢağıdakı növlərə
görə təyin edilir.
1.Səsin qoyulması.
2.Səslərin hecalarda tələffüz vərdiĢlərinin avtomatlaĢ-dırılması.
3.Səslərin sözlərdə tələffüz vərdiĢlərinin avtomatlaĢ-dırılması.
4.Səslərin cümlələrdə tələffüz vərdiĢlərinin avtomatlaĢ-dırılması.
5.Səslənmə
və
artikulyasiyasına
görə
oxĢar
səslərin
diferensiasiyası.
6.DanıĢıq nitqində səslərin avtomatlaĢdırılması.
Mexaniki
dislaliya
zamanı
düzgün
səs
tələffüzünün
formalaĢdırılmasında üç əsas vasitədən istifadə edilir.
Birinci üsul – təqlidə əsaslanır. UĢaq eĢitmə, görmə taktil
vibrasiya və əzələ hissiyyatından istifadə edərək fonemləri səslənmə və
artikulyasiyaya görə qavrayır və Ģüurlu olaraq orqanlarının lazımı
hərəkətinə, səslənməsinə çalıĢır. Bu zaman uĢaq güzgünün köməyi ilə
nitq aparatının görünən üzvlərinin hərəkətini görür, onu təqlid edir, əli
ilə hava axınını, xirtdəyin titrəyiĢini hiss edir. Qeyd etmək lazımdır ki,
loqoped məĢğələlərində müxtəlif vasitələrdən sadə kağız zolağından,
pambıq parçalarından baĢlayaraq və elektroakustik cihazlardan istifadə
edir.
Əgər lazımi artikulyasiya almaq mümkün olmazsa, onda loqoped
ilkin olaraq onun ayrı-ayrı hissələrini əldə etməyə çalıĢmalıdır. Bəzən
nitq aparatı üzvlərinin qeyri-mütəhərrikliyi və ya idarə edilməsinin
çatıĢmamazlığı loqopedi məcbur edir ki, o, bir sıra artikulyasiya
çalıĢmalarına, özünəməxsus artikulyasiya gimnastikasına müraciət etsin.
(Məsələn: dili «Bel» Ģəklinə salmaq, dili ensiz, biz Ģəklinə salıb, növbə
ilə sağ və sol qulaq istiqamətinə aparmaq – «saat» və s.)
İkinci üsul – nitq üzvlərinə mexaniki təsiri nəzərdə tutulur. Bu
üsul zamanı müxtəlif vasitə-spatel, zondlarla baĢlanğıcı artikulyasiya
vəziyyətində nitq orqanlarına təsir edib, onları lazımi tələb edilən
vəziyyət və hərəkətə salırlar.
Nəticədə, nitq orqanlarının vəziyyət və hərəkəti eĢitmə və görmə
qıcıqları ilə birlikdə baĢ beyin qabığında möhkəmlənir, müəyyən iz
buraxır, sonra isə lazımi artikulyasiyanı Ģüurlu və fəal təkrar etmək üçün
Ģərait yaradır.
Üçüncü üçül – qarıĢıq olub, həm birinci, həm də ikinci üsulu
özündə birləĢdirir. Bu zaman nitq üzvlərinə edilən mexaniki təsir sözlü
45
izahla birlikdə dəqiq və tam artikulyasiyanı təqlid etməklə həyata
keçirilir.
Mexaniki dislaliya zamanı səs tələffüzünün çatıĢmamazlığı
müxtəlif cür özünü göstərir. Belə ki, bir sıra samitlərin fitli və fıĢıltılı s,
s, z, z, Ģ, j, ç, c səslərin qüsurlu tələffüzü siqmatizm adlanır. Bu səslərin
Azərbaycan dilində əvəzlənməsi, yəni fitli səslərin, fıĢıltılı və əksinə,
səslər kimi tələffüz edilməsi isə parasiqmatizm adlanır.
Siqmatizmin aĢağıdakı növləri var:
Dostları ilə paylaş: