Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 1,65 Mb.
səhifə44/114
tarix28.12.2021
ölçüsü1,65 Mb.
#10633
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   114
Birinci qrup – fonematik qavramanın inkiĢafsızlığı ilə bağlı olan 

oxunun pozulması (fonemlərin fərqləndirilməsi). 



İkinci qrup – fonematik təhlilin pozulması ilə bağlı olan oxunun 

pozulması.  Bu  zaman  oxu  zamanı  həfrlərlə  oxu,  sözün  səs-heca 

quruluĢunun təhrifi kimi səhvlərə yer verilir.  

Sözün  səs-heca  quruluĢunun  təhrifi  oxu  zamanı  samitlərin 

düĢməsi  (paltar-patar);  samitlərin  arasında  sait  səslərin  iĢlənməsi 

(bulvar-bulavar);  hecaların  yerini  dəyiĢdirməsi  (kəpərək-kəpənək)  ilə 

özünü göstərir.  

Semantik disleksiya özünü mətnin texniki cəhətdən düzgün oxusu 

zamanı cümlə və sözlərin baĢa düĢülməsində göstərir. Yəni burada söz 

və  cümlələr  düzgün  oxunsa  da  onlar  baĢa  düĢülmürlər.  Bu  qüsur 

hecalarla  oxuda  daha  çox  müĢahidə  olunur.  Belə  ki,  hecalarla  sözü 

oxuduqdan  sonra  uĢaq  onun  Ģəklini  göstərə  bilmir,  sözün  mənası  ilə 

bağlı  suallara  cavab  verə  bilmirlər.  Bundan  baĢqa  oxunulan  söz  və 

cümlələrin  baĢa  düĢülməməsi  sintetik  oxuda  –  sözlərin  bütöv 

oxunuĢunda da müĢahidə olunur. 

Oxunulanın baĢa düĢülməməsi qüsuru əsasən iki faktorun olması 

ilə  Ģərtlənir:  1.Dəqiqsizlik  və  səs-heca  təhlilinin  çətinliyi;  2.Cümlə 

daxilində  sintaktik  əlaqələr  haqqında  təsəvvürlərin  differensiasiya 

edilməməsi. Oxu prosesində sözlərin hecalara ayrılması oxunulanın baĢa 

düĢülməsinin  əsas  səbəblərindən  biridir.  Fonematik  və  heca  sintezinin 

pozulması  nəticəsində  uĢaqlar  sözü  tanımır,  çünki  hecalarla  oxuda 

sözlər hissələrə  parçalanır,  uĢaqlar  isə həmin  hecaları  birləĢdirib  bütöv 

bir  söz  yarada  bilmirlər.  Onlar  oxuduqlarının  mənasını  dərk  etmir  və 

mexaniki olaraq bu prosesi həyata keçirirlər.  

Semantik  disleksiyalı  uĢaqlar  aĢağıdakı  tapĢırıqları  yerinə 

yetirməkdə çətinlik çəkirlər: 

a)  aralarında  qısa  fasilələrlə  tələffüz  edilən  ayrı-ayrı  təcrid 

olunmuĢ fonemləri birləĢdirib bir söz kimi deyə bilmirlər (ç, ö, r, ə, k).  

b) Hecalarda verilmiĢ sözləri cümlə Ģəklində tələffüz edə bilmirlər 

(la-lə, çi-çək, top-la-yır). 

Aqrammatik  disleksiya  əsasən  nitqin  qrammatik  quruluĢunun 

inkiĢafsızlığı,  morfoloji  və  sintaktik  ümumiləĢdirmənin  olmaması  ilə 




 

119 


Ģərtlənir.  Bu  çatıĢmamazlıq  zamanı    sözlər  hallara,  kəmiyyətə,  Ģəxs  və 

zamana görə düzgün dəyiĢmirlər.  

Aqrammatik  disleksiya  müxtəlif  patogenezli  nitq  qüsurları  olan 

(oxu  vərdiĢinin  sintetik  mərhələdə  formalaĢması  ilə  bağlı)  uĢaqlarda 

daha çox təsadüf edilir.  

Mnestik disleksiya zamanı bütün hərflərin qavranılması və onların 

dəyiĢmə  çətinliyi  baĢ  verir.  bu  qüsur  səslə  hərf  arasında  əlaqənin 

yaradılması proseslərinin pozulması və nitq yaddaĢının çatıĢmazlığı ilə 

Ģərtlənir.  Belə  ki,  uĢaqlar  3-5  səsdən  və  ya  sözdən  ibarət  sıranı 

ardıcıllıqla  deyə  bilmir,  əgər  deyirsə  də  bu  zaman  onların  ardıcıllığını 

pozur, kəmiyyətini azaldır, səsləri və ya sözləri buraxırlar.  

Optik 


disleksiyada 

qrafik 


cəhətdən 

oxĢar 


hərflərin 

mənimsənilməsində  çətinlik  olur.  uĢaqlar  bir-birindən  elementlərinə 

görə  fərqlənən  və  ya  eyni  elementlərə  malik  olan  hərfləri  ya  dəyiĢik 

salır, ya da qarĢılıqlı əvəz edirlər.  

Optik disleksiya zamanı hərflərin tapılması, düzgün hərfi düzgün 

olmayan hərfdən fərqləndirmək, çatıĢmayan elementi hərfə əlavə etmək 

bacarığı olmur. Məsələn, uĢağa «r» hərfindən «b» hərfini, «s» hərfindən 

«o»  hərfini  düzəltmək  tapĢıranda  onlar  bunu  yerinə  yetirməkdə  çox 

böyük çətinliklər çəkirlər.  

Literal  optik  disleksiyada  təcrid  olunmuĢ  hərflərin  tanınması  və 

hərflərin fərqləndirilməməsi qüsuru müĢahidə edilir.  

Verbal  disleksiya  zamanı  isə  sözü  oxuyarkən  yaranan  çətinliklər 

özünü göstərir.  

Taktik  disleksiya  əsasən  görmə  qüsurlu  uĢaqlarda  –  korlarda 

müĢahidə  olunur.  Bu  Brayl  əlifbasının  taktil  qavranılması  zamanı 

hərflərin  fərqləndirilməməsidir.  Oxu  prosesində  taktilə  görə  aĢkar 

həfrlər nöqtələrinin sayına görə qarıĢdırılır və ya əvəz edilir.  

Müasir dövrdə yazı qüçurları da ayrıca bir nitq qüsuru kimi təsdiq 

edilir.  

Disqrafiya  –yazı  prosesinin  qismən  spesifik  pozulmasıdır.  Yazı 

nitq  fəaliyyətinin  çox  səviyyəli  və  mürəkkəb  formalı  prosesidir.  Bu 

prosesdə  müxtəlif  analizatorlar:  nitqi  eĢitmə,  nitqi  hərəkət,  görmə  və 

ümumi  hərəkət  iĢtirak  edir.  Yazı  fəaliyyəti  zamanı  bu  analizatorlar 

arasında  qarĢılıqlı  Ģərtilik  və  sıx  əlaqə  yaranır.  Bu  prosesin  strukturu 

yazıya  yiyələnmə  vərdiĢlərinin  mərhələlərindən,  onun  vəzifə  və 

xarakterindən asılıdır. Demək lazımdır ki, yazı Ģifahi nitq prosesləri ilə 

sıx bağlıdır və onun kifayət qədər inkiĢafının yüksək səviyyəsi əsasında 

həyata keçirilir.  




 

120 


YaĢlı  adamın  yazı  prosesi  avtomatlaĢmıĢ  olur  və  bu  vərdiĢə 

yiyələnən uĢağın yazısından ciddi surətdə fərqlənir. Belə ki, böyüklərdə 

yazı  məqsədyönlü  fəaliyyət  olub  müəyyən  fikrin  ötürücü  və  ya 

qeydiyyatı məqsədi daĢıyır. YaĢlı adamın yazısının xarakteri bütövlüyü, 

əlaqələnməsidir və sintetik prosesdir. Sözlərin qrafik surətləri ayrı-ayrı 

elementlərlə  (hərflərlə)  yaradılmayıb.  Bütöv  tam  kimi  meydana  çıxır: 

Söz bir motor aktı kimi yaradılır. Yazı prosesi avtomatik və iki nəzarət 

vasitəsi ilə: kinestetik və görmə həyata keçir.  

Bu  baxımdan  əlin  avtomatlaĢdırılmıĢ  hərəkəti  Ģifahi  nitqin  yazılı 

nitqə keçməsində mürəkkəb prosesin ən sonuncu mərhələsi hesab etmək 

olar.  

 

Yazı  prosesi  çoxsəviyyəli  struktura  malik  olub,  böyük  sayda 



əməliyyatları  özündə  birləĢdirir.  YaĢlı  adamda  bu  ixtisar  olunmuĢ, 

qısaldılmıĢ xarakter daĢıyır.  

A.R.Luriya 

yazının 


aĢağıdakı 

əməliyyatlarını 

müəyyənləĢdirmiĢdir: 

Yazı təhrik, motor və vəzifələrdən baĢlanır. Ġnsan nə üçün, hansı 

məqsədlə yazdığını bilir: qeyd etmək, informasiyanı müəyyən müddətə 

saxlamaq, baĢqasına yetirmək, hər hansı bir fəaliyyətə təhrik etmək. Bu 

zaman  fikrən  yazacağı  ifadəni  planlaĢdırır,  onun  məna  proqramını, 

fikrin  ümumi  ardıcıllığını  müəyyənləĢdirir.  Ġlkin  fikir  cümlənin 

müəyyən quruluĢu ilə uyğunlaĢdırılır.     

Yazı  prosesində  yazan  Ģəxs  müəyyən  qaydanı  gözləməli,  nəyi 

yazdığını və nəyi yazacağını bilməlidir.  

Hər bir yazılacaq cümlə onu təĢkil edən sözlərə ayrılmalıdır, çünki 

yazıda  hər  bir  sözün  müəyyən  hüdudu  olmalıdır.  Yazı  prosesində  ən 

mürəkkəb əməliyyatlardan biri sözün səs quruluĢunun təhlilidir. Düzgün 

yazmaq üçün sözün səs quruluĢunu, ardıcıllığını və hər bir səsin yerini 

mükəmməl bilmək lazımdır. Sözün səs təhlili nitqeĢitmə və nitq hərəkət 

analizatorların  birgə  fəaliyyəti  nəticəsində  mümkün  olur.  Səslərin 

müəyyənləĢdirilməsində, ardıcıllığını gözləməkdə ən əsas rolu öz-özünə 

demək tutur (pıçıldamaq, ucadan və ya daxildə demək). Sözün öz-özünə 

təkrar  edilməsi  barədə  bir  çox  tədqiqatçılar  müsbət  rəy  söyləyərək 

göstərirlər  ki,  bu  səhflərin  az  olmasında,  səslərin  ardıcıllığını  və 

xarakterini müəyyənləĢdirməkdə yazan Ģəxsə çox böyük kömək göstərir.  

Yazıdakı  sonrakı  əməliyyatlardan  biri  digər  səslərdən,  xüsusi  ilə 

oxĢar  səslərdən  qrafik  cəhətdən  fərqlənən  fonemləri  görmə  surətləri 

vasitəsi  ilə  hərflə  uyğunlaĢdırmaqdır.  Qrafik  cəhətdən  oxĢar  hərflərin 



 

121 


fərqləndirilməsi  üçün  kifayət  qədər  məkani  təsəvvürlərin,  görmə  təhlil 

və tərkib proseslərinin formalaĢması gərəkdir. Birinci sinif Ģagirdi üçün 

hərflərin təhlili və tərkibi o qədər də asan məsələ deyildir.  

Göstərilən  əməliyyatdan  sonra  yazının  motor  (hərəkət)  prosesi 

gəlir. Bu proses zamanı hərflərin görmə surəti əl hərəkətləri vasitəsi ilə 

yerinə  yetirilir.  Hərfin  yazılması  zamanı  sözlərin  ginestetik  nəzarəti 

görmə:  yazılanın  oxunması  ilə  həyata  keçirilir.  Normada  yazı  prosesi 

müəyyən nitq funksiyaların kifayət qədər formalaĢma səviyyəsi; səslərin 

eĢitmə və fərqləndirilməsi, onların düzgün tələffüz edilməsi, nitqin təhlil 

və  tərkibi,  dilin  leksik-qrammatik  tərəflərinin  formalaĢması,  görmə  ilə 

analiz və sintezi, məkani təsəvvürlər əsasında həyata keçirilir.  

Yuxarıda  göstərilən  hər  hansı  bir  funksiyanın  pozulması  yazı 

vərdiĢlərinə yiyələnmək prosesini pozub disqrafiya yaradır. Beləliklə də, 

disqrafiya  normada  yazı  proseslərini  həyata  keçirən  ali  psixi 

funksiyaların inkiĢafsızlığı (dağılması) nəticəsində meydana çıxır.  

Qeyd etmək lazımdır ki, yazı pozğunluqları aĢağıdakı terminlərlə 

adlandırılır: 

Disqrafiya, aqrafiya, dizfoqrafiya, evolyusiyalı disqrafiya. 

Disqrafiyanı  yaradan  səbəblər  disleksiyada  olduğu  kimidir. 

UĢaqlarda  disqrafiya  bir  çox  ali  psixi  funksiyaların:  görmə  təhlil  və 

tərkibi,  məkani  təsəvvürlər,  danıĢıq  səslərinin  eĢitmə-tələffüz 

fərqləndirilməsi,  fonematik,  heca  təhlil  və  tərkibi,  cümlələrin  sözlərə 

parçalanması,  nitqin  leksik-qrammatik  quruluĢu,  hafizə  və  diqqətin 

pozulması,  emosional-iradi  sfera  və  s.  pozulması,  formalaĢmaması 

nəticəsində meydana çıxır.  

Disqrafiyanın  növləri  çoxdur.  Bu  bir  çox  prinsiplərə  görə: 

analizatorların  pozulması,  psixi  funksiyaların  inkiĢafdan  qalması,  yazı 

əməliyyatlarının formalaĢması və s. görə təsnif edilir.  

Müasir dövrdə ən çox iĢlənən təsnifat aĢağıdakılardır:  

1.Artikulyator-akustik disqrafiya; 

2.Fonemlərin tanınmasının pozulmasına əsaslanan disqrafiya; 

3.Dilin analiz və sintezinin pozulması ilə Ģərtlənən disqrafiya; 

4.Aqrammatik disqrafiya; 

5.Optik disqrafiya. 

1.Artikulyator-akustik disqrafiya. 

M.E.Xvatsev  bu  qüsuru  «yarıda  pəltəklik»  termini  ilə 

müəyyənləĢdirmiĢdir.  

Artikulyator –akustik disqrafiya zamanı uĢaq necə tələffüz edirsə, 

eləcə də yazır. Bunun əsasını düzgün olmayan, səs tələffüzün yazıda əks 



 

122 


olunması təĢkil edir. Yazı zamanı səslərin düzgün olmayan tələffüzünün 

öz-özünə deyilməsinə əsaslanaraq uĢaq yazıda öz səhv tələffüzünü əks 

etdirir.  

Artikulyator-akustik  disqrafiya  özünü  hərflərin  buraxılması, 

əvəzlənməsi  kimi  göstərir  və  bu  Ģifahi  nitqdə  səslərin  buraxılması, 

əvəzlənməsinə uyğun olur. Bu qüsur Ģifahi nitq pozulmaları: dizartriya, 

rinolaliya  və  polimorf  xarakterli  dislaliyada  daha  çox  müĢahidə  edilir. 

Bəzən  hərflərin  əvəzlənməsi  və  buraxılması  Ģifahi  nitqin 

korreksiyasından sonra da qalır. 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin