Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil


İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNDƏ OXU VƏ  YAZI



Yüklə 1,65 Mb.
səhifə43/114
tarix28.12.2021
ölçüsü1,65 Mb.
#10633
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   114
İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNDƏ OXU VƏ  YAZI 

QÜSURLARININ KORREKSİYASININ 

 ƏSAS İSTİQAMƏTLƏRİ 

 

Qeyd  etmək    lazımdır  ki,  ibtidai  sinif  Ģagirdlərindən  oxu  və  yazı 

qüsurlarının  özünü  göstərmə  mexanizmi  demək  olar  ki,  eyni  olduğu 

üçün  onların  aradan  qaldırılması  üçün  istifadə  edilən  metodlar, 

korreksiya-loqopedik iĢdə də çoxlu ümumi cəhətlər vardır.  

Bunlara ayrı-ayrılıqda nəzər salaq: 

1.Fonematik 

disleksiya, 

artikulyar-akustik 

disqrafiya 

və 

fonemlərin  tanılmasının  pozulması  əsasında  baĢ  verən  disqrafiya 



qüsurlarının  aradan  qaldırılması  üçün  fonematik  qavramanın  inkiĢaf 

etdirilməsi.  

Bu,  əsasən  səslərin  fərqləndirilməsinin  dəqiqləĢdiril-məsi  və 

möhkəmləndirilməsi üçün aparılan xüsusi loqopedik iĢdir və o müxtəlif 

analizatorlardan: nitq-eĢitmə, nitq-hərəkət, görmə və s. istifadə etməklə, 

onlarla əlaqəni təĢkil edir.  

  EĢitmə-tələffüz  differensiasiyanın  təkmilləĢdirilməsi  üzərində 

aparılan  iĢ  o  zaman  daha  yaxĢı  nəticə  verər  ki,  bu  fonematik  təhlil  və 

tərkib proseslərinin inkiĢafı ilə sıx əlaqəli Ģəkildə həyata keçirilir.  

Loqopedik  iĢ  zamanı  ibtidai  sinif  Ģagirdlərinə  səslərin 

fərqləndirilməsi  üzrə  aparılan  iĢlə  yanaĢı,  həm  də  fonematik  təhlil  və 

tərkib proseslərinin formalaĢması və inkiĢafına aid çalıĢmalar da təĢkil 

edilməlidir.  

ġagirdlərin tez-tez qarıĢdırdığı səslərin fərqləndirilməsi üzrə təĢkil 

edilən loqopedikk iĢ 2 mərhələdə aparılır: 

a) hər bir qarıĢdırılan səs üzrə aparılan iĢin ilkin mərhələsi;                            

  b)  qarıĢdırılan  səslərin  eĢitmə  və  tələffüzlə  fərqləndirmə 

mərhələsi.  

Birinci mərhələdə qarıĢdırılan hər bir səsin ardıcıl olaraq tələffüz 

və eĢitmə surətləri dəqiqləĢdirilir. Bu iĢ göstərilən planla aparılır:  

1.Görmə, 

eĢitmə,  taktil  qavramasına  əsaslanaraq  səsin 

artikulyasiya və səslənməsinin dəqiqləĢdirilməsi; 

2.Səsin heca fonunda seçilməsi; 

3.Səsin  sözdə  varlığının  və  yerinin  (əvvəldə,  ortada,  sonda) 

müəyyənləĢdirilməsi; 

4.Cümlə və mətnlərdən onun seçilməsi.  

II  mərhələdə  qarıĢdırılan  səslər  tələffüz  və  eĢidilmə  əsasında 

müqayisə edilir. Səslərin differensiasiyası hər bir səsin eĢidilmə tələffüz 



 

105 


xüsusiyyətlərinin  dəqiqləĢdjirilməsi  üzrə  aparılan  iĢdəki  ardıcıllıqla 

aparılır.  Amma  burada  əsas  məqsəd  həmin  səslərin  fərqləndirilməsi 

olduğundan  istifadə  edilən  nitq  materialı  qarıĢdırılan  səslərdən  ibarət 

olan sözlərdən təĢkil edilir.  

Disleksiya və disqrafiyanı uĢaqlarda islah etmək üçün hər bir səs 

iĢ prosesində müəyyən hərflə əlaqələndirilir. Disqrafiyanın korreksiyası 

zamanı  səslərin  differensiyasını  möhkəmlətmək  üçün  yazılı 

çalıĢmalardan  daha  çox  istifadə  edilir.  Artikulyator-akustik 

disqrafiyanın aradan qaldırılması səs tələffüzünün korreksiyası ilə birgə 

təĢkil edilir.  

ĠĢin  ilk  mərhələlərində  yazı  yazarkən  sözləri  təkrar  deməyi 

qabaqcadan etmək məsləhət görülür. Çünki yazarkən sözlərin öz-özünə 

tələffüzü səhvlərə gətirib çıxara bilər.  

II  Dilin  təhlil  və  tərkib  proseslərinin  pozulmasına  əsaslanan 

fonematik  disleksiya  və  disqrafiyanın  aradan  qaldırılması  zamanı  dilin 

təhlil və tərkibini inkiĢaf etdirmək.  

Cümlədə sözlərin sayını, ardıcıllığını və yerini müəyyənləĢdirmək 

bacarığını,  aĢağıdakı  tapĢırıqları  yerinə  yetirməklə  uĢaqlarda 

formalaĢdırmaq olar:  

1.Süjetli  Ģəkil  əsasında  cümlə  qurmaq  və  həmin  cümlələrdə 

sözlərin sayını müəyyənləĢdirmək. 

2.Müəyyən sayda sözü olan cümlələr qurmaq.  

3.Sözlərin sayını artırmaqla cümləni geniĢləndirmək. 

4.VerilmiĢ  cümlənin  qrafik  sxemini  tərtib  etmək  və  ona  uyğun 

cümlə qurmaq.  

5.Cümlədə  sözün  yerini  (verilmiĢ  sözün  neçənci  olması) 

müəyyənləĢdirmək. 

6.Müəyyən sayda sözü olan cümləni mətindən seçmək. 

7.VerilmiĢ cümlədə sözlərin sayına uyğun rəqəmləri göstərmək. 

III.Hecanın təhlil və tərkib prosesinin inkiĢafı. 

Kiçik yaĢlı məktəblilərə hecanın analizi və sintezinin inkiĢafı üzrə 

iĢ  apararkən  əvvəlcə  yardımçı  priyomlardan  istifadə  etmək,  sonra  isə 

bunu ucadan tələffüz edilən nitq, nəhayət, daxili planda eĢitmə-tələffüz 

təsəvvürləri  əsasında  təĢkil  olunmuĢ  iĢ  kimi  aparmaq  lazımdır. 

Məktəblilərdə  hecanın  təhlili  və  tərkibi  proseslərinin  inkiĢafı  üçün 

aparılan  loqopedik  məĢğələlərdə  sözlərin  hecaları  əl  salmaq, 

döyəcləmək  və  onların  sayını  göstərmək  kimi  yardımçı  vasitələrdən 

istifadə edilir.  




 

106 


Bu  zaman  sözlərdə  sait  səsləri  ayırmaq  bacarığı,  heca  bölgüsünü 

aparmaq  qaydaları  mənimsənilir.  Sait  səsləri  ayıra  bilmək  bacarığı 

sözlərdə  hecaları  müəyyənləĢdirməyə  oxu  və  yazı  səhvlərini  aradan 

qaldırmağa imkan yaradır.  

Sait səslərə görə sözlərin heca tərkibini müəyyən etmək bacarığını 

formalaĢdırmaq  üçün  sait  və  samit  səslərin  fərqləndirilməsi  və  nitqdə 

saitlərin  ayrılması  üzrə  ilk  öncə  hazırlıq  iĢi  aparılmalıdır.  Bunun  üçün 

uĢaqlara sait və samit səslər, onların fərqli cəhətləri haqqında müəyyən 

biliklər verilməlidir. Bu məqsədlə loqoped belə bir üsuldan istifadə edə 

bilər. Loqoped bu və ya digər səsi (tələffüz edir, uĢaqlar isə əgər bu səs 

saitdirsə qırmızı, samitdirsə göy bayraqcıq qaldırırlar. 

Sonra  heca  və  sözlərdən  sait  səsin  ayrılması  üzrə  iĢ  aparılır. 

Bunun  üçün  əvvəlcə  birhecalı  sözlərdən  (gəl,  ot,  tut,  su,  saz,  Ģar  və  s.) 

istifadə  olunur.  UĢaqlar  bu  nitq  materialından  sait  səsin  yerini 

müəyyənləĢdirir  və  yerindən  asılı  olaraq  sait  səslərin  yerinə  yazıda 

(əlbəttə, ortada və sonda) dairə iĢarəsi yazılır. Bu məqsədlə sözün qrafik 

sxemindən istifadə edirlər:  

 

____________    ____________   ___________       



0                      ,              0           ,                       0 

Sonra  isə  iki  və  üç  hecalı  sözlər  üzərində  həmin  əməliyyat 

aparılır.  Ġbtidai  sinif  Ģagirdlərində  oxu  və  yazı  qüsurlarını  aradan 

qaldırmaq üçün aĢağıdakı çalıĢmalardan istifadə etmək olar:  

1.Sözlərdən sait səsləri seçmək. Bu zaman yazılıĢı və deyiliĢi eyni 

olan sözlərdən istifadə etmək lazımdır.  

2.VerilmiĢ sözün yalnız sait səslərini yazmaq (bina-      0         0, 

pomidor- 0      0        0). 

3.Sözlərdən sait səsləri seçib, onlara uyğun hərfləri göstərmək. 

4.Sait səslərin birləĢməsinə uyğun Ģəkillərin düzülməsi. Məsələn, 

uĢağa ikihecalı sözə uyğun Ģəkillər verilir: «paltar», «çörək», «stəkan», 

«heyva»,  «alma»,  «orden» və s. Sonra həmin sözlərin aĢağıdakı sxemi 

yazılır: 

A             A,  O                Ə,  E             A   və s. 

Sözün  heca  təhlilinin  və tərkibinin  möhkəmləndirilməsi  üçün  isə 

aĢağıdakı tapĢırıqlar təklif edilir: 

1.Sözü hecalarla təkrar etmək. Hecaların sayını demək. 

2.VerilmiĢ sözlərdə hecaların sayını müəyyənləĢdirmək və sayına 

uyğun rəqəm göstərmək. 



 

107 


3.Adlarındakı  hecaların  sayına  görə  Ģəkilləri  götürüb  iki  sıraya 

düzmək. 


4.ġəkildəki  adlardan  ilk  hecanın  ayırıb  yazmaq.  Hecanı  sözdə, 

cümlədə  iĢlətmək.  Alınan  söz  və  cümləni  oxumaq.  Məsələn:  «maĢın», 

«alma»,  «yaĢıl»,  «vasaq».  Bu  sözlərdəki  ilk  hecaları  seçib  cümlə 

qurulur: «Malikin altı yaĢı var».  

5.Nizamsız hecalardan sözlər qurmaq.  

6.Müəyyən  sayda  hecalardan  təĢkil  olunmuĢ  sözləri  cümlələrdən 

seçmək.  

IV.Fonematik təhlil və tərkibin inkiĢafı.  

«Fonematik təhlil» termini altında səs. Təhlilinin həm adı, həm də 

mürəkkəb formaları baĢa düĢülür. Elementar, adi formada söz fonunda 

səsin  ayrılması  aid  edilir.  Bu  forma  məktəbəqədər  yaĢlı  uĢaqlarda 

birdən, birbaĢa meydana çıxır. Mürəkkəb formada isə sözdən birinci və 

axırıncı  səsin  ayrılması  və  bu  səslərin  yerinin  müəyyən  edilməsii 

(əvvəldə, ortada, axırda) nəzərdə tutulur. Burada sözlərin içində səslərin 

ardıcıllığının,  onların  kəmiyyətinin  və  digər  səslərə  nisbətdə  yerinin 

müəyyənləĢdirilməsi  mürəkkəb  prosesdir.  Səs  təhlilinin  bu  forması 

yalnız xüsusi təlim prosesi keçdikdən sonra formalaĢmağa baĢlayır.  

Fonematik təhlil və tərkib prosesinin inkiĢafı zamanı mütləq səsin 

təhlili  bu  formalarda  ontogenezdə  ardıcıl  formalaĢmasının  nəzərə 

alınmasını gözləmək lazımdır.  

Bunun üçün yaxĢı olar ki, sözün ilk saitlərini ayırmağı uĢağa təklif 

edilsin (ata, Ģəkil, iynə). Sonra isə novlu, daha sonra partlayan samitlərin 

təcrid olunması tələb edilsin.  

Fonematik  təhlil  və  tərkibinin  mürəkkəb  formasında  uĢağın  əqli 

imkanları nəzərə alınar və bu aĢağıdakı Ģəkildə yerinə yetirilir: 

I.Mərhələ-yardımçı vasitə və hərəkətlərə əsaslanması. 

II.mərhələ-nitq 

zamanı 


səs 

təhlilinin 

fəaliyyətinin 

formalaĢdırılması. 

III.Mərhələ-əqli  imkanlar  fonunda  fonematik  təhlil  fəaliyyətinin 

formalaĢdırılması. 

IV.Aqrammatik disleksiya və disqrafiyanın aradan qaldırılması.  

Aqrammatik  disleksiya  və  disqrafiyanın  aradan  qaldırılmasında 

əsas  vəzifə  uĢaqda  morfoloji  və  sintaktik  ümumiləĢdirmə  sözün 

morfoloji  elementləri  və  cümlənin  quruluĢu  haqqında  təsəvvürləri 

formalaĢdırmaqdır.  Bu  iĢ  üçün  əsas  istiqamət:  cümlə  quruluĢunun 

dəqiqləĢdirilməsi.  SözdəyiĢdirici və sözdüzəldici funksiyaların inkiĢafı, 




 

108 


söz  tərkibinin,  eləcə  də  eyni  köklü  sözlərin  morfoloji  təhlili  üzərində 

aparılan iĢdir.  

Dilin  morfoloji  sisteminin  mənimsədilməsi  cümlə  quruluĢuna 

yiyələnməklə sıx əlaqədə həyata keçirilir.  

Cümlə  üzərində  aparılan  iĢ  zamanı  onun  quruluĢ  mürəkkəbliyi. 

Antogenezdə onun müxtəlif tiplərinin özünü göstərmə ardıcıllığı nəzərə 

alınır. Cümlə üzərində iĢ aĢağıdakı ardıcıllıqla aparılır: 

1.Cingiltili  cümlələr  (tərkbində  adlıq  halda  olan isim  və  III  Ģəxs, 

indiki zamanda olan fel: «UĢaq gəldi»). 

2.Müxtəlif cür cüttərkibli cümlələr.            

3.3-4 sözdən ibarət olan geniĢ cümlələr (isim, fel, tamamlıq-UĢaq 

almanı yedi).  

Göstərmək  lazımdır  ki,  cümlə  üzərində  iĢ  apararkən  sxem  və 

videoqramlardan istifadə etmək məsləhətdir.  

Bu, 

uĢaqlarda  əqli  fəaliyyəti  sürətləndirər  və  əĢyaları 



stimullaĢdırıraq  onlar  arasındakı  münasibəti  eyni  Ģəkildə  dərk  etdirir. 

Məsələn,  «uĢaq  almanı  yedi    cümləsi  üç  elementdən  «uĢaq  qırmızı 

almanı yedi» cümləsi isə dörd elementdən ibarətdir. Bu cümlələri sxem 

Ģəklində verdikdən sonra  

O   

  

O   



  

UĢaqlardan bu sxemə oxĢar cümlələr qurmağı tələb etmək olar.  

SözdəyiĢdirici  və  sözdüzəldici  formaların  möhkəm-ləndirilməsi 

üçün  əvvəlcə  sözdə,  sonra  söz  birləĢmələrində,  cümlə,  mətnlərdə,  iĢ 

aparmaq lazımdır.  

VI.Optik  disleksiya  və  disqrafiyanın  aradan  qaldırılması.  Bu  iĢ 

aĢağıdakı istiqamətlərdə aparılır: 

1.Görmə  qavramasının  inkiĢafı,  görmə  qnozesin-rəng,  forma  və 

həcminin tapılması; 

2.Görmə yaddaĢının dəqiqliyinin və həcminin geniĢləndirilməsi; 

3.Məkanı təsəvvürlərin formalaĢması; 

 4.Görmə və təhlil və tərkib proseslərinin inkiĢafı.  

ƏĢyanı  görmə  qnozesinin  inkiĢafı  üçün  göstərilən  tapĢırıqlar 

üzərində  iĢ  məsləhət  görülür.  ƏĢyanın  kontur  təsvirini  vermək,  kontur 

təsvirləri  müqayisə  etmək,  onları  fərqləndirmək,  əĢya  konturlarını  bir-

birinin üstünə qoymaq və s. 




 

109 


Bu mərhələdən sonra hərflərin tanınması (hərf qnozisi) üçün belə 

tapĢırıqlardan  istifadə  etmək,  hərfi  çap  və  əl  yazısı  ilə  yazmaq,  hərfin 

adını  demək,  yazmaq,  hərfin  konturlarını  çəkmək,  çatıĢmayan 

elementləri əlavə etmək, düzgün olmayan hərfi göstərmək və s. 

Optik  disleksiya  və  disqrafiyanı  islah  etmək  üçün  loqoped 

uĢaqlarda  forma,  rəng,  həcm,  haqqında  təsəvvürlərin  dəqiqləĢdirilməsi 

üzərində  iĢ  aparır.  Loqoped  rənginə,  formasına  və  həcminə  görə 

fiqurları (oval, dairə, kvadrat, üçbucaqlı, dördbucaĢdı, romb, yarım dairə 

və s.) Ģagirdə göstərib eyni rəngli, eyni həcmli və formalı fiquru tapmağı 

təklif edir.  

Sonra həmin fiqurlara oxĢar əĢyaları deməyi tapĢırır (dairə-qarpız, 

oval-yemiĢ,  üçbucaq-evin  damı  və  s.)  Bundan  əlavə,  bu  məqsədlə 

aĢağıdakı oyunlardan da istifadə etmək olar: 

1.«Nə  yoxdur?»  oyunu.  Bu  oyun  zamanı  stolun  üstünə  müxtəlif 

fiqurlar  (oyuncaqlar,  Ģəkillər)  qoyulur  və  uĢağa  bunları  diqqətlə  baxıb 

yadında  saxlamağı  tapĢırırlar.  Sonra  bu  əĢyalardan  biri  gizlincə 

götürülür və uĢaqdan hansı əĢyanın çatmadığı soruĢulur.  

2.UĢaqlar  4-6  Ģəkli  yadda  saxlayır,  sonra  onları  digərlərinin 

içərisindən tapıb götürür.  

3.Hərf, rəqəm və ya fiqurlardan bir neçəsi yadda çaxlanılır, sonra 

isə digərləri arasından seçilir.  

4.  «Nə  dəyiĢdi?»  oyunu.  Bu  oyun  zamanı  loqoped  əvvəlcə  (4-6 

Ģəkildən ibarət) ardıcıl süjetli Ģəkil seriyasını uĢaqlara göstərir, sonra isə 

bu  ardıcıllığı  gizlicə  pozur.  UĢaqlar  isə  bu  ardıcıllığı  bərpa  etdikdən 

sonra nəyin dəyiĢdiyini söyləyirlər.  

5.Ġlkin ardıcıllıqla hərf, fiqur və rəqəmləri düzmək oyunu.  

Optik  disleksiya  və  disqrafiyanın  islahı  zamanı  mütləq  uĢaqlarda 

məkani  təsəvvürləri  və  bu  təsəvvürlərin  nitqdə  yerini  inkiĢaf  etdirmək 

lazımdır.  Bunun  üçün  aĢağıdakıları  nəzərə  almaq  lazımdır:  məkani 

təsəvvürlərin  formalaĢma  ardıcıllığını  və  xüsusiyyətini;  məkan 

təsəvvürlərin  ontogenezinin:  qnozis  və  praksiz  proseslərinin  optik 

məkanı  strukturunun  psixologiyasını;  disleksiyalı  uĢaqlarda  bu 

funksiyaların vəziyyətini bilmək.  

Məkani  bələdləĢmə  bir-biri  ilə  çox  sıx  bağlı  olan  iki  növ 

istiqaməti:  öz  bədənində  istiqaməti  və  ətraf  məkandakı  istiqamət 

birləĢdirir.  

Sağ  və  solun  birləĢdirilməsi  əvvəlcə  birinci  siqnal  sistemində 

baĢlayır, sonra isə ikinci siqnal sistemi ilə artan qarĢılıqlı əlaqədə daha 




 

110 


da  inkiĢaf  edir.  Ġlkin  olaraq  nitq  müəyyənləĢməsi  sağ  əldə,  sonra  isə 

solda möhkəmlənir.  

UĢaqları  ətraf  aləmdə  bələdləĢməsi  eləcə  müəyyən  ardıcıllıqla 

inkiĢaf edir. Ġlkin uĢaqlar əĢyaların yerini (sağ və ya sol) yalnız sağ və 

sol  əlinə  yaxınlığı  ilə  müəyyən  edirlər.  Bu  zaman  istiqamətin 

müəyyənləĢdirməsi  və  gözlərin  sağa  və  ya  sola  uzun  müddətli 

reaksiyaları  ilə  müĢahidə  edilir.  Sonralar  nitq  iĢarələri  möhkəmləndiyi 

zamanda bu hərəkətlər azalır.  

Ətraf aləmlə bələdləĢmə aĢağıdakı ardıcıllıqla inkiĢaf etdirilir.  

1.UĢağın  özünə  münasibətdə  əĢyaların  məkanı  yerləĢməsinin 

müəyyən edilməsi. 

2.Böyründə 

yerləĢən 

əyĢaların 

məkanı 

münasibətlərin 

müəyyənləĢdirilməsi:  «Göstər,  hansı  əĢya  səndən  sağda  və  ya  solda 

yerləĢir»,  «Sağdakı  kitabı  özündən  sola  qoy»  və  s.  Əgər  bu  tapĢırığın 

yerinə  yetirilməsində  uĢaq  çətinlik  çəkərsə,  onda  ona  baĢa  salmaq 

lazımdır  ki,  sağ  tərəf  sağ  ələ  yaxındır,  sol  isə  sol  ələ  yaxın  olan 

məsafədir.  

3.2-3  əĢya  və  ya  təsvirlərin  arasındakı  məkanı  münasibətlərin 

müəyyən edilməsi.  

Bu  tapĢırığı  verərkən  loqoped  özü  kitabı  sağ  əlinə  götürüb  sağ 

tərəfə  qoyur,  sol  əli  ilə  dəftəri  götürüb  sol  tərəfə  qoyur  və  soruĢur: 

«kitab hardadır?» dəftərdən sağda və ya soldadır?» 

Sonrakı  gediĢdə  loqoped  uĢağa  müxtəlif  tapĢırıqlar  verə  bilər: 

KarandaĢı dəftərdən sola qoy, qələmi kitabdan sağa qoy və s. 

Loqoped bu tapĢırıqlardan sonra üç əĢya ilə çalıĢmalar verə bilər: 

«Kitabı qarĢına, dəftəri isə kitabdan sağa, qələmi isə sola qoy» və s.  

Bu  tapĢırıqlardan  sonra  hərf  və  fiqurların  məkanı  yerlərini 

müəyyənləĢdirmək üzərində iĢ aparmaq olar.  

Optik  disleksiya  və  disqrafiyanın  islahı  zamanı    məkanı 

təsəvvürlərin  inkiĢaf  etdirilməsi  ilə  paralel  olaraq,  görmə  ilə  təhlil  və 

tərkib prosesləri və onların nitq iĢarələri üzrə də iĢ aparmaq lazımdır.  

Optik  disleksiya  və  disqrafiyanın  aradan  qaldırıl-masında  böyük 

yeri  qarĢıdurmadan  hərflərin  optik  sürətlərinin  dəqiqləĢdirilməsi  və 

fərqləndirilməsi üzərində iĢ tutur. Bu məqsədlə bir-birinə oxĢar təsvir və 

əĢyalar  hərflə  uyğunlaĢdırılır.  Məsələn:  o  hərfi  qoğal,  3  hərfi  ilana,  j 

hərfi böcəyə və s. oxĢardır.              

QarıĢdırılan hərflərin fərqləndirilməsi bu ardıcıllıqla aparıla bilər:  

a)Təcrid olunmuĢ hərfin fərqləndirilməsi; 

b)hərfin hecada fərqləndirilməsi; 



 

111 


v)Söz və cümlələrdə hərfin fərqləndirilməsi; 

q)Mətndə hərflərin fərqləndirilməsi. 

Beləliklə də, optik disleksiya və disqrafiyanın islahı görmə qnozis, 

mnezis proseslərinin, məkanı təsəvvürlərinin və onların nitq iĢarələrinin, 

görmə  analiz  və  sintezinin  inkiĢafına  yönəlmiĢ  priyomlarla  həyata 

keçirilir. Bu iĢin aparılması zamanı müxtəlif analizatorlardan maksimal 

dərəcədə  istifadə  olunur.  Optik  disleksiya  və  disqrafiyanın  aradan 

qaldırılmasında  hərflərin  qarıĢdırılması  üzərində  iĢə  xüsusi  diqqət 

yetirilir  və  analizatorların  vasitəsi  ilə  müqayisə  aparmaq,  təsvirlərini 

çəkmək,  konturunu  iĢarələmək  və  s.    üsullarla  qüsur  aradan  qaldırılır. 

Sematik  orfoqrafiya.  Bu  prinsip  sözün  mafologiyasına  və  ya  mənasına 

görə yazılıĢına əsaslanır.  

Müasir  dövrdə  oxunun  pozulması  əsasən  «aleksiya-disteksiya» 

terminləri altında öyrənilir.  

Aleksiya-oxunun  tam  mümkünsüzlüyünü,  disleksiya  oxuya 

yiyələnmə prosesinin qismən pozulmasını ifadə edir.  

MüĢahidələr  göstərir  ki,  uĢaqlar  arasında  oxunun  pozulması 

halları daha çoxdur. Belə ki, yardımçı məktəb I sinif Ģagirdlərinin 62% 

oxu  qüsurlarına  malikdirlər.  Oğlanlar  qızlardan  fərqli  olaraq  4,5  dəfə 

qüsurları  müĢahidə  edilir.  Disleksiya-ali  psixi  funksiyaların 

formalaĢması  ilə  ĢərtlənmiĢ  oxu  prosesidə  qismən  spesifik  pozulması 

olub özünü təkrarlanan səhvlərin davamlı xarakter almasında göstərir.    

Oxu  qüsurlarının  müasir  təhlili  hər  Ģeydən  əvvəl  mürəkkəb 

psixoloji strukturun normada oxu prosesini dərk etməyə  və bu vərdiĢin 

uĢaqlar tərəfindən qavrama xüsusiyyətlərinə əsaslanır.  

Oxu  özü-özlüyündə  psixofizioloji  bir  prosesdir  və  bu  prosesdə 

müxtəlif  analizatorlar:  görmə,  nitq  hərəkəti,  nitqi  eĢitmə-iĢtirak  edir. 

Oxu  prosesinin  əsasında  analizatorların  qarĢılıqlı  fəaliyyətinin  çox 

mürəkkəb  mexanizmləri  və  iki  siqnal  sisteminin  müvəqqəti  əlaqələri 

təĢkil edir.  

Özünün  psixofizioloji  mexanizmlərinə  görə  oxu  Ģifahi  nitqdən 

daha müpəkkəb prosesdir. Buna baxmayaraq, o Ģifahi və yazılı nitqdən 

təcrid  edilmiĢ  Ģəkildə  öyrənilə  bilməz.  Oxu  prosesi  görmə 

qavpamasından  hərflərin  tapılması  və  fərqləndirilməsindən  baĢlayır. 

Sonralar  isə  hərflərin  səslərlə  uyğunlaĢdırılması  və  söz  sürətlərinin  səs 

tələffüzü vasitəsilə oxunması, yenidən istehsalı baĢlayır.  

Nəhayət, bu prosesdə Ģərti olaraq iki tərəfi fərqləndirmək olar: a) 

prosesin texniki tərəfi yazılmıĢ sözün görmə sürətləri ilə onun tələffüzü 

arasındakı  nisbət;  b)prosesin  məna  tərəfi-hansı  ki,  oxunun  əsas 



 

112 


məqsədini təĢkil edir. Bu tərəflər arasında sıx əlaqə mövcuddur. Belə ki, 

oxunanların baĢa düĢülməsi onun qavranılması ilə müəyyən edilir. Digər 

tərəfdən  görmə  ilə  qavrama  əvvəl  oxunulmuĢların  mənalı  məzmununu 

özü  uzərində  sınayır.  YaĢlı  adam  oxu  zamanı  psixofizioloji  hadisələri 

nəzərə  almadan,  avtomatik,  qeyri-iradi  olaraq  oxuduğunun  mənasını 

dərk edir. lakin oxuya yiyələnmədə avtomatlaĢdırılmıĢ əməliyyatlar çox 

ərəfli  və  mürəkkəbdir.  Hər  hansı  bir  vərdiĢ  kimi  oxu  da  özünün 

formalaĢmasında  bir  neçə  mərhələdən  keçməli  olur  və  hər  bir  mərhələ 

özündən  əvvəlki  və  sonrakı  ilə  sıx  əlaqədar  olub.  Beləliklə  də  bu 

vərdiĢləri  uzun  və  məqsədə  yönəlmiĢ  təlim  prosesində  formalaĢır. 

Böyük  rus  alimi  T.U.Yeqorova  görə  oxunanlar  aĢağıdakı  mərhələdə 

formalaĢır: 

1.Səs-hərf göstəricilərinə yiyələnmə. 

2.Hecalarla oxu.  

3.Oxunun sintetik priyomlarının yaranması. 

4.Sintetik oxu.  

Göstərilən  hər  bir  mərhələ  özünəməxsusluğu,  keyfiyyəti, 

xüsusiyyətləri,  müəyyən  psixoloji  quruluĢ,  vəzifələri  və  çətinlikləri, 

eləcə də yiyələnmə üsulları ilə xarakterizə olunur. Oxu vərdiĢlərinə tam 

yiyələnmək üçün aĢağıdak Ģərtlərin olması vacibdir:  

1.ġifahi nitqin tam formalaĢması.   

2.Leksik-qrammatik  təhlil  və  tərkib  proseslərini  aparmaq 

bacarığının formalaĢması. 

3.Dilin leksik-qrammatik quruluĢuna tam yiyələnmək.                           

 4.Məkanı təsəvvürlərin kifayət qədər inkiĢaf etməsi. 

5.Görmə  ilə  təhlil,  tərkibinə  mnezis  proseslərinə  yiyələnmə. 

Disleksiyanın  etimologiyasına  nəzər  salsaq  görərik  ki,  bu  barədə 

müxtəlif  fikirlər  mövcuddur.  Bir  çox  tədqiqatçılar  (M.Zami,  K.Zonay, 

M.Sule, 

B.Xalqren 

və  baĢqaları  oxu  pozulmalarını  irsiliklə 

əlaqələndirirlər.  Reynxoldun  fikrinə  görə  disleksiya  çox  vaxt 

valideynlərindən irsi olaraq uĢaqlara keçir. O, bunu onunla izah edir ki, 

valideynlərdə olan baĢ beynin müəyyən sahələrinin kamilsizliyi uĢaqlara 

irsən  keçir  və  nəticədə  anadangəlmə  disleksiya  meydana  çıxır. 

Tədqiqatların  böyük  əksəriyyəti  disleksiyanı  yaradan  səbəblər  kimi 

hamiləlik  və  sonrakı  dövründə  uĢağın  inkiĢafına  patoloji  faktları  aid 

edirlər. Disleksiyanın mənĢəyini bioloji və sosioloji amillərin göstərdiyi 

təsirlə  əlaqələndirirlər.  Oxu  pozulması  üzvü  və  funksional  xarakterli 

səbəblərdən irəli gəlir.  




 

113 


Disleksiyanı yaradan üzvü zədələnmələrin oxu prosesində iĢtirak 

edən baĢ beynin müəyyən sahələrindəki qüsurların nəticəsidir. Məsələn, 

bu, afaziya, alaliya və dizartriya zamanı müĢahidə olunur.  

Funksional  səbəblər  dedikdə  daxili  (uzunmüddətli  xəstəliklər)  və 

xarici (ətrafdakıların düzgün olmayan nitqi ikidillilik, böyüklərin uĢağın 

nitqinə  laqeyd  münasibəti,  nitq  ünsiyyətinin  azlığı)  oxu  prosesində 

iĢtirak  edən  psixi  funksiyaların  formalaĢmasını  ləngitmək  nəzərdə 

tutulur.  

Beləliklə,  disleksiyanın  mənĢəyini  həm  genetikada  (erkən) 

ekzogen  faktorlar  (hamiləlik,  doğum  patalogiyası,  disfunksiya,  uĢaq 

infeksiya xəstəlikləri kəllə xəsarətləri) təĢkil edir.  

Oxunun  pozulması  beynin  minimal  disfunksiyası  olan  uĢaqlarda, 

psixi inkiĢafdan geri qalanlarda, Ģifahi nitqin ağır qüsurlarında, serebral 

ifliclərdə,  eĢitmə  təsadüf  edilir.  Göstərmək  lazımdır  ki,  disleksiya 

nopmada  oxu  prosesini  həyata  keçirən  psixi  funksiyaların    (görmə  ilə 

təhlil və tərkib, məkanı təsəvvürlər, fonematik qavrama, fonematik təhlil 

və  tərkib,  nitqin  leksik-qrammatik  qürülüĢünün  inkiĢafsızlığı) 

formalaĢdırılmamasilə meydana çıxır.  

UĢaqlarda  məkanı  təsəvvürlərin  olmaması,  onların  sağ,  sol  və 

yuxarı  istiqamətləri  müəyyənləĢdirməkdə  çətinliyi  oxunun  pozulmasını 

Ģərtləndirir, bundan əlavə onlarda formalaĢmaması özünü Ģəkil çəkəndə, 

hissələrdən 

tamın 

yığılması, 



verilmiĢ 

formanı 


düzəltmək 

bacarıqsızlığında göstərir.  

Bundan  əlavə  bədənin  sağ  və  sol  tərəflərinin  differensiyasının 

geriliyi,  gecikmiĢ  lateralizasiya  və  yaxud  qarıĢıq  dominantlıq,  onun 

pozulması  da  müĢahidə  edilir.  Göstərmək  laxımdır  ki,  solaxaylıqla 

disleksiya  arasında  münasibət  birbaĢa  deyil,  dolayısı  ilə  mürəkkəb 

Ģəkildə  olur.  Bir  çox  hallarda,  xüsusilə  solaxayların  və  ya  qarıĢıq 

dominantların  təlimi  zamanı  uĢaqlar  da  məkanı  təsəvvürlərin 

formalaĢmasının spesifik çətinlikləri sağ və sol tərəflərin qarıĢdırılması 

müĢahidə edilir. Göstərmək lazımdır ki, solaxaylıqla disleksiya arasında 

münasibət birbaĢa deyil, dolayısı ilə mürəkkəb Ģəkildə olur. Məlumdur 

ki,  uĢaqlarda  sağ  və  solun  fərqləndirilməsi  normada  altı  yaĢlarında 

formalaĢır.  Məkanı  təsəvvürləri  kifayət  qədər  formalaĢması  sonralar 

uĢağın hərfləri qavramasına və fərqləndirilməsinə zəmin  yaradır. Qeyd 

etmək  lazımdır  ki,  oxu  qüsurları  olan  uĢaqlarda  səs  tələffüzü 

pozğunluqları  lüğət  ehtiyatının  azlığı  sözlərin  istifadə  edilməsində 

qeyri-dəqiqlik  kimi  çatıĢmamazlıqlar  da  müĢahidə  edilir.  Belə  uĢaqlar 

öz  nitqlərini  səhv  tərtib edir,  mürəkkəb  ifadələrdən  istifadə  etmir,  qısa 




 

114 


müxtəsər cümlələrlə məhdudlaĢırlar. Onlarda əlaqəli nitq pozulmalarına 

da tez-tez rast gəlinir.  

Rus  tədqiqatçısı  R.E.Levinanın  fikrinə  görə  oxu  Ģifahi  nitqin 

pozulmasının əsasını fonematik sistemin formalaĢmaması təĢkil edir.  

Nitqin  fonetika-fonematik  tərəfinin  inkiĢafı  zamanı  oxuya 

yiyələnməyin  ilkin  mərhələsində  uĢağın  nitq  təsəv-vürlərinin  və 

ümumiləĢdirilmələrinin qeyri-dəqiqliyi, da-vamsızlığı müĢahidə olunur. 

Bu  isə  öz  növbəsində  sözün  səsli  təhlilinə  yiyələnməni  çətinləĢdirir. 

Hərflərin  bəzilərinin  mənimsənilməməsi  onların  qrafik-cəhətdən 

cızılmasının  zəif  qavranılması  ilə  bağlı  olmayıb,  bu  səslərin 

ümumiləĢdirilməsinin formalaĢmasından asılıdır.  

Düzgün  tələffüz  edilən  və  dəqiq  qavranılan  səs  asan  da  hərflə 

əlaqələndirilir.  Əgər  uĢaq  eĢitmə  ilə  səsləri  pis  fərqləndirirsə,  onların 

təhrif  tələffüz  edərsə  və  yaxud  baĢqa  səslərlə  əvəz  edərsə  onda  həmin 

səsin  ümummiləĢdirilmiĢ  təsəvvürü  qeyri-dəqiq  olur,  hərfin 

qavranılması  isə  çətinləĢir.  Bu  vəziyyətdə  hərfin  mənimsənilməsi 

fonematik qavramanın kifayət qədər inkiĢaf etməməsi ilə əlaqədardır.  

Belə  uĢaqlarda  daha  çox  çətinlik  səslərin  birləĢib  heca  təĢkil 

etməsində baĢ verir. Səlis, qovuĢuq oxunun mənimsənilməsi üçün uĢaq 

hərfi  yalnız  müəyyən  səslə  əlaqələndirməli,  onu  digərlərindən 

fərqləndirməlidir. Bundan əlavə, o həmin səsin ümumiləĢmiĢ səslənməsi 

barədə də təsəvvürlərə malik olmalıdır.  

Səsləri hecalara birləĢdirmək hər Ģeydən əvvəl onları Ģifahi nitqdə 

olduğu  kimi  tələffüz  etmək  deməkdir.  Əgər  uĢaqda  sözün  səs  hərf 

tərkibi 

haqqında 

dəqiq 

təsəvvürlər 



yoxdursa, 

bu 


zaman 

ümumiləĢdirilmiĢ səs-heca surətlərinin formalaĢması çətinləĢir.  

Demək  lazımdır  ki,  oxu  pozqunluqları  nitqin  leksik-qrammatik 

inkiĢafı ilə əlaqədardır. Belə ki, oxu zamanı bu və ya digər sözün əvəz 

olunması  yalnız  onların  fonetik  oxĢarlığına  düzgün  tələffüz 

edilməməsinə,  sözdəki  ayrı-ayrı  səslərin  fərqləndirilməməsi  ilə  bağlı 

olmayıb həmçinin cümlədə sintaktik əlaqələrin qurulma çətinliyi ilə də 

Ģərtlənir.  Bu  cür  hallarda  uĢaqlarda  morfoloji  təhlil  aparmaq  bacarığı 

olmur, ya da müəyyən dərəcədə çətinliklərlə bağlı həyata keçirilir. Məs: 

Ana  xörəyi  biĢirir-cümləsinin  oxunması  zamanı  normal  uĢaq  xörək 

sözünü oxuduqdan sonra biĢirir sözünün ondan sonra gələcəyini tez baĢa 

düĢür. Yəni oxu prosesində normal uĢaq gələn sonrakı sözün həm məna, 

həm  də  qrammatik  forması  barədə  xəbərdar  olur.  Belə,  əvvəlcədən 

mənanın  baĢa  düĢülməsi  uĢaqda  artıq  formalaĢmıĢ  dil  qanunlarına,  dili 

hiss  etməyə  söykənir.  Əgər  uĢaqda  dilin  leksik-qrammatik  quruluĢu 



 

115 


pozulmuĢsa,  onda  o  bu təsəvvürlərə  malik  ola  bilməyəndir.  Bu  onunla 

bağlıdır ki, kifayət qədər dərk olunmayaraq aqrammatizmlə nəticələnir. 

Qrammatik  ümumiləĢdirmənin  lazımi  qədər  inkiĢaf  etməməsi  və  lüğət 

ehtiyatının kasadlığı oxunulanın çətin dərk olunmasına gətirib çıxarır.  

Beləlklə  də,  disleksiya  mexanizmləri  arasında  fonematik 

qavramanı  (fonematik  diferensasiyası)  fonematik  təhlil  və  tərkib 

proseslərini,  dilin  leksik-qrammatik  quruluĢunun  formalaĢmamasını 

göstərmək olar. Disleksiya əsas dil ümumiləĢdirilmələrinin (fonematik, 

morfoloji və sintaktik) inkiĢafdan qalması nəticəsində meydana çıxır.  

Bu  mənada  disleksiya  oxu  proseslərində  müxtəlif  əməliyyatların 

pozulması  kimi  araĢdırıla  bilər.  Görmə  ilə  qavrama  və  hərflərin 

fərqləndirilməsi,  fonemlərin  seçilməsi,  səslərin  hecalarda  birləĢməsi, 

hecaların  sözlərdə  sintezi,  cümlələrdə  sözlərin  iĢlənməsi,  sözlərin 

mənalarına  görə  fərqləndirilməsi  proseslərinin  pozulması  oxu 

qüsurlarını yaradan səbəblərdəndir.  

Demək  lazımdır  ki,  disleksiyanın  yuxarıda  göstərilən 

mexanizmlərindən  baĢqa  aĢağıda  qeyd  olunan  mexanizmləri 

mövcuddur:  

1.Sensomotor  əməliyyatların  formalaĢmaması  (hərf-lərin  görmə 

məkanı təhlilinin və onların sözlərdə qovuĢması). 

2.Dil  əməliyyatlarının-mətndəki  səslərlə,  hecalarla,  söz  və 

cümlələrlə formalaĢmaması (fonematik, morfoloji, sintaktik səviyyə). 

3.Semantik əməliyyatların pozulması (məna ilə nisbətdə).  

Disleksiyanın  növlərinə  gəlincə,  demək  lazımdır  ki,  bu  barədə 

fikirlər  müxtəlifdir.  Müxtəlif  ölçülərdən  çıxıĢ  edən  tədqiqatçılar  (oxu 

pozulmalarının  meydana  çıxması  və  özünü  göstərmə  səviyyəsi  oxu 

prosesində iĢtirak edən analizatorların fəaliyyətlərinin pozulması, bu və 

ya  digər  psixi  funksiyaların  pozulması,  oxu  prosesində  əməliyyatların 

hesaba alınması və s.) disleksiyanın növlərini müxtəlif cür göstərirlər.  

Oxu  pozulmalarının  baĢ  verməsinə  görə  iki  növü:  meteral 

(həfrlərin  qavranılmasının  çətinliyi  və  ya  bacarıqsızlığı)  və  verbal 

(sözlərin oxunmasının çətinliyi) vardır.  

R.Bekker  oxu  pozulmalarının  bir  neçə  növünün  olduğunu  qeyd 

edir:  anadangəlmə  sözlü  korluq,  disleksiya,  bradileksiya,  leqasteniya, 

anadangəlmə 

oxumazəifliyi. 

O.A.Tokareva 

oxu 


qüsurlarını 

analizatorların  birincili  pozulmalarına  görə  (eĢitmə,  görmə  və  hərəkət) 

təsnif  edir  və  akustik,  optik  və  motor  disleksiya  növlərinin  olduğunu 

göstərir.  Tədqiqatçıların  fikrinə  görə  disleksiyanın  daha  çox  yayılmıĢ 

növü  akustik  çatıĢmamazlıqla  bağlıolan  eĢitmə  qavramasının 



 

116 


differensiallaĢmaması və səs təhlilinin inkiĢafdan qalmasıdır. Bu qüsur 

nəticəsində  uĢaqlar  hərfləri  çətinliklə  hecalara,  sözlərə  birləĢdirir 

(hərfləri fonem siqnalları kimi qavranılmaması səbəbindən) səslənmə və 

artikulyasiyaya görə oxĢar səsləri qarıĢdırırlar (kar və cingiltili, süzülən 

və partlayan). Qeyd etmək lazımdır ki, akustik pozğunluqlar (Ģifahi nitq 

qüsurlarında,  dislaliya  dizartriya)  həm  də  nitqin  inkiĢafının 

ləngiməsində  müĢahidə  olunur.  ġifahi  və  ya  yazılı  nitqin inkiĢafı  üçün 

dəqiq  akustik  qavrama  çox  vacib  Ģərtlərdən  biridir.  Lakin  yazılı  nitqin 

mənimsənilməsi üçün əsas Ģərtlərdən biri dil ümumiləĢdirmələrinin, hər 

Ģeydən  öncə  fonematik,  ali  simvollar  funksiyasının  formalaĢmasının 

olmasını  tələb  edir.  Oxunun  formalaĢmasında  müxtəlif  səslənmələr 

içərisində  fonemi  səsin  spesifik  ümumiləĢdirilmiĢ  məna  fərqləndirici 

əlaməti  kimi  ayırıb,  onu  müəyyən  olunmuĢ  simvolla,  yəni  hərflə 

əlaqələndirmək  və  fonemlərin  diferensasiyasının,  fonematik  təhlilini 

aparmaq bacarığı mühüm rol oynayır. 

Fonemlərin  differensiasiyası  və  fonematik  təhlilin  formalaĢması 

dil  ümummiləĢdirmələrinin  inkiĢaf  prosesidir.  Bu  prosesin  pozulması 

danıĢıq  səslərin  normal  eĢitmə  ilə  qavrayan  uĢaqlarda  da  müĢahidə 

edilir.  Nitq  analizatorlarının  formalaĢması  digər  analizatorlarla  sıx 

əlaqədə  baĢ  verir.  Belə  ki,  səslərin  differensiasiyası  və  sözlərin  səs 

təhlili  zamanı  eyni  vaxtda  nitq-eĢitmə  və  nitqi-hərəkət  analizatorları 

iĢtirak  edir.  Bununla  əlaqədar  nəzərdən  keçirdiyimiz  oxu  qüsurlarının 

nitq-eĢitmə  analizatorunun  pozulması  ilə  Ģərtlənən  akustik  disleksiya 

kimi baxılması əsas deyildir.  

Optik  disleksiyada  görmə  qavramasının  və  təsəvvürlərinin  qeyri-

sabitliyi  qeyd  edilir.  Bu  zaman  ayrı-ayrı  hərflər  görmə  ilə  pis 

mənimsənilir,  onun  səslənməsi  ilə  görmə  obrazı  arasında  əlaqə 

yaradılmır,  nəticədə  eyni  bir  hərf  müxtəlif  cür  qavranılır.  Bəzən 

cizgilərinə  görə  oxĢar  hərf  qarıĢdırılır,  oxu  zamanı  sözlərin  görmə  ilə 

tanınması pozulur (verbal disleksiya).  

O.A.Tokarevaya  görə  motor  disleksiya  oxu  zamanı  göz 

hərəkətlərinin  çətinliyində  özünü  göstərir.  Oxuma  aktı,  yalnız  görmə, 

eĢitmə və hərəkət analizatorlarının koordinasiya edilmiĢ qarĢılıqlı əlaqə 

fəaliyyəti Ģəraitində həyata keçirilir.  

Korreksiyanın  pozulması  oxu  prosesinin  müxtəlif  qüsurlarını 

əmələ gətirir. Motor disleksiya zamanı görmə sahəsinin daralması, sətrin 

və  yerüstü  ayrı-ayrı  sözlərin  itməsi,  nitq  hərəkətinin  yaranma 

pozulmaları  müĢahidə  edilir.  Bundan  baĢqa  lazımi  nitq  hərəkətlərinin 

yada salınmasının qeyri-mümkünlüyü də qeyd edilir.  



 

117 


Demək  lazımdır  ki,  tədqiqatçıların  çoxu  oxu  zamanı  gözlərin 

hərəkətində  naqisliyin:  yayınma  hərəkətin  istiqamətinin  dəyiĢməsi, 

reqressiya, istiqamətin rəqslənməsi və s. olmasına iĢarə edilir. Lakin oxu 

prosesində  göz  hərəkətlərinin  pozulmasını  disleksiyalı  bütün  uĢaqlarda 

müĢahidə  etmək  olar.  Bu  disleksiyanın  səbəbi  yox,  oxu  çətinliyinin 

nəticəsidir. Optik disleksiyada göz hərəkətlərinin pozulması hərəkətlərin 

dəyiĢməsi  daha  çox  baĢ  verir.  Son  vaxtlar  psixofizioloji  tədqiqatlar 

göstərir ki, hərəkətsiz göz təsvirləri heç vaxt qavraya bilməz və hər bir 

mürəkkəb qavrama  gözün  fəal axtarıĢ hərəkətlərinin köməyi ilə həyata 

keçirilir. 

Göstərilən bu faktorlar bir daha bizi əmin edir ki, motor disleksiya 

müstəqil növ kimi tədqiq edilməsi qənaətbəxĢ deyildir. Çünki görmə ilə 

qavrama və onun fəaliyyəti həm optik, həm də motor disleksiyada əsas 

rol oynayır. 

Disleksiyanın  təsnif  edilməsində  rus  loqopedi  M.E.Xvatsevin  də 

müəyyən 


rolu 

vardır. 


O, 

disleksiyanı 

aĢağıdakı 

növlərlə 

fərqləndirmiĢdir.  

--fonematik, optik, optik-məkanı, semantik və mnestik disleksiya.    

R.Ġ.Lalayeva  isə  disleksiyanı  fonematik,  semantik,  aqrammatik, 

mnestik, optik və taktik növlərinə ayırmıĢdır.  

Fonematik  disleksiya.  Fonematik  sistemin  yəni  hər  birində 

müəyyən  məna  fərqləndirici  əlamətlərin  toplusu  ilə  xarakterizə  edilən 

dilin fonemlər sisteminin funksiyasının pozulması ilə əlaqədardır.  

Azərbaycan  dilində  bu  əlamətlər  fonemlərin  qalın  və  incə, 

dodaqlanan-dodaqlanmayan,  kar  və  cingiltili  olması,  yaranma  yeri, 

üslubu, damaq pərdəsinin iĢtirakıdır. BaĢqa sözlə desək,  hər bir fonem 

digərindən səslənməsi, yaranması və baĢqa əlamətlərinə  görə fərqlənir. 

Məsələn: «s»-kar, «z»-cingiltili samitdir.  

Sözlərdə  Ģərti  olaraq  semantikasına,  mənasına  görə  əlaqələnmiĢ 

bir-birinin  ardınca  müəyyən  gələn  fonem  birləĢmələrini  ayırmaqla 

uĢaqlara düzgün oxu mənimsədilir.  

Bununla  əlaqədar  fonematik  sistemin  aĢağıdakı  funksiyaları 

müəyyənləĢdirilmiĢdir: 

a)  məna  fərqləndirici  funksiya  (bir  fonemin  və  ya  bir  məna 

fərqlənjirici əlamətin dəyiĢməsinə gətirib çıxarır); 

b)  fonemlərin  eĢitmə-tələffüz  differensiasiyası  (dilin  hər  bir 

fonemi digər fonemdən artikulyasiya və ya akustikasına görə fərqlənir); 

v)  Fonematik  təhlil  (sözlərin  tərkibində  olan  fonemlərin 

ayrılması). 



 

118 


UĢaqlarda Ģifahi nitqin formalaĢma prosesində semantikaya daha 

çox diqqətin yetirilməsi nitqin inkiĢafı üçün əsas Ģərtlərdən biridir.  

Demək lazımdır ki, bəzən uĢaqlarda fonematik qavrama, analiz və 

sintez funksiyaları formalaĢmamıĢ olur. Bununla bağlı olaraq, fonematik 

disleksiyanı iki qrupa ayırmaq olar: 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin