Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 1,65 Mb.
səhifə51/114
tarix28.12.2021
ölçüsü1,65 Mb.
#10633
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   114
Qısa tarixi nəzər 

XIX  əsrə  qədər  qüsurlu  uĢaqlara  qayğı  və  onlarla  davranıĢ  əsas 

etibarilə  dayəçilik  üzərində  qurulmuĢdur.  UĢaqlar  onların  qayğısına 

qalan  ailə  zvləri  ilə  birgə  evdə  qalırdılar.  Əksər  hallarda  bu  uĢaqlara 

ailənin  üzərinə  düĢən  ağır  yük  kimi  baxırdılar.  Ailələr  onlara  qayğı 

göstərmək üçün heç yerə, heç bir quruma müraciət etmirdilər.  

1800-cü ildə fransız fiziki Jan Mark Ġtard qüsurlu uĢaqları təlimə 

cəlb etmək üçün ilk öncə vahid təlim texnikasını inkiĢaf etdirdi. Ġtardın 

davamçıları onun texnikasını BirləĢmiĢ ġtatlara gətirdilər, burada onlar 

idrakı  qüsurların  elmi  Ģəkildə  öyrənilməsi  ilə  əlaqədar  olaraq  təĢkilat 

yaratdılar.  

1830-cu  ildə  ABġ-da  karlar  və  korlar  üçün  məktəblər  yaradıldı. 

Bu ilk məktəblərin təĢkilindən məqsəd əhalinin bacarıq və vərdiĢlərdən 

məhrum hissəsini təlimlə təmin etmək idi. karlar üçün məktəblərdə iĢarə 

dilindən və alternativ kommunikasiya sistemlərindən istifadə olunurdu. 

Adətən,  uĢaqların  yaĢadığı  yerlərdə  yüz  millərlə  uzaqda  yerləĢən  bu 

geniĢ  Ģəbəkələr  onların  ünsiyyətinə  Ģərait  yaradılmasında  misilsiz  rol 

oynayırdı.  

Rusiyada  formal  xüsusi  təhsil  sistemi  1917-ci  il  Rusiya 

inqilabından  sonra  (Malofeyev,  1998    həyata  keçirilməyə  baĢlamıĢdır. 




 

128 


Dövlət  evdən  uzaqda  saxlanılan  və  xüsusi  ehtiyaclı  uĢaqlara  dərs 

keçirilməsi üçün müvafiq haqq ödəyirdi.  

Bu  müddət  ərzində  Viqotskinin  və  baĢqa  rus  pedaqoqlarının 

sosial-mədəni  nəzəriyyələri  formalaĢmıĢdı.  Viqotskinin  irəli  sürdüyü 

nəzəriyyələr Qərbdə əlli il əvvəl intiĢar tapa bilərdi. Onun əsərləri geniĢ 

ictimaiyətin  nəzərinə  çatdırıldıqda  qüsurlu  uĢaqların  təliminə  geniĢ 

miqyasda, bütün dünyada məĢğul olmağa baĢlanıldı.  

Viqotski  qüsurlu  uĢaqların  ictimaibaxımdan  təcrid  edilməsinin 

əsas nəticələrini açıb göstərirdi. O, belə bir nəticəyə gəlmiĢdi ki, uĢağın 

ailəsindən  və  dostlarından  kənar  bir  yerdə,  xüsusi  ictimai  mühitin 

yaradılması  əsl  həqiqətdə  ikinci  qüsurun  törənməsinə  səbəb  olur 

(Viqotski,  1978).  Qüsurlu  uĢaqlar  onların  əsas  sosial  ehtiyaclarına 

əhəmiyyət verilmədikdə çox böyük zərbə alırlar.  

1990-cı  illərin  əvvəllərində  Ġtalyan  fiziki  Mariya  Montesseri 

Romada  uĢaqların  kasıbçılıq  içində  yaĢamalarından  son  dərəcə 

narahatlıq  keçirirdi.  O,  uĢaqları  xüsusi  Ģəraitli,  hər  baxımdan  təĢkil 

edilmiĢ  «UĢaq  evləri»  ilə  təmin  etmək  üzərində  iĢləyirdi.  O,  uĢaqlara 

fəaliyyət seçimi etmək imkanı verən və onları müəyyən problemləri həll 

etməyə  sövq  edən  vasitələrə  çox  inanırdı.  Onda  belə  bir  inam 

formalaĢmıĢdı  ki,  uĢaqlar  onlara  müvafiq  imkanlar  verən  vərdiĢlərin 

inkiĢaf  etdirilməsinə  möhtacdırlar.  Bir  sözlə  o,  təhsil  almaq  istəyən 

uĢaqların adından çıxıĢ edərək, onların müdafiəçisinə çevrilmiĢdi. (Kuk. 

Tezus və Armbrüster. 1987). 

Avropada,  Amerika  BirləĢmiĢ  ġtatlarında,  Avstraliyada  və 

Kanadada  valideynlər  öz  qüsurlu  uĢaqlarının  yerli  məktəblərə  daxil 

edilməsi  üzərində  təkid  edirlər.  Onlar  uĢaqlar  üçün  nəzərdə  tutulan 

müvafiq qeyri-adekvat  məktəb proqramlarına əsaslanaraq qüsurluluğun 

əmələ  gətirdiyi  təcrid  olunma  çərçivəsini  vurub  dağıtmağa  cəhd 

edirdilər. Ailələr öz qüsurlu uĢaqlarını onlar tam hüquqlu ailə üzvlərinə 

çevrilə bildikləri halda doğma ocaqlarında saxlamaq istəyirdilər.  

1950-ci  illərdən  baĢlayaraq,  valideynlər  və  bir  qrup  vəkil 

Amerikada  ABġ  Konstitusiyasına  əsaslanan  bir  sıra  əhəmiyyətli 

məhkəmə iĢlərini uddular. Qüsurlu uĢaqlar həm rəsmi müraciət və həm 

də  qanunvericiliyə  əsaslanan  müntəzəm  təhsil  ocaqlarına  daxil  olmaq 

hüququ əldə etdilər.  

1960-cı  illərin  ortalarında  Amerika  BirləĢmiĢ  ġtatlarında  BaĢ 

BaĢlanğıc  Layihəsi  təhsil  proqramının  və  məktəbəqədər  uĢaqlara  və 

onların  valideynlərinə  tibbi  yardımın  tərkib  hissəsi  kimi  fəaliyyətə 

baĢladı. 1972-ci ildən etibarən BaĢ BaĢlanğıc Layihəsi qüsurlu uĢaqların 



 

129 


bu siniflərə cəlb edilməsi iĢinə baĢladı. BaĢ BaĢlanğıc Layihəsi qüsurlu 

uĢaqların  və  onların  ailələrinə  xidmət  göstərən  ilkin  qurum-model 

nümunəsi idi.  

1975-ci ildə ABġ Konqresi dövlətlərə və məktəb dairələrinə «azad 

ictimai  təhsil»  keçməkdə  kömək  etmək  üçün  federal  fonlardan  yardım 

almağı  nəzərdə  tutan  qanunvericilik  aktını  qəbul  etdi.  Bir  çox  uĢaqlar 

üçün  bu  qanun  ailəni  istənilən  ibtidai  təlim  proqramının  vacib  vahidi 

sayması ilə böyük əhəmiyyət daĢıyırdı.  

Amerika  BirləĢmiĢ  ġtatlarında  qüsurlu  uĢaqlar  hal-hazırda ibtidai 

təhsilə  yiyələnə  bilərlər  ki,  bu  da  onlara  öz  potensialları  çərçivəsində 

böyümək  və  inkiĢaf  etməyə  yardım  göstərir.  qüsurlu  uĢaqlar  yerli 

məktəbəqədər  müəssisələrə  gedir  və  kollektiv  fəaliyyətlərdə  iĢtirak 

edirlər.  Daha  yaĢlı  qüsurlu  fərdlər  demək  olar  ki,  ali  məktəbləri  və 

kollecləri  bitirmiĢlər.  Əmək  qabiliyyəti  olmayan  yaĢlılar  iĢləmir, 

vergiləri  ödəmir  və  cəmiyyətin  digər  üzvlərinə  aid  olan  imkanlardan 

istifadə edə bilirlər.  




Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin