130
olmaqla uĢaq müvəffəqiyyətlə fəaliyyət göstərmək və yaĢlı bir Ģəxs kimi
cəmiyyətin iĢində iĢtirak etmək üçün lazım olan vərdiĢləri qazanmaq
imkanı əldə edir.
Qüsurlu uĢaqlar da hazırlıq proqramından faydalanırlar. Onlarda
əmək qabiliyyəti olmayan uĢaqların üzləĢdiyi çətin problemləri baĢa
düĢmək səviyyəsi inkiĢaf edir. onlar digər Ģəxslərin ehtiyaclarına qarĢı
həssas yanaĢır və mövcud fərqləri daha yaxĢı qəbul etməyə qadir
olurlar. Onlar öyrənirlər ki, bütün fərdlər kifayət qədər çətin
problemlərin öhdəsindən gələ bilər və uğur qazana bilərlər.
Tədqiqatlar göstərir ki, hazırlıq məktəblərində oxuyan tələbələr
onların özlərinə oxĢamayan tələbələrə münasibətdə təmkin və
dözümlülük nümayiĢ etdirirlər. Onlar getdikcə daha artıq ictimai
məsuliyyət daĢıyır və daha artıq dərəcədə özünəinam nümayiĢ etdirirlər
(Staub və Rek. 1995).