5.Optik disqrafiya
Bu qüsur görmə qnozisi, təhlil və tərkibi, məkani təsəvvürlərin
inkiĢafsızlığı ilə bağlı olur və yazıda həfrlərin təhrifində və
əvəzlənməsində özünü göstərir.
Qeyd etmək lazımdır ki, tez-tez o hərflər əvəzlənir ki, onlar qrafik
cəhətdən oxĢar əlyazma hərflərinə bənzəsin. Məsələn: eyni
elementlərdən, lakin məkana görə fərqli olan (v-d, t-Ģ), eyni elementli,
lakin əlavə elementləri ilə fərqlənən (i-Ģ, l-m, p-t, x-j), həfrlərin əksinə
yazılıĢı, hərflərin birləĢməsində elementlərin buraxılması (al-alla) və ya
əlavə edilməsi (Ģ-Ģs).
Literal disqrafiya özünü təcrid olunmuĢ hərflərin tapılması və
yazılıĢının qeyri-mümkünlüyündə göstərir. Verbal disqrafiyada təcrid
olunmuĢ hərflər düzgün yazılsa da söz tərkibində təhrif olunur.
Disqrafiyanın əlamətləri barədə danıĢsaq, qeyd etmək lazımdır ki,
o səhvlərin davamlılığı və təkrar olunması ilə digər nitq qüsurlarından
fərqlənir.
Disqrafiyada yol verilən səhvləri belə qruplaĢdırmaq olar:
a)hərflərin təhrifi və əvəzlənməsi;
b)cümlədə ayrı-ayrı sözlərin yazılıĢında bütövlüyün pozulması;
v)sözün səs-heca quruluĢunun təhrifi;
q)yazıda aqrammtizmlər.
125
Disqrafiyanın nitqlə bağlı olmayan əlamətləri də müĢayiət edilə
bilər (nevroloji pozğunluqlar, dərketmə fəaliyyətinin pozulması,
qavrama, yaddaĢ və diqqətin pozulması və psixi çatıĢmamazlıqlar). Bu
zaman dillə bağlı olmayan əlamətlər disqrafiyanın xarakteri ilə
müəyyənləĢmiĢ və onun əlamətlərinə daxil olmayıb əsəb-psixi və nitq
pozğunluqları (alaliya, dizartriya, əqli inkiĢafdan geri qalma və s.) ilə
birlikdə onların strukturuna daxil olur.
Disqrafiya disleksiyada olduğu kimi normal intelleektli uĢaqlarda
Ģəxsiyyətin formalaĢmasında müxtəlif sapmalar, müəyyən psixi
dəyiĢmələr yarada bilər.
Məqsədyönlü, düzgün təĢkil edilmiĢ korreksiya-tərbiyəvi
loqopedik iĢ sayəsində tədricən disqrafiyanın əlamətləri yox edilə bilər.
Dostları ilə paylaş: |