3.Dilin analiz və sintez proseslərinin pozulması ilə şərtlənmiş
disqrafiya
Disqrafiyanın bu növündə dilin analiz və sintez prosesləri:
cümlənin sözlərə parçalanması, fonematik və heca təhlil və tərkibi
pozulmuĢ olur. Dilin analiz və sintezinin inkiĢafsızlığı yazıda sözlərin
və cümlənin quruluĢunun təhrif olunmasında özünü göstərir. Dilin
təhlilinin ən mürəkkəb forması fonematik təhlildir. Bunun nəticəsində
sözün səs-hərf quruluĢu daha çox təhrifə məruz qalır.
Bu növdə ən çox yayılmıĢ qüsurlar bunlardır: samit
birləĢmələrində onlardan birinin buraxılması (ploa-lov; məktəb-iətəb,
dəftər-dəfər və s.) saitlərin buraxılması (piĢik-pĢik; çörək-çrək; küçə-kçə
və s.) hərflərin əlavə olunması (almıĢam-alamıĢam) və yerdəyiĢməsi
(danıĢmaq-danĢmaq), burada hecaların buraxılması, yerdəyiĢməsi
(stəkan-katan, paltar-partal, çarpayı-çarapayı). UĢaqlarda düzgün yazı
vərdiĢlərini yaratmaq üçün onda fonematik təhlili xarici planda deyil,
daxili təsəvvürlərlə formalaĢdırmaq vacibdir.
Dostları ilə paylaş: |