Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil


Sinir sisteminin üzvü xəstəlikləri



Yüklə 1,65 Mb.
səhifə8/114
tarix28.12.2021
ölçüsü1,65 Mb.
#10633
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   114
1.Sinir sisteminin üzvü xəstəlikləri  

 

Sinir sisteminin üzvü xəstəlikləri nitq qüsurunun mənĢəyinə görə 

yoluxucu  xəstəliklərə,  sinir  sisteminin  zədələnməsinə,  irsi-digenerativ 

xəstəliklərə, maddələr mübadiləsi xəstəliklərinə, ĢiĢlərə və beynin damar 

xəstəliklərinə ayrılır.  

UĢaqlarda nitq pozulmaları çox vaxt yoluxucu xəstəliklərin, sinir 

sisteminin  travmalarının,  intoksikasiya  və  irsi-degenerativ  xəstəliklərin 

nəticəsində meydana gəlir. Yoluxucu xəstəliklər bakteriyalar (bakteriya, 

mikrob,  infeksiya)  və  ya  viruslar  vasitəsi  ilə  uĢaqlara  yoluxur. 

Neyroyoluxucu 

xəstəliklərə  meninkitlər,  ensifalitlər,  menenqo-

ensifolitlər, polimitlər, poliradikulo-nevrit və digərləri aiddir.  

Sinir  sistemi  travmaları  (zədələri)  uĢaq  yaĢlarında  nitq 

qüsurlarının  əsas  səbəblərindən  biridir.  Ən  ağır  və  tez-tez  müĢahidə 

edilən  zədələr  kəllə-beyin  zədələridir.  Bu  zədələr  uĢağın  bətndaxili  və 

doğuĢ  zamanı  (doğuĢ  travmaları,  uĢağın  maĢa  ilə  enstraksiyası  və  s.)  

baĢ verir.    

Qeyd  etmək  lazımdır  ki,  çox  vaxt  nevrozlar  elə  uĢaqlarda 

müĢahidə  edilir  ki,  uĢaqların  ailələrində  artıq  psixi  xəstələr  vardır. 

Nevrozların əsasən 3 əsas tipi vardır: nevrasteniya, isteriya, psixasteriya.  

Göstərmək lazımdır ki, uĢaqlarda bu tiplərin əsl forması müĢahidə 

edilmir.  Lakin  nevrozlu  uĢaqların  ətraflı  müayinəsi  göstərir  ki,  bu 

uĢaqlarda  yaĢlılarda  inkiĢaf  etmiĢ  nevrozun  müxtəlif formalarına  oxĢar 

əlamətlər  ola  bilər.  Məsələn,  bəzi  uĢaqların  kliniki  mənzərəsində 

dominant yeri tez yorulmaq, yüngül yayğınlıq, aktiv diqqətin üzgünlüyü 

(zəifliyi),  yuxunun  pozulması,  yaddaĢın  olmaması  tutur.  Bu  əlamətlər 

nevrosteniyanın  əlamətlərinə  oxĢardır.  Digər  uĢaqlarda  həyəcanlı-

vasvasılıq,  özünəinamsızlıq,  öz  hərəkətlərinə  Ģübhə  müĢahidə  olunur. 

Belə uĢaqlarda qorxaqlıq, həddən artıq ağlağanlıq (nevrozun psixostepik 

forması)  da  olur.  Ġsterik  tipli  nevrozlarda  emosional  davranıĢ, 

özünütəlqin, psixoloji təlqin və s. əlamətlər özünü göstərir.  



 

28 


Bəzən  bu  cür  xəstələrdə  isterik  mutizm  (sinir  sistemində  heç  bir 

üzvü  dəyiĢmənin  olmaması  ilə  Ģərtlənən  nitqdən  imtina)  susmaq 

müĢahidə  edilir.  Mutizmdə  xəstələr  danıĢmasalar  da  onlarda  yazı 

vərdiĢləri pozulmamıĢ olur. Bəzən isterik tipli xəstələrdə isterik afoniya-

səsin  olmaması  da  müĢahidə  edilir.  Ġsterik  tipli  xəstələrdə  bəzən 

psixozədələyici  faktorun  təsiri  ilə  tutmalar  baĢ  verir.  Tutmalar 

istiqamətləndirici  hərəkətlərin  bolluğu  ilə  (qəh-qəhə  ilə  gülmək, 

ağlamaq, diĢləri qıcamaq) xarakterizə olunur. Adətən bu zaman xəstənin 

Ģüuru  pozulmur,  refleksləri  və  həssaslığı  mühafizə  olunur.  Bunlardan 

istifadə edərək bəzən isterik tutmaların qarĢısını güclü emosional təsirlə 

və  ya  qeyri-adi  qıcıqla  almaq  olar.  (xəstənin  üzünə  soyuq  su  çiləmək, 

disfunksiyalar  –  çox  tərləmə,  arterial  təzyiqin  enib-qalxması,  nəbzin 

dəyiĢkənliyi  ilə  müĢayiət  edilir.  Bəzi  hallarda  disfunksiya  özünü  hər 

hansı bir üzvünün-ürək, mədə-bağırsaq və s. fəaliyyətinin pozulmasında 

göstərir. 

Göstərmək lazımdır ki, nevrozlu uĢaqların motor xüsusiyyətləri də 

nəzər-diqqəti  cəlb  edir.  Belə  ki,  xəstələrdə  yüksək  müttəhərriklik, 

oturmamazlıq,  ayrı-ayrı  hərəkət  aktlarının  sürətlə  yerinə  yetirilməsi 

qeyd edilir. Bəzən bu tez yorulma ilə uzlaĢır.  

Nevrozun  formalaĢmasından  biri-koordinator  nevroz  olub 

hərəkətlərin  koordinasiyasının,  fəaliyyətin  müəyyən  növünün  (yazı 

yazma, pianoda çalma və s.) yerinə yetirmə vərdiĢlərinin pozulmasıdır. 

Bu  zaman  fəaliyyətin  digər  növləri  adətən  dəyiĢməz  qalır.  Belə  ki, 

qələmlə yazı yaza bilməyən xəstə pianoda çala bilər və ya əksinə.  

Nevrozun  xüsusi  tipi  kəkələmədir.  Adətən  kəkələyən  uĢaqların 

çox böyük qismində bu xəstəlik inkiĢaf edən nevroz fonunda meydana 

gəlir  və  yalnız  çox  az  uĢaqlarda  kəkələmə  nevrozun  digər  növləri  ilə 

eyni  vaxtda  baĢ  verə  bilir.  Kəkələyən  uĢaqlar  adətən  həddən  artıq 

mütəhərrikdirlər. Bu uĢaqların hərəkətləri kəskin, çox vaxt kifayət qədər 

koordinasiya edilməmiĢ, tez qıcıqlanan olur.  

Belə  uĢaqlarda  diqqətin  və  yaddaĢın  davamsızlığı  və  digər  psixi 

xüsusiyyətlər qeyd edilir.  

Göstərilən  əlamətlərin  dinamikası  nitq  qüsurunun  dinamikası  ilə 

eynilik  təĢkil  edir.  Kəkələmənin  azalmaması  zamanı  digər  vegetativ, 

somatik  və  emosional  nevrotik  proseslər  də  azalır  və  əksinə 

kəkələmənin artması göstərilən əlamətlərin də yüksəlməsini Ģərtləndirir. 

Nitq  qüsurlarının  Ģərtlərindən  nevroloji  pozğunluqların  müalicəsi  nitq 

fəaliyyətinin  normallaĢdırılması  üçün  çox  vacibdir.  Sözsüz  ki,  bu 




 

29 


müalicə  mütəxəssisin  –psixonevroloqun  təyinatı  və  müĢahidəsi  altında 

aparılmasıdır.  

Müalicə zamanı aĢağıdakı tədbirlərdən istifadə edilir.  

a) sinir sisteminin funksiyasının pozulmasını və ya zədələnməsini 

meydana gətirən əsas proseslərə təsir etmək (etioloji müalicə); 

b)  xəstəlik  prosesinin  inkiĢaf  mexanizminə  təsir  etmək  (patogen 

müalicə); 

v)  xəstəliyin  ayrı-ayrı  simptomlarına  təsir  etmək  (simptomatik 

müalicə). 

Loqopedik  fəaliyyətdə  ən  az  rast  gəlinən  etimoloji  müalicədə 

uĢaqlar  əvvəllər  müalicə  alsalar  da  loqopedik  iĢ  prosesində  yenə  də 

bakteriya  əleyhinə,  xroniki  sinir  sistemi  xəstəliklərinə  qarĢı,  maddələr 

mübadiləsinin bərpası üçün müəyyən müalicə kursu keçirlər.  

Nitq  fəaliyyətinin  pozulmasına  səbəb  olan  sinir  sistemi 

xəstəliklərinin  patogenetik  terapiyası  daha  çox  müĢahidə  olunur.  Bu 

müalicədə  əsas  məqsəd  pataloji  proseslərin  inkiĢafına  səbəb  olan 

mexanizmlərin 

fəaliyyətini 

məhdudlaĢdırmaq 

və 


zədələnmiĢ 

funksiyaların  bərpası  üçün  müsbət  imkanları  yaratmaqdır.  Patoloji 

proseslərin  inkiĢafına  səbəb  olan  sinir  sisteminin  üzvü  xəstəlikləri, 

əsasən  likvorodinamikanın  pozulması,  yoluxucu  iltihabı  xəstəliklər  və 

zədələrdir. Bununla əlaqədar, göstərilən faktorların sinir sisteminə etdiyi 

təsirin qarĢısını almaq məqsədilə dövrü degidratasiya  terapiyası (onurğa 

beynin  mayesinin  təzyiqini  azaltmaq)  və  təzə  yaraların,  çapıqların 

sağalmasına kömək edən qida toxuma terapiyası aparılır.  

Sinir  sistemi  xəstəliklərinin  aradan  qaldırılmasına  psixotop 

dərman preparatlarının istifadə edilməsi də az əhəmiyyət daĢımır.  

AparılmıĢ  eksperimentlər  nəticəsində  müəyyən  edilmiĢdir  ki, 

afaziya  zamanı  nitq  fəaliyyətinin  bərpa  müddəti  müəyyən  qədər 

psixotrop  dərmanlarla  müalicə  azaldır.  Belə  ki,  bu  cür  müalicə 

nəticəsində  afaziyalı  xəstələrin  nitq  fəaliyyəti  müəyyən  qədər  bərpa 

olunur.              

Beləliklə  də,  nitq  fəaliyyətinin  öyrənilməsi,  nitq  qüsurlarının 

aradan qaldırılması üçün bu problemlərin tibbi cəhətdən öyrənilməsinin 

çox böyük əhəmiyyəti var.  




Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin