1.Funksional dislaliya
Funksional dislaliya səs tələffüzünün pozulmasının elə bir
formasıdır ki, burada artikulyasiya aparatında heç bir çatıĢmamazlıq
müĢahidə edilmir.
Bu qüsurun yaranmasının səbəblərindən ən geniĢ yayılması
uĢaqların ailədə düzgün nitq tərbiyəsi almamasıdır. Bəzən yaĢlılar (ata,
ana və nənə) uĢağın nitqini təqlid edir, uzun müddət onunla «uĢaq
dilində» danıĢırlar. Funksional dislaliya bəzən uĢaqların artıq nitqində
qüsur olan, dialekt xüsusiyyətləri və həddən artıq sürətli nitqli adamlarla
daimi ünsiyyət nəticəsində də özünü göstərə bilər.
Qeyd etmək lazımdır ki, ailədə ikidillilik də uĢağın nitqinə mənfi
təsir göstərib, qüsur yarada bilər, yəni müxtəlif dillərdə danıĢan uĢaq
bəzən nitqin tələffüz xüsusiyyətlərini digərinə keçirib, nəticədə səhv
tələffüzə malik ola bilər. Çox vaxt dislaliya pedaqoji cəhətdən
baxımsızlığın nəticəsində də meydana çıxır. Bu zaman böyüklər uĢağın
səs tələffüzünə diqqət yetirmir, vaxtında onun qüsurlarını təshih etmir,
düzgün tələffüz nümunələri göstərməyib, dəqiq və düzgün səs tələffüzü
tələb etmirlər. BaĢqa sözlə desək, uĢağın nitqi yaĢlılar tərəfindən
düzgün, məqsədyönlü təsirə məruz qalmayaraq, normal tələffüz
vərdiĢlərini yaratmır. Qeyd etmək lazımdır ki, səs tələffüzü qüsurları
fonematik eĢitmənin inkiĢafsızlığının nəticəsi kimi də meydana çıxa
bilər. Bu zaman uĢaqda səslərin differensiyası çətinləĢir və o, səslərin
36
akustik əlamətlərinə görə (incə, qalın, kar-cingiltili, fitli-fısıltılı)
fərqləndirə bilmir, nəticədə düzgün səs tələffüzünün inkiĢafı uzun
müddət ləngiyir.
Funksional
dislaliya
artikulyasiya
aparatının
üzvlərinin
hərəkətlərinin çatıĢmamazlığı nəticəsində də baĢ verir, yəni dilin,
dodağın, aĢağı çənənin qeyri-mühərrikliyi nitq zamanı bir hərəkətdən
digərinə keçməni çətinləĢdirir.
EĢitmənin azalması dislaliyaya səbəb ola bilər. Ağır eĢitmə
nəticəsində uĢaqların 10%-də səs tələffüzü qüsurları müĢahidə edilir. Bu
daha çox fitli və fısıltılı, kar və cingiltili səslərin differensiyasının
çətinləĢməsi, eĢitmə ilə fərqləndirilməməsi nəticəsində baĢ verir.
Dislaliya eyni zamanda əqli cəhətdən geri qalan uĢaqlarda da çox
təsadüf edilir. Oliqofren uĢaqların 50%-dən çoxunda səs tələffüzü
pozulmaları müĢahidə edilir.
Dostları ilə paylaş: |