Daxili nitq (eqosentrik nitq) nitq fəaliyyətinin xüsusi növüdür. O,
praktik və nəzəri fəaliyyətin planlaĢdırma fazası kimi və ya planın bir
sıra xüsusi mürəkkəb nəzəri fəaliyyət növlərində həyata keçirilməsi
fazası kimi çıxıĢ edir. Bu mənada bu nitq insanın özünə yönəlmiĢ
nitqdir. Onun köməyi ilə insan özünün praktik fəaliyyətini tənzimləyir
və ona nəzarət edir. Eqosentrik xarici nitqdən nəsə edir və onun qismən
interiorizasiya olunmuĢ (daxilə yönəlmiĢ) məhsulu kimi özünü göstərir.
Daxili nitq üçün qırıqlıq, fraqmentlik xarakterikdir.
Artikulyasiya üzvlərinin (dodaqların, dilin və s.) hərəkətini qeydə
almaqla daxili nitqi tədqiq etmək mümkündür. Deməli, daxili
(eqosentrik) nitq bir növ xarici nitqdən daxili nitqə keçid mərhələsidir.
Yazılı nitq monoloji nitqin bir növü kimi özünü göstərir. Monoloji
nitqin bütün xüsusiyyətləri ona da xasdır, lakin onda bu xüsusiyyətlər
daha çox nəzərə çarpır. ġifahi monoloji nitqə nisbətən yazılı nitq daha
müfəssəldir. Bu ondan irəli gəlir ki, yazılı nitqdə həmsöhbətlə əks əlaqə
mövcud olmur.
Yazılı nitqin ən mühüm cəhəti onun daha çox ixtiyari nitq növü
olmasıdır. Yazılı nitq mətnlərin köməyi ilə aparılan verbal nitqdir.
Yazılı nitq Ģifahi nitqdən təkcə qrafik olması ilə deyil, həm də
özünəməxsus qrammatik və stilistlik xüsusiyyətlərinə görə də fərqlənir.
|