1.Sinir sisteminin üzvü xəstəlikləri
Sinir sisteminin üzvü xəstəlikləri nitq qüsurunun mənĢəyinə görə
yoluxucu xəstəliklərə, sinir sisteminin zədələnməsinə, irsi-digenerativ
xəstəliklərə, maddələr mübadiləsi xəstəliklərinə, ĢiĢlərə və beynin damar
xəstəliklərinə ayrılır.
UĢaqlarda nitq pozulmaları çox vaxt yoluxucu xəstəliklərin, sinir
sisteminin travmalarının, intoksikasiya və irsi-degenerativ xəstəliklərin
nəticəsində meydana gəlir. Yoluxucu xəstəliklər bakteriyalar (bakteriya,
mikrob, infeksiya) və ya viruslar vasitəsi ilə uĢaqlara yoluxur.
Neyroyoluxucu
xəstəliklərə meninkitlər, ensifalitlər, menenqo-
ensifolitlər, polimitlər, poliradikulo-nevrit və digərləri aiddir.
Sinir sistemi travmaları (zədələri) uĢaq yaĢlarında nitq
qüsurlarının əsas səbəblərindən biridir. Ən ağır və tez-tez müĢahidə
edilən zədələr kəllə-beyin zədələridir. Bu zədələr uĢağın bətndaxili və
doğuĢ zamanı (doğuĢ travmaları, uĢağın maĢa ilə enstraksiyası və s.)
baĢ verir.
Qeyd etmək lazımdır ki, çox vaxt nevrozlar elə uĢaqlarda
müĢahidə edilir ki, uĢaqların ailələrində artıq psixi xəstələr vardır.
Nevrozların əsasən 3 əsas tipi vardır: nevrasteniya, isteriya, psixasteriya.
Göstərmək lazımdır ki, uĢaqlarda bu tiplərin əsl forması müĢahidə
edilmir. Lakin nevrozlu uĢaqların ətraflı müayinəsi göstərir ki, bu
uĢaqlarda yaĢlılarda inkiĢaf etmiĢ nevrozun müxtəlif formalarına oxĢar
əlamətlər ola bilər. Məsələn, bəzi uĢaqların kliniki mənzərəsində
dominant yeri tez yorulmaq, yüngül yayğınlıq, aktiv diqqətin üzgünlüyü
(zəifliyi), yuxunun pozulması, yaddaĢın olmaması tutur. Bu əlamətlər
nevrosteniyanın əlamətlərinə oxĢardır. Digər uĢaqlarda həyəcanlı-
vasvasılıq, özünəinamsızlıq, öz hərəkətlərinə Ģübhə müĢahidə olunur.
Belə uĢaqlarda qorxaqlıq, həddən artıq ağlağanlıq (nevrozun psixostepik
forması) da olur. Ġsterik tipli nevrozlarda emosional davranıĢ,
özünütəlqin, psixoloji təlqin və s. əlamətlər özünü göstərir.
28
Bəzən bu cür xəstələrdə isterik mutizm (sinir sistemində heç bir
üzvü dəyiĢmənin olmaması ilə Ģərtlənən nitqdən imtina) susmaq
müĢahidə edilir. Mutizmdə xəstələr danıĢmasalar da onlarda yazı
vərdiĢləri pozulmamıĢ olur. Bəzən isterik tipli xəstələrdə isterik afoniya-
səsin olmaması da müĢahidə edilir. Ġsterik tipli xəstələrdə bəzən
psixozədələyici faktorun təsiri ilə tutmalar baĢ verir. Tutmalar
istiqamətləndirici hərəkətlərin bolluğu ilə (qəh-qəhə ilə gülmək,
ağlamaq, diĢləri qıcamaq) xarakterizə olunur. Adətən bu zaman xəstənin
Ģüuru pozulmur, refleksləri və həssaslığı mühafizə olunur. Bunlardan
istifadə edərək bəzən isterik tutmaların qarĢısını güclü emosional təsirlə
və ya qeyri-adi qıcıqla almaq olar. (xəstənin üzünə soyuq su çiləmək,
disfunksiyalar – çox tərləmə, arterial təzyiqin enib-qalxması, nəbzin
dəyiĢkənliyi ilə müĢayiət edilir. Bəzi hallarda disfunksiya özünü hər
hansı bir üzvünün-ürək, mədə-bağırsaq və s. fəaliyyətinin pozulmasında
göstərir.
Göstərmək lazımdır ki, nevrozlu uĢaqların motor xüsusiyyətləri də
nəzər-diqqəti cəlb edir. Belə ki, xəstələrdə yüksək müttəhərriklik,
oturmamazlıq, ayrı-ayrı hərəkət aktlarının sürətlə yerinə yetirilməsi
qeyd edilir. Bəzən bu tez yorulma ilə uzlaĢır.
Nevrozun formalaĢmasından biri-koordinator nevroz olub
hərəkətlərin koordinasiyasının, fəaliyyətin müəyyən növünün (yazı
yazma, pianoda çalma və s.) yerinə yetirmə vərdiĢlərinin pozulmasıdır.
Bu zaman fəaliyyətin digər növləri adətən dəyiĢməz qalır. Belə ki,
qələmlə yazı yaza bilməyən xəstə pianoda çala bilər və ya əksinə.
Nevrozun xüsusi tipi kəkələmədir. Adətən kəkələyən uĢaqların
çox böyük qismində bu xəstəlik inkiĢaf edən nevroz fonunda meydana
gəlir və yalnız çox az uĢaqlarda kəkələmə nevrozun digər növləri ilə
eyni vaxtda baĢ verə bilir. Kəkələyən uĢaqlar adətən həddən artıq
mütəhərrikdirlər. Bu uĢaqların hərəkətləri kəskin, çox vaxt kifayət qədər
koordinasiya edilməmiĢ, tez qıcıqlanan olur.
Belə uĢaqlarda diqqətin və yaddaĢın davamsızlığı və digər psixi
xüsusiyyətlər qeyd edilir.
Göstərilən əlamətlərin dinamikası nitq qüsurunun dinamikası ilə
eynilik təĢkil edir. Kəkələmənin azalmaması zamanı digər vegetativ,
somatik və emosional nevrotik proseslər də azalır və əksinə
kəkələmənin artması göstərilən əlamətlərin də yüksəlməsini Ģərtləndirir.
Nitq qüsurlarının Ģərtlərindən nevroloji pozğunluqların müalicəsi nitq
fəaliyyətinin normallaĢdırılması üçün çox vacibdir. Sözsüz ki, bu
29
müalicə mütəxəssisin –psixonevroloqun təyinatı və müĢahidəsi altında
aparılmasıdır.
Müalicə zamanı aĢağıdakı tədbirlərdən istifadə edilir.
a) sinir sisteminin funksiyasının pozulmasını və ya zədələnməsini
meydana gətirən əsas proseslərə təsir etmək (etioloji müalicə);
b) xəstəlik prosesinin inkiĢaf mexanizminə təsir etmək (patogen
müalicə);
v) xəstəliyin ayrı-ayrı simptomlarına təsir etmək (simptomatik
müalicə).
Loqopedik fəaliyyətdə ən az rast gəlinən etimoloji müalicədə
uĢaqlar əvvəllər müalicə alsalar da loqopedik iĢ prosesində yenə də
bakteriya əleyhinə, xroniki sinir sistemi xəstəliklərinə qarĢı, maddələr
mübadiləsinin bərpası üçün müəyyən müalicə kursu keçirlər.
Nitq fəaliyyətinin pozulmasına səbəb olan sinir sistemi
xəstəliklərinin patogenetik terapiyası daha çox müĢahidə olunur. Bu
müalicədə əsas məqsəd pataloji proseslərin inkiĢafına səbəb olan
mexanizmlərin
fəaliyyətini
məhdudlaĢdırmaq
və
zədələnmiĢ
funksiyaların bərpası üçün müsbət imkanları yaratmaqdır. Patoloji
proseslərin inkiĢafına səbəb olan sinir sisteminin üzvü xəstəlikləri,
əsasən likvorodinamikanın pozulması, yoluxucu iltihabı xəstəliklər və
zədələrdir. Bununla əlaqədar, göstərilən faktorların sinir sisteminə etdiyi
təsirin qarĢısını almaq məqsədilə dövrü degidratasiya terapiyası (onurğa
beynin mayesinin təzyiqini azaltmaq) və təzə yaraların, çapıqların
sağalmasına kömək edən qida toxuma terapiyası aparılır.
Sinir sistemi xəstəliklərinin aradan qaldırılmasına psixotop
dərman preparatlarının istifadə edilməsi də az əhəmiyyət daĢımır.
AparılmıĢ eksperimentlər nəticəsində müəyyən edilmiĢdir ki,
afaziya zamanı nitq fəaliyyətinin bərpa müddəti müəyyən qədər
psixotrop dərmanlarla müalicə azaldır. Belə ki, bu cür müalicə
nəticəsində afaziyalı xəstələrin nitq fəaliyyəti müəyyən qədər bərpa
olunur.
Beləliklə də, nitq fəaliyyətinin öyrənilməsi, nitq qüsurlarının
aradan qaldırılması üçün bu problemlərin tibbi cəhətdən öyrənilməsinin
çox böyük əhəmiyyəti var.
Dostları ilə paylaş: |