III-məktəbəqədər – 7 yaĢa qədər.
IV-məktəb dövrü -- 7 yaĢdan 17 yaĢa qədər ki, dövr.
Qısaca da olsa, bu mərhələlər haqqında məlumat verək.Göstərdik ki, I
mərhələ – hazırlıq mərhələsi adlanır. Bu dövrdə uĢağın anadan
olmasından sonra onda səs reaksiyaları: qıĢqırıq, ağlama meydana gəlir.
Düzdür bu səslər danıĢıq səslərindən fərqli olsalar da nitq aparatının
nəfəs, səs və artikulyasiya hisslərinin müxtəlif və incə hərəkətlərinin
19
inkiĢafına kömək edir. Ġki həftədən sonra uĢağın səslərə, danıĢana
reaksiya verdiyi, ağlamağı kəsmək, qulaq asmaq, səs gələn tərəfə baĢını
çevirmək müĢahidə edilir. Bir ayın tamamında körpə oxuyan lay-lay
mahnısı ilə sakitləĢir. Sonralar isə danıĢan adama tərəf baĢını
döndərməyə, gözləri ilə onu izləməyə baĢlayır. tezliklə körpə səsin
intonasiyasını fərqləndirməyə baĢlayır: mehriban səsə sakitləĢir,
oynayır, kəskin səslə ağlayır.
2 ayında qığıldama yaranır və 3 ayında hecalarla səslənmə (aqu-aqu,
ta-ta, ba-ba, ma-ma) baĢlanır. Hecalarla səslənmə–qeyri-müəyyən
artikulyasiyalı səslərin birləĢməsidir. 5 ayında uĢaq səsləri eĢidir və
ətrafdakıların artikulyasiyasına uyğun yamsılamağa çalıĢır. Hər hansı bir
hərəkətin dəfələrlə təkrarı hərəkət vərdiĢlərinin möhkəmlənməsinə
səbəb olur. 6 ayında yamsılama ilə uĢaq ayrı-ayrı hecaları təkrar etməyə
baĢlayır (ma-ma, ba-ba-ba, ta-ta-ta, qa-qa-qa, də-də və s.).
Beləliklə,
tədricən uĢaq yamsılamaqla səsli nitqin bütün
elementlərinə: fonem, ton, temp, ritm, melodiklik və intonasiyaya səbəb
olur.
Ġkinci yarımildə uĢaq müəyyən səs birləĢmələrini qavrayır və onları
əĢya, yaxud hərəkətlə bağlayır (bip, üfə və s.). Bu, sözlərin yadda
saxlanması və onlara reaksiya verməsinə kömək edir.
7-9 ayında uĢaq böyüklərin ardınca müxtəlif və çoxlu səs
birləĢmələrini yamsılaya bilir.
10-11 aylarında intonasiya və Ģəraitdən asılı olma-yaraq sözlərin
özlərinə reaksiya yaranır. Bu zaman uĢağın nitq mühitinin onun nitqinin
formalaĢmasına çox böyük təsiri vardır. Bir yaĢında artıq ilk sözlər
deyilməyə baĢlayır.
II mərhələ-məktəbəqədər yaĢdan əvvəlki dövrdür. UĢaqda ilk
sözlərin meydana gəlməsi ilə hazırlıq mərhələsi bitmiĢ olur. Və onda
fəal nitqin yaranması baĢlayır. Bu zaman uĢaqda onu əhatə edənlərin
artikulyasiyasına xüsusi diqqət yaranır. O, özü dəfələrlə (danıĢmanı)
danıĢanı yamsılayır və özü müstəqil sözləri ifadə edir. Bununla yanaĢı,
o, səsləri qarıĢdırır, yerlərini dəyiĢik salır, buraxır və tələffüzünü təhrif
edir.
UĢağın ilk sözləri ümumi məna xarakteri daĢıyır. Belə ki, eyni sözlə
ya da söz birləĢməsi ilə həm əĢyanı, həm istəyini, həm də hisslərini
adlandıra bilər. Məs: ata sözü həm atanın kəlməsini, həm atanı
istəməsini, həm də incəlikliyini bildirə bilər. Buna görə də stiuasiyadan
asılı olaraq uĢağı baĢa düĢmək olar. Belə nitq stiuasiyası nitq adlanır və
jest-mimika ilə müĢayiət olunur.
20
Göstərmək lazımdır ki, 2 yaĢdan 3 yaĢa qədər uĢağın lüğətində artıq
çoxlu söz olur. Məs: 1 yaĢ 6 ayında 10-15, 2 yaĢın sonuna 300 söz, 3
yaĢında 1000-ə qədər söz ola bilir.
3 yaĢın əvvəlində uĢaqda nitqin qrammatik quruluĢu formalaĢmağa
baĢlayır.
Əvvəl uĢaq arzu və istəyini eyni bir sözlə, sonra primitiv ifadə ilə
(ata, appa, mə, dəd-ata mənimlə gəzməyə gedək), sonra isə uzlaĢma və
idarə əlaqələrinin əlamətləri olan cümlələrlə bildirir.
3 yaĢda artıq uĢaqlar isimləri tək və cəmdə, felləri isə Ģəxs, kəmiyyət
və zamana görə dəyiĢmək vərdiĢlərinə praktik olaraq yiyələnmiĢ olurlar.
III mərhələdə – məktəbəqədər yaĢ dövrüdür.
Qeyd etmək lazımdır ki, bu mərhələdə uĢaqların çox hissəsində düzgün
olmayan səs tələffüzü müĢahidə edilir. (s, z, Ģ, j, f, v, c, y)
3 yaĢından 7 yaĢına qədər olan mərhələdə uĢaqlarda öz tələffüzünə
eĢitmə vasitəsi ilə nəzarət etmək və müəyyən imkan daxilində onu
düzəltmək vərdliĢləri inkiĢaf edir. baĢqa sözlə lüğət tərkibi çox böyük
surətlə zənginləĢir. Belə ki, uĢağın 4-6 yaĢında aktiv lüğət ehtiyatı 3000-
4000 sözə çatır. Sözlərin mənası daha da dəqiqləĢir və çox zənginləĢir.
UĢaqda «nitq duyumu» - nitqlə ünsiyyət təcrübəsi artdıqca söz
yaradıcılığı, sintaktik əlaqələrdən istifadə bacarığı nitqi hissetmə
formalaĢır. 4 yaĢında uĢaq sadə və mürəkkəb cümlələrdən istifadə edə
bilir.
5 yaĢında nisbi olaraq tabesiz və tabeli mürəkkəb cümlələrdən istifadə
edir. («sonra biz evə getdik, anam bizə qoğal verdi». «Mən anamı çox
sevirəm, çünki o, mənim üçün oyuncaq alır»). Bu yaĢdan etibarən,
uĢaqların danıĢığı qısa hekayətlərə oxĢayır. Söhbət zamanı onların
suallara cavabı daha çox cümlələrdən ibarətdir.
Məhz 5 yaĢında nitqin ən ağır növü monoloji nitq formalaĢmağa
baĢlayır.
Bu mərhələdə fonetik qavrama daha da yaxĢılaĢır. UĢaq əvvəl sait və
samit səsləri, sonra yumĢaq və bərk samitləri, ən nəhayət isə sonor, fitli
və fısıltılı səsləri diferensiallaĢdırmağa baĢlayır.
Məktəbəqədər yaĢ dövründə tədricən kontekstli (ümumiləĢmiĢ,
yayındırılmıĢ, əyani dayaqdan məhrum) nitq formalaĢır. Kontekstli nitq
əvvəlcə uĢağın nağılları, hekayələri nəql etdiyi zaman sonra isə öz həyat
təcrübəsində qarĢılaĢdığı hər hansı bir hadisəni təsvir edəndə meydana
çıxır.
IV mərhələ – məktəb dövrüdür.
Bu mərhələdə uĢaqların nitq inkiĢafının xüsusiyyətləri digər
21
mərhələlərdən fərqlənir. Məktəb dövründə nitq Ģüurlu surətdə ona
yiyələnmə ilə, səs təhlili qrammatik qanunları mənimsəmə ilə
xarakterikdir. Məhz, bu dövrdə nitqin yeni bir növü-yazılı nitq aparıcı
rol oynamağa baĢlayır.
Məktəb dövründə uĢaq nitqinin məqsədyönlü yenidən qurulması baĢ
verir, yəni səsləri qavramaqdan və fərqləndirmədən ta bütün nitq
vasitələrindən Ģüurlu istifadə edilməsi meydana çıxır.
Göstərmək lazımdır ki, bütün adları çəkilən mərhələlər arasında ciddi,
dəqiq sərhədlər yoxdur. Bu mərhələlər rəvan olaraq biri digərinə keçir.
UĢağın nitq inkiĢafı prosesinin vaxtında və səlis olması üçün
müəyyən Ģərtlər vacibdir, yəni bu prosesin müvəffəqiyyətli keçməsi
üçün uĢaq:
-psixi və somatik cəhətdən sağlam olmalıdır.
-normal əqli imkanlara malik olmalıdır.
-normal eĢitmə və görməyə malik olmalıdır.
-kifayət qədər psixi fəallığı olmalıdır.
-nitq ünsiyyətinə tələbatı olmalıdır.
-normal nitq mühiti ilə əhatə olmalıdır.
UĢağın normal nitq inkiĢafı ona imkan verir ki, yeni anlayıĢları
həmiĢə qavrasın, ətraf aləm haqqında təsəvvür və bilik ehtiyatlarını
zənginləĢdirsin.
Beləliklə də, nitq, onun inkiĢafı sıx surətdə bilavasitə təfəkkürün
inkiĢafı ilə bağlıdır.
Kiçik yaĢlı uĢaqların nitqi onun formalaĢması mərhələsində səs
tələffüzü çatıĢmamazlıqları ilə fərqlənir. Bu, ilk öncə, artikulyasiya
aparatının üzvlərinin natamam hərəkətləri nəticəsində meydana gəlir,
yəni dil, dodaq, yumĢaq damaq, aĢağı çənənin hərəkətlərinin tam inkiĢaf
etməməsi tələffüz qüsurlarını yaradır. Ġkinci səbəb uĢaqlarda fonematik
qavramanın, eĢitmənin formalaĢmaması, yəni eĢitmə ilə səsləri
qavramaq
və
bütün
nitq
səslərinin
(fonemlərinin)
dəqiq
differensiallandırmaq bacarığının tam inkiĢaf etməməsidir.
Buna görə də məktəbəqədər yaĢ dövrünün baĢlanmasında uĢağın
nitqi kifayət qədər aydın və təmiz səslənmir. Məlumdur ki, uĢaqlar bir-
birlərindən fonematik qavramanın inkiĢaf səviyyəsi, həmçinin nitq
aparatının motorikasının inkiĢafına görə də fərqlənirlər. Bəzi uĢaqlara
artikulyasiya hərəkətləri çox asan baĢa gəlir. Onlar bir dəfə görmək və
izah edilməklə onlar üçün əlçatmaz olan bir səsin tələffüzünə nail ola
bilirlər. Lakin digərləri əksinə öz nitq orqanlarını idarə edə bilmir və
onlara uzun müddət məĢq etmək lazım gəlir. Bundan sonra onlar lazımi
22
artikulyasiya hərəkətləri edə bilərlər. Məktəbəqədər yaĢlı uĢaqlar sait
səslərin çoxunu geniĢ yastılanmıĢ dillə hava axını ağızdan dilin
ortasından keçməsi ilə tələffüz edirlər. Dilin düzgün olmayan vəziyyəti
hava axınının istiqamətini dəyiĢərək səsin tələffüzündə qüsurların
olmasına səbəb olur. 3 yaĢında olan uĢağın nitqində təsadüf edilən nitq
qüsurları aĢağıdakılardır.
1.Saitlər bir qədər yumĢaq tələffüz edilir və ya əksinə.
2.UĢaqların çoxu Ģ, j, ç səslərini tələffüz etmir və adətən, s, z
səsləri ilə əvəz edirlər. Məs: «zurnal» (jurnal), «sar» (Ģar), «sirin»
(Ģirin), «Zalə» (Lalə).
3.R səsini tələffüz etmirlər: Və ya l, v, j səsləri ilə əvəz edirlər.
«əndə» (rəndə), «qal» (qar).
Və ya l, v, j səsləri ilə əvəz edirlər. «əndər-rəndə, qal-qal» və s.
4.L səsi çox zaman yumĢaq tələffüz edilir: «Lyalyə» (Lalə).
Bəzən L səsi y səsi ilə əvəz olunur. «yampa» (lampa), «yimon» (limon).
5.Q, k, x səsləri bəzən buraxılır və ya t, d səsləri ilə əvəz edilir:
«toyun» (qoyun), «doz» (qoz), «delem» (kələm), «toruz» (xoruz).
Getdikcə bu qüsurlar azalır və 4-5 yaĢ üçün uĢaqların çoxu
düzgün səs tələffüzünə malik olurlar.
Bütün yuxarıda qeyd etdiklərimizi nəzərə alıb, göstərmək lazımdır
ki, məktəbəqədər yaĢ dövründə düzgün formalaĢmıĢ nitqin tərbiyə
edilməsi çox ciddi və lazımlı ictimai əhəmiyyətli vəzifədir. Bu vəzifənin
məsuliyyətini həm valideynlər, həm müəllimlər, həm də ictimaiyyət
baĢa düĢməlidir.
Biz göstərdik ki, 4-5 yaĢlarda nitq qüsurlarının çoxu aradan çıxır.
lakin bu proses öz-özünə deyil, böyüklərin pedaqoji təsiri nəticəsində
baĢ verir. bu təsir o vaxt yaxĢı nəticə verir ki, uĢaq normal eĢitsin,
düzgün danıĢmaq üçün böyüklərin göstəriĢini alsın və bu göstəriĢə
uyğun danıĢmağa həvəsi olsun. Beləliklə, uĢağın nitq mühitinin
yaxĢılaĢması, valideyn və tərbiyəçilərin aydın və düzgün nitqi çox
böyük əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, bəzən ailələrdə uĢağın danıĢığını təqlid
edərək, onlarla uĢaq dilində danıĢır və bununla düzgün olmayan tələffüz
vərdiĢləri aĢılayırlar. («qa-qa gəlsin üfə yesin», «Çiçi paltar dəĢəydir»,
«Dü-dütə minib oppa gedəy» və s.) Bəzən isə uĢaqları çox çətin Ģer
parçalarını əzbərləməyə məcbur edirlər. Nitq mexanizminin fizioloji
yüksəlməsi nəticəsində yaĢa görə düzgün olmayan tələffüz möhkəmlənir
və daha da artır.
23
UĢaq bağçalarında tərbiyəçilər uĢaqlarda nitqin formalaĢmasına
xüsusi diqqət yetirilməli və bu prosesə rəhbərlik etməlidirlər. MəĢğələ
saatlarında gəzinti və rejim proseslərində tərbiyəçilər uĢaqların nitqinə
nəzarət edib onların aydın və səlis danıĢmalarına çalıĢmalıdırlar. Nitq
inkiĢafı üzrə aparılan iĢlərdə ən mühüm yeri uĢaqlarda düzgün səs
tələffüzü və diksiyanın formalaĢmasına istiqamətlənmiĢ məĢğələ və
oyunlara vermək lazımdır.
Qeyd etmək lazımdır ki, dəqiq artikulyasiyalarının inkiĢafı
uĢaqlarda danıĢıq vaxtı müsahibinin üzünə baxmaq vərdiĢi yaradır və
beləliklə də, dodaq və dilin hərəkətini izləmək bacarığı formalaĢır.
Sonralar da uĢaqlarda eĢitmə diqqətini və fonematik qavramanı
inkiĢaf etdirmək çox vacibdir. Səslərin eĢitmə ilə dəqiq qavranılması
düzgün səs tələffüzünü tənzimləyir, düzgün səs tələffüzü isə öz
növbəsində fonematik qavramanın daha da yaxĢılaĢmasına kömək edir.
Məktəbəqədər yaĢlı uĢaqların danıĢıq səsləri ilə tanıĢlığı yaxĢı olardı ki,
oyun formasında, hər biri səsi hər hansı konkret obrazla bağlayıb həyata
keçirsinlər. Məs: z səsi-ağcaqanadın mahnısı kimi; g-böcəyin səsi kimi;
v-maĢının getməsi kimi; f-paravozun yola düĢməsi və s.
Bundan əlavə uĢaqlara yanıltmacların öyrədilməsi də yaxĢı
nəticələr verir.
Beləliklə, aparılan sistemli və məqsədyönlü iĢ nəticəsində
uĢaqlarda düzgün səs tələffüzünə nail olmaq və nitq qüsurlarının
qarĢısını almaq olar.
|