Semantik afaziya sözləri tapmaqdakı çətinliklərdə və sözlər
arasındakı semantik (məntiqi-qrammatik) əlaqənin pozulmasında özünü
göstərir. Məsələn, xəstə, «ata» və «qardaĢ» sözlərini anladığı halda,
«atanın qardaĢı» ifadəsinin nədən ibarət olduğunu anlaya bilmir. Bu
kimi hallarda sözlərin semantik sistemliliyinin, sözləri mənalarına görə
seçmənin pozulması müĢahidə edilir.
Senzor afoziya hər Ģeydən əvvəl, nitqin qavranılması zamanı
birinci növbədə fonematik eĢitmənin pozulmasında, daha doğrusu,
sözün səs tərkibi və mənası arasındakı qarĢılıqlı əlaqənin pozulmasında
özünü göstərir. Bu cür afaziya zamanı sözlərin səs təhlili pozulmuĢ olur.
Göstərmək lazımdır ki, nitq fəaliyyətinin bir neçə növü vardır. Bunlar
arasında ən əsas nitq növləri bunlardır: monoloji və dialoji nitq, daxili
nitq, yazılı nitq.
Dostları ilə paylaş: |