35
DİSLALİYA
Əvvəlki fəsildə qeyd edildiyi kimi, uĢaqların çoxu 4-5 yaĢda artıq
səsin tələffüz edilməsində təkmilləĢib norma həddinə çatır. Lakin
inkiĢafın müəyyən mərhələsində sosioloji, fərdi və pataloji amillərin
nəticəsində uĢaqlarda tələffüz qüsurları öz-özlüyündə keçməyib, daha da
dərinləĢir və nitq pozğunluğuna çevrilir.
Səs tələffüzü pozğunluqlarından biri də dislaliya adlanır.
Dislaliya (yunanca dis-hissəvi pozğunluq, çatıĢma-mazlıq və
lalio-danıĢıram) normal eĢitmənin olması və nitq aparatının mühafizə
olunmuĢ innervasiyası (sinir hüceyrələri ilə təmin olunması) ilə
müəyyənləĢir.
Göstərmək lazımdır ki, dislaliya uĢaqlar arasında ən geniĢ
yayılmıĢ nitq pozğunluqlarıdır. Aparılan tədqiqatlara görə məktəbəqədər
yaĢlılar arasında 15, 20% kiçik, ibtidai sinif Ģagirdləri arasında 5,7%
uĢaq dislaliya qüsuruna malikdirlər. MənĢəyinə görə dislaliya iki növə
ayrılır: funksional və mexaniki (üzvü).
Dostları ilə paylaş: