Kappatizm – Bu qüsur k və k" samitlərinin qüsurudur. K səsinin
düzgün artikulyasiya zamanı dilin orta hissəsi möhkəm sürətlə sərt
damağa kipləĢir. Alt dodaq bir qədər gərginləĢərək yanlara doğru
dartılır. YumĢaq damaq öz növbəsində yuxarı qalxaraq, burun
boĢluğunun yolunu tutur. Ağ ciyərdən gələn hava axını dil ortasının sərt
damaqda əmələ gətirdiyi maneənin gələn hava axınının dil ortasının sərt
damaqda əmələ gələn maneənin aradan qaldırarkən k samiti yaranmıĢ
olur. K" samiti k samitindən dilarxası-yumĢaq damaq səsi olması ilə
fərqlənir.
K" səsinin tələffüzü zamanı dilin arxa hissəsi yuxarı qalxıb burun
boĢluğunun yolunu kəsmiĢ yumĢaq damağa kipləĢir. Dodaqlar
neyrtrallaĢmıĢ vəziyyətdə olur. Sədasız küyə malik olan hava axını
əmələ gəlmiĢ maneənin aradan qaldırılarkən K" səsi yaranır (kolxoz,
raykom, Ģkaf).
Bu səslərin səs tələffüzündə (k" səsi k x kimi, k səsi isə t kimi)
güzgüdən təqlid üsulundan istifadə etmək, mexaniki vasitənin (Ģpatel)
köməyi ilə korreksiya etmək lazımdır. loqoped loqopata ta-ta-ta-ta
hecanın tələffüz etməyi tapĢırır. Hecaların təkrarı zamanı dilin ön
hissəsinin arxası Ģpatellə basılıb, alt kəsici diĢlərin arxasında saxlanılır.
Bu zaman ta əvəzinə tya alınır, bir qədər də dil basılırsa, onda tya
əvəzinə nya hecası alınacaqdır. Ən nəhayət, Ģpatel daha dərin aparılarsa,
onda təqlid k səsi alınacaqdır.
2.Qammatizm- bu qüsur q səsinin qüsurlu tələffüzüdür.
Tələffüzünə görə q samiti ilə k samiti arasında, demək olar ki, heç bir
fərq yoxdu. Q samitinin tələffüzü zamanı da dilin arxa hissəsi burun
boĢluğunun yolunu tutmuĢ, yumĢaq damağa kiplənir. Sədalı küyə malik
olan hava axını yumĢaq damaqda əmələ gəlmiĢ maneəni aradan qaldırır
ki, bunun da nəticəsində cingiltili q samiti yaranır. Göründüyü kimi, k
səsi ilə q samiti arasında elə bir fərq yoxdur, lakin cüzi bir fərq vardır ki,
k samitinin tələffüzü zamanı səs telləri iĢtirak etmir, q samitinin
tələffüzündə isə iĢtirak edir.
53
Q səsinin səhv tələffüzü zamanı bəzən q d səsi ilə əvəz olunur və
ya Ğ və x kimi tələffüz edilir. Məsələn: «dələm»-qələm, «doz»-qoz,
«duru»-quru,
«daĢıq»-qaĢıq,
«bayrağ»-bayraq,
«papağı»-papaq,
«Oktay»-Oqtay, «Xara»-qara və s.
Əgər uĢaq k səsini düzgün tələffüz edə bilirsə, onda qammatizmi
aradan qaldırmaq asandır, yəni bu zaman uĢağa əyani olaraq q səsinin
düzgün tələffüzü göstərilməli, onun öz əli ilə loqopedin və ya özünün
boynuna xirtdəkdən yuxarı qoymaqla səsin tələffüzü zamanı xirtdəyin
vibrasiyasının, udlağın ön divarının hərəkətini, hava axınının təzyiqini
hiss etməsinə Ģərait yaradılmalıdır. Əgər bu üsul arzu edilən nəticəni
verməzsə mexaniki üsuldan istifadə etmək lazımdır.
Dostları ilə paylaş: |