Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil


OXU VƏ YAZI QÜSURLARININ AŞKAR EDİLMƏSİ



Yüklə 1,65 Mb.
səhifə40/114
tarix28.12.2021
ölçüsü1,65 Mb.
#10633
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   114
OXU VƏ YAZI QÜSURLARININ AŞKAR EDİLMƏSİ 

METODLARI  

 

UĢaqlarda oxu və yazı qüsurlarının vaxtında aĢkar edilməsi, onun 

Ģifahi  və  yazılı  nitqinin  düzgün  formalaĢması  prosesində  mühüm  rol 

oynayır.  

Qeyd  etmək  lazımdır  ki,  bu  qüsurların  aĢkar  edilməsinin  əsas 

məqsədi  –  oxu  və  yazı  pozğunluqlarının  mexanizmini,  etiologiya  və 

əlamətlərini  vaxtında,  ibtidai  sinifdə  üzə  çıxarmaq  və  onları  aradan 

qaldırmaq üçün düzgün korreksiya-loqopedik iĢi təĢkil etməkdir.  

Yazı  qüsurları  olan  uĢaqların  müayinəsi  zamanı  onun  görmə, 

eĢitmə, mərkəzi sinir sisteminin və idrak fəaliyyətinin vəziyyəti nəzərə 

alınır. Bu iĢ əsasən mütəxəssis-həkimlər tərəfindən diqqətlə aparılır.  

Disqrafiyalı  uĢaqların  müayinəsinin  əsas  prinsipləri-korrektlik 

sistemlilik,  pategenetik,  fəaliyyət,  Ģəxsiyyətlilik,  inkiĢaf  prinsiplərini 

nəzərə almaqla keçirilir.  

Oxu  və  yazı  qüsurları  olan  uĢaqların  müayinə  sxemi  aĢağıdakı 

bəndləri özündə birləĢdirmiĢdir: 

1.Anket məlumatlarının və tibbi-pedaqoji sənədlərinin öyrənməsi. 

2.Anamnez. 

3.Artikulyasiya aparatının pereferik Ģöbəsinin üzvlərinin quruluĢu.  

4.Nitq motorikası (hərəkəti). 

5.EĢitmə fəaliyyəti.  

6.Səs tələffüzünün vəziyyəti. 

7.Fonematik təhlil, tərkib və təsəvvürlərin vəziyyəti.  

8.Fonematik qavrama (fonemlərin differensiasiyası). 

9.Lüğət ehtiyatı və dilin qrammatik quruluĢunun xüsusiyyətləri.  

10. Nitqin dinamik tərəfinin xüsusiyyətləri.  

11.Görmə  fəaliyyətinin  vəziyyəti:  bioloji  görmə,  görmə  qnozisi, 

mnezisi, görmə ilə təhlil və tərkib, məkanı təsəvvürlər.  

12.Oxu  prosesinin  vəziyyəti  (müxtəlif  çətinliklə  mətn  və 

cümlələrdə  heca,  sözlərin  oxunma  xarakteri);  oxu  sürəti  və  bacarığı 

(hərflərlə, hecalarla, söz-ifadələri oxu). 

13.Yazının müxtəlif növlərinin vəziyyəti (köçürmə, imla, ifadə və 

inĢa;  qüsurlu  tələffüz  edilən  səslərin,  eĢitmə  fərqləndirməsi  çətin  olan 

səslərin  olduğu  mətnlərin  yazısı,  qrafik  cəhətdən  oxĢar  hərflərin 

yazılıĢı).  

Disqrafiyalı və disleksiyalı uĢaqların loqopedik müayinəsi zamanı 

aĢağıdakılar aĢkara çıxarılmalıdır: 



 

100 


1.Səs təhlili vərdiĢlərinin mənimsəməsi səviyyəsi;  

2.Oxu və yazı vərdiĢlərinin mənimsəmə səviyyəsi; 

3.Bütövlükdə Ģifahi nitqin vəziyyəti, yəni dilin fonetiko-fonematik 

və leksiko-qrammatik quruluĢunun inkiĢaf səviyyəsi.  

Demək lazımdır ki, yazılı nitqin inkiĢafı üçün əsas Ģərtlərdən biri 

səslərin Ģüurlu təhlil və tərkibi vərdiĢinin olmasıdır. Bunsuz oxu və yazı 

prosesləri  qeyri-mümkündür.  Beləliklə  də,  birinci  olaraq  uĢağın  sözün 

səs tərkiblərinin Ģifahi təhlil və tərkib proseslərinə hazırlığını yoxlamaq 

lazımdır. Bu məqsədlə loqoped bir neçə metoddan istifadə edə bilər.  

1.Söz  tərkibindən  səslərin  ayrılması  və  fərqləndirilməsi.  Bunun 

üçün ən əvvəl uĢağın sait səsləri ayırmaq bacarıbı yoxlanılır. Loqoped a 

və  o  səslərini  ucadan  və  uzun  tələffüz  edir.  Sonra  həmin  səsləri 

müəyyənləĢdirir.  Sonrakı  saitlər  də  bu  qayda  ilə  analoji  olaraq 

yoxlanılır.  

Bundan sonra sözün əvvəlində gəlməsinə aid misalların deyilməsi.  

Loqoped  əvvəlcə  özü  bu  və  ya  digər  səslə  baĢlayan  sözlər  deyir. 

Məsələn:  mən,  maĢın,  Murad,  meĢə  və  s.  sonra  uĢağın  da  s  səsinə  aid 

sözlər fikirləĢib deməsini tapĢırır.  

3.VerilmiĢ səslə baĢlayan Ģəkillərin seçilməsi. Bu iĢi təĢkil etmək 

üçün  loqopedin  bir  neçə  dəst  Ģəkilləri  olmalıdır.  Hər  bir  aĢağıdakı 

səslərlə baĢlayan Ģəkillər olmalıdır: 

a) TapĢırılmıĢ səslərə uyğun. 

b) TapĢırılmıĢ səslə qarıĢdırılan səsə uyğun. 

v) Digər səslərə aid.    

Məsələn, uĢaq «Ģ» səsi ilə baĢlayan sözə aid Ģəkil seçməlidir. Bu 

halda ona Ģkaf, Ģar, Ģərf, Ģam, Ģir, saat, saç, sancaq, karandaĢ, stol, jaket, 

jurnal  və  s.  Ģəkilləri  göstərirlər.  UĢaq  bu  Ģəkillər  içərisindən  Ģ  ilə 

baĢlanan əĢyanın təsvirini tapır, çalıĢdırıldığı səslə isə kənara qoyur.  

4.UĢaqların  tez-tez  dəyiĢik  saldığı  səslərə  aid  Ģəkillər  əsasında 

həmin səslərin tapılması iĢi aparılır. 

5.Səs tərkibinə görə müqayisəsi. 

UĢaqlara  elə  Ģəkil  dəstləri  paylanır  ki,  orada  təsvir  edilən  əĢya 

adları  bir-birindən  1  səslə  fərqlənirlər.  Məsələn  Ģar-Ģir,  qoyun-boyun, 

tar-qar və s.  

6.Cümlələrin  sözlərə,  sözlərin  hecalara,  hecaların  səslərə 

ayrılması. 

Bunun üçün uĢağa cümlə verib orada neçə söz olduğunu və ya söz 

verib orada neçə heca olduğunu, ya da ki, hecalar verib orada neçə səs 

olduğunu müəyyənləĢdirmək tapĢırılır.  



 

101 


Yazı  qüsurları  daha  dəqiq  müayinə  etmək  üçün  ən  sadə 

tapĢırıqlardan  istifadə  etmək  olar.  Bunlardan  ən  əlveriĢlisi  kəsmə 

əlifbadan istifadə etməklə söz tərtibidir.  

Bundan baĢqa, Ģəkil üzrə sözlərin yazılmasından da istifadə etmək 

olur. UĢağa ona tanıĢ olan əĢyaların təsviri olan Ģəkillər təqdim edilir və 

həmin adları yazmaq tələb olunur. 

ġəkillər  üzrə  cümlə  qurmaq  da  yazı  qüsurlarını  aĢkara  çıxarmaq 

üçün  çox  əlveriĢli  vasitələrdən  biridir.  UĢaqlarda  süjetli  və  ya  Ģəkil 

seriyası verib onların məzmununa uyğun cümlə qurmağı təklif edirlər.  

EĢitmə  imlalar  fasitəsi  ilə  Ģagirdlərin  yazı  nöqsanlarını,  yazı 

vərdiĢlərinin vəziyyətini tədqiq etmək mümkündür.  

Göstərmək  lazımdır  ki,  imla  üçün  elə  mətnlər  seçilib 

götürülməlidir ki, onlarda səslənməsinə, artikulyasına yaxın və ya oxĢar 

səslərdən ibarət sözlər iĢtirak etsin. Bundan əlavə, uĢaqların müayinəsi 

üçün  təklif  edilən  imlalar  ana  dili  üzrə  məktəb  proqramının  bütün 

tələblərinə cavab verməli, onların yaĢ xüsusiyyətlərinə uyğun olmalıdır.  

Yazı  vərdiĢlərinin  müayinəsində  müstəqil  yazı  iĢlərinin  xüsusi 

rolu  vardır.  Bu  imla  yazısında  aĢkara  çıxarılmayan  qüsurları 

(aqromatizm,  lüğət  ehtiyatının  kasadlığı,  söz  və  Ģəkilçilərin  düzgün 

iĢlənməsi və s.) belə üzə çıxarmağa loqopedə imkan verir. Bundan əlavə 

müstəqil yazı iĢləri ümumilikdə uĢağın yazılı nitqə necə  yiyələnməsini 

də  əks  etdirir.  Müstəqil  yazı  vərdiĢlərinin  yoxlanması  zamanı  Ģagirdə 

süjetli  Ģəkli  təfsilatı  ilə  təsvir  etməyə  və  ya  Ģəkil  seriyası  üzrə  yazılı 

hekayə yazmağı tapĢırırlar. ġagirdə eyni zamanda gördüyü hadisə və ya 

1  gündə  baĢ  verənlər  –  bayram,  kino-filmə  baxıĢ,  kitab  barədə  yazı 

yazmağı tapĢırmaq olar.  

Yazı vərdiĢlərini müayinə etdikdə loqoped uĢağın özünün yazısına 

münasibətini  də  nəzərə  almalıdır:  UĢaq  düzmü  yazır,  səhvlərini  baĢa 

düĢüb islah edirmi, ya da ki, buraxdığı səhvləri heç görmür? 

Yazını  yoxlarkən  loqoped  hökmən  spesifik  səhvlərə  diqqət 

yetirməlidir. Spesifik, disqrafik səhvlərə aĢağıdakılar aiddir:  

1.Spesifik fonetik əvəzlənmələr.  

Bu səhvlər zərif akustik-artikulyasiya əlamətlərinə görə fərqlənən 

bu  və  ya  digər  qruplara  aid  olan  səslərin  kifayət  qədər  differensiasiya 

edilməsindən irəli gəlir.  

2.Sözün heca tərkibinin pozulması. 

Buraya  o  səhvlər  aid  edilir  ki,  onlar  kifayət  qədər  səs  təhlinin 

ardıcıllığının bilməsinin nəticəsi kimi meydana çıxır.  

3.Qrammatik səhvlər. 



 

102 


Bu 

səhvlər 


yazılı 

nitqin 


qrammatik 

cəhətdən 

hələ 

formalaĢmadığını  göstərir.  Onlara  aiddir:  hal  Ģəkilçilərinin  köməkçi 



sözlərin buraxılması və ya yerində iĢlənməməsi, sözlər arasında idarə və 

uzlaĢma əlaqəsinin pozulması.  

Göstərilən  spesifik  səhvlər  uĢaqlarda  disqrafiyanı  müəyyən 

etməyə  imkan  verir.  Belə  ki,  onlar  disqrafiyanın  diaqnozunu  təyin 

edirlər. 

Deyilənlərdən əlavə disqrafiyanı müĢayiət edən səhvlər də vardır. 

Bunlar orfoqrfik və qrafik səhvlərdir.  

1.Orfoqrafik səhvlər.  

Disqrafiyalı uĢaqların yazı iĢlərindəki səhvlər çoxdur. Bu səhvlər 

əsasən  qalın  və  incə  saitlərin,  kar  və  cingiltili  samitlərin,  Ģəkilçilərin 

yazılıĢında özünü göstərir.  

2.Qrafik səhvlər. 

Ġbtidai sinfin birinci və bəzən isə yuxarı sinif Ģagirdlərində qrafik 

səhvlər özünü göstərir.  

Bu  səhvlər  bu  və  ya  digər  hərfin  qrafik  cəhətdən  oxĢarlığı 

(məsələn:  i  əvəzinə  s,  yaxud  əksinə:  l  əvəzinə  m,  yaxud  əksinə:  m 

əvəzinə l və s) və qrafik əlamətlərinə görə yaxın hərflərinə yazılıĢında 

özünü göstərir. (məsələn: b əvəzinə d və əksinə, t əvəzinə Ģ və s) 

Disleksiyanın  aĢkara  çıxarılması  üçün  müasir  loqopediyada 

müxtəlif üsul və metodlardan istifadə edirlər.  

Oxu vərdiĢlərinin müayinəsi zamanı əsasən xüsusi, mütləq kəsmə 

əlifba ilə tərtib olunmuĢ mətnlərdən istifadə edirlər. Belə nitq materialı 

müəyyən tələblərə cavab verməlidir.  

1.Mətnin  məzmunu  uĢaq  üçün  anlamlı,  onun  bilik  səviyyəsinə 

uyğun tərtib olunmalıdır; 

2.Mətndə daha çox bir-birinə əks olan hərf və heca olmalıdır. 

3.Həcmcə bu mətnlər çox da böyük olmamalıdır; 

4.Əvvəlki istifadə olunmuĢ, tanıĢ mətnlər xaric edilməlidir. 

Demək  lazımdır  ki,  oxunun  müayinəsi  üçün  müxtəlif  üsullardan 

istifadə  etmək  olar.  Bu  yanaĢma  uĢaqlarda  oxu  qüsurlarını  daha  dəqiq 

aĢkarlamağa imkan verir. 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin