Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə135/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   166
2015-332

Söz  sırasının  qəsdən  pozulması  (inversiya),  qeyri-normativ 
quruluşlu cümlələr, ellipsis (sözlərin və ya şəkilçilərin ixtisarı). 
Obrazlılığın  fonetik  səviyyədə  təzahürü  qrammatik  səviy-
yədə təzahürü ilə, leksik səviyyədə təzahürü isə həm fonetik, həm 
də qrammatik səviyyədəki təzahürləri ilə birbaşa bağlıdır. 
Bədii  üslub  ümumxalq  dilinə  əsaslanır.  Xalq  təfəkkürünün 
məhsulu  olan  sözlər,  ifadələr,  hətta  müəyyən  həcmdə  dialek-
tizmlər belə bədii üslubda işlənir. 
Bədii  üslub  –  şeir  dili,  nəsr  dili  və  drammaturgiya  dili 
formalarında özünü göstərir. 
Şeir dili – müəyyən ahəngə, ölçüyə və bölgüyə malik olan və 
qafiyələnən dildir. Məsələn,  
 
 
Başına döndüyüm gülüzlü sona,  
 
 
Ömrümün ilk çağı yadıma düşdü: 
 
Şairlər oylağı bizim tərəflər,  
 
 
Tərlanlar oylağı yadıma düşdü. 
 
 
 
 
 
 
 
(S.Vurğun) 
Nəsr dili – müəyyən süjetə malik olan təhkiyənin – hekayə, 
povest, romanın dilidir. Məsələn: 
Musa  dayı  iti  və  sərt  bir  hərəkətlə  üzünü  bizə tərəf  çevirib, 
heyrətlə  əvvəlcə  mənə,  sonra  Humaya,  sonar  yenə  mənə  baxdı. 
Sanki  kişi  Yer  üzündə  görünməmiş  qəribə  bir  şey  eşitmişdi. 
Birdən  barıt  kimi  açılaraq,  dəyirmanın  şırıltısını  batıran  qəzəbli 
səslə mənim üstümə qışqırdı:… 
(İ.Əfəndiyev) 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin