Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


M. ġəhriyar, "Heydərbabaya salam"



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə160/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   166
2015-332

M. ġəhriyar, "Heydərbabaya salam" 
Heydərbaba, ildırımlar şaxanda,  
Sellər, sular şaqqıldayıb axanda,  
Qızlar ona səf bağlayıb baxanda, 
Salam olsun şövkətizə, elizə, 
Mənim də bir adım gəlsin dilizə. 
Heydər Baba, kəkliklərin uçanda
Göl dibindən dovşan qalxıb qaçanda, 
Bağçaların çiçəklənib açanda, 
Bizdən də bir mümkün olsa, yad elə, 
Açılmayan ürəkləri şad elə. 


 
222 
Bayram yeli çardaqları yıxanda, 
Novruzgülü, qarçiçəyi çıxanda, 
Ağ buludlar köynəklərin sıxanda, 
Bizdən də bir yad eləyən sağ olsun
Dərdlərimiz qoy dikəlsin dağ olsun. 
Heydər Baba, gün dalını dağlasın, 
Üzün gülsün, bulaqların ağlasın, 
Uşaqlarun bir dəstə gül bağlasın, 
Yel gələndə ver gətirsin bu yana
Bəlkə mənim yatmış bəxtim oyana. 
Bir çıxaydım Damqayanın daşına, 
Bir baxaydım keçmişinə, yaşına, 
Bir görəydim nələr gəlmiş başına, 
Mən də onun qarlarıyla ağlardım, 
Qış donduran ürəkləri dağlardım. 
Heydərbaba, sənin könlün şad olsun
Dünya varkən ağzın dolu dad olsun
Səndən keçən tanış olsun, yad olsun
Deynən mənim şair oğlum Şəhriyar
Bir ömürdür, qəm üstünə qəm calar. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin