M.P.Vaqif, "
Durnalar
"
Bir zaman havada qanad saxlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz,
Bir əbər versəniz bizə, durnalar!
Sizə müştaq durur Bağdad elləri,
Gözləyə-gözləyə qalıb yolları,
Asta qanad çalın, qafil elləri,
Heyifdir salarsız düzə, durnalar!
Xeyli vaxtdır yarın fərağındayam,
Pərvanətək hüsnün çırağındayam,
Bir ala gözlünün sorağındayam,
Görünürmü görün gözə, durnalar!
Mən sevmişəm ala gözün sürməsin,
Bədnəzər kəsibən ziyan verməsin,
Sağın gəzin laçın gözü görməsin,
Qoruram səfnizi poza, durnalar!
Nazənin-nazənin edərsiz avaz,
Ruhlar tazələnir olur sərəfraz,
Vaqifin də könlü çoxedər pərvaz,
Hərdəm sizin ilə gəzə, durnalar!
|