70
Mingəçevirdə tapılmış saxsı qablar, naxış, insan və heyvan şə-
killəri ilə bəzəklidir.
Bütün bunlar və ya bu tipli digər şəkillər əslində yazıdır.
Çünki burda müəyyən ardıcıl fikir izah olunmur. Deməli, hər
şəkli yazı adlandırmaq olmaz. Yazı adlanan şəkillər müəyyən ha-
disəni, əhvalatı əks etdirir. Azərbaycanda belə şəkillər vardır.
Bunlar Azərbaycanda şəkli yazıdan istifadə olunduğunu aydın
göstərir.
Azərbaycanlılar sonralar yazının digər tiplərindən də istifadə
etmişlər. Lakin ardı-arası kəsilməyən işğallar ölkəni talan etmiş
və onun mədəniyyətinə mənfi təsir etmişdir.VII əsrin ortalarında
ərəblər Azərbaycanı işğal etdikdən sonra azərbaycanlıların
işlətdikləri yazı sistemi sıradan çıxarılmışdır. Bundan sonra
Azərbaycan yazısında uzun zaman ərəb əlifbası işlədilmişdir.
Dostları ilə paylaş: