69
deyil, sözün səslərini bildirmiş və bunun da nəticəsində hərfi yazı
meydana çıxmışdır. Fonoqrafik yazı da çox mürəkkəb prosesin
məhsuludur, bu bir neçə əsrlər boyu inkişaf edib formalaşmışdır.
Hərfli yazılar xarakterinə görə müxtəlif formaya malik
olmuşlar. Belə ki, bəzi yazılarda samit səslər hərflərlə, saitlər isə
diakritik işarələrlə göstərilmişdir. Buna indi də bəzi yazılarda
təsadüf olunur. Məsələn: ərəb yazısında saitlər hərəkə deyilən
diakritik işarələrlə göstərilir. Bu cür yazılar konsonant yazı, yəni
samitlərdən ibarət yazı adlanır. Digər qrup yazılarda isə sözdəki
həm sait, həm də samitlər hərflərlə göstərilir. Belə yazılar əsl
fonoqrafik yazı adlanır.
Dostları ilə paylaş: