77
Tarixən folklor poeziyası üçün xarakterik olan canan sözü öz
poetikliyini saxlayaraq ədəbi dilə keçmişdir.
2)Bəzi poetik sözlər ədəbi dilin yeni söz yaratmaq imkanları
əsasında əmələ gəlir; məsələn:
Kürün qırağında,
Muğan düzündə,
Zəmisi, tarlası
suyun gözündə,
Salmanlı adlanan bir kəndciyəz var.
(S.Vurğun)
Bu misralardakı kənd sözü şəkilçi vasitəsi ilə kəndciyəz
formasında poetikləşdirilmişdir.
3)Başqa dillərdən keçmiş bəzi sözlər poetik xarakter almışdır.
Məsələn; mənşəcə başqa dillərə məxsus olan əlvida, səma, sayə,
əfsus, acaba, mavi və s. Kimi sözlər dilimizdə əsasən fikrin obrazlı
ifadə olunmasına xidmət etdiyi üçün poetikləşmiş vahidlərdir.
Dildə poetik sözlər olduğu kimi poetik ifadələr də vardır;
məsələn:
Mən qartalam, qıy
vuranda havada
Düşmənlərim tir-tir əsir yuvada.
(Ə.Qasımov)
Bu misaldakı qıy vurmaq tir-tir əsmək ifadələri poetik xa-
rakter daşıyır. Dildəki poetik söz və ifadələrin hamısı poetizm
adlanır. Poetizmlər əsasən ədəbi dilin bədii üslubunda işlənir.
Dostları ilə paylaş: