Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə53/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   166
2015-332

ÜmumiĢlək sözlər 
 
Cəmiyyət  və  kainata  aid  əşya,  hadisə,  əlamət  və  s.  anla-
yışların adını bildirib dildə çox işlənən sözlərə ümumişlək sözlər 
deyilir.  Bunlar  hamı  tərəfindən  eyni  dərəcədə  və  eyni  mənada 
başa düşülür; Məsələn: 
 
Yenə də yamyaşıl geyinir dağlar,  
Göz kimi durulur qaynar bulaqlar. 
Əriyir güneylər döşündəki qar,  
Yağış da isladır o göy çəməni,  
Təbiət ilhama çağırır məni! 
 
 Bu misralardakı sözlərin hamısı ümumişləkdir. Çünki bunlar 
və  bu  qəbildən  olan  digər  sözlər  Azərbaycan  dilində  danışanlar 
üçün eyni dərəcədə aydındır. 
 Ümumişlək sözlər dilin leksik tərkibinin başlıca olaraq, əsas 
hissəsini  təşkil  edir  və  ən  zəruri,  həyati  anlayışları  əks  etdirir. 
Belə  sözlər  maddi  varlığa  və  eləcə  də  insan  fəaliyyətinin  bütün 


 
76 
sahələrinə aid olur; məsələn: 
a)ad bildirənlər: ata, ana, ev, ot, ət, yağ, bal, baş; 
b)əlamət  və  keyfiyyət  bildirənlər:  yaxşı,  pis,  ağ,  qırmızı,  acı, 
şirin; 
c)miqdar və kəmiyyət bildirənlər: beş, on, yüz, az, çox; 
d)hal  və  hərəkət  bildirənlər:  yatmaq,  oxumaq,  yemək,  gəl-
mək, getmək. 
 Ümumişlək sözlər dilin hər bir üslubunda, yəni bədii, elmi, 
ictimai,  rəsmi  üslublarında  işlənə  bilir  və  işləndiyi  nitqdə  fikrin 
bütün dərinliyi ilə sadə və təbii ifadə olunmasına imkan verir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin