Sirli bir aləməm bütün aləmdə. Nifrət məhəbbətlə, sevinc kədərlə, Baş-başa uyuyur mənim sinəmdə. Verilmiş nümunədə fərqləndirilmiş sözlər bir-biri ilə an-
tonimlik təşkil edir.
Natiqlik təcrübəsində danışan bəhs etdiyi əşya və hadisələrin
kəmiyyət, keyfiyyət, zaman və məkan məzmunlarının əks və
ziddiyyətli cəhətlərini ifadə edərkən daha uyarlı və təsirli anto-
nim sözlərdən istifadə etməyi bacarmalıdır. Bu məqsədlə anto-
nimlər məntiqi vurğu ilə, nəzərə çarpacaq bir tərzdə tələffüz
olunmalıdır.