AZƏRBAYCAN DĠLĠ Azərbaycan dili Azərbaycan xalqının milli dilidir. Eyni zaman-
da, bu dil müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir.
Azərbaycan dilindən həm respublikamızda, həm də xarici
ölkələrdə istifadə olunur. Dünyanın 87 ölkəsində yaşayan 45 mil-
yon azərbaycanlı bu dildən doğma ana dili kimi istifadə edir.
Bundan başqa, bəzi xalqlar arasında Azərbaycan dili ikinci ana
dili kimi də işlənir. Hazırda Azərbaycan ərazisində yaşayan bir
sıra kiçik xalqlar, o cümlədən lahıc, talış, tat, qırğız və başqaları
Azərbaycan dilindən ikinci ana dili kimi istifadə edirlər.